Məhkəmə qərarları › İş №2(102)-3846/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3846/2020

28.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3846/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil1, Cavabdeh vəkili Zeynalov Emin Mail oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri, 12 saylı Notoriat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X4nə qarşı “vərəsəlik hüququ haqqında şəha dətnamənin etibarsız hesab edilməsi və s tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-307/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh qarşı (Bakı şəhəri, 12 saylı Notoriat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X4 üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair X1 adına verilmiş xx.xx.2000-ci il tarixli çıxarışın, 12 saylı Dövlət Notariat Kontoru tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair Cavabdeh adına verilmiş xx.xx.2015 -cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X4 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə dair Cavabdeh adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1013/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. (hakim Rəşid Səmədov) İddiaçılar İddiaçı1 və İddiaçı2qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-307/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1013/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyalə Cəmilova(sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, İlham Kərimli) İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin hissəsində ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qətnamədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Mənzil özəlləşdirilərkən iddiaçıların hüquqları pozulmuş, İddiaçı1 buna dair razılıq ərizəsi verməmiş, təqdim edilən ərizə saxta olmuşdur. Həmin ərizədəki imzanın İddiaçı1 aid olmaması ekspert rəyi ilə təsdiq edilsə də, məhkəmə eks pert rəyinə düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Zeynalov Emin Mail oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iş üzrə tərəf olan digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddia ərizəsinə görə Bakı şəhəri, Yasamal ray onu, Z.Xəlilov küçəsi, məhəllə 523, ev 16a, mənzil 3 iddiaçıların atası Həsənov Məmməd Səməd oğlunun adına olub, Həsənov Məmməd Səməd oğlu 1974-cü il tarixdə vəfat edib. Mübahisəli mənzil ümumi sahəsi 65,4 kv.m, yaşayış sahəsi 46,8 kv.m olmaqla üç otaqdan ibarətdir. Mənzil xx xxxxxxx 1960-cı il tarixdə 06272 saylı orderlə 5 nəfər ailə üzvü olmaqla iddiaçıların məhrum atalarına verilmişdir. Orderdə iddiaçıların, həmçinin onların qardaşı X1 adları qeyd edilib, həmin mənzildə yaşamaqla iddiaçılar mübahisəli mənzildə qeydiyyatda olublar. İddiaçılar mübahisəli mənzildə mərhum ataları ilə daimi bir yerdə yaşayıb, ataları ilə birlikdə ümümi təsərrüfat işləri aparıblar. Atalarının ölümündən sonra da və hazıradək İddiaçı1 həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzilin kommunal xərclərini hər zaman iddiaçılar ödəyib. Ataları Həsənov Məmməd Səməd oğlunun sağlığında Bakı şəhəri, Oktyabr Rayon Məhkəməsinin 36-2-853 saylı xx.xx.1974-cü il tarixli qətnaməsi ilə 3 otaqlı mənzilin 17,0 kv.m olan bir otağı 4 nəfər ailə üzvü ilə birlikdə İddiaçı2 verilib. Atasının ölümündən 7 il sonra iddiaçıların qardaşı X2 mərhum atasının adında olan, sahəsi 29,8 kv.m olan 2 otağa dair yeni müqavilə bağlayıb. Bu müqavilənin bağlanmasından digər ailə üzvlərinin xəbəri olmayıb. X2 xx xxxxxx 2014-cü il tarixdə vəfat edib. Mübariz Həsənovun həyat yoldaşı Cavabdeh 12 saylı notariat kontoruna müraciət edərək xx.xx.2015-ci il tarixli 2V-01-100 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb və onun əsasında xx.xx.2015-ci il tarixdə Cavabdeh çıxarış verilib. Həmin vaxt iddiaçılara məlum olub ki, onların xəbəri və razılıqları olmadan mərhum qardaşları Mübariz Həsənov mənzili xx.xx.2000-ci il tarixdə mülkiyyət hüququ ilə öz adına ilkin qeydiyyata aldırmışdır. Mübariz Həsənov mübahisəli mənzil özəlləşdirilərkən iddiaçıların hüquqları pozulmuşdur, mənzildə qeydiyyatda olan iddiaçıların razılığı alınmamışdır. 2015-ci il tarixdə cavabdeh vərəsəlik şəhadətnaməsi və çıxarış aldıqdan sonra mənzilin onların razılığı olmadan özəlləşdirilməsi, vərəsəlik qaydasında cavabdehin adına keçirilməsi iddiaçılara məlum olmuşdur. İddiaçılar tələblərinin hüquqi əsası kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəllşdirilməsi haqqında” Qanunun 5, 9, 12-ci, 1982-ci il tarixli Mülki Məcəllənin 53 və 83-cü maddələrinə istinad etmişlər. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən İdd iaçı2 mənzil özəlləşdirilərkən orada yaşamamasını və qeydiyyatda olmamasını, digər İddiaçı1 isə mənzilin özəlləşdirilməsinə yazılı razılıq verməsini müəyyən edərək iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci, Mülki Məcəllənin 329, 331.1 və 337.1-ci maddələri ilə əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmış, mənzildən daimi köçüb getmiş İddiaçı2 həmin mənzilə dair hüquqlarının olmamasını, əlavə olaraq cavabdehin vərəsəlik şəhadətnaməsi və çıxarış aldıqdan sonra mənzilin onların razılığı olmadan özəlləşdirilməsi, vərəsəlik qaydasında cavabdehin adına keçirilməsi barədə iddiaçıların 2015-ci il tarixdən məlumatlı olmalarını, bununla da iddiaçıların əqdi mübahisələndirmək müddətini ötürmələrini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5, 8-ci, Mülki Məcəlləni n 139.,337.1, 347.1, 354, 1159, 1243.2, 1246-cı, Mənzil Məcəlləsinin (1982-ci il) 87-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı2 mənzildən daimi köçüb getməsi, onun mənzildə qeydiyyatda olmaması işin müəyyən edilmiş mübahisəsiz halıdır Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 mənzildə yaşamadığı üçün mənzilin özəlləşməsi zamanı razılıq alınmalı şəxslərin sırasına daxil olmamışdır. Həmçinin mənzilin 2000-ci ildə iddiaçıların qardaşı Mübariz Həsənovun adına özəlləşməsi, Cavabdeh mərhum ərinin (iddiaçıların qardaşının) qanuni vərəsəsi kimi ərindən miras qalmış əmlaka dair 2015-ci ildə vərəsəlik şəhadətnaməsi alması, cavabdehin miras qalmış əmlaka dair mülkiyyət hüququnu qeydə aldırması, iddiaçıların bütün bunlardan 2015-ci ildə xəbər tutmaları işin mübahisəsiz halı kimi müəyyən edilib. Çünki iddiaçılar özləri də bütün bunlardan 2015-ci ildən xəbər tutduqlarını etiraf ediblər. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən son ra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə əri zənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtı ndan əvvəl xitamına səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüququ mövqeyi baxımından 354-cü maddənin tətbiqi üçün ərizə verilməsi zəruri şərt deyil, əgər maraqlı şəxs müddət keçiribsə, o, müqavilənin etibarsızlığını tələb etmək hüququnu itirir. Apelyasiya instansiyası da hazırki iş üzrə iddiaçıların 1 illik müddəti ötürməsi halını müəyyən etdiyi üçün düzgün olaraq Mülki Məcəllənin 354-cü maddəsinin tətbiq etməklə iddianı rədd etmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlil də – mənzilin özəlləşdirilməsi üçün verilən ərizənin İddiaçı1 tərəfindən imzalanm aması barədə ekspert rəyinə düzgün qiymət verilməməsi – əsassızdır. Belə ki, qətnamədən görünür ki, apelyasiya instansiyası iddianı müddətin ötürülməsi əsası ilə rədd etmişdir. Belə olan halda, ərizənin iddiaçı tərəfindən imzalanıb-imzalanmaması hər hansı əhəmiyyət kəsb etmir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 307/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar