Məhkəmə qərarları › İş №2(102)-3867/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3867/2023

29.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3867/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Məmmədov Səxavət Nizami oğlunun və X3 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması, iddianın qanuni əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-886/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar X12 və İddiaçı2, cavabdeh Azərsu ASC və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2012-ci il tarixdə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 ASC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda Cavabdeh2 MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh2 MTK isə həmin torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış binasından 3 otaqlı 20 nömr əli, 2 otaqlı 23 nömrəli, 2 otaqlı 34 nömrəli, 2 otaqlı 43 nömrəli, 1 otaqlı 45 nömrəli, 3 otaqlı 48 nömrəli və 1 otaqlı 53 nömrəli mənzilləri Cavabdeh1 ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür.

3. Bundan sonra Cavabdeh2 MTK həmin müqavilənin predmeti olan 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X8, 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə İddiaçı2, 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X12, 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilə bağlı xx.xx.2014-cü il tarixdə Məmmədov Səxavət Nizami oğlu, 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İ ddiaçı5, 53 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı4, 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2018-ci il tarixdə İddiaçı3 ilə “Mənzil tikintisinə dair” müqavilələr bağlamışdır.

4. Qeyd edilən müqavilələrə əsasən Cavabdeh2 MTK müqavilələrin predmeti olan həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməyi, iddiaçılar isə mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşlər. Müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh2 MTK tərəfindən maliyyə arayışları verilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2016-cı il tarixli, 2-2(102)-109/2016 saylı qərarına əsasən müstə qil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2015-ci il tarixli, 2-2(103)501/22015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh1 ASC və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2-(81)-1452/2014 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 de kabr 2015-ci il tarixli, 2-2(103)-501/2-2015 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2-(81)-1452/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar X12, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.

7. Məmmədov Səxavət Nizami oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında yeddi ədəd mənzilin, o cümlədən ona məxsus olan 43 saylı, 2 otaqlı mənzilin Cavabdeh1 ASC-yə verilməsi barədə bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 43 saylı, 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi və mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmişdir.

8. İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4484/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4484/2021 saylı mülki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

10. X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında 11 oktyabr 2012-ci il tarixdə bağlanmış müqavilənin qismən, ona məxsus olan ünvan 1 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 20 nömrəli, 3 otaqlı mənzili ilə bağlı hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmişdir.

11. İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4488/2021 saylı, xx.x x.2021-ci il tarixli qərardadı ilə İddiaçı5 nümayəndəsi və vəkili X13 vəsatəti təmin edilmiş, İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4488/2021 saylı mülki iş iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilmiş və həmin işlərə bir icraatda 2(001)4160/2021 nömrə ilə baxılması qərara alınmışdır.

13. Məhkəmə iclasında iddiaçı X12 iddianı müdafiə edərək bildirmişdir ki, 23 nömrəli mənzil xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən inşa edilən vaxtdan onun istifadə və sahibliyində olmuş, həmin mənzildə onun tərəfindən təmir işləri aparı lmış və o, təmir işlərini yekunlaşdırıb, mənzilə köçmək istəyir. Lakin həm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə ona hər hansı məlumat verilməmiş, hər hansı şəxs həmin mənzilin cəmiyyətə məxsus olması ilə bağlı ona müraciət etməmişdir. Mübahisəli mənzillə bağlı cavabdehlər arasında müqavilənin bağlanması barədə məlumatı Cavabdeh1 ASC-nin Cavabdeh2 MTK-ya qarşı mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddiası üzrə qətnamə qəbul edildikdən sonra əldə etmişdir. Göstərilənlərin nəzərə alımasını və tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmaqla iddiasının təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçılar X6, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil1 iddianı və iddiaçı X6 mövqeyini müdafiə e tmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıların mübahisələndirdiyi mənzillər inşa edilən tarixdən etibarən onların istifadə və sahibliyində olmuş, iddiaçılarla aidiyyəti qurumlar arasında bağlanmış müqavilələrə əsasən mübahisəli mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə sayğaclar quraşdırılmış, X12 mübahisələndirdiyi mənzildə təmir işləri aparmış, İddiaçı2 isə artıq xeyli müddətdir ki, mübahisələndirdiyi mənzildə yaşayır. Bu da öz növbəsində iddiaçıların mübahisələndirdiyi mənzillərin onların istifadə və sahibliyində olmasına və cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edir. Digər tərəfdən cavabdehlər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olduğu göstərilsə də, mötəbər sübutlarla qeyd edilən torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olmadığı müəyyən edilmiş və bu baxımdan Cavabdeh1 ASC həmin torpaq sahəsini Cavabdeh2 MTK-ya təhvil verə bilməzdi. Qeyd edilənlər də öz növbəsində cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olduğunu təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun nümayəndəsi və vəkili Vəkil3 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzil inşa edilən tarixdən etibarən onun istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış, habelə onun tərəfindən mənz ildə ilkin təmir işləri aparılmışdır. Mənzil heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Həmçinin, apardıqları araşdırma zamanı torpaq sahəsinin Cavabdeh2 MTKya təhvil verilməsi ilə bağlı Cavabdeh1 ASC-nin ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilmədiyi, həmçinin cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Bütün bunlar cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaradır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2012-ci il tarixli müqavilədə Cavabdeh1 ASC-yə təhvil verilməli olan mənzillərin yerləşdiyi m ərtəbələr göstərilməsə də, mənzillərin nömrələri dəqiq göstərilmişdir. Halbuki, həmin binanın layihəsi aidiyyəti qurumla yalnız xx.xx.2013-cü il tarixdə razılaşdırılmışdır. Həmçinin, xx.xx.2012-ci il tarixli müqaviləni Cavabdeh2 MTK-nın sədri qismində imzalayan Elmira Şirinova yalnız xx.xx.2012-ci il tarixdə kooperativin sədri təyin edilmişdir. Bununla belə, müqaviləni imzalayan vaxt o, kooperativin sədri olmamışdır. Həmin müqavilədə göstərilən 53 saylı mənzil isə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən inşa edilən tarixdən etibarən iddiaçının istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və iddiaçı hazırda mənzildə yaşayır. Lakinhəm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzil in Cavabdeh1 ASC-yə məxsus olması barədə ona hər hansı məlumat verilməmiş, hər hansı şəxs həmin mənzilin cəmiyyətə məxsus olması ilə bağlı ona müraciət etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4305/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsi ilə mübahisəli mənzil ona təhvil verilmişdir. Qeyd edilənlər də öz növbəsində xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olduğunu təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirdiyi 20 nömrəli mənzil xx.xx.2013-cü il tarixli müqavilə üzrə inşa edilən tarixdən etibarən onun istifadə və sahibliyində olmuş, mənzilə ko mmunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və 2018-ci ildən etibarən həmin mənzildə yaşayır. Hətta onunla müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı müxtəlif tarixlərdə Cavabdeh2 MTK ilə X14, X15 və X9 adlı şəxslərlə də müqavilələr bağlanmışdır. Bununla bağlı başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı qeyd edilən əməllərlə onun öz əmlakına sahiblik etmək və ondan normal istifadə etmək hüquqlarının pozulması, yəni ona mənəvi zərərin vurulması müəyyən edildiyindən o, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Həmin vaxt da bu mənzilin Cavabdeh1 ASC-yə məxsus olması, o cümlədən xx.xx.2012-ci il tarixdə mənzillə bağlı müqavilənin bağlanması müəyyən edilməmişdir. Ona məxsus olan mənzillə bağlı cavabdehlər arasında müqavilənin bağlanması ba rədə məlumatı isə Cavabdeh1 ASC-nin Cavabdeh2 MTK-ya qarşı mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddiası üzrə qətnamə qəbul edildikdən sonra əldə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında İddiaçı5 nümayəndəsi və vəkili X19 iddianı müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən mənzil xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən onun istifadə və sahibliyinə verilmiş, bundan sonra mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və iddiaçı artıq həmin mənzildə yaşayır. Sonradan həmin mənzilin 2018-ci il tarixdə digər şəxslə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən başqa şəxsə də satıldığı müəyyən edilmişdir. Bu və digər belə hallarla bağlı başlanılmış cinayət işi ü zrə araşdırma aparılmış və nəticə mənzilin məhz iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova dindirilərkən bir mənzilin başqa-başqa şəxslərə satılması hallarına yol verdiyini etiraf etmiş, lakin bu mənzilin iddiaçıdan əvvəl hər hansı şəxsə, o cümlədən Cavabdeh1 ASC-yə satılması barədə hər hansı fikir söyləməmişdir. Ümumiyyətlə həm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, bu qurumun hər hansı nümayəndəsi ona müraciət etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X20 iddianı qəbul etməyərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirmiş və iddiaların rədd edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Fuad Abdıyev) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası təmin, iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, “Mənzil tikintis inə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili Cavabdeh2 MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun istifadə və sahibliyinə verilmiş, iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiası qalan hissədə rədd edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixdə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 ASC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda Cavabdeh2 MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh2 MTK isə həmin torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış binasından 3 otaqlı, 20 nömrəli, 2 otaqlı 23 nömrəli, 2 otaqlı 34 nömrəli, 2 otaqlı 43 nömrəli, 1 otaqlı 45 nömrəli, 3 otaqlı 48 nömrəli və 1 otaqlı, 53 nömrəli mənzilləri Cavabdeh1 ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh2 MTK həmin müqavilənin predmeti olan 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X8, 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə İddiaçı2, 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X12, 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilə bağlı xx.xx.2014-cü il tarixdə Məmmədov Səxavət Nizami oğlu, 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı5, 53 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı4, 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2018-ci il tarixdə İddiaçı3 ilə “Mənzil tikintisinə dair” müqavilələr bağlamışdır. Qeyd edilən müqavilələrə əsasən Cavabdeh2 MTK müqavilələrin predmeti olan həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməyi, iddiaçılar isə mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşdülər. Müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh2 MTK tərəfindən maliyyə arayışları verilmişdir. Qeyd edilən ünvanda Cavabdeh2 MTK tərəfindən hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. Hazırda iddiaçılar cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olduğunu iddia edir və tərəflərindən bağlanmış müqavilələrə istinad edərək, həmin müqavilələrin predmeti olan mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərlərini ödədiklərini, müqavilələr bağlandığı tarixdən mənzillərin onların istifadə və sahibliyində olduğunu, onlar tərəfindən mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq, o cümlədən su sayğaclarının quraşdırıldığını, həm müqavilələr bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzillərin Cavabdeh1 ASC-yə məxsus olması barədə onlara hər hansı məlumatın verilmədiyini, hər hansı şəxsin həmin mənzillərin cəmiyyətə məxsus olması il ə bağlı onlara müraciət etmədiyini, binada olan bəzi mənzillərin (məsələn, X3 və İddiaçı5 mübahisələndirdiyi mənzillər) bir neçə şəxsə satılması ilə bağlı başlanılmış cinayət işi üzrə də Cavabdeh1 ASCnin hər hansı mənzilə sahib olmasının müəyyən edilmədiyini, cəmiyyətin hər hansı statusla işə cəlb edilmədiyini, habelə iddiaçılar X12 və Məmmədov Səxavət Nizami oğlu mübahisələndirdikləri mənzillərdə təmir işləri apardığını, iddiaçılar İddiaçı2, İddiaçı4, X8 və İddiaçı5 isə mübahisələndirdikləri mənzildə yaşadıqlarını bildirirlər. Eyni zamanda, iddiaçılar xx.xx.2012-ci il tarixli müqavilədə Cavabdeh1 ASC-nin əmlakı kimi göstərilən ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə deyil, Cavabdeh2 MTK-ya məxsus olduğunu, bu baxımdan Cavabdeh1 ASC-nin həmin torpaq sahəsi üzərində Cavabdeh2 MTK tərəfindən tikinti işlərinin aparılmasına razılıq vermək səlahiyyətinə malik olmadığını, torpaq sahəsinin Cavabdeh2 MTK-ya təhvil verilməsi ilə bağlı Cavabdeh1 ASC-nin ümumi yığıncağı tərəfindən hər hansı qərarının qəbul edilmədiyi, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığını, müqaviləni Cavabdeh2 MTK-nın sədri qismində imzalayan Elmira Şirinovanın əvvəllər Cavabdeh1 ASC-nin əməkdaşı olduğunu, onun yalnız xx.xx.2012-ci il tarixdə kooperativin sədri təyin olunduğunu və xx.xx.2012-ci il tarixli müqavilə bağlanan zaman onun koooperativin sədri olmadığını, xx.xx.2012-ci il tarixli müqavilədə əks olunmuş mənzillərlə bağlı hər hansı məlumatın əks olunmadığını, lakin nömrələrinin dəqiq göstərildiyini, halbuki mə nzillərin yerləşəcəyi binanın lahiyəsinin aidiyyəti qurumla yalnız xx.xx.2013-cü il tarixdə razılaşdırıldığını bildirirlər. Cavabdeh iddianı qəbul etmir, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktına əsasən Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/104 saylı qərarı ilə ünvan 2 ünvanında yerləşən 0,5100 ha torpaq sahəsi yaşayış binasının tikintisi üçün Cavabdeh2 MTK-ya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 2 ünvanında olan torpaq sahəsinin Cavabdeh1 ASC-yə aid hər hansı hüquqla qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2 MTK-nın adına ünvan 2 ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinə dair JN-0555, Kod00100026 olan torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktuba əsasən Bakı şəhər İcra Haimiyyətinin xx.xx.1991-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MTK Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə yenidən dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyatına alındığı tarixdən hazıradək sədri X 4r. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən əvvəllər Cavabdeh1 ASC (hazırda Cavabdeh2 MTK) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədəki yaşayış binasından Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Fonduna 1 saylı, 3 otaqlı, 2 saylı, 2 otaqlı, 46 saylı, 2 otaqlı, 54 saylı, 2 otaqlı, 57 saylı, 3 otaqlı və 58 saylı, 2 otaqlı mənzillər təhvil verilmişdir.

22. Məhkəmə, iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqavilə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Cavabdeh1 ASC-yə təklif edilməsinə və bu məqsədlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, həmin müqavilənin əsli Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilməmiş dir. Həmçinin, həmin müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASCyə məxsus olması göstərilsə də, Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan həmin torpaq sahəsinin heç vaxt Cavabdeh1 ASC-yə məxsus olmadığı, həmin ünvanda yerləşən 0,5100 ha torpaq sahəsinin yaşayış binasının tikintisi üçün məhz Cavabdeh2 MTK-ya ayrıldığı müəyyən edilmişdir. Müqavilədə bu torpaq sahəsi üzərində Cavabdeh2 MTK tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh1 ASC tərəfindən razılıq verildiyi göstərilsə də, bu razılığın verilməsi ilə bağlı rəsmiləşdirilmənin aparılması, o cümlədən bu məsələ ilə bağlı Cavabdeh1 ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi də müəyyən edilməmişdir (məhkəmə tərəfindən təklif edilsə də, Cavabdeh1 ASC tərəfindən bununla bağlı da hər hansı sənəd təqdim edilməmişdir).

23. İddiaçıların bağladıqları müqavilələrlə bağlı məhkəmə qeyd etmişdir ki, təşkilatihüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçılarla Cavabdeh2 MTK arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Həmin müqavilələrin hər birinin predmeti olan mənzillər xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən məhz Cavabdeh1 ASC-yə təhvil verilməli idi. Bununla belə, 7 ədəd mənzilə dair ilk olaraq Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, bundan sonra isə həmin mənzillərin hər biri il ə bağlı ayrı-ayrılıqda müxtəlif tarixlərdə hər bir iddiaçı ilə podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh2 MTK xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzili inşa edərək, ayrı-ayrılıqda iddiaçıların istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələbləri baxımından eyni mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması, o cümlədən bir mənzilin eyni zamanda iki müxtəlif şəxsin istifadə və sahibliyinə verilməsi öhdəliyin icra edilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməs i halı istisna olmaqla). Belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh2 MTK növbəlilik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, həm də iddiaçılar arasında bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar əlaqəli şəkildə araşdırılmalıdır.

24. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin Cavabdeh2 MTK tərəfindən iddiaçılara deyil, m əhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 ASC ilə müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC həmin mənzilləri təhvil almamış, bu mənzillər heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Bu hal, Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/012/27704 nömrəli məktubla da öz təsdiqini tapır. Belə ki, həmin məktubda Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 20, 23, 34, 43, 45, 48 və 53 nömrəli mənzillərin bugünədək Cavabdeh1 ASC-yə təhvil verilmədiyi, Cavabdeh2 MTK tərəfindən həmin mü qavilənin şərtlərinin pozulduğu bildirilmişdir. Bu məktubun tərtib edildiyi tarixə artıq Cavabdeh2 MTK ilə bütün iddiaçılar arasında mübahisəli mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin məktubda bu barədə hər hansı qeyd aparılmamışdır. Bu da Cavabdeh1 ASC-nin həmin tarixdə nə mənzillərin vəziyyəti, nə də ki, onun faktiki sahibləri barədə hər hansı məlumatının olmaması qənaətinə gəlməyə imkan verir. Halbuki, kooperativ cəmiyyət üçün əlçatımlı olmuş və adi fiziki şəxslərdən fərqli olaraq öz fəaliyyəti ilə bağlı çoxlu sayda müqavilə bağlayan, həmin müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin və tələb etmə mexanizmlərinə malik olan Cavabdeh1 ASC çox asanlıqla belə bir dəyəri olan müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyətini də nəzərətdə saxlayıb öz mənzillərinə s ahib ola bilərdi. Bu işi cəmiyyətin həmin sahəyə nəzarət edən mütəxəssisləri asanlıqla yerinə yetirə bilərdi. Lakin buna baxmayaraq, mənzillər bugünədək Cavabdeh1 ASC-yə təhvil verilməmişdir. İddiaçılar isə həmin mənzillərlə bağlı müqavilələr bağladıqdan və mənzillərin dəyərini ödədikdən sonra mənzillərə sahiblik və ondan istifadə etməyə başlamışlar. Belə ki, iddiaçılar X12 və Məmmədov Səxavət Nizami oğlu müvafiq olaraq 23 nömrəli və 43 nömrəli mənzillərdə təmir işləri aparmış, iddiaçılar İddiaçı2, İddiaçı4, X8 və İddiaçı5 isə müvafiq olaraq 48, 53, 20 və 34 nömrəli mənzillərdə yaşayırlar. İddiaçılar həmin mənzillərə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla, o cümlədən su təchizatına dair xidmətlərin göstərilməsi üçün Cavabdeh1 ASC ilə müqavilələr bağlamışdılar. Halbuki, məhz Cavabdeh1 ASC xx.xx.2012-ci il tarixli müqaviləyə istinadən iddiaçılarla belə bir müqavilələrin bağlanmasından imtina etməli və iddiaçıların müqavilələrini mübahisələndirməli idi. Lakin bunu etməmişdir. O hal da nəzərə alınmalıdır ki, iddiaçılarla Cavabdeh1 ASC arasında su təchizatı xidmətlərinə dair müqavilələr xx.xx.2020-ci il tarixdə, yəni Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyi tarixdən (xx.xx.2019- cu il tarixli məktub) sonra bağlanmışdır. Hər bir halda, ən azı 2019cu il tarixdə xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən mənzillərin ona təhvil verilməsi üçün tədbirlər görən Cavabdeh1 ASC bu tədbirlər çərçivəsində məsələni nəzarətə götürməli, o cümlədən mənzillərin vəziyyəti ilə maraqlanmalı və təbii ki, ilk növbədə iddiaçılarla su təchizatı xidmətlərinə dair müqavilələr bağlamamalı idi. Lakin göründüyü kimi bağlamış və bununla da hüquqi nəticə etibarı ilə mənzillərin öz istifadə və sahibliyində olmadığını, iddiaçıların istifadə və sahibliyində olmasını qəbul etmişdir. Digər tərəfdən Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova tərəfindən eyni mənzillərin başqa-başqa şəxslərə satılması faktı ilə bağlı başlanılmış cinayət işi üzrə də Cavabdeh1 ASC hər hansı mənzilin sahibi kimi keçməmiş, hər hansı statusla cinayət işinə cəlb edilməmiş, ümumiyyətlə xx.xx.2012-ci il tarixli müqavilə barədə hər hansı məlumat əks olunmamışdır. Halbuki, məsələn, İddiaçı5 mübahisələndirdiyi 34 nömrəli mənzilin və X3 mübahisələndirdiyi 20 nömrəli mənzilin onlarla yanaşı digər şəxslərə də satıldığı müəyy ən edilmişdir. Buna baxmayaraq, həmin mənzillərin, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ASC-yə məxsus olması məsələsi ortaya çıxmamışdır.

25. Məhkəmə göstərilənləri və tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MTK ilə X8 arasında 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, İddiaçı2 arasında 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X12 arasında 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, Məmmədov Səxavət Nizami oğlu arasında 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı5 arasında 34 nömrəli (2 otaq lı, 76,5 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı4 arasında 53 nömrəli (1 otaqlı, 42,7 kv.m.sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə və İddiaçı3 arasında 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2018-ci il tarixdə müqavilələr qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilələrin predmeti olan mənzillərin hər biri real olaraq iddiaçılara məxsusdur. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını istisna edir və araşdırma zamanı müəyyən edilmiş digər hallarla birlikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olmasını şərtləndirir.

26. Məhkəmə o halı da nəzərə almışdır ki, xx.xx.2012-ci il tarixli müqavilənin 2-ci bəndində (Tərəflərin hüquq və vəz ifələri) əsasən tərəflər razılaşmışdılar ki, bu müqavilənin 2.4-cü və 2.5-ci maddəsində qeyd olunan şərtlər Bina inşa edildikdən sonra 6 (altı) ay ərzində Cavabdeh2 MTK tərəfindən icra olunmadıqda, əmlaka dair rəsmiləşdirilmiş müqavilə etibarsız hesab ediləcəkdir. Ötən 9 ilə yaxın müddət ərzində də müqavilənin nə 2.4-cü, nədə ki, 2.5-ci maddələri icra edilməmişdir. Bu halın mövcudluğu da xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

27. Məhkəmə, iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədov Səxavət Nizami oğlunun “xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddiaçıların hər biri ümumilikdə müqavilənin etibarsız hesab edilməsini tələb edir. Lakin onlarla bağlanmış müqaviləl ərdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X8 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti olan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən (yəni xx.xx.2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X3 iddiası isə təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavil ənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

28. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasını “mənzilin istifadə və sahibliyə verilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlmişdir ki, “Mənzil tikintisinə dair” xx.xx.2014- cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili onun istifadə və sahibliyinə verilməlidir.

29. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasının “mənzildən istifadə və sahiblik etməyə maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Məmmədov Səxavət Nizami oğluna mübahisəli mənz ildən istifadə və ona sahiblik etməsini qeyri-mümkün edən hal bu mənzillə bağlı Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında xx.xx.2012-ci il tarixdə müqavilənin bağlanması və Cavabdeh1 ASC-nin həmin müqaviləyə əsaslanaraq bu mənzilə olan hüquqlarını mübahisələndirməsi ilə bağlı olmuşdur. Lakin həmin müqavilənin etibarsız hesab edilməsi artıq mübahisəli mənzilə münasibətdə Cavabdeh1 ASC-nin hər hansı hüququnun olmasını istisna edir və onun Məmmədov Səxavət Nizami oğlu tərəfindən bu mənzilə sahiblik və istifadə etməsinə hər hansı maneə yaratmasını qeyri-mümkün edir. Eyni zamanda, Cavabdeh2 MTK-nın ona bu mənzildənistifadə və sahiblik etməsinə hər hansı maneə yaratması müəyyən edilmir. Bu səbəbdən məhkəmə iddianı bu hissədə əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir.

30. Məhkəmə, x x.xx.2012-ci il tarixli müqavilənin Cavabdeh2 MTK-nın adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlillərlə bağlı qeyd etmişdir ki, Cavabdeh2 MTK-nın sədri qismində xx.xx.2012-ci il tarixli müqaviləni imzalayan Elmira Şirinovanın həmin kooperativin sədri vəzifəsinə xx.xx.2012-ci il tarixə təyin edilməsi barədə məlumat Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1124/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündə əks olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda "xxxx" MTK-nın Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə yenidən dövlət qeydiyyatına alındığı və dövlət qeydiyyatına alındığı tarixdən hazıradək sədri X10 olduğu göstərilmişdir. Bu səbəbdən məhkəmə həmin müqavilənin “Bulaq-2“ “MTK-nın adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlillərlə razılaşmır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2,152.3, 157.2, 157.8, xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci, 337.1, 385.1, 425.1, 442, 448.1, 452.1, 752.1, 762.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4, 226.1, 226.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələblərinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiy a şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli, 2-2(102)-109/2016 saylı) məhkəmə qərarı mövcuddur ki, bu halı işə baxan məhkəmə ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir. Məhkəmə ilk növbədə iki təsərrüfat subyekti arasında bağlanmış müqavilənin predmetini, tərəflərin vəzifələri və öhdəliklərini araşdırmalı idi. Cavabdeh1 ASC-ilə “Bulaq-2“ MTK arasında olan xx.xx.2012-ci tarixli müqavilənin etibarsızlığına dair müddəanın heç bir hüquqi əsası yoxdur. İş materiallarından görünür ki, Cavabdeh1 ASC-ilə “Bulaq-2“ MTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçılar ilə cavabdeh “Bulaq-2“ MTK arasında bağlanmış 7 predmeti olan müqavilələr isə 2014-ci ildən başlayaraq sonrakı dövrləri əhatə edir. Göründüyü kimi Cavabdeh1 ASC-ilə daha əvvəl müqavilə bağlanmış, beləliklə Cəmiyyətin üstünlük hüququ yaranmışdır. Bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin “Bulaq-2“ MTK tərəfindən fiziki şəxs olan iddiaçılara deyil, məhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması üçün əsas yaradır.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-886/2023 nömrəli iş üzrə 6 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC aras ında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qeyd olunan hissədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Məmmədov Səxavət Nizami oğlunun və X3, iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddiaları təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, onlarla bağlanmış müqavilələrdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X8 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti o lan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən (yəni xx.xx.2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X3 iddiası isə təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fa ktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə yaşayış binasının tikintisi ilə bağlı podrat müqaviləsidir. Həmin müqavilə ilə Cavabdeh1 ASC torpaq sahəsini Cavabdeh2 MTK-nın istifadəsinə verməmiş, yalnız həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi barədə sonuncu ilə razılığa gəlmiş və onun razılığı da tikintinin aparılmasına dair olmuşdur, həmin torpaq sahəsi dövlət mülkiyyətində olsa da, məhz kooperativ binanın tikintisi üçün buna tam səlahiyyətli dövlət orqanı tərəfindən ayrılmış və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur, tikiləcək binanın inşaat pasportu təsdiq olunmuşdur. Kooperativin torpa q sahəsi üzərində daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır və bu barədə ona Dövlət aktı verilmişdir, yaşayış binasının işçi layihəsinin memarlıq hissəsi və digər hissələri səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmışdır. Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan verilmişdir, bundan əlavə Cavabdeh2 MTK-nın yeganə təsisçisi Cavabdeh1 ASC-dir. Cavabdeh2 MTK 0,51ha torpaq sahəsi üzərində daimi istifadə hüququ barədə xx.xx.2000-ci il tarixli Dövlət aktının ləğv edilməsi yaxud etibarsız sayılması iş materialları ilə təsdiq olunmur. Kollegiya qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsinə səbəb ola biləcək dörd mühüm şərtin-əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid-hər hansı birinin qüsuru olduğu müəyyən olunmur.

38. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

39. Məhkəmə MM-in 452-ci maddəsinə istinadən qeyd etmişdir ki, iddiaçılar onlarla bağlanmış mənzillərdə təmir işləri apardıqlarını, bəzilərinin orada yaşadıqlarını, kommunal xidmətlərin adlarına olduqlarını bildirirlər. Bu baxımdan hazırkı iş üzrə Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsızlığı tələbinin təmin olunmaması, Cavabdeh1 ASC-nin ayrı icranı qəbul etmək və ya bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini "xxxx" MTK-dan tələb etmək imkanından məhrum etmir.

40. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlu mübahisəli 43 saylı mənzildə təmir işləri aparmış, kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmışdır. Kollegiya hesab etmişdir ki, məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasını “mənzilin istifadə və sahibliyə verilməsi” hissəsində əsaslı hesab edərək, təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 157.8, 178.8, 337.1-337.4, 385.1, 386.1, 435, 443.1, 452.2, 752.1, 762.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayət inin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçılar X12 və İddiaçı2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04 noyabr 2013-cü il tarixdə İddiaçı2 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilmiş 13-cü mərtəbədə yerləşən, 1-ci blok, 48 nömrəli, ümumi sahəsi 112,2 kv.m-dən ibarət 3 otaqlı mənzilə dair Müqavilə bağlanmışdır və onun tərəfindən mənzilin ümumi dəyərinin hamısı, Cavabdeh2 MTK-ya ödənilmiş və bu barədə MTK tərəfindən ona həmin mənzilin dəyərinin hamısının onun tərəfimdən ödənilməsinə barədə Maliyyə arayışı verilmişdir. Eləcə də 10 dekabr 2013-cü il tarixində İddiaçı1 ilə Cavabdeh2 MTK aras ında ünvan 1 ünvanında inşa edilmiş 7-ci mərtəbədə yerləşən, 1-ci blok, 23 nömrəli, ümumi sahəsi 72,3 kv.m-dən (yaşayış sahəsi 41.1 kv.m) ibarət 2 otaqlı mənzilə dair Müqavilə bağlanmışdır və onun tərəfindən mənzilin ümumi dəyərinin hamısı Cavabdeh2 MTK-ya ödənilmiş və bu barədə MTK tərəfindən ona həmin mənzilin dəyərinin hamısının onun tərəfindən ödənilməsinə barədə Maliyyə arayışı verilmişdir. Eləcə də 01 fevral 2018-ci il tarixində İddiaçı3 ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa edilmiş 13-ci mərtəbədə yerləşən, 1-ci blok, 45 nömrəli, ümumi sahəsi 42,7 kv.m-dən ibarət 1 otaqlı mənzilə dair Müqavilə bağlanmışdır və onun tərəfimdən mənzilin ümumi dəyərinin hamısı Cavabdeh2 MTK-ya ödənilmiş və bu barədə MTK tərəfindən ona həmin mənzilin dəyərinin hamısının onun tərəfimdən ödənil məsinə barədə Maliyyə arayışı verilmişdir. Hazırda isə onlara məlum olmuşdur ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında 11 oktyabr 2012-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 ASC özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda “Bulaq2”-yə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq verdiyini, Cavabdeh2 MTK isə Cavabdeh1 ASC-yə 20 nömrəli 3 otaqlı, 48 nömrəli 4 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzilləri Cavabdeh1 ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür.

44. Halbuki, yuxarıda qeyd etdikləri kimi, sözügedən mənzillərə dair onlarla Cavabdeh2 MTK ilə arasında müqavilələr bağ lanmışdır və həmin mənzilə dair Cavabdeh1 ASC və ya qeyri birisi ilə müqavilə bağlanıb bağlanmamasından xəbərləri olmamış, bu barədə MTK tərəfindən də onlara heç bir məlumat verilməmişdir.

45. Bundan əlavə kassatorlar bildirmişdirlər ki, iddiaçıların mübahisələndirdikləri mənzillər inşa edilən tarixdən etibarən onların istifadə və sahibliyində olmuş, iddiaçılarla aidyyəti qurumlar arasında bağlanmış müqavilələrə əsasən mübahisəli mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə sayğaclar quraşdırılmış, iddiaçılar mübahisələndirilən mənzilləri əsaslı təmir işləri aparmışlar. Digər tərəfdən cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olduğu göstərilsə də mötəbər sübutlarla qeyd edilən torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olmadığı müəyyən edilmiş və bu baxımdan Cavabdeh1 ASC həmin torpaq sahəsini Cavabdeh2 MTK-ya təhvil verə bilməzdi. Bütün qeyd edilənlər də öz növbəsində Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız olduğunu təsdiq edir.

46. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun olmamış və bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir.

47. Cavabdeh1 ASC (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğluna aid hissədə dəyişdirilmədən saxlanılmış ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72.3 kv.m sahəsi olan 43 nömrəli mənz ili dair istifadə və sahiblik hüququnun saxlanılması hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

48. Kassator şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarı ilə müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğluna aid edilən hissədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bununla da ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72.3 kv.m sahəsi olan 43 nömrəli mənzili Məmmədov Səxavət Nizami oğlunun istifadə və sahibliyində saxlanılmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən göründüyü kimi cavabdehlərin Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləsinin etibarsız hesab e dilməsi hissəsində ləğv edilmişdir. Bu isə bir daha təsdiq edir ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış sözügedən müqaviləsi qüvvədədir və həmin mənzillərə dair istifadə, sahiblik və sərəncam hüququ Cəmiyyətə məxsusdur. Bu halda müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun mübahisələndirdiyi mənzilə dair istifadə və sahiblik hüququnun saxlanılması əsassızdır. O halda sahiblik və istifadə hüququ saxlanıla bilərdi ki, sözügedən müqavilə etibarsız hesab edilərdi. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72.3 kv.m sahəsi olan 43 nömrəli mənzilə dair sahiblik və istifadə hüquqlarına d a xitam verilməli idi.

49. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlu (Vəkil3 ) kassasiya şikayəti verərək qətnamənin Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassator şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli müqavilənin əsli dəfələrlə tələb edilsə də Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir.

51. Kassator hesab etmişdir ki, xx.xx.2012-ci il tarixdə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış müqavilənin qüvvədə saxlanması Məmmədov Səxavət Nizami oğlunun qanunla qorunan hüquqlarını pozduğundan Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının qətnaməsi müqavilənin etibarsız hesab edilməsinin ləğv edilməsi hissəsində ləğv edilməli və iddianın həmin hissədə təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

53. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 X5:

54. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllə

55. Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

56. Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

57. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli qanunla dəyişiklik edilənədək olan redaksiya).

58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

59. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

60. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. [308]

61. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

62. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

63. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

64. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kred itorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

65. Maddə 452.2.Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

66. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

67. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Prosessual Məcəllə

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. M addə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

77. İddiaçıların tələbi Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız sayılması barədədir. Səxavət Məmmədov isə bununla yanaşı, mübahisəli 43 saylı mənzilin onun sahiblik və istifadəsinə verilməsini, bu mənzilə dair hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir. İddiaçılar bildirirlər ki, həmin müqavilədə göstərilən mənzillər Cavabdeh2 MTK tərəfindən 2013-cü ildə bağlanmış müqavilələrlə onlara satılmış, mənzillərin dəyərini ödəmişlər, hətta bir çoxu mənzilləri təmir etmişlər və yaşayırlar. Müqavilə bağlanan zaman və sonrakı dövrdə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə onlara hər hansı məlumat verilməmiş, mənzillərin cəmiyyətə məxsus olması ilə bağlı onlara müraciət olunmamışdır. Hətta mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədilə sayğaclar quraşdırılmışdır. Qeyd olunanlar cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edir. Digər tərəfdən ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olduğu göstərilsə də, torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olmadığı müəyyən edilmiş və bu baxımdan cəmiyyət həmin torpaq sahəsini Cavabdeh2 MTK-ya təhvil verə bilməzdi. Cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir (§ 6-8, 10-11, 13-18).

78. Cavabdeh1 ASC isə Cavabdeh2 MTK ilə bağladığı xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirərək iddiaların rədd olunmasını xahiş etmişdir (§ 19).

79. Belə olan halda x x.xx.2012-ci il tarixli müqavilənin, eləcə də Səxavət Məmmədovun tələbinin söykəndiyi əqdin etibarlı olub-olmadığını yoxlamaq hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələrin vəzifəsi olmuşdur. Bu yoxlama isə etibarsızlıqla bağlı işin faktiki hallarına uyğun gələn maddi hüquq normaları əsasında aparılmalıdır.

80. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

81. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya on un nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərar).

82. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələblərini yuxarıda göstərilən qaydada araşdırmamış, onların söykəndiyi faktiki halların hansı maddi hüquq normasına uyğun gəldiyini, bu normaların dispozisiya şərtləri üzrə aparılan araşdırmanın nədən ibarət olduğunu və hər bir tələb üzrə gəlinən nəticəni əsaslandırmamış, sözügüdən əqdlərin etibarlı olub-olmamasına lazımi şəkildə hüquqi qiymət verməmişdir.

83. B undan əlavə, Səxavət Məmmədovun iddiasının həlli üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi 43 saylı mənzilə münasibətdə Cavabdeh1 ASC-nin hər hansı hüququnun olmasını istisna edir (§ 29).

84. Apellyasiya məhkəməsi isə Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləni etibarlı saydığı halda 43 saylı mənzilə münasibətdə cəmiyətin, yoxsa Səxavət Məmmədovun üstün hüquqa malik olmasına aidiyyəti maddi hüquq normaları əsasında hüquqi qiymət verməli idi.

85. Məhkəmə qeyd etmişdir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin bi rinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Kollegiya belə yanaşmanın Mülki Məcəlləsinin 452-ci maddəsinin məzmunundan da irəli gəldiyini qeyd edərək işə həmin normanı tətbiq etmişdir. Bu normaya əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmənin qənaətinə görə, iddiaçılar onlarla bağlanmış mənzillərdə təmir işlər i apardıqlarını, bəzilərinin orada yaşadıqlarını, kommunal xidmətlərin adlarına olduqlarını bildirirlər. Kollegiya hesab etmişdir ki, eyni işləri görmüş Səxavət Məmmədovun iddiası əsaslıdır (§ 38-40).

86. Kassasiya kollegiyası qeyd edir ki, Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı sayıldığı halda, həmin dövrdə Mülki Məcəllənin 178.8-ci maddəsinin (qüvvədə olan redaksiyasının) hansı səbəbdən tətbiq edilmədiyi əsaslandırılmalı idi.

87. Bu normaya əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (§ 57).

88. Apellyasiya məhkəməsi qətnamənin “Tətbiq edilən hüquq” bölm əsində Mülki Məcəllənin 452-ci maddəsi ilə yanaşı, 178.8-ci maddəsini qeyd etsə də, sonuncu normanı hansı hüquq münasibətləri üzrə yoxladığını, hansı əsasla tətbiq etdiyini və ya etmədiyini göstərməmiş, nəticə etibarilə bu xüsusata hüquqi qiymət verməmişdir.

89. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 71-72).

90. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qən aətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

91. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

92. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X7 X2 6-cı maddə sində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 53-54).

93. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

94. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahi səyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

95. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X12 və İddiaçı2 kassasiya şikayətləri tam, Cavabdeh1 ASC və Məmmədov Səxavət Nizami oğlunun kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-886/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar