Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3856/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tə ləb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3469/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuş, birgə nikahdan dörd uşaqları anadan olmuşdur. 2. ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olmuş, xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır. 3. 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvand a sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır. Əmlakın dəyəri 20.000 manat müəyyən edilmişdir.
4. Cavabdeh2 tərəfindən Bakı şəhərinin notariusuna ünvalanmış 07 yanvar 2012-ci il tarixli ərizədə göstərilmişdir ki, ona məxsus olan ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini əldə etdiyi vaxt subay olmuş və hal-hazırda həmin əmlakı satanda da subaydır. Bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür.
5. Bakı şəhərinin notariusuna ünvalanmış Cavabdeh1 07 yanvar 2012-ci il tarixli ərizəsində göstərilmişdir ki, o, Cavabdeh2 ilə ona məxsus olan ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsinin 20.000 manata satılması barədə razılığa gəlmişdirlər. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçin in bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür. Bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul edilməsini xahiş etmişdir.
6. X1 tərəfindən "xxxx" ASC Kapital filialına ünvanlanmış məktubda göstərilmişdir ki, notarius Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək alğı-satqı müqaviləsi üzrə 20.000 manat məbləğində pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün bankda olan **********0001 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. 7. ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyəti kimi xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. 8. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsin ə görə Cavabdeh1 ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini Cavabdeh3 bağışlamış, qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyəti kimi xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə edərək, Cavabdeh2 ilə X2 arasında olan notarial qaydada təsdiq edilmiş 10 yanvar 2012-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın, Cavabdeh1 qızı Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu İslam Abışov 49 ünvanda yerləşən 55,4 kv.m. sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin bağışlanması barədə xx.xx.2020-ci il tarixli daşınmaz əml akın bağışlanması müqaviləsi və Cavabdeh3 adına olan xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı uzun illər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət aparmış, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir, hazırda cəzasını şərti olaraq çəkir. Cavabdeh2 ilə birgə nikah dövründə ailənin ümumi gəlirləri və vəsaiti hesabına ünvan 3 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış binasını almışlar, həmin mülkə xx.xx.2011-ci il tarixdə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarı ş verilmişdir. Bu ilin 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum olmuşdur ki, əri ilə birgə nikah dövründə əldə etdiyi həmin əmlakı sonuncu məşğul olduğu başqa biznes işinin inkişaf etdirilməsi ilə əlaqədar pul lazım olduğundan sələmə pul verən Cavabdeh1 20000 (iyirmi min) manat faizə pul götürüb Fatmanın təkidi ilə girov müqaviləsi bağlamaq əvəzinə alğı-satqı müqaviləsi bağlamış, alğı-satqı barədə nə müqavilə bağlananda, nə də sonra məlumat verməmişdir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etdiyini, Cavabdeh1 Sudeyf adlı bir şəxsin vasitəsi ilə tanıdığını həmin şəxsin də əmlakının F.Yolçuyeva tərəfindən əlindən alındığını, cavabdehin peşəkar şəkildə sələm verməklə məşğul olduğunu bildirmiş, həmin vaxtlar Z.Nadir d ələduzluqda ittiam olunurdu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək üçün ona pul lazım idi. Buna görə də qərara gəlmişdir ki qeyri-yaşayış obyektini girova qoyub, sələmə pul götürsün. Cavabdeh1 2 dəfəyə olmaqla, 20.000 manat pul aldığını, həmin prosesdə Sudeyf və Namiq adlı şəxslərin də iştirak etdiyini qeyd etdi. Notariat ofisində subay olduğunu bildirdiyini, pul vəsaitinin onun tərəfindən deyil, Fatma tərəfindən depozit hesaba keçirildiyini, bu faktın özünün də müqavilənin etibarsızlığına işarət verdiyini qeyd etmişdir. İddiaçının uzun müddət aldıq-satqıdan xəbəri olmadığını, sonralar, qeyri-yaşayış obyektinə bitişik yerləşən digər şəxsin obyektinin ipotekaya qoyulması ilə bağlı xəbər eşitdiklərində yaxınlarının öz obyektləri ilə əlaqədar narahatlıq keçirdiyini gördüyünü və məhz bu sə bəblərdən məsələni açıb ailə üzvlərinə, o cümlədən iddiaçıya demək məcburiyyətində qaldığını bildirmişdir.
12. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia ərizəsini qəbul etmədiyini, mübahisəli əmlakı alğı-satqı müqaviləsi əsasında əldə etdiyini bildirmişdir. Cavabdeh öz izahatında qeyri-yaşayış obyektini 20000 manat müqabilində aldığını, digər Cavabdeh2 və iddiaçı Zeynalova Çiçəyin iddia etdiklərinin əksinə, aralarında hər hansı pul-borc münasibətlərinin olmadığını bildirdi. Əslində qeyri-yaşayış obyekti səliqəsiz, qulluq edilməyən bir torpaq sahəsindən ibarətdir. Müəyyən işlər görmək istədiyini, lakin sonradan həmin ərazidəki obyektlərin söküləcəyi ehtimalı olduğunu eşidərək hər hansı hərəkət etməmişdir. İddiaçı Çiçək xanımı birinci dəfə görür. Cavabdeh2 rəsmən nikahda olmadığını bil dirmiş, hətta bir qadınla onu tanış edərək qeyri-rəsmi onunla yaşadığını bildirdiyini qeyd etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(005)246/2024 nömrəli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh X4 ilə digər Cavabdeh2 ilə aralarında olan 10 yanvar 2012-ci il tarixli alğı-satqı müqaviləsi bağlanarkən sonuncunun notariata təqdim etdiyi seriya AZE № 01******* nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti «subay» kimi qeyd edilmiş və notiariata təqdim edilmiş 07 yanvar 2012-ci il tarixli ərizəsində mübahisəli əmlakı əldə edərkən və satarkən subay olduğunu, bununla bağlı hər hansı mübahisə yarandığı halda bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşlar. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini həm əldə edərkən, həm də Cavabdeh1 satarkən subay olmamış, lakin ona xx.xx.2003-cü il tarixdə Cəlilabad RPŞ tərəfindən AZE 01******* nömrəli şəxsiyyət vəsiqəsi verilərkən vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd edilməsinə baxmayaraq o, vəsiqəsinin ailə vəziyyəti qrafasının düzgün yazılmamasını bildiyi və gördüyü halda bu səhvi aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, əksinə bu şəxsiyyət vəsiqəsindən istifadə edərək mübahisələndirilən əqdi bağlamışdır. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 notariat orqa nını aldadaraq qeyd edilən mübahisələndirilən alğı-satqı müqaviləsinin 10 yanvar 2012-ci il tarixdə bağlanmasına baxmayaraq bunun üstündən 12 il keçəndən sonra hazırki iş üzrə iddiaçı olan həyat yoldaşının bundan xəbəri və buna razılığının olmaması əsası ilə sözügedən əqdin etibarsız sayılmasına dair iddiasına dair verdiyi izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
15. Birinci instansiya məhkəməsi Cavabdeh2 iddia tələbini qəbul etməsinə qiymət verərək hesab etmişdir ki, bu etiraf da iddianın əsaslı olmasına hüquqi əsas yaratmır. Belə ki, əvvəla Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsini digər Cavabdeh1 satarkən subay olmasına dair şəxsiyyət vəsiqəsindən istifadə etməsini etiraf etməklə yanaşı, nəyə görə notariata nikahda olmasını bildi rməməsinə dair tutarlı izahat verə bilməmiş, verilən suallara bütün cavablarında alğı-satqı müqaviləsinin sələmlə pul aldığı üçün bağlaması ilə əsaslandırmaqla kifayətlənmişdir. İkincisi də, o, Cavabdeh1 peşəkar şəkildə sələm verməklə məşğul olmasını, özünə məxsus olan qeyri-yaşayış obyektini girova qoyub, məhz sələmə pul götürmək məqsədi ilə ondan 2 dəfəyə olmaqla, 20.000 manat pul almasına, hətta almış olsa da belə, onu qaytarmasına dair sübutlar təqdim etməmişdir. Bu isə həm iddiaçı tərəfin, həm də Cavabdeh2 digər Cavabdeh1 alğı-satqı müqaviləsinin sələmə 20000 manat verməsi ilə formal olaraq bağlanmasına dair dəlillərinin əsassızlığını təsdiq etmişdir.
16. Birinci instansiya məhkəməsi Cavabdeh2 xx.xx.2016-cı il tarixə kimi, yəni həbs edilənə kimi, hətta həbsdə olduğu müddətdə belə, müb ahisəli qeyri-yaşayış sahəsinin satılması ilə bağlı ailə üzvlərinin məlumatlı olmamalarına dair həm onun, həm də iddiaçı tərəfin izahatlarını inandırıcı saymamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 ailəli olduğu halda şəxsiyyət vəsiqəsində subay yazılmasından sui-istifadə edərək notariat orqanını aldatdığı kimi, ailə üzvlərini də aldadaraq bu barədə onlara məlumat verməməsi ehtimalı da ola bilər. Lakin bu fakt mövcud olmuş olsa da belə, mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmamışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əgər həqiqətən də bu sahəyə dair müqavilə formal olaraq bağlanmaqla, sahə iddiaçı tərəfin ailəsinin istifadəsində və sahibliyində olmuşdursa da, işin araşdırılmış halları ilə keçən 12 il ərzində həmin sahədə heç bir f ormada hər hansı işlər görülməsi müəyyən edilməmişdir. Bütün bu göstərilənlər iddiaçı tərəfin mübahisəli alğı-satqı müqaviləsinin bağlanmasından dərhal olmasa da, uzun müddət deyil, daha az müddət sonra məlumatları olmalarına dəlalət edir. Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikahda olmasına baxmayaraq ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmasına dair AN-027775 nömrəli, 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi bağlanarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərildiyindən və o özü şüurlu, eləcə də könüllü qaydada, bilərəkdən bu faktı notariat orqanından gizlədərək bununla bağlı hətta ərizə ilə də notariata müraciət etdiyi üçün, qeyd edilən müqavilə Mülki Məcəllənin tələbləri pozulmaq la bağlanmış əqd kimi qiymətləndirlə blməz və iddia tələbi bu hissədə tam əsassızdır.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh2 daşıyaraq, əmlakları qanuni qaydada əldə etmiş şəxslərin hüquqları xələl görməməlidir. Buna görə də İddiaçı Cavabdeh2 ilə 24 mart 1991-ci il tarixində nikahda olduqları və 2011-ci ildə əldə edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin onların birgə əmlakı olduğu halda, sonuncunun iddiaçının razılığını almadan, notiariata təqdim etdiyi sənədlərin qanuni qaydada alğı-satqı müqaviləsi bağlamağa tam əsas verdiyinə görə bu əqdin rəsmiləşdirilməsi ilə iddiaçının həmin əmlakda olan payına münasibətdə vurduğu ziyanla bağlı Ca vabdeh2 qarşı müvafiq qaydada iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir.
20. Birinci instansiya məhkəməsi tələbin Cavabdeh1 qızı Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu İslam Abışov 49 ünvanda yerləşən 55 4 kv.m. sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin bağışlanması barədə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılmasına dair hissəsi üzrə də bu nəticəyə gəlmişdir ki, tələbin Cavabdeh2 ilə X2 aralarında olan notarial qaydada təsdiq edilmiş 10 yanvar 2012-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın qanuniliyinə yuxarıda göstərilən qaydada hüquqi qiymət verildiyindən tələb bu hissədə də təmin edilməməlidir. Belə ki, qeyd edilən bağışlama müqaviləsinin Azərbaycan Re spublikasının Mülki Məcəlləsinin tələblərinin pozulması ilə bağlanması halları öz təsdiqini tapmamışdır.
21. Birinci instansiya məhkəməsi bu nəticə ilə yanaşı tələbin Cavabdeh3 adına olan xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsinin də əsassız olmasını qeyd etmiş və hesab etmişdir ki, alğı-satqı müqaviləsinin bağlanmasından 8 il sonra, yəni, xx.xx.2020-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsini Cavabdeh3 daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə əldə etməklə vicdanlı əldə edən şəxs kimi qiymətləndirilir. 18.Bütün bunlarla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət üçün hazırki mübahisəyə kəsici müddət tətbiq edilməlidir. Mübahisəli alğı-satqı müqaviləsi 2012-ci ilin yanvar ayının 10-da bağlanmış, bunun üstündən 4 il keçə ndən sonra Cavabdeh2 xx.xx.2016-cı il tarixdən həbs edilmiş və sonra ona 9 il müddətində azadlıqdan məhrum etmə cəzası verilmiş, həbsdən 2022-ci ilin iyun və ya iyul ayından azad ediləndən sonra hazırki iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf qeyd edilən alğı-satqı müqaviləsindən 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum olmasına dair izahatları inandırıcı olmamaqla, bunun təsdiqi olaraq məhkəməyə heç bir mötəbər və tutarlı sübutlar təqdim edilməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 6.2, 16.1, 324, 337.1, 337.3, 337.4, 339.6, 346.1, 354, 399.1, 560.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 3 39.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3469/2024 nömrəli mülki iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sad ıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iş üzrə etibarsızlığı tələb edilən xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər kateqoriyasına daxildir. İddiaçı ilə Cavabdeh2 1991-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonuncuya xx.xx.2003-cü il tarixdə Cəlilabad RPŞ tərəfindən AZE 01******* nömrəli şəxsiyyət vəsiqəsi verilərkən vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd edilmişdir. O isə bundan istifadə edərək, mübahisəli əmlak satılarkən notariusa verdiyi ərizəsində qeyri-yaşayış sahəsini həm əldə edərkən, h əm də satarkən subay olduğunu bildirmiş və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.
28. Göründüyü kimi müqavilə bağlanan zaman Cavabdeh2 iddiaçı ilə evli olmasına baxmayaraq, şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd olunmasından istifadə edərək əmlakı əldə edərkən də, satarkən də subay olduğunu bildirmişdir.
29. Qanunvericiliyin tələbinə görə bağlanan zaman ərin (arvadın), hazırki halda iddiaçının razılığı alınmadan bağlanmış əqd müvafiq razılığın olmamasına görə etibarsız əqddir.
30. Müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər elə əqdlərdir ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı isə qeyd etmişdir ki, hazırkı tələbə iddia müddəti tətbiq oluna bilməz, belə ki, iddiaçının hazırkı tələbi əvəz edilməz əşya ilə bağlıdır. Bu tələblərə isə iddia müddəti tətbiq olunmur. Beləliklə, mübahisəli obyektin alğı-satqısına dair xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması tələbinə iddia müddəti tətbiq olunmur.
32. Göründüyü kimi alğı-satqı müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmış, iddiaçı isə təxminən 12 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə müqavilənin etibarsızlığını tələb etmişdir.
33. Bu məqsədlə mübahisəli əmlakın faktiki kimin sahiblik və istifadəsində olmasını, müqavilənin bağlanmasından sonra keçən bu müddət ərzində iddiaçı tərəfindən müba hisəli sahə ilə bağlı hansı hərəkətlərin edilməsini, onun bu müddət ərzində mübahisəli əmlaka münasibətini müəyyənləşdirmək üçün Kollegiya tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmişdir.
34. Kollegiya tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə keçirilmiş yerində müayinə zamanı mübahisəli ünvanda yerləşən darvazanın qıfılı Cavabdeh1 və onun oğlu tərəfindən açılmışdır. Açar Cavabdeh1 tərəfindən təqdim edilmişdir. Darvazadan həyətə daxil olduqda orada istifadəyə yararsız vəziyyətdə olan təmirsiz tikili mövcuddur. Həyətyanı sahənin də istifadəsiz qaldığı müəyyən edilmişdir. Tikiliyə bitişik olan hündürlüyü mübahisəli tikilidən aşkar az olan digər tikili başqa şəxsin mülkiyyətində olmaqla mübahisəli tikiliyə aidiyyəti yoxdur. Bununla belə mübahisəli tikili ilə digər şə xsə məxsus olan həmin tikili bitişik olmaqla onun giriş-çıxışı mübahisəli qeyri-yaşayış sahəsindən keçir.
35. Göründüyü kimi iddiaçının alğı-satqı müqaviləsi bağlanan zaman məlumatı olmasa da, onun razılığı alınmasa da, hazırda müqavilənin bağlanmasından 12 ilə yaxın müddət keçmiş və bu qədər uzun müddət ərzində iddiaçı həmin əmlaka münasibətdə heç bir hərəkət etməmiş, müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi və həyətyanı sahəsi baxımsız və istifadəyə yararsız vəziyyətdə olmuşdur. İddiaçı, əgər dediyi kimi, 2023-ci ilin iyul ayında müqavilədən xəbər tutmuş olsa idi, 12 ilə yaxın müddət ərzində özünün hesab etdiyi əmlaka münasibətdə hansısa bir real hərəkət etmiş olardı, lakin bu müddət ərzində həmin sahədə heç bir formada hər hansı işlər görülməsi müəyyən edilməmişdir.
36. Bundan başqa, bu müddət ərzində iddiaçı ilə Cavabdeh2 arasında nikah pozulmamış, onlar mehriban münasibətlərdə olmuşlar. Yəni, sonuncunun bu müddət ərzində obyekti satmasını (özünün deməsinə görə, sələmə götürdüyü pula görə girov qoymasını) barədə arvadı olan iddiaçıya məlumat verməməsi heç bir halda inandırıcı və real görünmür.
37. Belə olan halda, iddiaçının faktiki real davranışları belə nəticəyə gəlməyə əsas vermişdir ki, bağlanmış alğı-satqı müqaviləsi onun tərəfindən sonradan bəyənilmişdir.
38. Ona görə də iddiaçının hazırki tələbi əsassız olmaqla, hüquqdan sui-istifadə olmuşdur.
39. İddianın Cavabdeh2 tərəfindən etiraf olunması da vəziyyəti dəyişdirmir, çünki etiraf cavabdeh Fatma Yolçuyevanın hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur. 40. xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi nin yalan əqd olmaqla, Cavabdeh2 digər cavabdeh Fatma Yolçuyevadan faizlə (sələmlə) götürdüyü 20000 manat məbləğində borcun təminatı olması barədə iddiaçı və Cavabdeh2 dəlilləri də təsdiq olunmur, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan mətbuat yazısı (jurnalist araşdırması) və sonradan təqdim olunmuş mətbuat konfransına dair CD isə həmin faktı bilavasitə təsdiq edən hal hesab oluna bilməz, çünki həmin materiallarda yalnız Cavabdeh2 mövqeyi əks olunmuşdur.
41. Nəhayət, iddiaçının əsas tələbi - xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddiası rədd olunduğu üçün həmin tələbdən doğan digər tələblər də rədd olunur.
42. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin, 324, 337, 354-ci maddələrinə, “Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarlarına və MPM-in 14.2, 52.2, 52.5, 77.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a)Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti Mülki Məcəllənin 225.1, 225.6, MPM-in 217.1 və 217.2-ci maddələrinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadına istinad edilməklə onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edil mşdir ki, Cavabdeh2 ilə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışovküçəsi, 40 ünvanında yerləşən sahəsi 55,4 kv m. olan qeyri-yaşayış binasına dair alğı-satqı müqaviləsi bağlanarkə iddiaçının razılığı alınmamış və Cavabdeh2 mənimlə rəsmi nikahda olduğunu notariat kontorundan gizlətmişdir. Lakin hər iki məhkəmə instansiyası qeyd edilən alğı-satqı müqaviləsinin bağlanmasından 12 il müddət keçməsini əsas gətirməklə belə güman etmişdir ki, guya onun bu müqavilələrin bağlanmasından xəbəri olmaya bilməzdi. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli əmlak Cavabdeh2 ilə iddiaçı arasıda olan rəsmi nikah dövründə alındığından paylı mülkiyyət sayılmış və əmlakda mülkiyyət payı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehlər arasında olan müqavilələri əsaslı hesab etm əklə, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnu əlindən almışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin ədalətli və obyektiv həllinə təsir edə biləcək Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən tələblərini nəzərə alınmamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
46. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
47. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
48. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
49. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
52. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı o lmayaraq özlüyündə etibarsız olan əqddir.
53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
54. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
55. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
56. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
57. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
58. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, göründüyü kimi iddiaçının alğı-satqı müqaviləsi bağlanan zaman məlumatı olmasa da, onun razılığı alınmasa da, hazırda müqavilənin bağlanmasından 12 ilə yaxın müddət keçmiş və bu qədər uzun müddət ərzində iddiaçı həmin əmlaka münasibətdə heç bir hərəkət etməmiş, müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi və həyətyanı sahəsi baxımsız və istifadəyə yararsız vəziyyətdə olmuşdur. İddiaçı, əgər dediyi kimi, 2023-cü ilin iyul ayında müqavilədən xəbər tutmuş olsa idi, 12 ilə yaxın müddət ərzində özünün hesab etdiyi əmlaka münasibətdə hansısa bir real hərəkət etmiş olardı, lakin bu müddət ərzində həmin sahədə heç bir formada hər hansı işlər görülməsi müəyyən edilməmişdir. Bu müddət ərzində iddiaçı ilə Cavabdeh2 arasında nikah pozulmamış, onlar mehriban münasibətlərdə olmuşlar. Yəni, sonuncunun bu müddət ərzində obyekti satmasını (özünün deməsinə görə, sələmə götürdüyü pula görə girov qoymasını) barədə arvadı olan iddiaçıya məlumat verməməsi heç bir halda inandırıcı və real görünmür. Belə olan halda, iddiaçının faktiki real davranışları belə nəticəyə gəlməyə əsas vermişdir ki, bağlanmış alğı-satqı müqaviləsi onun tərəfindən sonradan bəyənilmişdir. Ona görə də iddiaçının hazırki tələbi əsassız olmaqla, hüquqdan sui-istifadə olmuşdur.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübu tlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(103)3469/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.