Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3857/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Xnın katibliyi, İddiaçının vəkili X1, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-407/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədov) 06 may 2019-cu i l tarixli 2(008)-2364/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi və lizinq obyektinin qaytarılması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 03 mart 2020-ci il tarixli qətnaməsi iləcavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2364/2019 saylı iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan bankın xeyrinə 03.12.2014-cı il tarixli d axili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21.12.2018-ci il tarixə banka 20683,85 manat əsas, 4695,67 manat faiz, 30,47 manat gecikdirməyə görə cərimə, cəmi 25409,99 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinin boşaldılaraq banka qaytarılması və bankla Cavabdeh arasında bağlanmış 03.12.2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 03.12.2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əs asən sonuncuya illik 17%-lə 84 ay müddətinə 23500,0 manat məbləğində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evi lizinqə verilmişdir. Lizinq müqaviləsinin 1.4-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyen edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0,1% cərimə ödəyir. Cavabdeh sonun cu dəfə 08.05.2017-ci il tarixdə əsas borcdan 100 manat və 13.12.2018-ci il tarixdə faiz borcundan 531 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Cavabdehin daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21.12.2018-ci il tarixə banka 20683,85 manat əsas, 4695,67 manat faiz, 30,47 manat gecikdirməyə görə cərimə, cəmi 25409,99 manat borcu yaranmışdır. Lizinq müqavilənin 6.4-ci bəndinin tələblərinə müvafiq olaraq, bank lizinq obyektinin qaytarılması barədə tələb irəli sürmüşdür, lakin, tələb yerinə yetirilməmiş, lizinq obyekti qaytarılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB AS C) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, müqavilə tərəfləri arasında razılıq və ya hər hansı müqavilə öhdəliklərinə dəyişiklik birtərəfli qaydada verilən qərarla edilməsi mümkün deyildir. Tərəflər hər-hansı bir məsələdə razılığa gəlməsi üçün müqavilə bağlanan formada razılıq sazişi imzalamalı idilər. İş materiallarından da görünür ki, tərəflər arasında qeyd olunan formada hər-hansı bir razılıq yoxdur. Apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tə rəflərin izahatları: İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxx x” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh asında bağlanmış 03 dekabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 17%-lə 84 ay müddətinə 23500 manat məbləğində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evi lizinqə verilmişdir. Lizinq müqaviləsinin 1.4-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-c i bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1%-lə cərimə ödəyir. 17.12.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “xxxx” (əvvəlki adı İddiaçı İKB ASC) ASC tərəfindən Cavabdeh 23500 manat məbləğində pul verilmişdir. 21.12.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 dekabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 dekabr 2018-ci il tarixə banka 20683,85 manat əsas, 4695,67 manat faiz, 30,47 manat gecikdirməyə görə cərimə, cəmi 25409,99 manat borcu vardır. “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) 10.12.2018-ci il tarixli tələb məktubunun surətindən görünür ki, bank Cavabdeh lizinq obyektini 3 təqvim günü müddətində t əhvil verməsini tələb etmişdir. 10.12.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətində ödəməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 748-1.12.4, 748-2.5, 748-7.1, 748-10.1, 748-10.4-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsi barədə gəldiyyi nəticəni belə əsaslandırmışdır ki, “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh Yusifovna arasında bağlanmış 03 dekabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən öhdəliklər yerinə yetirilmədiyindən, Cavabdeh Yusifovnadan qeyd edilən borcun əvəzi ödənilməsi və Cavabdeh Yusifovnanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş fərdi yaşayış evi boşaldılaraq Banka qaytarılmalı və 03.12.2014-cü il tarixl i daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən maliyyə arayışında göstərilən tarixdən sonra da, yəni 27.06.2019-cu il tarixə qədər mütəmadi olaraq ödənişlər edildiyi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 26.08.2019-cu il tarixli qərardadı ilə “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh arasında bağlanmış 03.12.2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə maliyyə arayışının verildiyi 21.12.2018-ci il tarixə və hazırki vaxta borclu Cavabdeh əsas, faiz və cərimə borcunun hansı məbləğdə olmasını müəyyənləşdirmək məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edi lmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14.11.2019-cu il tarixli 23063 ekspert rəyi ilə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 03.12.2014-cü il tarixli, daxili lizinq müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafikində göstərilən faiz nəzərə alınmaqla, Cavabdeh “xxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) olan borcu 21.12.2018-ci il (iddia tarixinə) tarixə 8712,58 manat - əsas borc üzrə 7213,87 və faiz borc üzrə 1498,71 manat, 2608.2019-cu il (qərardadın tarixinə) tarixə 12554,52 manat - əsas borc üzrə 9647,32 manat, faiz borc üzrə 2907,20 manat müəyyən edilmişdir. Həmçinin göstərilmişdir ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 03.12.2014-cü il tarixli, daxili lizinq müqaviləsinin şərtlər inə əsasən Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 17% olmaqla gündəlik hesablama metodu ilə faiz hesablandığı təqdirdə Cavabdeh “xxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) olan borcu 21.12.2018-ci il (iddia tarixinə) tarixə 23659,51 manat - əsas borc üzrə 20683,85 və faiz borc üzrə 2975,76 manat, 26.08.2019-cu il (qərardadın tarixinə) tarixə 23125,38 manat - əsas borc üzrə 20683,85 manat, faiz borc üzrə 2441,53 manat müəyyən edilmişdir. Ekspert rəyi alındıqdan sonra davam edən apelyasiya baxışı zamanı cavabdeh tərəfdən təqdim edilmiş “xxxx” ASC-nin 09.12.2019-cu il tarixli PAİHTD-8389 nörməli məktubunun məzmunundan müəyyən edilir ki, X6 İdarəedilməsi Komitəsinin 21.11.2019-cu il tarixli “132/2019” nömrəli qərarına əsasən, 04.12.2014-cü il tarixli 03/2014 nömrəli Kredit müq aviləsi üzrə 5410 manat ilkin ödəniş ediləcəyi təqdirdə, məhkəmə qərarı üzrə qalıq 20000 manat məbləğə 36 ay müddətinə annuitet ödəniş cədvəlinin tərtib olunması və qalıq borcun bağışlanması ilə bağlı qərar qəbul edilmişdir. Qərar 21.02.2020-ci ilədək qüvvədədir. Hesabdan çıxarışdan müəyyən edilir ki, adıçəkilən qərarla ilkin ödəniş kimi ödənilməsi nəzərdə tutulmuş 5410 manat Cavabdeh tərəfindən banka ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borcla bağlı razılıq, o cümlədən qalıq borcun ödənilməsi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi barədə razılıq əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra ü sulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmin Məcəllənin 531.3-cü maddəsində isə təsbit olunmuşdur ki, əgər ayrı qaydanəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında öhdəliklərlə əlaqədar novasiya baş verdiyindən iddiaçı müqavilənin əvvəlki şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməz. Eyni şəxslər arasında yeni icra üsulu (novasiya) müəyyənləşdirilməsi qərara alınmışdır. Belə olan halda, bütün ilkin öhdəliklərə xitam verilmiş hesab edilir, yəni iddiaçının hazırki iş üzrə iddia ərizəsi ilə tələb etdiyi borcla bağlı öhdəliyə xitam verilmişdir.Ona görə də, məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Qeyd olunan normanın tələblərini nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yeni icra üsulu müəyyənləşdirildiyindən, bundan sonra cavabdeh tərəfindən qalıq borc məbləği ona uyğun həyata keçirilməlidir. Müəyyənləşdirilmiş yeni ödəniş qaydasına əsasən öhdəliklər icra edilmədiyi halda isə iddiaçı Bank həmin öhdəliklərin icra edilməməsi ilə bağlı borcun tələb edilməsi üçün yeni iddia qaldıra bilər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş məktubdan hazırki iş üzrə cavabdeh tərəfindən 5000 manat ödəniş ediləcəyi təqdirdə məhkəmə qərarı üzrə qalıq 20000 manat məbləğə 36 ay müddətinə annuitet ödəniş cədvəlinin tərtib olunması və qalıq borcun bağışlanması ilə bağlı qərar qəbul edilməsi bildirilmişdir. Məktubda həmçinin qərarın 21.02.2020-ci ilə qədər qüvvədə olması göstərilmişdir. Həmçinin əlavə edilmiş qəbzlərdən görünür ki, cavabdeh həmin qərardan sonra 5000 manat ödəniş etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi cavabdeh tərəfindən tərəflər arasında baş tutmuş razılaşmaya əsasən ödəniş edilmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin iddiaçının müqavilənin əvvəlki şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Müqavilə üzrə qalıq borcun yeni ödəniş cədvəlinə (20000 manat 36 aya) uyğun ödənilməsinə dair təşəbbüs bank tərəfindən olmuş, borc alan Cavabdeh həmin təklifi qəbul edərək 5410 manat ödəniş etmişdir. Bununla tərəflər müqavilənin mühüm şərtləri barədə razılaşmışlar. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-407/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3857/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3857/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver