Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3871/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli 2(103)-2051/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadıqov, iş № 2(010)-5633/2018) İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilm əsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N yaşayış sahəsində yerləşən 25 nömrəli evin 8 saylı mənzili 18.11.1992-ci il tarixli orderə əsasən İddiaçı sahiblik və istifadəsindədir. İddiaçının oğlu X2 ilə Cavabdeh N arasında 10.05.2005-ci il tarixdə nikah bağlanmış və həmin nikahdan 2005-ci il təvəllüdlü Ərzuman və 2008-ci il təvəllüdlü Aysu adında uşaqları vardır. Onlar arasında olan nikah 31 avqust 2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. 2018-ci i lin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə oğlu arasında olan nikahın pozulması, cavabdehin onlarla bir evdə yaşamasına baxmayaraq birgə təsərrüfat aparmamalarını və s. əsas gətirməklə cavabdehin uşaqlarla birlikdə 5000 manat kompensasiya verilməklə N yaşayış sahəsində yerləşən 25 nömrəli evin 8 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, orada əri ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələblərinə uyğun olaraq ora hüquq və vəzifələr əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci insansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən hesab etmişdir ki, təklif olunan kompensasiyanın məbləği iddiaçının hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci m addəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qüvvəsi xüsusi mülkiyyət hüququnun obyekti olan yaşayış sahələrinə münasibətdə tətbiq olunduğundan kollegiya kassasiya şikayətinin mübahisənin Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından düzgün həll edilməməsinə dair dəlilini əsassız sayır. Belə ki, mübahisəli ev iddi açının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. İşin göstərilən halları iddia tələbinin rədd edilməsi üçün əsas verdiyindən, kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3871/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3871/2019
29.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver