Məhkəmə qərarları › İş №2(102)-3855/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3855/2021

14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3855/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı, X1, X3 və xl qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, vəkili Vəkil2, Cavabdeh vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.06.2008-ci il tarixli müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 415.000 manat məbləğində müəyyən edilmişdir.

2. İddiaçı MMC tərəfindən verilən 04.06.2008-ci il tarixli kassa mədaxil orderinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri, 415.000 manat Cavabdeh tərəfindən tam ödənilmişdir. İş üzrə qəbul edilmi ş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında ünvan 1 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 04.06.2008-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 04.06.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC ünvan 1 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 415.000 manat təşkil etmişdir. 04.06.2018-ci il tarixli kassa mədaxil qəbzinə əsasən, 04.06.2008-ci il tarixli müqavilə üzrə 415000 manat Cavabdeh tərəfindən kassaya mədaxil edilmişdir. Lakin iddiaçı sözügedən müqavilənin saxta olduğunu, heç bir hüquqi qüvvəsi olmadığını və həmin qeyri-yaşayış sahəsinə görə müqavilə üzrə İddiaçı MMC-nə hər hansı ödəniş həyata keçirilmədiyini bildirmişdir. İddiaçı MMC-nin arxiv sənədlərində və kompyuter sistemində İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış hər hansı bir müqavilə aşkar edilməmişdir. İddiaçı MMC-nin hazırkı rəhbərliyinin mübahisələndirilən müqavilələrdən məlumatı yoxdur. İddiaçı MMC-nin keçmiş rəhbəri X10 ayrı-ayrı vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bu əməllərinə görə onun barəsində AR CM-nin 178-ci maddəsi ilə cin ayət işi açılmış və cinayət məsuliyyətə cəlb olunmuşdur. Lakin xməhkəmə istintaqı başa çatmadan özünü asıb öldürdüyünə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçı da X tərəfindən aldadılan vətəndaşlardan biridir. ünvan 1 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahələrinə dair İddiaçı MMC ilə bağlanmış 14 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən sahəsi 566 kv.metr olan qeyri-yaşayış sahəsi X12 oğluna, 11 aprel 2007-ci il tarixli müqaviləyə əsasən sahəsi 43.5 kv.metr olan qeyri-yaşayış sahəsi X5 və 13 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən sahəsi 174 kv.metrdən olan qeyri-yaşayış sahəsi xl qızına satılmışdır. Həmin ünvanda qeyri-yaşayış sahəsinə dair Cavabdehlə hər hansı müqavilə bağlanmamışdır.

5. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin 12.06.2020-ci il tarixli iclasında bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinadən ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin cavabdehə təhvil verilmişdir. Hazırkı mübahisə üzrə iddia müddəti ötmüşdür.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli protokolu ilə X12 oğlu, X9 və Qasımova (Abbasova) Kamalə Kamil qızı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) 12 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qeyd edilən müqav ilənin etibarsız hesab edilməsi üçün müqavilənin bağlanması zamanı qanunla müəyyən edilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizaları ilə də müqavilənin bilavasitə iddiaçının müqavilə bağlanan zamanı direktoru olmuş şəxs Məzahir Cəfərov tərəfindən imzalanması və müəssisənin möhürü ilə təsdiqlənməsi öz təsdiqini tapmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova) 24 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən müəyyən edilir ki, 04.06.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MMC ünvan 1 ünvanda inşa edilən 3 №-li yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. ibarət qeyri-yaşayış sahəsini alıcı Cavabdeh təhvil verməyi Öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 415.000 manat təşkil etmişdir. 04.06.2018-ci il tarixli kassa mədaxil qəbzinə əsasən, 04.06.2008-ci il tarixli müqavilə üzrə 415.000 manat Cav abdeh tərəfindən kassaya mədaxil edilmişdir. Lakin, sözügedən müqavilə saxtadır, müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur, çünki həmin qeyri-yaşayış sahəsinə görə Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə hər hansı ödəniş həyata keçirməmişdir. İddiaçı MMC-nin arxiv sənədlərində və kompyuter sistemində iddiaçı və Cavabdeh arasında imzalanmış hər hansı bir müqavilə, o cümlədən də ünvan 1 ünvanda inşa edilən 3 №-li yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. ibarət qeyri-yaşayış sahəsinə dair 04.06.2008-ci il tarixli müqavilə aşkar edilməmişdir. İddiaçı MMC-nin qanuni rəhbərliyinin mübahisələndirilən müqavilədən məlumatı yoxdur. İddiaçı MMC-nin keçmiş rəhbəri X10 ayrı-ayrı vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bu əməllərinə görə onun barəsində Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət məsuliyyətə cəlb olunmuşdur. Lakin xməhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə (intihar etməsi) barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Cavabdeh də Cəfərov Məzahir tərəfindən aldadılan vətəndaşlardan biridir. Mübahisəli qeyri-yaşayış sahəsinin Məzahir Cəfərov tərəfindən Cavabdeh qanunsuz olaraq satmışdır. Cavabdeh mənzilə görə "xxxx" MMC-nin kassasına hər hansı bir ödəniş etməmişdir, buna görə də həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etməmişdir, bu səbəbdən onunla bağlanan müqavilə etibarlı hesab edilə bilməz. ünvan 1 ünvanda inşa edilən 3 №-li yaşayış sahələrinə dair İddiaçı MMC ilə bağlanmış 14.01.2008-ci il tarixli müqaviləyə əsasən sahəsi 566 kv.m. qeyri-yaşayış sahəsi X12 oğluna, 11.04.2007-ci il tarixli müqaviləyə əsasən sahəsi 43.5 kv.m. qeyri-yaşayış sahəsi X5 və 13.12.2009-cu il tarixli müqaviləyə əsasən sahəsi 174 kv.metrdən olan qeyri-yaşayış sahəsi xl qızına satılmışdır. Həmin ünvanda qeyri-yaşayış sahəsinə dair iddiaçı MMC Cavabdehlə hər hansı müqavilə bağlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəti cələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasi ya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

27. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.06.2008-ci il tarixli müqavilədən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 415000 manat məbləğində müəyyən edilmişdir.

28. İddiaçı MMC tərəfindən verilən 04.06.2008-ci il tarixli kassa mədaxil orderinin əslindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri, 415000 manat Cavabdeh tərəfindən tam ödənilmişdir.

29. Satıcı İddiaçı MMC ilə alıcı X8 arasında bağlanmış 05.04.2007-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 139.200 manat məbləğində müəyyən edilmişdir.

30. İddiaçı MMC tərəfindən verilən 05.04.2007-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri olan 139200 manat X8 tərəfindən tam ödənilmişdir.

31. X8 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, X8 05.04.2007-ci il tarixli müqavilə ilə aldığı qeyri-yaşayış sahəsini X6 adına keçirmişdir.

32. Satıcı İddiaçı MMC ilə alıcı X11 arasında bağlanmış 13.12.2009-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 139200 manat məbləğində müəyyən edilmişdir.

33. İddiaçı MMC tərəfindən verilən 13.12.2009-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri olan 138200 manat X11 tərəfindən tam ödənilmişdir.

34. Satıcı İddiaçı MMC ilə alıcı X12 oğlu arasında bağlanmış 14.01.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 566 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini (mağaza) alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 873000 manat məbləğində müəyyən edilmişdir.

35. İddiaçı MMC tərəfindən verilən 14.01.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 566 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (mağaza) dəyəri olan 873000 manat X7 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı X9 arasında bağlanmış 11.04.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 43,5 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini (mağaza) alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 65250 manat məbləğində müəyyən edilmişdir.

36. İddiaçı MMC tərəfindən verilən 11.04.2007-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1- ci mərtəbəsində, ümumi sahəsi 43,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (mağaza) dəyəri olan 65250 manat X12 oğlu tərəfindən tam ödənilmişdir.

37. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17.10.2019-cu il tarixli 21533 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı MMCnin direktoru X10 və Cavabdeh adlarından olan 04.06.2008-ci il tarixli müqavilədə “Satıcı” qrafasındakı imza və həmin müqaviləyə dair Cavabdeh adına olan 04.06.2008-ci il tarixli nömrəsiz kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imza – eyni şəxs X10 tərəfindən icra olunmuşdur. ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan qeyri- yaşayış sahəsinə dair İddiaçı MMC-nin direktoru X10 və Cavabdeh adlarından olan 04.06.2008-ci il tarixli müqavilədə “Satıcı” qrafasındakı imzada və həmin müqaviləyə dair Cavabdeh adına olan 04.06.2008-ci il tarixli nömrəsiz kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imzada – imzanın qəsdən dəyişdirilməklə icra olunmasını müəyyən edən əlamətlər müşahidə olunmamışdır. İş materiallarında olan iş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizasının 27.09.2019-cu il tarixli X saylı rəyindən görünür ki, 04.06.2008ci il tarixli müqavilədə və eyni tarixli kassa mədaxil orderinin qəbzində olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. 04.06.2008-ci il tarixli müqavilədə və eyni tarixli kassa mədaxil order inin qəbzində olan möhür əksləri ekspertizaya təqdim edilmiş möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir.

38. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10.10.2019-cu il tarixli 21532 saylı rəyindən görünür ki, “Sahid-D Kompani“ MMC (MMC-nin direktoru X10) ilə Cavabdeh arasında bağlanmış 04.06.2008-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin layihə üzrə ümumi sahəsi 751,1 kv.metr olan 1-ci mərtəbəsindəki 200 kv.metrlik qeyriyaşayış sahəsinin İddiaçı MMC-nin adına tərtib olunmuş layihə üzrə 3 saylı binanın birinci mərtəbəsində yerləşməsi (nəzərdə tutulması) texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Tədqiq olunan 200,0 kv.metrlik qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordi natlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan- sxem və digər zəruri məlumat təqdim olunmadığından (bu barədə məhkəmə qarşısında 26.08.2019-cu il tarixli 21532 saylı vəsatət qaldırılmışdır), tərəflər arasında bağlanmış 04.06.2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200,0 kv.metrlik qeyri-yaşayış sahəsinin 3 saylı binanın birinci mərtəbəsinin konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır.

39. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X saylı 05.01.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 10,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinin və ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibar ət olan qeyri-yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi qət edilmişdir.

40. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4609/2018 saylı 14.06.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X saylı 05.01.2018-ci il tarixli qətnaməsi qismən, yəni ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi hissəsində ləğv olunması, iddia ərizəsinin həmin iddia tələbi ilə bağlı hissədə təmin edilməməsi qət edilmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.12.2018-ci il tarixli X saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin X saylı 14.06.2018-ci il tarixli qətnaməsi qeyriyaşayış sahəsinin təhvil verilməsinin ləğv ed ilməsi, iddianın rədd edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

42. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2703/2019 saylı 01.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X saylı 05.01.2018-ci il tarixli qətnaməsinin ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.08.2019-cu il tarixli X saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin X saylı 01.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qər ara alınmışdır.

44. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə edilən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin 1-ci mərtəbəsində olan 200 kv.metrlik qeyri-yaşayış sahəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Cavabdeh təhvil verilmişdir; iddiaçı ilə cavabdeh arasında bağlanmış qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin bağlanması zamanı qanunla müəyyən edilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizaları ilə də müqavilənin bilavasitə iddiaçının müqavilə bağlanan zamanı direktoru olmuş şəxs Məzahir Cəfərov tərəfindən imzalanması və müəssisənin möhürü ilə təsdiqlənməsi öz təsdiqini tapmışdır.

45. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şi kayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, mübahisə predmetinin yuxarıda qeyd edilən və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh təhvil verilməsi onunla iddiaçı arasında bağlanmış müqavilənin etibarlı olmasına dəlalət edir. Əks yanaşma preyidusiallıq və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Bu prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məc əllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

47. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləş dirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları).

48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin d əlilləri qətnamənin ləğv olunması üçün əsas təşkil etmir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar