Məhkəmə qərarları › İş №2(102)-3847/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3847/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3847/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanmanın hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4184/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh X3 aşağıdakı məzmunda iltizam yazıb vermişdir: Mən Cavabdeh, mənə məxsus Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış massivində yerləşən həyət evimi İddiaçı 25.000 (iyirmi beş min) manata satdım. Evi alan İddiaçı mənə məxsus evin öz aramızda alğı-satqısında iştirak edən şəxslər X5 və X1 iştirakı ilə xx.xx.2022-ci ildə aldım. 2. 28.08.2022-ci il tarixli qəbzə əsasən, həmin tarixdə 100 manat məbləğində pul Cavabdeh məxsus bank kartına köçürülmüşdür.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, ünvan 1 ünvanına aid olan (012) *** ** ** nömrəli telefonun X2 adına keçirilməsinə, sənədləşdirilməsinə etirazı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabde h qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 25.000 manat məbləğdə pulun, əlavə təmir xərclərinə görə 3000 manat məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, Cavabdeh istifadəsi və sahibliyində olmuş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivindəki fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə 25.000 manat ödəməklə almışdır. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından aralarında şifahi alğı-satqı müqaviləsi bağlanmış, pulun verilməsinə dair yazılı iltizam tərtib edilmişdir. Daha sonra cavabdeh ona evə dair inventa rlaşdırmaya dair hesabat cədvəlini vermiş, evin kommunal xidmətlərinin adına keçirilməsi üçün etibarnamə vermiş, sənədləşmənin adına olmasına etiraz etməməsinə dair ərizə vermişdir. Daha sonra o, həmin etibarnamə və ərizə əsasında kommunal xidmətləri öz adına sənədləşdirmişdir. Pulu ödədikdən sonra cavabdeh evindəki əşyaların çıxarılması və özünün də evdən çıxması üçün 15 gün vaxt verməsini xahiş etmişdir. Daha sonra evdə rütubət olduğundan o, evə ustalar gətirərək bəzi təmir işlərini görmüşdür. 2022-ci ilin sentyabr ayının sonlarında evin dam örtüyünün təmiri zamanı cavabdehin anası evə gələrək səs-küy salmış, onlara evi tərk etmələrini bildirmiş, ona orada şərböhtan atmışdır. Həmin təmir işlərinə onun 3000 manat xərci çıxmışdır. Daha sonra cavabdehin anası ondan polisə şikayət etmişdir. Bütün olanlardan sonra cavabdeh də evdən çıxmamış və verdiyi etibarnaməni ləğv etdirmiş, bəzi kommunal abonent adlarını yenidən öz adına keçirmişdir. Bu günə qədər ya evin tərk edilməsini, ya da pulunu geri qaytarılmasını təklif etsə də, bundan imtina etmişdir. Həmçinin evdə onun bəzi aşyaları qalmışdır. Evi almazdan əvvəl ayın 28-də 100 manat behi cavabdehin kartına atmışdır. Daha sonra notariat orqanına gedərək 25000 manatı ödəmiş və iltizama hər ikisi imza emişdir. Notariat orqanına cavabdeh və onun əri İlkin gəlmişlər. Həmin vaxt o, 25000 manatı Nura vermiş və sonuncu da pulu çantasına qoymuşdur. Ev orta təmirli olduğundan təmirə ehtiyacı olmuşdur. Cavabdeh ona digər evini təklif etmiş, lakin o, razılaşmamışdır. Daha sonra cavabdeh öz anası ilə birlikdə onun aldığı evə köçmüşdür. Köçdü kdən sonra cavabdeh ona pul vermədiyini bildirmişdir. Həmin evdə onun tikinti materialları qalmışdır.

6. Cavabdeh iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, X2 iddiası əsassız, şər və böhtandır. Buna sübut olaraq Xəzər rayon Pİ-nin 1-ci Polis Şöbəsində olan qərarları təqdim etmişdir. İddiaçı tək onun barəsində iddia qaldırmışdır. İddiaçının həyat yoldaşı Kazımova Rahidə səs yazısında da bildirmişdir ki, pulu Məmmədov İlkinə vermişlər. İddiaçı da prokurorluqda bildirmişdir ki, pulu İlkinə verib. Hətta İlkinin əmisi Məmmədov Ədalətin də səs yazısında aydın eşidilir ki, Ədalət Məmmədov deyir ki, “Vuqarın pulunu qaytaracayıq, bizə haram pul lazım deyil”. İlkinin atası polisin yanında bildirmişdir ki, ona 2023-cü il yanvar ayına kimi vaxt versinlər, Vuqarın pulunu qaytaracaqdır. Bu qrup un onu aldadaraq yazdırdıqları ərizə də saxta olmuşdur, çünki tarixlər fərqli yazılmışdır. Ona pulu bank vasitəsilə verməli idilər, lakin onu aldadaraq verməyiblər. Vuqarın özünün polisə yazdığı ərizəsində də qeyd etmişdir ki, Nurun anası Abasəliyeva Səidə onları evə buraxmır, köçmələrinə maneə yaradır. Bu da onu sübut edir ki, onlar heç vaxt sözügedən evdə yaşamayıblar. Qonşuları da notarial qaydada bunu təsdiqləyiblər. Vuqar onun kartına cəmi 100 manat pul göndərmişdir. O, iltizamı ayın 22-i yazmışdır. İddiaçı 100 manat məbləğində behi ayın 28-də ona göndərmişdir. O, pulu soruşduqda Vuqarın arvadı pulu İlkinə verdiklərini bildirmişdir. İlkin onu aldadaraq etibarnamə verdirmiş, lakin ona pul verilməmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-373/2024 nömrəli xx.xx.2024-cü il ta rixli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddianın qismən təmin edilməsi, Cavabdeh 25000 manat və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğdə pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 9 manat hissəsinin iddiaçının özünə aid edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 2022-ci il tarixdə iddiaçı cavabdehə məxsus evi almaq üçün ona 25000 manat məbləğində pul vermiş, lakin cavabdeh evi ona təhvil verməyərək özü yaşamağa başlamış, ödənilən pul məbləğini isə geri qaytarmayaraq əsassız varlanmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mümkün alğısatqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilm əməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 25000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarmalıdır.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin evin təmiri üçün xərclənən 3000 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissədə iddia təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, bu halda sübutetmə yükü nün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin iddiaçının özünun izahatında qeyd olunur ki, cavabdeh tərəfindən ev ona təhvil verilməmiş, cavabdeh orada yaşamağa davam etmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin daşınmaz əmlakın təmirinə pul xərclənərək yaxşılaşdırma edilməsi real görünmür.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.7, 324.1, 324.4, 386.1, 1091, 1092.1, 1092.2-ci maddələrinə, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2 020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 95.1, 95.2, 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia tələbinə qarşı etiraz dəlillərinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, evin satılması ilə əlaqədar razılaşdırılan məbləğ ərizə yazıldıqdan s onra bank vasitəsi ilə cavabdehin hesab nömrəsinə köçürülməli idi. Lakin İlkin adlı şəxs Cavabdeh xəbəri olmadan pulu Vüqar Salmanovdan alaraq mənimsəmişdir. İddiaçı polisə yazdığı ərizəsində də qeyd edib ki, cavabdehin anası Abasəliyeva Səidə onları evə buraxmır, köçmələrinə maneə yaradır. Bu da onu sübut edir ki, onlar heç vaxt sözügedən evdə yaşamayıblar. Ev alğı-satqısı ilə əlaqədar ilkin hazırlıq işləri qismində Cavabdeh tərəfindən etibarnamə verilmiş, lakin pulun İlkin adlı şəxs tərəfindən ələ keçirildiyini bildikdən sonra o, etibarnamələri dərhal ləğv etdirmişdir. Eyni zamanda, iddiaçı tərəfindən Cavabdeh yüksək məbləğdə pul verilməsi iddiasına əlavə olunmuş ltizamdan başqa heç bir sənəd, pulun təhvil-təslim aktı mövcud deyil. Hal-hazırda Cavabdeh müraciəti əsasında Xəzər rayon Pİ-n in 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4184/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müəyyən olunur ki, sadə yazılı qaydada olan iltizama əsasən Cavabdeh ona məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satdığını, İddiaçı isə 25000 manat məbləğində pul aldığını təsdiq etmişdir. Cavabdeh ilkin olaraq verdiyi apellyasiya şikayətində qeyd edir ki, vətəndaş İlkin Məmməd ov ailəli ola-ola Cavabdeh istifadə etmək, yəni əmlaklarını ələ keçirməkdən ötrü onunla tanış olmuş, öz planına tanışı olan iddiaçını, yəni Vüqar Salmanovu da daxil edərək İltizam yazılmış və Cavabdeh həmin iltizama qol çəkməsini, daha sonradan pulu bank hesabına köçürüləcəyini bildirmişdir. Cavabdeh İltizama məcburi şəkildə qol çəkdikdən sonra sonuncu tərəfindən Vüqar Salmanovdan pulu tələb etmiş, həmin zaman X7 Məmmədova verdiyini bildirmişdir (i.v. 137). Daha sonra isə Cavabdeh təkrarən verdiyi apellyasiya şikayətində iddia tələbinin əsassız olması, onun aldanılması, pulun İlkinə verilməsini qeyd etmişdir.

18. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilir ki, hərbiçi qardaşının tikdiyi anasına məxsus fərdi evi 60 000 manata sataraq ondan sadəcə et ibarnamə istəyirdi. Həmin gün onu Vüqargilin evinə apardı, orada kağız yazdırdı ki, güya pulun yarısını 25000 manata alıb. İlkin ona dedi ki, 25000 manatı alıb və qalan pulu bu yazdığı kağızı notariusda təsdiqləyəndə qalan pulu verəcəklər (i.v.44).

19. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində də həmçinin qeyd edilir ki, həmin gün onu Vüqargilin evinə apardı və orada kağız yazdırdı ki, guya pulun yarısını 25000 manatı alıb. İlkin ona deyib ki, 25000 manatı alıb və qalan pulu bu yazdığı kağızı notariusda təsdiqləyəndə qalan pulu verəcəklər. Oradan çıxanda 25000 manatını istəyəndə İlkin deyib ki, hələ götürməyib. O, həmin an artıq başa düşüb ki, orada onu aldadırlar və pulunu tələb etməyə başlayıb. Salmanov Vüqardan və ailəsindən pulunu istəyəndə dedilər ki, Məmmədov İlkinə ve riblər (i.v.88).

20. Cavabdeh işə birinci instansiya məhkəməsində izahatında bildirib ki, o, iltizamı ayın 22-i yazıb. İddiaçı 100 manat məbləğində behi ayın 28-də ona gördəmişdir. O, pulu soruşduqda Vüqarın arvadı pulu İlkinə verdiklərini bildirmişdir. İlkin onu aldadaraq etibarnamə vermişdir. Lakin ona pul verilməmişdir (i.v. 127).

21. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh bir tərəfdən bildirir ki, iltizamda 25000 manatı almasını yazdıqdan sonra pulunu tələb etdikdə İlkin ona bildirdi ki, “hələ götürməyib. O, həmin an artıq başa düşüb ki, orada onu aldadırlar və pulunu tələb etməyə başlayıb. Salmanov Vüqardan və ailəsindən pulunu istəyəndə dedilər ki, Məmmədov İlkinə veriblər”. Cavabdeh həm də qeyd edir ki, iltizamı avqust ayının 22-də yazmışdır.

22. Digər tərəfdən isə xx.xx.2022- ci il tarixdə notarial qaydada ərizə verir ki, ünvan 1 ünvanına aid olan (012) *** ** ** saylı telefonun X2 adına keçirilməsinə, sənədləşdirilməsinə etirazı yoxdur.

23. Göründüyü kimi Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iltizamı özü yazdığını bildirmişdir. Hətta ilkin apellyasiya şikayətində iltizamı məcbur olaraq imza etdiyini bildirmişdir. Lakin apellyasiya baxışında iltizamı imzalamadığından xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Halbu ki, bu hala birinci instansiya məhkəməsində istinad etməmişdir. 24. 22.11.2023-cü il tarixli ərizəsindən də aydın görünür ki, Cavabdeh evi Salamanov Vüqara satmaq üçün iltizamı yazmışdır. Ərizədə qeyd edir ki, İlkin ona 25000 manatı aldığını demişdir. Qalan pulu isə notariusda təsdiqləyəndə verəcəyini bild irmişdir.

25. Müəyyən olunduğu kimi, Cavabdeh X3 evi satmaqla bağlı razılıq əldə edərək 2023-cü ilin avqust ayında 25000 manatı Vüqardan almasını təsdiq edən ərizə yazmışdır. Daha sonra isə sentyabr ayında notarial qaydada ərizə verərək Qala qəsəbəsi, Salatın Əsgərova küçəsi, ev 5 ünvanına aid olan (012) *** ** ** saylı telefonun X2 adına keçirilməsinə, sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir.

26. Beləliklə, nəzərə alınmalıdır ki, iddiaçı ilə qanunvericlikdə nəzərədə tutulmuş forma və qaydada daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmamış, o cümlədən ev də ona təhvil verilməmişdir. Hazırda cavabdeh iddiaçının pulunu qaytarmamaqla əsassız varlanmışdır. Birinci instansiya məhkəməsi cavabdehdən onun xeyrinə 25000 manat məbləğində pulun tutulması ilə bağlı düzgün qənaətə g əlmişdir.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1091.1, 1091.2-ci, MPMin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti Mülki Məcəllənin 407.2, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.1, 80, 81, 88, 97.1, 217 və 218.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilənin olub-olmamasını, ümumiyyətlə tərəflərin qarşılıqlı münasibətlərini araşdırmamışdır. İşdə adı keçən şəxslər 25000 ma nat pul vəsaitinin İlkin Məmmədova çatmasını vurğulasalar da, məhkəmə bu halı araşdırmaq üçün verilmiş vəsatətləri rədd etmişdir. Cavabdehin nə ilə varlandığı müəyyən olunmamışdır. Əksinə, bu işdə əsl cavabdeh İlkin Məmmədov olmalı idi, çünki səs yazılarında da, polisdə verilmiş ifadələrdə də pul vəsaitinin İlkin Məmmədova verilməsi üzə çıxmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında hər hansı bir yazılı müqavilə bağlanmamış, pul vəsaitinin alınmasına dair hər hansı bir sübut olmamışdır. O ki qaldı yazılı iltizama, həmin iltizamın həqiqiliyi yoxlanılmamış, ona şahid kimi imza atan şəxslər məhkəməyə dəvət olunub dindirilməmişdir. Eyni zamanda cavabdeh iltizamdakı imzanın ona məxsus olmasını inkar etmiş, hətta xətşünaslıq ekspertizasının təyin edilməsi üçün vəs atətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etsə də, onun vəsatəti rədd edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. Tərəflər bir birindən dəfələrlə polisə şikayət etmiş və bununla bağlı bir sıra qərarlar qəbul edilmiş, lakin məhkəmə bu qərarları əldə edib tədqiq etməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırmamış, habelə işə obyektiv baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma.

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir....

37. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri o byektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 38. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermi ş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları M əhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələl əri təkrarlamağa lüzum qalmır.

54. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin yazdığı yazılı iltizamın həqiqiliyinin yoxlanmaması, apelyasiya məhkəməsində iltizamdakı imzanın ona məxsus olmasını inkar etmməsi və xətşünaslıq ekspertizasının təyin edilməsi üçün vəsatət verməsi, lakin məhkəmə tərəfindən vəsatətin əsassız olaraq rədd edilməsi barədə dəlilləri əsassızdır.

55. Çünki, məhkəmə qərarının qanuniliyi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

56. Mülki məhkəmə icraatında sübutetmənin vacib əhəmiyyəti nəzərə alınmaqla, sübutların təqdim edilməsi, araşdırılması və qiymət verilməsi, sübutetmə vəzifəsi ilə bağlı normalar nəzərdə tutulmuşdur. Təməl prinsip olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (MPM-in 77.1 və 78.1-ci maddələri).

57. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (MPM-in 106.3-cü maddəsi).

58. Cavabdeh “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu birinci instansiya məhkəməsində verdiyi izahatında hakimin sualına cavab olaraq aydın və qəti şəkildə bildirmişdir ki, təqdim olunmuş iltizamda olan imza onun tərəfindən icra olunmuşdur. Bu halda iddiaçı bu faktı sübut etmək vəzifəsindən azad edilir. Həmçinin cavabdeh bu etirafın qəbul edilməməsi üçün ağlabatan dəlil irəli sürməmişdir. Ona görə də apelyasiya icraatı zamanı i ltizamda olan imzanın həqiqiliyini müəyyən etmək məqsədilə ekspertiza təyin etmək üçün prosessual əsaslar olmamış, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməmişdir.

59. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya i nstansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-4184/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar