Məhkəmə qərarları › İş №2(102)-3867/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3867/2021

29.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3867/2021 29.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin, onun əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6266/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Reyestrdə 7E-12346 nömrə ilə qeyd edilmiş 17 dekabr 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Binə qəsəbə nümayəndəliyində onu təmsil etməyi, qeydiyyatda olub-olmaması haqqında arayış almağı, almağına dair imza etməyi, forma 1, forma 2 arayışlarını almağı, lazımi sənədləri almağı, almağına dair imza etməyi, notariat kontorlarında bağışlama müqaviləsini rəsmiləşdirməyi, lazımi sənədlərdə müqavilədə imza etməyi, sənədləşmə işlərini aparmağı, arayışları təhvil verib almağı, müqavilələri imzalamağı və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. 7 saylı notariat kontorunda təsdiq edilmiş 2 1 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin surətindən görünür ki, İddiaçı əvəzinə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.5 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* №-li 19 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.5 kv.m olan fərdi yaşayış evini və 0,01887 ha torpaq sahəsini X2. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 26 avqust 2018-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin surətindən görünür ki, X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.5 kv.m olan fərdi yaşayış evini X7 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Cavabdeh2 verdiyi 7E-12346 saylı 17 dekabr 2015-ci il tarixli etibarnamənin, həmin etibarnamə əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 iyun 2014-cü il tarixdə vərəsəlik qaydasında nənəsi Böyükxanım Babayevadan ona miras qalmış ünvan 1 ünvanında yerləşən 4 sot torpaq sahəsinin 2 sotunu 14.700 manata X1. Bundan sonra X8 həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Yuxarıda qeyd olunan ünvanda yerləşən sahəsi 53.5 kv.m olan fərdi yaşayış evinə dair 21 avqust 2015-ci il tarixdə adına çıxarış almışdır. Torpaq sahəsi isə mülkiyyətdə olmadığına görə özəlləşdirmə prosesi yekunlaşdıqdan sonra onunla X8 arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı idi. O, 13 oktyabr 2015-ci il tarixdə narkotik vasitədən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu səbəbdən özəlləşdirmə prosesini yekunlaşdıraraq adına çıxarış ala bilməmişdir. Bununla bağlı torpaq sahəsinə dair çıxarış alaraq, onu X4 adına rəsmiləşdirməsi üçün 17 dekabr 2015-ci il tarixdə dayısı arvadı Cavabdeh2 etibarnamə vermişdir. Həbs olunana qədər yuxarıda qeyd olunan evdə özü və arvadı yaşamışdır. O, cəza çəkdiyi müddətdə arvadı ondan boşanmış və evi tərk etmişdir. Cavabdeh2 onun vəziyyətindən sui-istifadə edərək, onu aldadaraq, verdiyi etibarnamədən istifadə edərək qeyd olunan torpaq sahəsinə dair Cavabdeh1 ilə bağışlama müqaviləsi bağlamış və yuxarıda qeyd olunan ünvanda yerləşən sahəsi 53.5 kv.m olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə sonuncunun mülkiyyətinə vermişdir. Cavabdeh1 19 iyun 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən sahəsi 53.5 kv.m olan fərdi yaşayış evini 0,01887 ha torpaq sahəsi ilə birlikdə X3, qalan 0,02 ha torpaq sahəsini öz mülkiyyətində saxlamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(003)-238/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin, onun əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hes ab edilməsi və daşınmaz əmlakın qaytarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı öz həqiqi iradəsini ifadə edərək notariat kontorlarında bağışlama müqaviləsini rəsmiləşdirməsinə, lazımi sənədlərdə müqavilədə imza etməsinə, sənədləşmə işlərini aparmasına və digər hərəkətlər etməsinə dair Cavabdeh2 17 dekabr 2015-ci il tarixli 7E-12346 reyestr nömrəli etibarnamə vermiş, Cavabdeh2 etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən istifadə edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.5 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamış, işin məhkəmə iclasında araşdırılan hallarına, həmçinin tərəflərin izahatlarına əsasən İddiaçı Cavabdeh2 17 dekabr 2015-ci il tarixli 7E-12346 № ilə qeyd edilmiş etibarnamə ni verməyə məcbur edilməsi, həmin etibarnamənin hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda Bakı şəhəri 7 saylı Notariat Kontorunda iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 17 dekabr 2015-ci il tarixli 7E12346 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsinə səbəb ola biləcək əsaslar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2019-cu qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), İ.Şirinov və İ.Kərimli, iş № 2(103)6266/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası m əhkəməsi hesab etmişdir ki, qeyd olunan prosessual normaların tələblərinə uyğun olaraq iddiaçı etibarnamənin və həmin etibarnamə əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığını tələb edirsə, sübuta yetirməlidir ki, Cavabdeh2 adına etibarnamə verərkən, etibarnaməni evin Xatirənin adına rəsmiləşdirilməsi qeyd şərti ilə vermişdir. Lakin etibarnamədən görünür ki, Cavabdeh2 etibarnamədə qeyd olunan digər səlahiyyətlər ilə yanaşı, notariat kontorlarında bağışlama müqaviləsini rəsmiləşdirmək səlahiyyətinin də etibar edildiyi nəzərdə tutulmuşdur. İddiaçı etibarnamə verilərkən narkotik maddələrin təsiri altında olduğunu, etibardan sui-istifadə edildiyini bildirsə də, işdə bu hallarla bağlı heç bir sübut yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən notariat kontorunda təsdiq edilmiş etibarnamə verildiyindən etibarnamənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş etibarnamə), yəni imza həqiqətən də sənəddə göstərilən şəxsə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeydşərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda təsdiq olunmuş etibarnamənin məzmunun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad e dirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Həmçinin etibarnamə verildikdən sonra mübahisəli əmlak İlqara bağışlanmış, iki il sonra İlqar əmlakı Vaqif adlı şəxsə satmışdır. Daha sonra Vaqif onu qızına bağışlamışdır. İddiaçı əmlakın Vaqifə satılması, Vaqifin isə onu qızına bağışlaması barədə əqdləri mübahisələndirməmişdir. Belə olan təqdirdə, daşınmaz əmlakın iddiaçının mülkiyyətinə qaytarılması hər bir halda halda mümkün olmayacaq. Çünki həmin mərhələyə qayıtmaq üçün qeyd olunan əqdlər etibarsız hesab olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiy a şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6266/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğyun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun i ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 337.1.-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 339.1.-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zə rərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4.-cü maddəsindən görünür ki, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitə lər tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 362.2.-ci maddəsindən görünür ki, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iztifadə edilməsi yol verilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər edibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutla r hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdi yi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6266/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar