Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-384/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)10863/2019 nömrəli qətnaməsindən Cavabdeh ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC və üçüncü şəxslər X5 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Suk anal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməsi və Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktında qeyd olunan hesabat verilən dövr xx xxxxxx 2019-cu il tarixdən (sudan qeyri-qanuni istifadə edilməsi) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 2(004)-3718/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10863/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəmə sinin 2(004)-3718/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməklə, İddiaçı məxsus X5 nömrəli evə hesablanmış 4104 (dörd min yüz dörd) manat borcun silinməsi barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh ASC və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi faktlara və sübutlara, təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmişdir. ünvan 1 ünvanında fəaliyyət g östərən iddiaçı X2 məxsus avtoyuma obyektində su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona dəfələrlə xəbərdarlıqlar olunsa da, özünü əlil kimi təqdim etməklə, iki uşaq saxladığını, israfçılıqla sudan istifadə edəcəyini bildirmişdir. Hətta icarəçilər tərəfindən simvolik olaraq ayda su təchizatına görə ödənilmiş 5 manat pul vəsaitlərini də, mənimsəməyə çalışmışdır. “Avtoservis” kimi fəaliyyət göstərən avtoyuyucu sex tərəfindən su sərfinə görə xx.xx.2019-cu il tarixə kimi ümumiyyətlə, ödəniş olunmamışdır. Hətta hərdən avtoyuyucu sexə görə icarəçilər tərəfindən su sərfiyyatına ödənilən 5 manat pulun da “su mənlikdir” deyərək ona verilməsini iddiaçı X3 tələb etmişdir. Bu kimi halların nəticəsidir ki, istehlakçı-“Yuyucu” oby ektinin sahibəsi iddiaçı X1 rayonu, Müşfiqabad qəsəbəsi, ev 385 ünvanında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, su təchizatından qeyri-qanuni istifadə etməklə dövlətə, birbaşa Cavabdeh ASC-nə ziyan vurmaqla hüquqa zidd hərəkətləri ilə pozuntu törətmişdir. İstehlakçının Abşeron rayonu ərazisində fəaliyyət göstərdiyini və cavabdeh kimi qoyulmuş “Abşeron Sukanal İdarəsi”nin də hüquqi ünvanının Abşeron rayonunda olduğunu nəzərə alaraq, işin Abşeron Rayon Məhkəməsində baxılması haqqında Yasamal Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə vəsatət təqdim olunmuşdur. Lakin İddiaçı israrlı təkidi ilə vəsatət təmin olunmamış, işin Yasamal Rayon Məhkəməsində baxılacağı barədə xx.xx.2019-cu il tarixdə Qərardad çıxarılmışdır. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəs ində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. İstehlakçı Cavabdeh ASC ilə bağlanmış müqavilə əsasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun olaraq ‘Cavabdeh” ASC-yə ödəyir. Yaranmış 4.104,00 (dörd min bir yüz dörd) manat məbləğində borc mü lki hüquq pozuntusundan irəli gələn borcdur. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 09358 saylı inventar aktından müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən obyektə (yuyucu sexə) baxış zamanı su sayğacından kənar əlavə olaraq obyektin 25 mm-lik diametrli rezin boru vasitəsilə qoşulma nəticəsində çən doldurulur və sudan qanunsuz istifadə olunur. İddiaçı yetkinlik yaşına çatmış fiziki şəxsdir. Sözügedən akt imzalanarkən obyekt sahibəsi İddiaçı tərtib olunmuş aktla razı olduğunu bildirmiş, lakin imza etməkdən imtina etmişdir. Digər tərəfdən sözügedən akt (video və foto çəkiliş var) Sukanal İdarəsinin dörd nəfər məsul əməkdaşının iştirakı ilə tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin sözügedən q ətnaməsində qeyd olunanları nəzərə almadan əsassız, heç bir sübuta qiymət vermədən qanunsuz Qətnamə qəbul etmişdir. Prosessual məsələlər: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki: Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin 28 may qəsəbəsi üzrə nümayəndəliyinin xx xxx 2019-cu il tarixli arayışına əsasən İddiaçı X5 nömrəli evdə qeydiyyatsız yaşayır və həmin ünvandan avto-yuyucu kimi istifadə edir. Cavabdeh ASC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli 38538582 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə iddiaçı tərəfindən Müşfiqabad qəsəbəsi, ev 385 ünvanında yerləşən avtoservis tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə dair bağlanmışdır. Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinin nümayəndələri tərəfindən tər tib edilmiş xx xxxxxx 2019-cu il tarixli 09358 saylı İnventar aktına əsasən ünvan 4 ünvanında yerləşən N. Nuriyevaya məxsus olan avtoyuma məntəqəsində diametri d=20-mm olan boru vasitəsi ilə sudan qeyri-qanuni müqaviləsiz istifadə olunduğu aşkar edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmişdir. 203 qanunsuz müdaxilə haqqında məlumat verilməsi barədə sənəddən məlum olur ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ASC-nin qaynar xəttinə zəng edərək qanunsuz su borularına müdaxilə barədə müraciəti xxx etmişdir. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından məlum olur ki, İnventar aktına əsasən hesablanmış ziyanın məbləği 1 il üçün (1,14m3 x 5 saat x 30 gün x 12 ay) 4104 manat məbləğində müəyyən edilmişdir. Apellyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən məhz iddiaçının qoşulması və istifadə etməsi ilə bağlı hər hansı başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilərək, Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməsi və Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı İnventar aktında qeyd olunan hesabat verilən dövr xx xxxxxx 2019-cu il tarixdən (sudan qeyri-qanuni istifadə edilməsi) hesablanması barədə iddia tələbi təmin edilərək, əsassız hesablanmış 4104 manat borc silinməlidir. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi aktın ləğvi və 4104 manat borcun düzgün hesablanmaması qənaətinə gələrkən, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmin avtoyuyucunu icarəyə verməsi, həmin şəxs tərəfindən xəttə müdaxilə olunması, müdaxilə barədə məlumatın da məhz həmin şəxs tərəfindənCavabdeh ASC-nə verilməsi kimi faktiki halları ətraflı araşdırılmamasına, həmçinin Cavabdeh ASC-nin həmin boru xəttinə məhz iddiaçının qoşulması və istifadə etməsi ilə bağlı hər hansı başqa sübutu məhkəməyə təqdim edə bilmədiyinəəsaslanmış, sübutları düzgün qiymətləndirməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir. Lakin işdən göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinə ir ad tutduğu halı, yəni iddiaçının həmin avtoyuyucunu icarəyə verməsi, həmin şəxs tərəfindən xəttə müdaxilə olunması, müdaxilə barədə məlumatın da məhz həmin şəxs tərəfindən Cavabdeh ASCnə verilməsi kimi faktiki halları özü də araşdırmamış, sudan qanunsuz istifadə edilən obyektin iddiaçıya məxsus olduğunu, həmin obyektin su ilə təchizatı barədə müqavilənin də iddiaçı ilə bağlandığını, həmçinin iddiaçının iddia ərizəsində bu faktı inkar etməyərək, sadəcə həmin əlavə xəttin xx.xx.2019-cu ildə onun razılığı ilə evinə daxil olan su xəttindən xxx tərəfindən çəkildiyini və hesablamaların da həmin tarixdən aparılmalı olduğunu göstərdiyini nəzərə almayaraq, aktda göstərilənlərin cavabdeh tərəfindən sübut olunmaması barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia t ələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin m əntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sü butlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərar ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (ö zbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. “Sudan istifadə” Qaydalarına 4 nömrəli əlavəyə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi ötən 1 (bir) il müddətindən qeyd olunan kimi hesablanır: Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi zamanı borunun iç diametri 20 mm olduqda, kommersiyayönlü təşkilatlar üzrə aylıq sərfiyyat 171 m3, 3 aylıq sərfiyyat isə 513 m3-dir. Apellyasiya məhkəməsi özünün istinad etdiyi bu normaların tələblərinin cavabdeh tərəfindən p ozulmasının nədən ibarət olduğunu qətnaməsində qeyd etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmam ışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-c i maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10863/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-384/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-384/2020
22.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver