Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3859/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1010/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə 22 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Maraqlı şəxs xeyrinə 20.665 manat tutulması qət olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ilin sentyabr ayında qətnamə icraya yönəldilmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən cavabdeh İddiaçı ½ hissəsinin məxsus olduğu 1298 saylı ev "xxxx" MMC tərəfindən hərraca çıxarılaraq 21 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsi əsasında Mara qlı şəxs 16.800 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus evin "xxxx" MMC tərəfindən 110.000 manat dəyərində qiymətləndirilməsinə baxmayaraq hərracda dəyərindən qat-qat ucuz satılmasını, hərracın keçirilməsi barədə mətbuatda elan verilmədən, onun iştirakçılarına bildiriş göndərilmədən, auksion və müsabiqə təşkil edilmədən, onun iştirakçılarından beh qəbul edilmədən, qanunun ziddinə olaraq (MM-nin 415.2-ci maddəsi) 1 gün ərzində keçirilməsini və s. əsas göstərilməklə 21 avqust 2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibar sız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-139/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə 3-cü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1010/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-139/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə görə qətnamə sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclas ında üçüncü şəxs Maraqlı şəxs vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 415.2 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşd irilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1 Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həm in Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İşdən görünür ki, icra məmurunun sifarişi əsasında mübahisə predmeti olan əmlak iki dəfə qiymətləndirilmiş, lakin həmin qiymətlər arasında kəskin fərq olduğundan birinci instansiya məhkəməsi tərəfindən əmlakın yenidən qiymətləndirilməsi təmin edilmiş və əmlakın qiymətinin 190.000 manat, iddiaçıya məxsus ½ hissənin qiymətinin isə 95.000 manat olması müəyy ənləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə "xxxx" MMC-nin qiymətləndirici eksperti iddiaçıya məxsus əmlakı qiymətləndirərkən həmin ərazidə təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, əmlakı real dəyərindən çox aşağı qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cüml ədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Müəyyən olunduğu kimi iddiaçıya məxsus əmlak 48.000 manat məbləğində qiymətləndirilmiş ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 10 iyun, 01 iyul, 26 iyul 2019-cu il tarixdə keçirilmiş hərraclarda əmlak satılmadığı üçün 21 avqust 2019-cu il tarixdə əmlak 16.800 manata Maraqlı şəxs satılmışdır. İşdən görünür ki, iddiaçıya məxsus əmlak ilk dəfə 110.000 manat dəyərində qiymətləndirilməklə hərraca çıxarılmış, lakin əmlak satılmadığı na görə icra şöbəsinə qaytarılmışdır. Lakin icra məmuru qanunda nəzərdə tutulmadığına baxmayaraq əmlakı ikinci dəfə qiymətləndirmiş və nəticədə əmlak 48.000 manat məbləğində ilkin satış qiyməti ilə hərraca çıxarılaraq satılmışdır. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli əmlakın qiymətləndirilməsi, hərraca çıxarılması və hərracdan satılması qanun pozuntusu ilə həyata keçirildiyindən hərracın nəticələrinin etibarsız sayılması qanuni və əsaslı olmuşdur. İşin yuxarıda müəyyən olunmuş halları iddianın təmin edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya inst ansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1010/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3859/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3859/2021
22.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver