Məhkəmə qərarları › İş №2(102)-3851/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3851/2023

28.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3851/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-538/2023 nömrəli 31 may 2 023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında 21 oktyabr 2014-cü il tarixdə qeydə alınmış nikahın pozulması, 17 mart 2016-cı il təvəllüdlü X1 ananın yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2. “XXX” markalı LX 570 modelli **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2 28.000 manata satılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksper tizası Mərkəzinin xx.xx.2023-cü il tarixli XXX nömrəli rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş 2014-cü il buraxılışlı qara metalik rəngli dəri oturacaqlı 235.451 k.m. yürüşlü, mühərrik tutumu 5.700 kub.sm, “XXX LX570” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomoilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 85.000 manat, 2020-ci ilin noyabr ayına isə təxminən 88.000 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “XXX LX 570” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqısı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, tərəflər ayrı mənzillərdə yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Belə olan halda mübahisəli avtomobi l birgə nikah dövründə əldə olunmuş əmlak kimi hesab edilə bilməz. Bundan başqa, Cavabdeh1 onun adına qeydə alınmış əmlakı nikah pozulduqdan 3 il sonra özgəninkiləşdirmiş və alqı-satqı zamanı heç bir mülki pozuntusu olmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, nikah pozulduqdan sonra Cavabdeh1 hər ay sabit pul məbləğdə aliment ödəmişdir. Beləliklə, iddiaçı tərəf ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi. Məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1141/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsasları birinci instansiya məhkəməsi ilə eyni olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində icraat

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ond an kassasiya şikayəti vermişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4030/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xələfov (məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

12. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “İşdən görünür ki, mübahisə predmeti olan avtomobilə dair tərəflər arasında bundan əvvəl də mübahisə olmuş və İddiaçı həmin iddia tələbində avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi onların arasında bölünməsini xahiş etmişdir. İddiaçı həmin tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə rədd edilərkən iddiaçı tərəfindən Azərbaycan Re spublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi əsas göstərilmişdir. Bundan sonra 2021-ci ilin iyul ayında İddiaçı keçmiş ərinə və avtomobilin indiki mülkiyyətçisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasına əsaslanıb iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini qanuni sayarkən iddiaçının hüququnun pozulması anı ilə əlaqədar onun göstərdiklərini araşdırmamış və həmin məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə iddia müddətinin axımı nikahın pozulması anından deyil, tərəfin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr ər- arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlmə lidirlər. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanma anını tərəflərin ailə münasibətlərinin pozulduğu 2017-ci ilin əvvəllərindən hesablamaqla iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmadığından kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının hüququnun pozulması anı kimi konkret halları nəzərə alınmadan və onlara müvafiq hüquqi qiymət verilmədən müəyyən olunmuşdur. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 18 aprel 2017-ci il tarixdə tərəflər arasında bağlanmış nikahın pozulmasına dair işə baxılarkən Cavabdeh1 nikahın pozumasına razı olmamış, lakin buna baxmayaraq İddiaçı iddiası təmin olunaraq nikah pozulmuş və birgə nikahdan olan uşağın saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin müəyyən olunduğu kimi alimentin tutulmasına 09 iyul 2020-ci il tarixdən - 3 ildən artıq müddət keçdikdən sonra başlanmışdır (i.v.188). İşə baxan məhkəmə kollegiyası isə bunun səbəblərini araşdırmamış və İddiaçı tərəfindən iddia olunduğu kimi bunun ailənin bərpasına ümid bəsləmələri ilə əlaqədar baş verib-verməməsinə qiymət verməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında əmlak bölgüsü tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində iddianın rədd edilməsi 3 illik iddia müddətinin ötürülməsi ilə (Ailə Məcəlləsinin 36.9-cu maddəsi) əsasla ndırılmışdır. Lakin həmin qətnaməni 03 iyun 2021-ci il tarixdə ləğv etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməsində bununla razılaşmayaraq iddianın yenidən rədd olunmasını avtomobilin başqasına satılması və həmin alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ilə əsaslandırmışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almadan iddianı iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini əsaslı hesab etmişdir. Halbuki tərəflər arasında baxılmış əmlak bölgüsü tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində iddianın müddətin keçməsi əsası ilə rədd etməmiş və müddətin ötürülməsini müəyyən etməmişdir. Belə olan halda, iddianın həmin əsasla rədd edilməsinin mümkünlüyü qiymətləndirilməli idi. B undan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən avtomobili cavabdehin mülkiyyəti olmasını göstərməklə birgə nikah dövründə əldə edilmiş əmlak olmasını inkar etmiş, digər tərəfdən isə iddianı müddətin ötürülməsi əsası ilə rədd etmiş və bununla da ziddiyyətli nəticəyə gəlmişdir. Avtomobilin cavabdehin mülkiyyəti olması barədə nəticəyə gəldikdə isə məhkəmə kollegiyası onun izahatına əsaslanmış, lakin bu zaman nəzərə almamışdır ki, tərəflər arasında olan birinci mübahisəyə baxılarkən cavabdeh avtomobilin onun mülkiyyəti olmaqla ailə münasibətləri pozulduqdan sonra almasını və birgə nikah dövründə əldə edilmiş əmlak olmamasını iddia etməmişdir. Alqı-satqı müqaviləsində avtomobilin qiyməti 28000 manat göstərilsə də, işdə olan 14 oktyabr 2021-i il tarixli mütəxəssis rəyindən görünür ki, avtomobilin hazırkı tarixə olan bazar qiyməti 67000 ABŞ dolları təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi avtomobilin həqiqi qiymətinin müəyyən olunması istiqamətində də heç bir araşdırma aparmamış və işin həmin halına aydınlıq gətirməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-538/2022 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımovun sədrliyi və məruzəsi ilə, N.Cəfərov və İ.Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, “XXX LX 570” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18 noyabr 2020-ci ildə dəyəri olan 88.000 manatın 1/2 hissəsi, yəni 44.000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imti na etməmişdir. Düzdü, apellyasiya baxışı zamanı qəbul edilməsə də, 09 iyul 2021-ci il tarixli dəyişikliyə qədər MPM-in 53-cü maddəsinin əvvəlki mətninin tətbiq edilməli və nəzərə alınmalı olduğunu göstərən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsızlığını, bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini və avtomobil üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması və ya 56950 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bu istəyini iddiaçı özü də şəxsən məhkəmə iclasında müdafiə etdi. Demək, əslində iddiaçının niyyəti əvvəlcədən də avtomobilin dəyərinin yarısını əldə etmək olmuşdur. Bunun başqa cür ol ması da fiziki olaraq mümkün deyildir. Çünki, nə avtomobil naturada bölünə bilməz, nədə münasibətləri heç də xoh olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilməzlər. Deməli, onsuzda bu cür iddianın təmin olunması nəticəsində avtomobilin dəyəri tərəflər arasında bölünməli olur. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda(əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.... İşin mübahisəsiz halına görə tərəflər 21 oktyabr 2014-cü il tarixdə rəsmi nikah bağlayıb və 18 aprel 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Mübahisə predmeti olan avtomobil isə 19 yanvar 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Deməli kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunduğu kimi, avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsi də mübahisəsizdir. İddiaçı qeyd olunanlara əsaslanaraq hazırki tələbi irəli sürmüşdür. Cavabdeh isə avtomobilin onun adına qeydiyyata alınsa da, əslində atası XXX tərəfindən və onun vəsaiti hesabına alınmasını və bu səbəbdən etibarnamə əsasında onun tərəfindən idarə olunmasını, eləcə də hazırkı iddia tələbinin q anunda müəyyən olunmuş 3 illik iddia müddətinin ötürülməklə irəli sürülməsini əsas göstərməklə iddianın rədd olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən tərəflər arasında nikahın pozulması haqqında qətnamə ilə müəyyən olunanları əsas götürdüyünü qeyd edib. Onlara ayrı-ayrılıqda bir-bir hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə birinci hal kimi qeyd edib ki, tərəflər ayrı mənzillərdə yaşayıblar, birgə təsərrüfat idarə etməyiblər, belə olan halda mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz. Əvvəla, həmin qətnamə ilə tərəflərin ayrı mənzillərdə yaşaması və birgə təsərrüfat idarə etməmələri müəyyən edilməyib. Düzdü, xx.xx.2016-cı ildə məhkəməyə daxil olmuş idda ərizəsində... “son dövrlər ailə münasibətlərinin gərgin olması səbəbindən, birgə yaşayıb təsərrüfat idarə etmirik. Yəni bir müddətdir ki, bir-birimizdən ayrı mənzildə yaşayırıq” qeyd olunub.Cavabdeh də nikahın pozulmasına dair idda ərizəsinə etirazında 2016-cı ilin iyul ayından iddiaçının azyaşlı övladını da götürüb valideynlərinin yanına getdiyini göstərmişdir. Lakin cavabdeh etirazında heç vaxt nikahın pozulmasına razı olmadığını, iddiaçının da boşanmaq və ailənin dağılmasını istəmədiyini, yalnız valideynlərinin, xüsusən də atasının təkidi və təzyiqi ilə boşanmağa məcbur olduğunu göstərmişdir. Hazırki apellyasiya baxışı zamanı iddiaçının izahatından da bəlli oldu ki, mübahisə predmeti olan avtomobil əldə edilənədək tərəflər hətta ayrı mənzillərdə yaşasalar da onların ailə münasibətləri nikah rəsmi qaydada pozulanadək kəsilməmişdir. Əks halda iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatı ilə cavabdehin nikahın pozulmasına dair iddia tələbinə etirazında göstərdikləri üst-üstə düşməzdi. Deməli, mübahisəli avtomobil əldə edilənədək tərəflər 4-5 ay ərzində ayrı mənzillərdə yaşasalar da onların ailə münasibətləri tam kəsilməmiş, nikahdan irəli gələn əlaqələri və münasibətləri davam etmişdir. Buna görə də mübahisəli avtomobilin birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edilməsi də şübhə altına bilməz. Ən azından ona görə ki, apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi və vəkili tərəflərin ayrı yaşadıqları dövrdə cavabdehin hər hansı bir qazancı və gəliri olmadığını təsdiq etdi, hazırki iddiaya etirazında göstərdiyi kimi, avomobilin cavabdehin adına qeydə alınsa da onun atası tərəfindən əldə edildiyini və eti barnamə əsasında onun tərəfindən idarə olunduğunu göstərdi. Lakin mübahisə predmeti olan avtomobilin cavabdeh tərəfindən deyil, atası tərəfindən onun vəsaiti hesabına əldə edilməsini sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşürdü. Cavabdeh tərəf isə bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil əldə edilənədək tərəflər 4-5 ay müddətində ayrı mənzillərdə yaşamaları həqiqi olsa belə bu avtomobilin əldə edilməsinə sərf olunmuş vəsaitin onların birgə nikahı dövründə yığılmış və toplanmış vəsait hesabına olmadığını sübut etmək yükü də cavabdehin üzərinə düşdüyündən və o, da bu barədə heç bir sübut təqdim etmədiyindən məhkəmənin iddianın rədd edilməsi üçün gətirdiyi biri nci dəlilin əsassız olduğu açıq-aşkar təsdiq olunur. Məhkəmənin iddianın rədd etməsi üçün gətirdiyi ikinci dəlil də kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi əsassız olmuşdur. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçı ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi, məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. Lakin birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsaslanıb iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini qənaətinə gələrkən iddiaçının hüququnun pozulması anı ilə əlaqədar onun göstərdiklərini araşdırmamış və həmin məsələyə Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə iddia müddətinin axımı nikahın pozulması anından deyil, tərəfin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdırara q müvafiq nəticəyə gəlməlidirlər. Qeyd olunduğu kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 18 aprel 2017-ci il tarixdə tərəflər arasında bağlanmış nikahın pozulmasına dair işə baxılarkən Cavabdeh1 nikahın pozumasına razı olmamış, buna baxmayaraq İddiaçı iddiası təmin olunaraq nikah pozulmuş və birgə nikahdan olan uşağın saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin işdən göründüyü kimi, kimi alimentin tutulmasına 09 iyul 2020-ci il tarixdən - 3 ildən artıq müddət keçdikdən sonra başlanmışdır (i.v.188). Bütün bu hallar da, ona dəlalət edir ki, tərəflərin hətta nikahları rəsmi qaydada pozulsa da hər ikisi ailənin bərpasına həmişə ümid bəsləmiş və ailənin yenidən qurulacağını hər ikisi arzu etməklə istəmişdir. Bir inci dəfə işə baxılarkən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(006)-XXX/2021 nömrəli qətnaməsini ləğv edərkən Bakı Apellyasiya Məhkəməsi 03 iyun 2021-ci il tarixli, 2(103)-XXX/2021 nömrəli qətnaməsində də müddətin keçməsi ilə razılaşmamış, iddianın yenidən rədd olunmasını avtomobilin başqasına satılması və həmin alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ilə əsaslandırmışdır. Lakin işə təkrar baxan birinci instansiyası məhkəməsi bunu nəzərə almadan iddianı yenidən iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini əsaslı hesab etmişdir. Halbuki birinci dəfə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində iddianı müddətin keçməsi əsası ilə rədd etməmiş və müddətin ötürülməsini müəyyən etməmişdir. Bundan əlavə, birinci instansiyası məhkə məsi bir tərəfdən avtomobili cavabdehin mülkiyyəti olmasını göstərməklə birgə nikah dövründə əldə edilmiş əmlak olmasını inkar etmiş, digər tərəfdən isə iddianı müddətin ötürülməsi əsası ilə rədd etmiş və bununla da ziddiyyətli nəticəyə gəlmişdir. Avtomobilin cavabdehin mülkiyyəti olması barədə nəticəyə gəldikdə isə birinci instansiya məhkəməsi cavabdeh tərəfin izahatına əsaslanmış, lakin nəzərə almamışdır ki, tərəflər arasında olan birinci mübahisəyə baxılarkən cavabdeh avtomobilin onun mülkiyyəti olmaqla ailə münasibətləri pozulduqdan sonra almasını və birgə nikah dövründə əldə edilmiş əmlak olmamasını iddia etməmişdir. Bundan başqa, alqı-satqı müqaviləsində avtomobilin qiyməti 28000 manat göstərilsə də, işdə olan 14 oktyabr 2021-i il tarixli mütəxəssis rəyindən görünür ki, avtomobilin h azırkı tarixə olan bazar qiyməti 67000 ABŞ dolları təşkil edir. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və XXX saylı, 30 mart 2023-cü il tarixli ekspertiza rəyində göstərildi ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2014-cü il buraxılışlı, qara metalik rəngli, dəri oturacaqlı, 235451 k/m yürüşlü, mühərrik tutumu 5700 kub/sm, “XXX LX570” markalı, ** UU *** döviət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 85000,0 (səksən beş min) manat, 2020-ci ilin noyabr ayına isə təxminən 88000,0 (səksən səkkiz min) manat müəyyən olunur. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil özgəninkiləşdirilərkən onun həqiqi bazar dəyəri müqavilədə göstərilən məbləğdə olması qiymətləndiricinin və ekspertin rəyləri ilə təkzib olunur. Buna görə də, avtomobilin özgəninkiləşdirilərkən həqiqi real bazar dəyərinin ekspert rəyində göstərilən qiyməti mötəbər hesab edilməli və həmin qiymət əsas götürülməklə tərəflər arasında bölünməlidir. Çünki, mövcud avtomobil bazarında qeyd olunan avtomobilin buraxılış ili və digər hallar nəzərə alınmaqla 28000 manata satılması ümumiyyətlə inandırıcı və ağlabatan sayılmır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, avtomobil Cavabdeh1 tərəfindən deyil, atası X2 tərəfindən əldə edilmişdir. Mübahisəli avtomobil birgə nik ah dövründə birgə qazanc hesabına əldə olunmuş əmlak hesab edilə bilməz. İkincisi, Cavabdeh1 onun adına qeydə alınmış əmlakı nikah pozulduqdan 3 il sonra özgəninkiləşdirməkdə tam haqlı olmuşdur, alqı-satqı zamanı əqdin etibarsızlığına dəlalət edən heç bir mülki hüquq pozuntusu olmamışdır. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumi əmlakda payların müəyyən edilməsi üzrə iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmə kollegiyası iddiaçıya verilməli olan 44.000 manatı reallıqla deyil, ehtimal əsasında müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamı şdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarını n məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquq i şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin; Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

22. Azərbaycan Res publikasının Ailə Məcəlləsi: Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakı dır); Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir; Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir; Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur; Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barəd ə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılı qlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı: “... məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi.... Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayət bir cavabdeh tərəfindən verildiyi, habelə, iddiaçı iddianın qismən təmin edilməsi ilə razılaşaraq, qətnamədən şikayət vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin cavabdehə aid iddia təmin olunan hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndiri lən hissədə düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. İlk olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məh kəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ və İV hissələri). Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiy yətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qeyd olunmalıdır ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin yaranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər. Bu da əmlaka dair mülkiyyət hüququna malik ərin (arvadın) hüquqlarının pozulması ilə, eləcə də mülki dövriyyənin digər iştirakçılarının (məsələn, ümümi mülkiyyətdə olan əmlakın yeni sahibi) hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də ümumi birgə mülkiyyətdəki əmlaka dair adına dövlət qeydiyyatı aparılmış ər və ya arvad özü də nikah pozularkən həmin əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün digər tərəfin payının müəyyənləşdirilməsi və bölünməsi tələbi ilə çıxış etməsini gözləmədən belə təşəbbüs irəli sürməkdə maraqlı olmalıdır.

30. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

31. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci mad dəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi).

32. Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına gəldikdə isə, bunun üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il və “Q.Məmmədova və digərlərinin şikayəti üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarları).

33. Qeyd olunanların kontekstində kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı (§24) ilə verilən şərh də nəzərə alınmaqla, şikayətin mübahisəli avtomobilin birgə nikah dövründə birgə qazanc hesabına əldə olunmuş əmlak hesab edilməsi, cavabdehin onun adına qeydə alınmış əmlakı nikah pozulduqdan 3 il sonra özgəninkiləşdirməkdə haqlı olması və hazırkı iddia tələbi üzrə ümumi əmlakda payların müəyyən edilməsi üzrə iddia müddətinin keçməsi barədə dəlilləri əsassızdır.

34. Kassasiya şikayətinin iddia çıya verilməli olan 44.000 manatın məhkəmə tərəfindən reallıqla deyil, ehtimal əsasında müəyyən edilməsinə dair dəlil də əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin məbləği mötəbərliyi cavabdehin özü tərəfindən şübhə altına alınmayan ekspert rəyinə istinadən müəyyən etmişdir.

35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-538/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar