Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3853/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun silinməsi Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlununkatibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1206/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki hall arı İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanda qaz sayğacı üzrə verilmiş **********00490 nömrəli abonent kodunun istifadəçisidir. İddiaçı ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya Birlik) arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən paylayıcı ünvan 1 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli ******* nömrəli akta əsasən, qeyd edilən evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanmış və 3543 kub m etr həcmində qazdan istifadəyə görə zərər hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən, qeyd edilən evə baxış keçirilərkən abonentin təbii qazdan qanunsuz olaraq istifadə etdiyi aşkarlanmış və 1684 kub metr həcmində qazdan istifadəyə görə zərər hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən, qeyd edilən evə baxış keçirilərkən abonentin təbii qazdan qanunsuz olaraq istifadə etdiyi aşkarlanmış və 3210 kub metr həcmində qazdan istifadəyə görə zərər hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən, qeyd edilən evə baxış keçirilərkən abonentin təbii qazdan qanunsuz olaraq istifadə etdiyi aşkarlanmış və 3330 kub metr həcmində qazdan istifadəyə görə zərər hesablanmışdır. Abonent saldosuna görə qeyd olunan aktlar üzrə iddiaçının hesabına 2016-cı ilin dekabr ayında 354.30 manat, 2017-ci ilin fevral ayında 336.8 manat, 2018-ci ilin yanvar ayında 642 manat, 2018-ci ilin avqust ayında 666 manat, bundan başqa akta əsasən 2012-ci ilin noyabr ayında 194.4 manat, cəmi 2193.5 manat borc (zərər) hesablanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2146,05 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, GPG ********* saylı sayğac xx.xx.2019cu ilə qədər əri X1 adına olmuş, onun vəfatından sonra avtomatik olaraq Xəzər rayon qaz idarəsi işçiləri tərəfindən onun adına keçirilmişdir. Həmin sayğac keçən il köhnəsi ilə əvəz edilərkən qaz idarəsinin işçilərinin səhlənkarlığı üzündən düzgün quraşdırılmamasından qaz buraxmış və edilən xəbərdarlıqdan sonra işçilər sayğaca baxış keçirib əsassız akt tərtib etmiş, ona 57,54 həcmində cərimə tətbiq etmişlər. Bu cəriməyə qədər guya xətdə çıxıntı olmuş və o, kənar xətdən istifadə edilmişdir. Buna sübut olaraq ona çəkilmiş evin şəklini göstərmişlər. Halbuki, həmin fotodakı ev ona məxsus deyil. Kimin evidir bəlli deyil. Sayğacın dəyişdirilməsinə görə tərtib olunan aktdakı sayğacın nömrəsi ilə işlədilən sayğacın nömrəsi uyğun deyil. Qaz idarəsinin özbaşınalıqları ucbatından yaranmış borc ha zırda 2146,05 manat təşkil edir. Cavabdehin nümayədəsi iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tərəflərin iştirakı ilə iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və yerində müayinə zamanı, təbii qazdan sayğacdan kənar istifadə edilməsi halı müəyyən olunmamış, həmçinin həmin ünvana dair tərtib edilmiş aktlara Cavabdeh İB tərəfindən qanunsuz qoşulma halların aşkar olmasının təsdiq ediməsi məqsədilə əlavə olunmuş fotoşəkillərdə əks olunan tikilinin və giriş-çıxış qapısının iddiaçının yaşadığı ünvana aid olmadığı aşkar edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş, cavabdehin əməkdaşı qismində aktları imzalamış şahid X5 ifad ə verərək bildirmişdir ki, iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar istifadə edilməsinə dair tərtib edilmiş aktlarda onun imzasının olmasına baxmayaraq, həmin aktlara əlavə edilmiş fotoşəkillər iddiaçının yaşadığı evə aid olmamaqla həmin ünvan olmasını təsdiq etməsi mümkün deyildir. Belə ki, iddiaçının yaşadığı ünvanla aktlara əlavə edilmiş fotoşəkillərdə olan ev və giriş-çıxış qapısı fərqlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-3156/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının abonent koduna (abonent kodu **********00490) hesablanmış 2146.05 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, aktların tərtib edildiyi ünvanın məhz iddiaçıya məxsus olan ünvan olması müəyyən edilmədiyi halda göstərilən aktlara əsasən hesablanmış zərərin də ona aid edilməsi əsassızdır. Belə ki, yerində baxış keçirilərkən aktların tərtib edildiyi ünvanın abonentin ünvanı olmadığı öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsinə görə müxtəlif vaxtlarda aktlar tərtib edilməklə abonentin aktları imza etməkdən imtina etməsi göstərilsə də, həmin aktlar tamamilə formal olaraq, tərtib edilmişdir. Belə ki, araşdırma zamanı cavabdeh qurumun əməkdaşların ın həmin aktı imzalamasına baxmayaraq sözügedən ünvanda qanunsuz qoşulma halının müəyyən edilməsi təsdiqini tapmamış, hətta aklara əlavə edilmiş fotoşəkillərin də həmin ünvana aid olmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd edilən aktlar vasitəsi ilə iddiaçının abonent hesabına hesablanmış zərər ona aid olmamaqla hesabından silinməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1206/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, qaz xəttinin üzərində qanunsuz istifadəəlamətlərinin olubolmaması barədə ekspertiza təyin etməmiş, iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödənilib-ödənilmədiyini aydınlaşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrəəsassız nəticəyə gəlmiş dir Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instans iyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi qətnamənin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu 13-cü maddənin 9-cu bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı q az paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pa sportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2-ci bənd. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzə rində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həy ata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktlar ın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddələr 77.1, 77.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qe yd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi aktlar əsasında borc qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2-ci maddəsinə əsasən həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmələr Birlik tərəfindən tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdə sayğacın iddiaçıya mə xsus olması ilə bağlı sübutların məhkəməyə təqdim olunmamasını əsas tutaraq iddia tələbini təmin etmişlər. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1206/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3853/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3853/2020
24.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver