Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3862/2021 29.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqaviləyə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı Böyükağa qızının, iddiaçının vəkili Rəşidov Rövşən Xudaşirin oğlunun, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1231/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qət naməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sifarişçi İddiaçı ilə hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxs, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən X10 arasında 24.04.2019-cu il tarixdə bağlanmış hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsindən görünür ki, A.İ.Alıyeva sifarişçinin cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər rayon Polis İdarəsində hüquqlarının müdafiəsini həyata keçirilməsi, onun evinə basqın edən şəxslərə qarşı cinayət işinin başlanması üzrə hüquq mühafizə orqanlarında sifarişçini təmsil etməyi, əgər cinayət işi başlanarsa, sifarişçinin hüquqlarının vəkil vasitəsilə mü dafiəsini təşkil etməyi, bununla bağlı sifarişçinin adından ərizələr, şikayətlər, vəsatətlər, digər hüquqi sənədlər tərtib, təsdiq və təqdim etməyi, lazımi dövlət orqanlarına müvafiq sorğular etməyi, dövlət və qeyri-dövlət orqanlarında təmsil etməyi, cinayət işində mülki iddia üzrə iddiaçıya aid olan prosessual hüquqları vəkil vasitəsilə həyata keçirməyi, qeyd olunanlarla bağlı sifarişçinin qanuni tələblərini yerinə yetirməyi və tapşırıq üzrə sifarişçiyə mütəmadi olaraq məlumat verməyi öhdəsinə götürmüşdür. A.İ.Alıyevanın bu müqavilə üzrə yerinə yetirəcəyi hüquqi iş Xəzər rayon Polis İdarəsində istintaq tamamlanandan sonra (işin nəticəsindən asılı olmayaraq) başa çatır. Tapşırıq müqaviləsi tərəflərin imzası və cavabdehin ştampı ilə təsdiq olunmuşdur. 24.04.2019-cu il tarixli, 009853 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ********** saylı VÖEN əsasında fəaliyyət göstərən X5 hesabına cinayət işində hüquqi yardıma görə 3000 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X7 qarşı “müqavilə öhdəliklərinə xitam verilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 24 aprel 2019-cu il tarixli müqaviləyə xitam verilməsi, müqaviləyə əsasən ödədiyi 3000 manat məbləğində pul vəsaitinin, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 24.04.2019-cu il tarixdə ********** saylı VÖEN əsasında fəaliyyət göstərə n cavabdeh X10 ilə aralarında hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilə cavabdehin öhdəlikləri onun tərəfindən cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər Rayon Polis İdarəsində hüquqlarının müdafiəsini həyata keçirilməsi, onun evinə basqın edən şəxslərə qarşı cinayət işinin başlanması üzrə hüquq mühafizə orqanlarında onu təmsil etməsi, əgər cinayət işi başlanarsa, hüquqlarının vəkil vasitəsilə müdafiəsini təşkil etməkdən ibarət idi. Həmin müqavilə üzrə tərəfindən cavabdehə 3000 manat pul ödənilmiş və kassa mədaxil qəbzi verilmişdir. 2019-cu ildə onun X2, X11 və digərlərinə qarşı məhkəmə çəkişməsi olmuşdur. Cavabdehlə müqavilə də həmin məhkəmə işləri ilə bağlı hüquqi yardım etməsi, vəkil vasitəsilə müdafiə edilməsi məqsədi ilə bağlanmışdır. Bakı şəhər Xəzər rayon məhkəməsinin 04.12.2019-cu il tarixli 2(003)-3502/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X1 və digərlərinə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1220 saylı bağ evinə və bağ sahəsinə onun icazəsi olmadan daxil olmalarının qadağan edilməsi qət edilmişdir. Cavabdeh Arzu Alıyeva həmin məhkəmə prosesində də iştirak etmişdir. Lakin o zaman cavabdehin məhkəmədə kim qismində iştirak etdiyini bilməmişdir. Daha sonra qətnaməni alan zaman cavabdeh Arzu Alıyevanın həmin məhkəmədə şahid qismində iştirak etdiyini öyrənmiş və məlum olmuşdur ki, cavabdeh məhkəmədə ona hüquqi yardım etməmiş, həmçinin vəkil ilə müdafiəsini təmin etməmişdir. Cavabdeh Arzu Alıyeva AR Vəkillər Kollegiyasının üzvü deyil, vəkil kimi fəaliyyət göstərə bilməz. Buradan aydın olur ki, cavabdeh onun inamından istifadə edərək müqavilə bağlamış, lakin müqavilə şərtlərinə əməl etməyərək, ona hüquqi yardım göstərməmiş, müqavilə şərtlərini pozmuşdur. Daha sonra cavabdehlə əlaqə saxlayıb, tərəfindən ödənilmiş pulu geri tələb etsə də, cavabdeh həmin pulu ona geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-2040/2020) iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X10 arasında 24 aprel 2019-cu il tarixdə bağlanmış “Hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi”nə xitam verilməsi, cavabdeh X4 24 aprel 2019-cu il tarixli müqav iləyə əsasən ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə cavabdeh X10 arasında 24.04.2019-cu il tarixdə bağlanmış hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədiyindən, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə xitam verilməsinə dair iddia əsaslıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh X10 İddiaçı ilə arasında 24 aprel 2019-cu il tarixdə bağlanmış “Hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra edərək i ddiaçını müvafiq hüquq mühafizə orqanlarında təmsil etdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və F.Babayevdən ibarət tərkibdə, iş № 2(103)-1231/2021 saylı) cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2040/2020 saylı iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı X7 qarşı “müqaviləyə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələblərinə dair iddiasının qismən təmin edilməsi, 24 aprel 2019-cu il ta rixli müqaviləyə əsasən X7 ödənilmiş pulun 2400 (iki min dörd yüz) manat hissəsi, eləcə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, yəni cəmi 2420 (iki min dörd yüz iyirmi) manatın X4 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ağlabatan mühakimə əsasında, iddiaçının ödədiyi 3000 manatın 600 manatı müqabilində cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi qənaətinə gəlmək mümkündür; çünkü yuxarıda qeyd olunduğu kimi o, iddiaçının adından ərizə-şikayətlər yazmış (tərtib etmiş), həmin ərizələr (şikayətlər) əsasında Xəzər rayon Polis İdarəsində, Xəzər rayon prokurorluğunda və məhkəmələrdə müvafiq icraatlar (araşdırmalar) həyata keçirilmişdir. Qalan 2400 m anat müqabilində isə o, görməli olduğu işi (üzərinə götürdüyü öhdəliyi) bilavasitə öz hərəkəti ilə bağlı olmayan, lakin ağlabatan ehtiyatlılıqla əvvəlcədən bilməli olduğu səbəbə - müvafiq səlahiyyətə sahib olmamasına görə - yerinə yetirməmiş, həmin məbləğin (muzdun) qarşılığında heç bir fəaliyyət göstərməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçının ödədiyi 3000 manatın 600 manatının Arzu Alıyevanın gördüyü işin ağlabatan qarşılığı olması və ondan 2400 manatın iddiaçının xeyrinə tutulması nəticəsinə gəlinməsi ədalətli olmaqla, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə də uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şik ayətinin dəlilləri Cavabdeh X10 (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli 2(103)-1231/2021 nömrəli qətnaməsinin 2400 (iki min dörd yüz) manatın ödənilməsi hissəsində ləğv edilərək iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə qanunsuz olaraq müştəri ilə aralarında bağlanmış müqaviləyə müdaxilə etmiş və qəbul etdiyi qanunsuz qətnamə ilə onun sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili Rəşidov Rövşən Xudaşirin oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulması na dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş və iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyidən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1.-ci maddəsinə əsasən mü qavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2.-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3.-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 779.2-ci maddəsinə g örə isə, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 783.1-ci maddəsinə görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 786.1.-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bi lavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübah isəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddianın təmin olunan hissəsi üzrə cavabdeh görməli olduğu işi (üzərinə götürdüyü öhdəliyi) bilavasitə öz hərəkəti ilə bağlı olmayan, lakin ağlabatan ehtiyatlılıqla əvvəlcədən bilməli olduğu səbəbə - müvafiq səlahiyyətə sahib olmamasına görə - yerinə yetirməmiş, həmin məbləğin (muzdun) qarşılığında heç bir fəaliyyət göstərməmişdir. Kassasiya şikayətində isə cavabdeh məhkəmə tərəfindən artıq müəyyən olunmuş halları təkzib olunmasına çalışmış olsa da lakin belə bir sübutlara malik olmamışdır. Eyni zamanda lazımi və ağlabatan ehtiyatlılıq göstərməsi isə işin halları ilə təkzib olunur. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1231/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3862/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3862/2021
29.07.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver