Məhkəmə qərarları › İş №2(102)-3872/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3872/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3872/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1515/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 08.10.2018-ci il tarixli, 2(007)1255/201 8 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış ***********saylı, 14.07.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 35027.41 manat əsas, 12572.98 manat faiz borc, 100 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 47730.29 manat borcun tutulması, tutmanın Bakı şəhəri, ****************************** saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına cavabdehin banka olan borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə və ya hər hansı səbbədən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin Cavabdeh1 tutulması, həmin mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2, digər şəxslərin həmin evdən çıxarılmaları və əmlakın boşaldılaraq banka təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 10.01.2019-cu il tarixli, 2(103)-1515/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(007)-1255/2018 nömrəli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qis mən təmin olunması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ***********saylı, 14.07.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 35027.41 manat əsas, 12572.98 manat faiz borc, 100 manat cərimə borcu olmaqla, cəmi 47700.29 manat məbləğində kredit borcunun, habelə iddia qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu qismində 30 manatın, yəni cəmi 47730.29 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, ****************************** saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən pul vəsaiti hesabına cəmi 47730.29 manatın İddiaçı ASC-nə ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, Bakı şəhəri, ********** ******************** saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 oradan çıxarılmaları və mənzilin boşaldılması, Bakı şəhəri, ****************************** saylı mənzilinin ilkin satış qiymətinin 91000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”tələbinə dair iddia ərizəsi ilə 30.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış ***********saylı, 14.07.2014-cü il tarixli kredit müqaviləsinə xitam ver ilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 35027.41 manat əsas, 12572.98 manat faiz borc, 3204.17 manat cərimə və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh məxsus olan Bakı şəhəri, ****************************** saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə edilən vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması, eyni zamanda həmin mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2, digər şəxslərin əv onların ailə üzvlərinin həmin evdən çıxarılmaları və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 91000 manat olması müəyyən edilmişdir. Lakin ipoteka predmeti olan mənzilin hazırki bazar qiyməti 120000-130000 manat dəyərindədir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair təkrar ekspertizanın keçirilməsində və mənzilin qiymətinin müəyyən edilməsində işin konkret xüsusiyyətlərini, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə almalı olduğu hald a, işin nə konkret xüsusiyyətlərini, nə də özünəməxsusluğunu nəzərə almamış, iş materiallarında heç bir sübuta, qanunvericiliyə əsaslanmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh1 mübahisəli mənzilə dair təkrar ekspertizanın keçirilməsi barədə verdiyi şikayətdən apelyasiya məhkəməsi vaz keçmiş, hesab etmişdir ki, ipotekaya qoyulmuş əmlak 91000 manat qiymətləndirilmişdir ki, bu məblğə də cavabdehin iddiaçıya olan borcundan artıqdır. Beləliklə, apelyasiya instansiya məhkəməsi iş üzrə ədalətsiz, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1515/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə b axılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh2 və cavabdehlərin vəkili Kərimov İmran Kərim oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh1 və İddiaçı ASC arasında 08 iyul 2014-cü il tarixdə “Kredit limitinin ayrılması haqqında müqavilə” bağlanaraq borcalana 72 ay müddətində 150 000 manat kredit verilməsi razılaşdırılmış, bu müqavilə çərçivəsində 14 iyul 2014-cü il tarixdə kredit sazişi bağlanaraq bank, borcalana 60 ay müddətinə illik 21 faizlə 65 000 manat kredit vermiş, kreditin geri ödəniş qrafiki haqqında müqaviləyə müvafiq əlavə razılaşdırılmış, Cavabdeh1 bank qarşısında yaranmış kredit öhdəliyinin təminatı kimi onun mülkiyyətindəki Bakı şəhəri, ****************************** saylı mənzili ipoteka ilə yüklü edilərək bununla bağlı 08.07.2014-cü il tarixdə ipoteka müqaviləsi rəsmiləşdirilmiş, ipoteka pre dmetinin dəyəri 66 000 manat müəyyənləşdirilmiş, 10.07.2014-cü il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Cavabdeh1 kredit ödənişlərini gecikdirmiş və 26 yanvar 2018-ci il tarixinə onun 35027,41 manat əsas, 12572,98 manat faiz, 3204,17 manat cərimə borcunun yarandığı hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385, 442 və 448-ci maddələrinə istinad edərək, iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsini əsaslı hesab etmiş, cərimə borcunun tutulması hissəsində isə həmin Məcəllənin 5.3, 425 və 467-ci maddələrinə istinad edərək, həmin hissəni qismən əsaslı hesab etmiş, dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətli hesab etmiş, bu məbləği müəyyənləşdirərkən iddiaçı ba nkın birinci instansiya məhkəməsinin də gəldiyi eyni qənaətlə razılaşdığını nəzərə almışdır. Kollegiya iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi” hissəsinə münasibətdə isə hesab etmişdir ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətindəki Bakı şəhəri, ****************************** saylı mənzilinə tutma yönəldilməli, mənzil hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana (Cavabdeh1)qaytarılmalıdır. Kollegiya iddia nın “mənzildə yaşayan Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmaları və mənzilin boşaldılması” hissəsini də əsaslı hesab etmiş, qeyd olunan qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 319.1 və 319.6-ci, “İpoteka haqqında” Qanunun 33, 36.2 və 59-cu maddələrinə istinadən əsaslandırmışdır. Bununla belə kollegiya, iddia tələbini “digər şəxslərin, həmçinin onların ailə üzvlərinin həmin evdən çıxarılması və əmlakın banka təhvil verilməsi” hissələrində əsaslı hesab etməmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə iddia tələbi konkret şəxslərə qarşı yönəlməlidir və “digər şəxslərin, habelə onların ailə üzvlərinin” şəxsiyyətləri müəyyən olunmadan mücərrəd tələbin təmin olunması mümkün deyildir. Eyni zamanda, qeyd olunduğu kimi, ipoteka predmeti olan mənzilin hərracda s atılmalı olduğu qənətinə gəlinmişdir və belə olan halda onun banka təhvil verilməsi həmin nəticə ilə ziddiyyət təşkil edərdi. Xüsusilə nəzərə alınmalıdır ki, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və iddiaçı bankın da hərracda iştirak edərək əmlakı hərracdan satın almaq hüququ mövcuddur. Eyni zamanda kollegiya qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 91 000 manat olması müəyyən edilmişdir və kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətin əsas götürülməsini məqsədəmüvafiq saymışdır. Çünki 2014-cü ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi faktdır və ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiymətin “tərəflərin razılaşdırdıqları” qiymət kimi nəzərə alınması ədalətli deyildir. Kollegiya iddianın “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin Cavabdeh1 tutulması” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki qeyd edildiyi kim i iddiaçının Cavabdeh1 tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı ipotekaya qoyulmuş əmlakın dəyərinin borcu ödəməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə, ipotekaya qoyulmuş əmlak 91 000 manat məbləğində qiymətləndirilmişdir ki, bu məbləğ də cavabdehin iddiaçıya olan borcundan xeyli artıqdır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlili ola n “Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair təkrar ekspertizanın keçirilməsində və mənzilin qiymətinin müəyyən edilməsində işin konkret xüsusiyyətlərini, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə almalı olduğu halda, işin nə konkret xüsusiyyətlərini, nə də özünəməxsusluğunu nəzərə almamış, iş materiallarında heç bir sübuta, qanunvericiliyə əsaslanmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.” dəlili ilə bağlı qeyd edir ki, mübahisəli mənzillə bağlı təkrar ekspertizanın keçirilməli olduğunu şərtləndirən və ya cavabdehlərin bildirdiyi kimi, həmin mənzilin 120000-130000 manat dəyərində olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, işin hansı konkret xüsusiyyətlərinin və hansı özünəməxsusluğunun nəzərə alnınmadığı göstəril məmişdir. Kassasiya baxışı zamanı isə məhkəmə qətnaməsinin sübutlarla və qanunvericiliklə əsaslandırılmadığı, həmçinin maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və bu hal mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsasl ı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-c u il tarixli, 2(103)1515/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar