Məhkəmə qərarları › İş №2(102)-3862/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3862/2020

29.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3862/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh2 və vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə, Cavabdeh1 MTK-nın, vəkili X1 və Cavabdeh2, vəkili Hüseynov Zaur Elbrus oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2084/2020 saylı qətnaməsindən ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)2405/2019 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması”xxxx“xxxx” MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzilinin Gözəlov (Sorokin) Sergej Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, həmin mənzildən Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2084/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1- ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 180,85 kv.m. izolə edilmiş 4 otaqlı mənzilə maliyyə arayışının verilməsi, yaranmış maneələrin aradan qaldırılması və mənzilin natura şəklində ona təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 da cavabdeh qismində işə cəlb etməklə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 185,85 kv.m. izolə edilmiş 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli, 47 saylı müqavi lə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və tələbin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən inşa edilən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37, ümumi sahəsi 180,85 kv.m., izolə edilmiş 4 otaqlı mənzili qeyd olunan təşkilatdan xx.xx.2005-ci il tarixli, 47 saylı müqavilə əsasında satın almış, mənzili əldə edərkən müqavilədə göstərilən bütün məbləği kassa mədaxil orderinin qəbzinə əsasən şəxsən 90.475 ABŞ dolları vəsaiti xx.xx.2005-ci il tarixdə tam olaraq cavabdehə ödəmişdir. Cavabdeh1MTK-ya məxsus hündürmər təbəli binanın tikintisi və satışı ilə məşğul olaraq vətəndaşlara tikilib onlara təhvil verilməsi üçün bağlanmış müqavilədə mənzilin mülkiyyətçisi olduğu göstərilir. Lakin mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, cavabdeh təşkilat ona maliyyə arayışı təqdim etməmiş və mənzili natura şəklində ona təhvil verməmişdir. Cavabdehin hərəkəti qanuna ziddir. Həmçinin, mənzildə təmir işlərinin həyata keçirilməsinə mənzilin qıfılı dəyişdirməklə maneələr yaradılmışdır. Yaranan maneələrə görə ona məxsus olan mənzildə təmir işlərini apara bilmir. Hesab edir ki, cavabdehdən əldə etdiyi mənzilin dəyərini tam ödədiyi üçün mənzilə sahiblik, istifadə hüquqları tanınmaqla mənzil naturada ona təhvil verilməli və maliyyə arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə zamanı mənzilin x x.xx.2005-ci il tarixdə Cavabdeh2 adlı şəxsə satıldığı müəyyən edilmişdir. Həmin müqavilə saxtadır, Cavabdeh2 adlı şəxsin həmin mənzili alması barədə hər hansı məlumatı olmamışdır. Həmin şəxs indiyə qədər ona qarşı etiraz etməmiş, pretenziya irəli sürməmişdir. Neçə illərdir həmin mənzilə gedib-gəlir, lakin onu təmir etdirə bilmir, tikinti materialları və avadanlıq yerləşdirə bilmir, çünki MTK ona maneə yaradır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətna məsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 MTK, vəkili X5 və Cavabdeh2, vəkili Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayətlərini apelyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası ekspertiza təyin etməmiş, mənzilə sahiblik etdiyi göstərilən İddiaçı sahibliyin hansı hərəkətlərini özündə ehtiva etdiyini açıqlamamış, xx.xx.2005-ci il tarixdən hazırki məhkəmə mübahisəsi başladığı vaxtadək mənzildən istifadə etməməsinin və mənzili təmir etdirməməsinin səbəblərini və sair halları araşdırmamış, formal mülahizələrə əsaslanmış, iddiaçı tərəfin məhkəmədə verdiyi qeyriobyektiv izahata əsasən qan unsuz və ədalətsiz qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Hüseynov Zaur Elbrus oğlu kasasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, Cavabdeh1 Mənzil Tikinti Koorperativinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən mə hkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh2 və vəkili Hüseynov Zaur Elbrus oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətlərinin təmin edilməli olmamasına, birinci instansi ya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair müqavilə Cavabdeh2 ilə daha əvvəl bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 həmin mənzili təhvil almamış, bu mənzildən heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə keçirilərkən həmin vaxt mənzilin açarı iddiaçıda olmuş, yerində müayinədə iştirak edən gözətçi Şahverdiyev Bəxtiyar mənzilə məhz iddiaçının sahiblik etdiyini, başqa şəxsin mənzilə gəlmədiyini bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 adına olan müqavilənin sonradan arxa t arixə bağlanması həm də onunla müəyyən olunur ki, o, apelyasiya baxışında mənzilin dəyərini hissə-hissə 2005-ci ildən 2013-cü ilədək apardığını bildirdiyi halda, çoxsaylı ödənişlərə dair bir dənə də olsun ödəniş qəbzi təqdim edə bilməmiş, nə də onun adına hissə-hissə ödənişlə bağlı «Öhdəçilik» adlanan ödəniş cədvəli təqdim olunmamışdır, halbuki, xx.xx.2006-cı il tarixli müqavilə ilə həmin binada nisyə mənzil almış X2 adına olan «Öhdəçilik» adlanan ödəniş cədvəlindən görünür ki, nisyə alqı-satqı zamanı hissəhissə ödənişlərin aparılması tarixini və ümumi dövrünü ehtiva edən ödəniş cədvəli tərtib olunmuşdur. Cavabdeh2 adına olan xx.xx.2005-ci il tarixli «Öhdəçilik»də isə «Mənzilin qiyməti» qrafasının qarşısında 99467; «Payın miqdarı» qrafasının qarşısında 99467; «Qalan məbləğin miqdarı» qrafa sının qarşısında 0 qeyd olunmuşdur. Buradan belə aydın olur ki, mübahisəli mənzilin dəyəri hələ müqavilə bağlandığı xx.xx.2005-ci il tarixdə tam olaraq ödənilmişdir və buna görə «Öhdəçilik»də qalıq məbləğin olmaması qeyd olunmuşdur. Göstərilən xüsusat da xx.xx.2005-ci il tarixli müqavilənin və onun əlavəsi olan eyni tarixli «Öhdəçilik» adlanan sənədin arxa tarixə tərtib olunduğunu təsdiq edir. Əgər belə olmasaydı, MTK mənzilin dəyərinin dərhal, Cavabdeh2 isə 2013-cü ilədək (qardaşı Ukraynadan göndərdikcə) hissə- hissə ödənilməsini bildirməzdilər. Görünən odur ki, Cavabdeh2 MTK-nın işçisi olmaqla etibarlı şəxs olduğundan, mübahisəli mənzili İddiaçı əlindən almaq məqsədilə xx.xx.2005-ci il tarixli müqavilə tərtib olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməs inin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçının təqdim etdiyi xx xxxxxx 2005-ci il tarixli, 47№-li müqavilənin birinci vərəqinin əvvəlində müqaviləni imzalamalı olan tərəflərin adları aşağıdakı kimi təsbit olunmuşdur: “xxxxCavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri X6 şəxsində gələcəkdə “İcraçı” adlandıracaq, digər tərəfdən gələcəkdə “Payçı” adlandıracaq Sorokin Sergey Vladimiroviç öz aralarında yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə müqavilə imzalayırlar”. Həmin müqavilənin 2-ci vərəqində müqavilənin podratçı kimi kooperativin sədri X7 oğlu tərəfindən icra edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasının tələblərini nəzərə almadan xx xxxxxx 2005-ci il tarixli müqavilənin birbaşa yuxarıda göstərilən şərtinə əsasən həmin müqavilənin Cavabdeh1 MTK-nın sədri kimi X4 tərəfindən imzalanıbimzalanmamasını araşdırmamış, bunun nəticəsində MM-nin 49.1-ci maddəsinin tələbləri baxımından həmin hüquqi şəxsin iddiaçı qarşısında mülki vəzifələr daşıyıb-daşımamasına hüquqi qiymət verməmişdir. Bundan əlavə, Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçının təqdim etdiyi xx xxxxxx 2005-ci il tarixli kassa mədaxil orderi qəbzindəki imzaların da həmin hüquqi şəxsin vəzifəli şəxslərinə aid olmadığını mübahisələndirsə də, apelyasiya instansiyası məhkəməsi yenə MM-nin 49.1-ci maddəsinin tələbl əri baxımından müvafiq araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmaması ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə i ddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçü ncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... “. Yuxarıda qeyd olunanlardan əlavə iddiaçı iddia tələbində müqavilədə göstərilən ona məxsus mənzilin qıfılının Cavabdeh1 MTK tərəfindən dəyişdirilməklə mənzilində təmir işlərinin həyata keçirilməsinə maneələr yaradıldığını göstərsə də, apelyasiya instansiyası məhkəməsi mənzilin açarının iddiaçıda olmasına dair zidiyyətli nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar həmçinin mübahisəli mənzildə yerində müayinənin keçirilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən tərəflərə lazımı qaydada məlumat verilməməsi ilə bağlı Cavabdeh2 apelyasiya şikayətinin dəlilinə (i/v 175) hüquqi qiymət verməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi, cavabdeh təşkilat tərəfindən indiyə kimi iddiaçıya onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının təqdim edilməməsinin və mənzilin natura şəklində ona təhvil verilməməsinin səbəblərini hüquqi cəhətdən araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2084/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar