Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3845/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız sayılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3630/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavab deh4 ilə X2 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır.
2. Tərəflər birgə nikah dövründə - 17 dekabr 2009-cu ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv.m olan 3 otaqlı mənzili əldə etmişlər, həmin mənzil 30 dekabr 2014cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə kredit borcuna görə ipoteka ilə yüklü edilmişdir.
3. Kredit borcu ödənilmədiyi üçün Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(046)-305/2019 nömrəli qətnaməsi ilə borcun tutulması, ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmişdir. Qətnamənin həmin hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmə qətnaməsi icraya yönəldiyindən mənzil açıq hərracdan satışa çıxarılmışdır. İş üzrə qəb ul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında Cavabdeh2 bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona sonradan, 2021-ci ilin sentyabr ayında məlum olmuşdur ki, birgə nikah dövründə aldıqları mənzil xəbəri olmadan 30 dekabr 2014-cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü olunaraq iş üzrə cavabdeh, həmçinin qayınatası Cavabdeh3 Firidun oğlunun adına Cavabdeh1 ASC-dən 46.000 ABŞ dolları məbləğində kredit götürülmüş, həmin kredit borcu ödənilmədiyi üçün məhkəmə qətnaməsi ilə əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldiyindən mənzil açıq hərracda satışa çıxarılmışdır. İpoteka müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığından məhkəmə qaydasında etibarsız hesab edilməli, cavabdehlər tərəfindən pozulmuş, qanunla qorunan hüququ bərpa olunmalıdır.
7. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinin şərtlərinə tam əməl etməklə bağlanmışdır. Lakin iddiaçı AR Ali Məhkəməsinin 15 sentyabr 2019-cu il tarixli 2(102)-3438/2020 nömrəli qərarının icrasından yayınmaq məqsədi ilə məhkəməyə iddia ərizəsi müraciət etmişdir. Halbuki iddiaçı Göyçay rayon notariat kontoruna yazdığı xx.xx.2014-cü il tarixli ərizə ilə Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilin ipoteka qoyulmasına etirazının olmadığını qeyd etmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyinə dair öhdəlik götürdüyünü bildirmişdir. '‘Bank Respublika”ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət etmiş, iş üzrə yuxarıda qeyd olunmuş məhkəmə qətnamələri qəbul edilmişdir. Lakin, iş üzrə cavabdeh tərəf Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya və Şəki Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, xx.xx.2010-cu il tarixli 1006-3298/005710/Sİ saylı sonrakı ipoteka müqaviləsinin qanunili yini mübahisələndirməmişdir. Bundan başqa, hal-hazırda məhkəmə, mübahisəli mənzilin satılmasına dair hərrac qovluğunun təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Halbuki məhkəmə nəzərə almamışdır ki, iddia tələbində hərracın nəticələrinin etibarsızlığı deyil, ipoteka müqaviləsinin etibarsızlığı tələbi qoyulmuşdur. Həmçinin, məhkəmənin qərardadı ilə Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli ipoteka müqaviləsi üzrə notariat işinin 10 gün müddətində məhkəməyə göndərilməsi Cavabdeh2 üzərinə qoyulmuşdur. Lakin müvafiq işdə notariat işinin məhkəməyə gətirilməsi zərurəti yoxdur. Belə ki, iddiaçının xx.xx.2014-cü il tarixli razılıq ərizəsindəki və iddiaçı tərəfindən işə əlavə olunan xx.xx.2021-ci il tarixli etibarnamədəki imzaları və “Qaçayeva ” sözünə diqqət edilsə, onların eyni şəxs tərəfindən yazıldığını dəqiqliklə görünür. İddiaçı, 7 ildən artıq müddət keçdikdən sonra əsassız iddia irəli sürərək öz iddiasını sübut edə bilməməkdədir.
8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/416 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qacayeva” əlyazması – İddiaçı tərəfindən icra olunmuşdur.
9. Məhkəmənin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ek spertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1770 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qaçayeva” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia rədd olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ekspert rəyini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində imzanın və “Qacayeva” yazısının İddiaçı aid olması yuxarıda göstərilən ekspertiza rəyləri ilə sübuta yetirilmişdir.
12. Belə olan halda məhkəmə iddiaçının Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində Qaçayeva imza və xəttin ona aid olmadığı, onun tərəfindən imzalanmaması barədə dəlillərinin məhkəmə araşdırması zamanı təsdiq olunmadığını, əksinə qeyd olunan ekspert rəyləri ilə təkzib olunduğunu nəzərə a laraq onları əsassız hesab etmişdir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.4, 339.1, 339.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 101.1, 103.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, iş üzrə təyin edilmiş ekspertlərin qanunsuz rəylərini mötəbər sübut kimi qəbul edərək, iddianı təmin etməmişdir. İddiaçının təkrar komisyon ekspertiza keçirilməsi barədə vəsatətini rədd etmiş, bununla da işə qərəzli, subyektiv yanaşdığını bir daha təsdiq etmişdir. Belə ki, iddianın əsasını, təməlini məhz razılıq ərizəsindəki imzanın iddiaçıya aid olmaması təşkil edir. Məhkəmə sübutlara düzgün qiymət vermək, iddia tələbinin əsasını təşkil edən halları obyektiv, hərtərəfli araşdırmaq əvəzinə, qeyd olunduğu kimi işə subyektiv, qərəzli yanaşmaqla səhv nəticəyə gəlmiş, buna görə də qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. İddiaçı həmçinin birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesində Cavabdeh4 verdiyi izahatında iddia tələbini qəbul edərək, kredit götürülən vaxt bankda işlədiyini, bu səbəbdən həyat yoldaşının notariusa getmədən, bank əməkdaşları ilə iddiaçının yerinə notariat kontorunda razılıq ərizəsinə imza ataraq notariat işinə əlavə etdiklərini bildirmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3630/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ipoteka müqaviləsi bağlanan zaman razılıq ərizəsindəki imzanın ona məxsus olmaması ilə bağlıdır.
18. Məhkəmə, iddiaçının həmin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının həmin dəlilinin yoxlanması üçün birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-xətşünaslıq ekspertiza keçirilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/416 №-li rəyinə və xx.xx.2023-cü il tarixli 4/1770 №- li rəyinə əsasən Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qaçayeva” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur.
19. Buna baxmayaraq, iddiaçı apellyasiya icraatı zamanı iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsində işə baxılarkən verilmiş yuxarıda qeyd edilən hər iki ekspert rəyini şübhə altına ala biləcək əsasl ı sübutlar təqdim etməmişdir.
20. İddiaçının apellyasiya şikayətində, həmçinin məhkəmə prosesində Cavabdeh4 verdiyi izahatında iddia tələbini qəbul edərək, kredit götürülən vaxt bankda işlədiyini, bu səbəbdən həyat yoldaşının notariusa getmədən, bank əməkdaşları ilə iddiaçının yerinə notariat kontorunda razılıq ərizəsinə imza ataraq, notariat işinə əlavə etdiklərinə istinad etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin nəticəsində bilavasitə maraqlı olan şəxsin yəni iddiaçının ərinin həmin izahatı hazırkı iş üzrə keçirilmiş iki ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübut qismində qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilməsini, işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
25. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.
26. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşı nmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
31. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyində n apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, İddiaçı tələbi birgə nikah dövründə əldə edilmiş daşınmaz əşyanın ipoteka ilə yüklü edilməsi haqqında 30 dekabr 2014-cü il tarixli müqavilənin bağlanmasından xəbərinin olmamasına, başqa sözlə buna razılıq verməməsinə söykənmişdir.
41. Cavabdeh isə bildirmişdir ki, iddiaçının ipoteka müqaviləsinin bağlanmasına dair notarial razılıq ərizəsi notariat işində mövcud olmuşdur.
42. Belə olan halda həmin mübahisəli halın iddiaçı tərəfindən sübuta yetirilməsi işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Çünki, iddiaçının istinad etdiyi hal ipoteka müqaviləsinin etibarsız sayılmasına dəlalət edə bilərdi.
43. Məlum olduğu kimi, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir (§ 2627).
44. Birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi halı yoxlamaq məqsədilə iki dəfə məhkəmə -xəttşünaslıq ekspertizası keçirmişdir. Əldə olunmuş rəylərlə təsdiqlənmişdir ki, iddiaçı daşınmaz əşyanın ipoteka qoyulmasına razılıq verməsinə dair notarial ərizəni özü imzalamışdır (§ 8-9).
45. Məhkəmələr həmin rəyləri mötəbər sübut kimi qiymətləndirərək ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsasın müəyyən olunmadığı qənaətinə gəlmişdir (§ 11-12, 18-19).
46. Beləliklə, iddiaçının istinad etdiyi xüsusat təsdiqini tapmadığı üçün daşınmaz əşyanın ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlanması ilə əlaqədar Mülki Məcəllənin şərtlərinin pozulmadığı təsbit olunmuşdur.
47. Odur ki, müqavilənin Mülki Məcəllənin 225.6-cı və 337.1-ci maddələri ilə etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir (§ 26, 29).
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3630/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.