Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3873/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Nümayəndə və Cavabdeh1 ASC-nin vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev; iş № 2(009)-1040/2020) İddiaçı cavabdehlər Cavabdeh1 ASC və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nə qarşı hərracların, hərracların nəticələrinin və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov, İ.S.Şirinov, A.V.Tanrıverdiyev; iş № 2(103)1436/2021) İddiaçı və maraqlarına toxunan şəxs X1 apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılması 23.06.2021-ci il tarixə saat 11:55-ə təyin edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X1 da kassasiya şikayəti verməsi ilə əlaqədar kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair həmin məhkəmənin 2(103)-1436/2021 saylı, 27 may 2021-ci il tarixli məktubu Ali Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasi ya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402-409, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2021-ci il qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3873/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3873/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver