Məhkəmə qərarları › İş №2(102)-3852/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3852/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3852/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Məlikməmmədov Azər Eldar oğlunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunla müəyyən edilən prosessual müddət buraxıldığı üçün qərardaddan verilmiş kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X26 (məruzəçi), X57 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı Məlikməmmədov Azər Eldar oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, X7, X27, X19, X20, X43, X35, X1, X36, X28, Cavabdeh8, X16, Cavabdeh11, X29, X12, X8, X4, X30, X3, X5, Cavabdeh6, X13, X44, X37, X21, X14, X15, X6, X17, X22 və X31 qarş ı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, torpaq mülkiyyətinə verilməklə dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-237/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qərardadından iddiaçının hüquqi varisi İddiaçı1 Azər oğlunun kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı Məlikməmmədov Azər Eldar oğlu cavabdehlər, Quba rayonu Dağlı kənd sakinləri Cavabdeh1 və qeyrilərinə, Quba rayonu Alpan kənd sakinləri X32 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə və onların ailə üzvlərinə məxsus torpaq sahələrinə dair onunla cavabd ehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, həmin əkin sahələrinə onun mülkiyyət hüququnun tanınması və adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin (hakim F.Pənahov) 2(027)-724/2009 nömrəli iş üzrə xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdehlər Cavabdeh6 və qeyriləri qətnamədən apellyasiya şikayətləri vermişlər.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2243/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), T.Məmmədov və Ş.Abasov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

5. İddiaçının hü quqi varisi İddiaçı1 Azər oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-972/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və G.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır

7. Yeni apellyasiya baxışı zaman cavabdehlər X47 və qeyriləri də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1911/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il t arixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir

9. İddiaçının hüquqi varisi İddiaçı1 apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4045/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Cavabdeh17 və Ə. Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş dir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-237/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər L.Rəhimli (sədrlik edən, məruzəçi), L.Məmmədova və A.Mahmudov) Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qismən - X11 və qeyrilərinə münasibətdə ləğv edilmiş, həmin şəxslərə aid hissədə iş üzrə icraata xitam verilmiş, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qismən - Cavabdeh1 və qeyrilərinə münasibətdə ləğv edilmiş, eyni hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

12. Həmin qətnamədən iddiaçının hüquqi varisi İddiaçı1 kassasiya şikayəti vermişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (10 5)-237/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qaytarılmışdır.

14. Bundan sonra iddiaçının hüquqi varisi İddiaçı1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmiş və kassasiya şikayəti ərizəyə əlavə edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş, ərizəyə əlavə edilmiş kassasiya şikayəti qaytarılmışdır.

16. İddiaçının hüquqi varisi İddiaçı1 (onun vəkili və nümayəndəsi Vəkil2) qeyd olunan qərardaddan kassasiya şikayəti vermişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qayt arılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli qərardadı 14 iyul 2023-cü il tarixdə iddiaçının hüquqi varisi İddiaçı1 Azər oğlunun nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Həmin nümayəndə və vəkilin elektron kabinetdə təsdiqlənmiş elektron ünvanı da mövcud olmuş və İddiaçı1 Azər oğlunun adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsinə səlahiyyətli olmuşdur. Azərbaycan Respublikasının MPM-in 135.6-cı maddəsinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmışdır. Qərardad 14 iyul 2023-cü il tarixdə nümayəndə, Vəkil2 rəsmi qaydada verildiyinə görə, nümayəndəsi olduğu İddiaçı1 Azər oğluna da rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 28 iyul 2023-cü il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçının hüquqi varisi İddiaçı1 (onun vəkili və nümayəndəsi Vəkil2) ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin verilməsi üçün ötürülmü ş müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlillərinə görə, qətnamə poçt vasitəsilə iddiaçının hüquqi varisinə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Apellyasiya instansiyası məhkəməsində vəkil ilə təmsil olunmağına baxmayaraq qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatlandırılmamışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəm ələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş eti barnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılm ış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılı; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərar dad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun qərarları "X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərar: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanun i qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə pro sessual hərəkətləri etmək hüququ keçmiş olur.” “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədin də dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qərardadın lə ğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

28. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müda fiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyad a nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərt lər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün müddətində verilməsi müəyyən olunur.

29. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə xx.xx.2023-cü il tarixli qətnamə, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərardadlar “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılan hazırkı mülki işdə qəbul edildiyindən və bu səbəbdən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçiril diyindən, qeyd olunan məhkəmə aktları tərəfin elektron kabinetinə yerləşdirildiyi andan ona rəsmi qaydada verilmiş hesab edilir.

30. Sözügedən qaydada məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.

31. Bu kontekstdə, qanunla nəzərdə tutulan prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıc ı dəlillərlə sübuta yetirilmir.

32. Bütün bunlar da prosessual müddətin iddiaçı tərəfindən üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.

33. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-237/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçının hüquqi varisi İddiaçı1 Azər oğlunun kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar