Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3844/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququndan məhrum edilmə tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X3, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin mülkiyyətçisi olmuş və 2006-cı ildə qeyd olunan mənzili övladları X5 və X2 bağışlamışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilinin 16,5 kv. Metr hissəsi X1 adına, 14.1 kv. metr hissəsi isə X3 adına qeydiyyata alınmışdır. 3. 2006-cı ildə iddiaçının oğlu X Cavabdeh ilə ailə qurmuşdur.
4. X6 13 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə miras qoyan X6 arasında olan nikaha mirasın açılmasından illər ə vvəl faktiki xitam verildiyi və onların ayrı yaşadıqları səbəbindən cavabdehi Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin mülkiyyətçisi olmuş və 2006-cı ildə qeyd olunan mənzili bölərək övladları X10 və X2 bağışlamışdır. 2006-cı ildə oğlu X6 Cavabdeh ilə ailə qurmuşdur. Zaman keçdikcə oğlu ilə cavabdeh arasında anlaşılmazlıqlar yaranmış və ailə münasibətləri pozulmağa başlamışdır. 2007-ci ildə cavabdeh oğlu ilə faktiki boşanmış və valideynlərin evinə köçmüşdür. Həmin tarixdən Cavabdeh oğlu xlə faktiki olaraq bir evdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. Yalnız həftə ərzində 1-2 dəfə cavabdeh yaşamalı olduğu evə gəlmiş, bir ne çə saat orada olduqdan sonra yenidən valideynlərin yaşadığı evə qayıtmışdır. Oğlu ilə Cavabdeh ilə aralarında olan nikah münasibətlərinə yalnız xalqın mentalitetindən irəli gələn dəyərlər səbəbindən son qoyulmamışdır. Onlar arasında bu münasibətlər nəticəsində nikahlarından olan nəvəsi Xı saatlarla görə bilmişlər. Oğlu cavabdehlə ayrıldıqdan sonra çox darıxdırıcı və özünün qeyd etdiyi kimi «mənasız» həyat yaşamışdır. Hesab etmişdir ki, ailə həyatı ucurlu olsaydı belə həyat yaşamazdır. Hətta cavabdehlə rəsmi nikah münasibətlərinə son verilməsə də Babayev Rəşad öz oğlu ilə yalnız bir neçə saat görüşmüş, son aylar isə ümumiyyətlə görüşə bilmirdi. İddia tələbinin əsaslı olması iddia ərizəsinə əlavə olunan foto və video materiallar, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarış, bildiri ş-xəbərdarlıqlar, GPG12368596 smart sayğaclı abonent barədə çıxarışla təsdiq olunur. X6 13 dekabr 2019-cu ildə vəfat etmiş və mülki qanunvericiliyə görə onun varisləri o, cavabdeh və onların övladları Xr. Lakin 2006-cı ildə baş tutmuş toydan sonra cəmi 7-8 ay sonra evi tərk edən və oğlu ilə daha heç vaxt eyni evdə yaşamayan cavabdeh miras payı almağa hüququ yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 Təcrübə Tədris birliyi tərəfindən verilmiş 13 dekabr 2019-cu il tarixli arayışdan məlum olur ki, X1 meyiti həmin Birliyin Sabunçu rayon şöbəsində müayinə edilmiş, 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixində verilmiş 071442 № ölüm haqqında şəhadətnamədən məlum olur ki, X6 13 dekabr 2019-cu il tarixind ə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilinin 16,5 kv. Metr hissəsi X1, 14.1 kv. metr hissəsi isə X3 qeydiyyata alınmışdır.
7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, onun mərhum həyat yoldaşı X6 ilə münasibətləri tamamilə yaxşı olmuş, mərhum vəfat edənədək bir yerdə yaşamış bir yerdə təsərrüfat idarə etmişlər. Onların ailə münasibətlərinin pozulması, boşanması üçün heç bir səbəb olmamışdır. İddiaçıların nümayəndələrinin onun 2007-ci ildə övladı Babayev Rəşadın doğumundan 1-2 ay öncə evi tərk etməsi əsassızdır. Belə ki, cavabdeh 21.08.2007-ci il tarixdə doğum evinə mərhum həyat yoldaşı ilə birlikdə yaşadığı ünvan 2 ünvanından onunla birlikdə getmiş, həmçinin həmin ünvan üzrə 03.08.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçıların nümayəndələrin həftə ərzində 1-2 dəfə yaşamalı olduğu yerə gəlməsi barədə dəlilləri də əsassızdır, çünki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışa əsasən, ümumi sahəsi 30.6 kv.m. olan, X 16,5 kv.m. hissəsi xüsusi mülkiyyəti hüququ əsasında mərhum həyat yoldaşına məxsus mənzildə həftədə neçə dəfə yaşaması və yaşamaması onun konstitusion hüququdur. Həmin mənzilin otağı ilə cavabdehin mərhum həyat yoldaşının qardaşı və hazırda iddiaçının nümayəndəsi olan X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17-nin 14,1 kv.m.-dən ibarət otağı iç-içədir və onun ailəsi ilə birlikdə yaşadığı otağa keçid Azər Babayevə məxsus otağın içərisindən keçməklə mümkündür. Əslində isə onun atası tərəfindən mərhum əri xə məxsus qeyd olunan mənzildə təmir-tikinti işlərinin aparılması üçün maddi yardım göstərilmiş, bu isə Azər Babayevlə onun və mərhum əri arasında narazılıqlara səbəb olmuşdur. Bunun nəticəsi kimi iddiaçı və oğlu xonunla mərhum ərini evdən qovmuş bu evə gəlməmələrini bildirmişlər. Belə olan halda o, əri və övladları xlə birlikdə bir qısa müddət atasına məxsus evdə məcbur yaşamalı olmuşlar. Sonradan iddiaçı ilə onlar arasında olan münasibətlər düzəlmiş və yenidən həmin evlərinə qayıtmışlar. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin hər hansı bir hesab fak turası ilə sübut etməyə onunla mərhum yoldaşı ilə ayrı yaşamasını sübut etməyə çalışmış, lakin bu dəlil də əsassızdır, çünki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17 iddiaçıya məxsus olmuş, sonradan iki hissəyə bölərək övladları Rövşən və Azərə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Buna görə də faktiki olaraq bir mənzil olduğundan həmin mənzilə dair işıq sayğacı bir ədəd olmuşdur. Eyni zamanda sayğacda olan göstəricilər, sayğac məlumatları barədə hesab faktura cavabdehin mərhum həyat yoldaşı ilə həmin evdə yaşamadığını, onların ayrı yaşadığını sübut edən hal deyildir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) 27 oktyabr 2020-ci il tarixli, 2(010)-2860/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qə tnamə qəbul edərkən Mülki Məcəllənin 1164-cü maddəsinə istinad etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, özü-özlüyündə həmin xüsusatlar tələbin əsaslı olduğunu təsdiq etmir. Cavabdeh mərhum X9i ilə ailə münasibətlərinə faktiki xitam verilməsi və xüsusən də bu halın mirasın açılmasından azı üç il əvvəl baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 03 mart 2021-ci il tarixli, 2(103)-2344/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2860/2020 saylı, 27 oktyabr 2 020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, “kollegiya təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək bu nəticəyə gəlir ki, özü-özlüyündə həm: xüsusatlar tələbin əsaslı olduğunu təsdiq etmir. Belə ki, birinci instansiya məhkəməsini şahid qismində dindirilən X11 iddiaçını n gəlinidir və onun iş nəticəsində dolayısı ilə maraqlı olduğuna əsaslanaraq kollegiya ifadəsini inandırıcı hesab etmir. Birinci instansiya məhkəməsində şahid X12ma onun hüquqları izah edilmiş, bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə məsuliyyət daşımağı barədə xəbərdar edilmişdir. Məhkəmə icraatı zamanı, həmçinin birinci və apellyasiya instansiyaları məhkəmələrinin qətnamələrində şahid X4 məhkəmə prosesində bildirdiyi ifadəsində qeyri-doğru, həqiqətə uyğun olmayan hər hansı məlumatın olması öz təsdiqini tapmamışdır. Cavabdehlə yanaşı şahid də iddiaçının gəlinidir və işin faktiki hallarının ailə daxili mübahisə ilə bağlı olduğunu nəzərə alınsa, iddiaçının gəlini xnin şahid kimi ifadə verməsi çox təbiidir. X20 isə ifadəsində bildirmişdir ki, Cav abdeh 2020-ci il tarixə qədər həmin evdə cəmi bir dəfə görmüşdür. Bu isə onunla izah olunur ki, cavabdeh mərhum xlə ayrı-ayrı evlərdə yaşamışlar. Məhkəmə kollegiyası isə şahid X4 verdiyi ifadəyə “X11 iddiaçının gəlinidir və onun işin nəticəsində dolayısı ilə maraqlı olduğuna əsas gətirərək ifadəni inandırıcı hesab etməmişdir, lakin bu marağın necə və hansı formada olmasını çox təəssüf ki qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, “Apellyasiya baxışında dindirilmiş digər şahid X7 ifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, mərhum xn onunla, yəni xilə qeyrirəsmi münasibətdə olması, birgə əylənmələri rəsmi nikahda olan Cavabdeh ilə nikahlarına faktiki olaraq xitam verilməsi üçün əsas hesab oluna bilməz” 17 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolun da qeyd edilmiş şahid Ellada Bonarenkonun ifadəsi belədir: “Biz mərhum xlə ailə kimi yaşayırdıq. 2013-cü ildə tanış olmuşuq və 7 ilə yaxın əlaqəmiz olub. Bir yerdə mənim evimdə yaşayırdıq. Evim Sabunçu rayonunda yerləşir. Biz daimi olaraq bir yerdə olmasaq da, 24 saat əlaqə saxlayırdıq. Xarici ölkəyə birgə gedirdik. Bilirdim ki, evlidir. Qohumlarını, bacısını tanıyırdım. Həftədə 3-4 gün bir yerdə qalırdıq, qalan günləri anası xəstə olduğundan onunla birgə qalırdı. xin arvadı — Cavabdeh öz evində qalırdı, xlə yox. ” Maraqlıdır ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş şahid ifadəsinə əsasən hansı mühakimə üsuluyla şahid Ellada Bondarenko ilə mərhum x arasında faktiki ailə münasibətlərinin olmaması və hətta şahid ilə mərhum xin yalnızca birgə əylənmələri qənaətinə gəlmişdir? Qeyd edilən şahid ifadəsindən belə məlum olur ki, mərhum x ilə Cavabdeh arasında xn vəfatından uzun illər öncə faktiki ailə münasibətlərinə son verilmişdir. 17 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmiş, iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş suala cavabında şahid Ellada Bondarenko bildirmişdir ki, “yaşadıqları evin təmir xərclərinin qarşılanmasında mərhum xin çox böyük köməyi olmuşdur.” X17 Ellada Bondarenko ilə birgə yaşadıqları evi şəxsən təmir etməsiylə bağlı video və foto materialları da iş materiallarına əlavə edilmişdir, təəssüf ki, məhkəmə kollegiyası bu fakt da lazımı qiymət verməmişdir. 17 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmiş, cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş suala cavabında şahid Ellada Bondarenko bildirmişdir ki, “2013-cü ildən vəfat edənə kimi mərhum xlə bir yerdə olmuşlar, R.Babayev ya onunla ya da anası ilə qalırmış. ” 17 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmiş, sədrlik edən hakim tərəfindən verilmiş suala cavabında şahid Ellada Bondarenko bildirmişdir ki, “son üç il ərzində mərhum xlə Cavabdeh bir yerdə yaşamamışlar, X21 evi təmirdə idi deyə onların orada birgə yaşamaları da mümkün deyildi. ” Cavabdeh də 17 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmiş, iddiaçının nümayəndəsi və vəkilinin sualına verdiyi cavabında bildirmişdir ki, “mərhum xlə cavabdehin ata evində qalırmışlar, çünki, qaynanası -İddiaçı qoymurdu ki, öz evimizdə qalaq. ” Cavabdeh də 03 mart 2021-ci il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmiş ifadəsi ndə isə bildirmişdir ki, iddiaçı və iddiaçının digər oğlu xcavabdeh və onun əri mərhum xi yaşadıqları evdən qovmuş, onlar qısa müddət ərzində cavabdehin ata evində yaşamışlar. Sonra isə öz evlərin qayıtmışlar. Cavabdehin ifadələri arasındakı bu ziddiyyətlərə yetəri qədər diqqət etməyən məhkəmə kollegiyası həmçinin xin vəfat etdiyi vaxtda, onun evində təmir getdiyini və bu faktı əks etdirən foto-video şəkillərin iş materiallarına əlavə olunduğunu belə nəzərə almamışdır. Həmçinin, mərhum xlə uzun müddət faktiki ailə münasibətlərində olmuş Ellada Bondarenkonun qardaşı X8 xlə bank arasında 10.06.2019-cu il tarixli kredit müqaviləsi bağlandığı zaman həmin bankla zaminlik müqaviləsi bağlayaraq xə zamin olmuşdur. Bu fakt özlüyündə mərhum X15 Bondarenko arasındakı münasibətlərin xn vəfatına qədər daimi davam edən, faktiki ailə münasibət olduğunu təsdiqləyir. Faktla bağlı iddiaçı tərəfindən sənəd-sübutu məhkəmə kollegiyasına təqdim edilsə də, iş üzrə qəbul edilən qətnamədə bu sübuta qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, “cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən, eləcə də bir ədəd DVD diskdə əks olunmuş görüntülərdən müəyyən edir ki, cavabdeh mərhum əri X6 və azyaşlı övladları ilə 2016, 2017, 2018, 2019-cu illərdə birlikdə müxtəlif şənlik mərasimləri v istirahət yerlərində olmuşlar. Məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən məlum olmuşdur ki, Cavabdeh mərhum əri X6 il 2017-ci ilin avqust ayında Masallı rayonunda, 2018-ci ilin avqust ayında isə Quba rayonunda övladlarının doğum gününü qeyd etmək üçün, həmçinin 2017-ci ilin yanvar ayın da isə yeni il bayramını qeyd etmək üçün, eyni zamanda bir neçə toy şənliyində birgə vaxt keçirmişlər. Məsələn, şadlıq sarayındakı toy mərasimi 02 dekabr 2006-cı ildə, “Büllür” şadlıq sarayındakı toy mərasimi 26 mart 2016-cı ildə, yəni mərhum x vəfatından müvafiq olaraq 13 il və 3 il 9 ay əvvəl keçirilmişdir. Göründüyü kimi, rəsmi olaraq aralarındakı nikaha xitam verilməmiş cavabdeh və mərhum əri xin övladlarının doğum gününü qeyd etmək, həmçinin yeni il bayramını keçirtmək üçün bir neçə saatlıq birgə vaxt keçirməsini məhkəmə qərəzli olaraq cavabdeh və mərhum əri arasındakı ailə münasibətlərinə faktiki xitam verilməməsi kimi qəbul etmişdir. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş şəkillərdən də məlum olur ki, İddiaçı yaşadığı evə məxsus A510747120 seriyalı elektrik sayğacı və Cavab deh yaşadığını iddia etdiyi evə məxsus A510747130 elektrik sayğacının sərf etdiyi elektrik enerjisini müqayisə etdikdə Cavabdeh yaşadığını iddia etdiyi evdən istifadə etməməsi, həmin evdə yaşayışın demək olar ki olmaması faktı öz təsdiqini tapmış olur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilərək iş materiallarına əlavə edilmiş, İddiaçı istifadəsində olan qaz sayğacının göstəricisi (08863,1 kubmetr) və mərhum X1 istifadəsində olmuş qaz sayğacının göstəricisi (01487,0 kubmetrlə) arasındakı kəskin fərqi əks etdirən 2 (iki) ədəd akt, minimum son 3 (üç) il ərzində mərhum xin evində yaşayış zamanı kommunal xidmətlərdən istifadənin hansı səviyyədə olduğunu bir daha əks etdirir. Bu isə təbiidir, çünki, mərhum x və Cavabdeh birlikdə minimum son 3(üç) ərzində həmin evdə ümumiyyətlə yaşamamı ş və ailə təsərrüfatı aparmamışlar. İddiaçının təqdim etdiyi aktlar iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra-11 noyabr 2020-ci il tarixində “Azəriqaz” İB əməkdaşları tərəfindən tərtib edilmişdir. Təəssüf ki, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərini pozaraq qeyd edilən sübutlara ya ümumiyyətlə qiymət verməmiş, ya da həmin sübutlarla bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Həmçinin 19 dekabr 2016-cı il tarixindən 19 dekabr 2019-cu il tarixinə kimi mərhum X2 məxsus ********** telefon nömrəsi ilə Cavabdeh istifadəsində olan ********** telefon nömrəsi arasında danışıq aparılıb-aparılmaması və aparılan danışıqların hansı tezlikdə və hansı sayda olmasının öyrənilməsi üçün "xxxx" MMC-yə sorğu verilməsini ilə bağlı məhkəmə kollegiyas ına iddiaçı vəsatətlə müraciət etsə də, vəsatət təmin edilməmişdir. Halbuki, faktiki ailə münasibətləri olan ər-arvad arasında gün və ya həftə ərzində hər hansı telefon danışığının olmaması qeyri-mümkündür. Cavabdeh tərəf isə iddianın çürütməyə yönəlmiş hər hansı bir sübutu təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının bu barədə irəli sürdüyü vəsatəti əsassız olaraq rədd edərək iş üçün mühüm əhəmiyyət kəsb edən sübutun əldə olunmasına maneəçilik törətmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
24. Cavabdeh 02 dekabr 2006-cı il tarixdə rəsmi nikah daxil olmuşlar və X6 13 dekabr 2019-cu il tarixdə vəfat etmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı gəlinidir. Cavabdeh 2006-cı ildə mərhum xlə nikaha daxil olmuşdur. O, ünvan 4 ünvanın da 2015-ci ildən yaşayır, cavabdehi isə 2020-ci il tarixə qədər həmin evdə cəmi bir dəfə görmüşdür. Bu isə onunla izah olunur ki, cavabdeh mərhum xlə ayrı-ayrı evlərdə yaşamışlar.
26. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 1999-2000-ci illərdə İddiaçı məxsus olan Əmircan qəsəbəsində yerləşən evin yaxınlığında kirayədə yaşamış, həmin vaxtdan cavabdehin övladları ilə səmimi münasibətləri yaranmışdır. İddiaçı ona xoş münasibət göstərmiş, xəstə olduğum dövrdə köməklik etmişdir. Sonrdan başqa yerdə yaşasa da iddiaçının övladları ilə dost münasibətlərində olmuş, hətta Cavabdeh elçiliyə getmişdir. Son illər demək olar ki, bayram günlərində İddiaçı yaşadığı mənzilində olmuş və bir dəfə İddiaçı mərhum xa yemək bişirdiyini görüb bu işin nə səbəbdən sonuncunun arvadı Cavabdeh tərəfindən edilmədiyi ilə maraqlandıqda Rövşənin İlahə ilə araları yaxşı olmadığını bildirmişdir.
27. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, xlə 2013cü il tarixdə tanış olaraq həmin tarixdən ailə kimi birlikdə yaşamağa başlamışlar. O, həftənin 3-4 gününü Rövşənlə bir yerdə yaşamış, qalan günləri isə öz evində yaşamışdır. Bununla belə daima Rövşənlə əlaqə saxlamışdır. O, Rövşənin bacılarını və anasını tanıyırdı. Rövşənin anası xəstə olduğundan o tez-tez anası ilə birlikdə qalırdı. Rövşənin arvadı isə ona məxsus yox, özünə məxsus evdə yaşayırdı. Rövşən arvadından boşanmaq istəsə də, arvadı buna razılıq vermirdi. Son üç ildə isə Rövşən arvadı ilə ümumiyyətlə birlikdə olmamışdır. 28. “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 1164-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cü il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olunmuşdur ki, Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.
29. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəməl ər tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olubolmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı.
30. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, bi rgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur......Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir.
31. Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç i l əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.
32. Apellyasiya kollegiyası təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, özü-özlüyündə həmin xüsusatlar tələbin əsaslı olduğunu təsdiq etmir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X11 iddiaçının gəlinidir və onun işin nəticəsində dolayısı ilə maraqlı olduğuna əsaslanaraq kollegiya ifadəsini inandırıcı hesab etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şahid X13 isə ifadəsində iddiaçının ona mərhum xin Cavabdeh ilə araları yaxşı olmadığını bildirməsini göstərmişdir. Lakin şahidin göstərdikləri, eləcə də "xxxx" ASC-nin abunə haqqında çıxarış, bildiriş-xəbərdarlıqlar, GPG12368596 smart sayğacı abon ent barədə məlumatlar Cavabdeh əri olan ailə münasibətlərinə faktiki xitam verildiyinə dəlalət edən hallar kimi qiymətləndirilə bilməz.
34. Apellyasiya baxışında dindirilmiş digər şahid X7 ifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum xn onunla, yəni xilə qeyri-rəsmi münasibətdə olması, birgə əylənmələri rəsmi nikahda olan Cavabdeh ilə nikahlarına faktiki olaraq xitam verilməsi üçün əsas hesab oluna bilməz. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən, eləcə də bir ədəd DVD diskdə əks olunmuş görüntülərdən müəyyən edir ki, cavabdeh mərhum əri X6 və azyaşlı övladları ilə 2016, 2017, 2018, 2019-cu illərdə birlikdə müxtəlif şənlik mərasimləri və istirahət yerlərində olmuşlar. Bu kimi halları nəzərə alaraq və iş üzrə tərəflərin təqdim etdikləri sübutları qarşılı qlı şəkildə dəyərləndirərək kollegiya hesab etmişdir ki, Cavabdeh mərhum X6 ilə ailə münasibətlərinə faktiki xitam verilməsi və xüsusən də bu halın mirasın açılmasından azı üç il əvvəl baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
35. Kollegiya nəzərə alır ki, apellyasiya məhkəməsi yuxarıda sadalanan dəlillər və qiymətləndirmə əsasında Mülki Məcəllənin 1164-cü maddəsində göstərilən halların iddiaçı tərəfindən sübuta yetirilmədiyi qənaətinə gəlmişdir.
36. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların ç atışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiym ət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.