Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3851/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçı “xxxx” MMC-nin vəkili X1 və cavabdeh X2 nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1911/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC-nin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-254/2019 saylı qət naməsi ilə (sədrlik edən, hakim H.M.Əhmədova) iddiaçı “xxxx” MMC cavabdeh X3 qarşı “özbaşına tikilinin rabitə xətlərinin üzərinə düşən hissəsinin sökülməsi, qurğuların mühafizə rejiminin bərpa edilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1911/2020 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda cavabdeh tərəfindən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozmaqla aparılmış özbaşına tikilinin rabitə xətlərinin üzərinə düşən hissəsinin sökülməsi, qurğuların mühafizə rejiminin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin vəkili Rüstəm Zülfüqarov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Kamil Məmmədzadənin nümayəndəsi İlqar Mahmudov məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh Kamil Məmmədzadə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” MMC vəkili Rüstəm Zülfüqarovun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayə tini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 180.1, 180.3, 180.4-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2018-ci il və xx xxxx 2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışlara əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,036 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, 21 otaqlı, əsas sahəsi 236,7 kv.metr, ümumi sahəsi 473,5 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. İşə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx xxxxxx 2017-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının yenidənqurulması üçün şəhərsalma əsaslandırma sənədləri cavabdehə göndə rilib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təhlil qrupunun xx xxxxxx 2018-ci il tarixli rəyinə görə cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlilik və dayanıqlıq baxımından istismara yararlı olması nəticəsinə gəlinmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx xxxx 2018-ci il tarixli “istismara hazırlıq aktı”nın notarial qaydada təsdiq edilmiş surətindən isə görünür ki, ünvan 1 ünvanda yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasında tikinti-quraşdırma işləri müvafiq qaydada həyata keçirilməklə yerinə yetirilmişdir. İşə əlavə edilmiş X6 nümayəndələri tərəfindən tərtib olunaraq imzalanmış “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə rejimini pozması haqda” xx xxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 125 saylı (Səhhət klinikası ilə üzbə-üz) “Suri dağ kafesi”, “İlk gül” gül salonu, Reanta ”CAR” mövcud tikili ətrafında fundament atılır. İşin icraçısı tərəfindən telefon qovşağı ilə rəsmi razılaşma aparılmayıb. İşə əlavə edilmiş xx xxx 2019-cu il tarixli məhkəmə-mühəndis texniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanda inşa edilmiş obyektin altından telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların keçib-keçməməsini və həmin tikilinin mühafizə zonasına düşübdüşməməsini müəyyən etmək mümükün olmayıb. Belə ki, ekspe rt rəyini tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, iddiaçı təşkilatın nümayəndəsi tərəfindən göstərilmiş baxış quyusu ilə tikili arasında məsafə 15,60 metr təşkil edir. Baxış quyusuna nəzər saldıqda həmin ərazidən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların keçməsi müəyyən edilir. Lakin həmin quyunun tikintidən aralıda yerləşdiyini, komunikasiya xətlərinin yerin altı ilə çəkildiyini nəzərə alaraq, ərazidən keçən xətlərin mübahisəli tikilidən konkret olaraq hansı məsafədə keçməsini dəqiqliklə müəyyən edilməsi mümükün olmayıb. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1, 180.3 və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə p ozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o, şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. S adalanan maddələrin mənasına görə lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əşya özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması ilə yanaşı, bu tikilinin iddiaçının hüquqlarını, qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətin in dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi, bir sözlə özbaşına tikili olması, həmçinin həmin tikilinin həqiqətən iddiaçı təşkilatın hüquqlarını və qanunla qorunan mənafelərini pozması, mülki iş materialları ilə təsdiq olunmadığı üçün iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Göründüyü kimi iddiaçı təşkilatın tələbinə əsasən mübahisəli tikilinin sökülməsi üçün əsaslar olmamışdır və bunun üçün cavabdehə məxsus daşınmaz əşyanın iddiaçı təşkilatın hüquqlarını və qanunla qorunan mənafelərini pozması faktı m üəyyən edilməli, yəni ilk növbədə iddiaçı təşkilatın qanuni tələb hüququ müəyyən edilməli və bu hüquq cavabdehə məxsus tikili və sahə ilə bağlı olmalı idi. Bu xüsusatlarla bağlı apelyasiya instansiyası məhkəməsi ilk növbədə haqlı olaraq qeyd etmişdir ki, mülki iş materiallarında iddiaçı təşkilatın telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə rejimini pozmaqla cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış binasının tikilməsi iddia edilsə də telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların məhz həmin tikilinin altına düşməsi müəyyən edilməyib. İddiaçı təşkilat tələbinin əsası kimi xx xxxxxx 2018-ci il tarixli akta istinad etsə də apelyasiya instansiyası məhkəməsi həmin aktı iddiaçı təşkilata tələb hüququ verən sübut kimi qəbul etməmişdir. Belə ki, işə əlavə edilmiş mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, iddiaçı təşkilatın nümayəndəsi tərəfindən göstərilmiş baxış quyusu ilə tikili arasındakı məsafə 15,60 metr təşkil edir və baxış quyusuna nəzər saldıqda həmin ərazidən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların keçməsinin müəyyən edildiyi, lakin həmin quyunun tikintidən aralıda yerləşdiyini və komunikasiya xətlərinin yerin altı ilə çəkildiyini nəzərə alsaq ərazidən keçən xətlərin mübahisəli tikilidən konkret olaraq hansı məsafədə keçməsini dəqiqliklə müəyyən etmək mümkün deyil. Belə olan halda, iddiaçı təşkilat öz işçiləri tərəfindən tərtib olunmuş akta istinad edərək hazırki tələbi irəli sürməkdə haqlı deyil və iddia ərizəsi hər hansı mötəbər yazılı sübutlarla əsaslandırılmayıb. K asasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisəli tikili, o cümlədən onun altında olan torpaq sahəsi hazırda cavabdehin mülkiyyətində olduğundan və bu barədə onun adına verilmiş hüquq müəyyənedici sənədlər qüvvədə olmaqla məhkəmə qaydasında ayrıca mübahisələndirilmədiyindən, eyni zamanda cavabdehin sözügedən tikilinin ətrafında lazımi icazələr almadan hər hansı fundament atması mülki iş materialları, həmçinin ekspertin rəyi ilə təsdiq olunmadığı üçün kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüq uqu vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1911/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3851/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3851/2020
11.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver