Məhkəmə qərarları › İş №2(102)-3874/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3874/2020

20.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3874/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X5 saylı notariat kontoru və Cavabdeh1 qarşı «müqavilənin və qeydin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 say lı notariat kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında X5 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş birgə sahibkarlıq haqqında müqavilə və həmin müqavilədə daha sonra 100.000 manat pul məbləğinin guya onun tərəfindən alınmasına dair qeydin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 adlı şəxslə 1984-cü ildən dost və uzaq qohumdurlar. Vaxtilə onunla daş karxanasında şərikli işləri də olmuşdur. X8 məxsus və hazırda da sahibliyində olan Abşeron rayonunun X5 adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanası formal olaraq onun adınadır. Orada hamı, o cümlədən işçilər daş karxanasının sahibi kimi X5u tanıyırlar. 02 sentyabr 2016-cı il tarixdə X5 mobil telefonu ilə zəng edərək ona bildirmişdir ki, X5 adlı taksi sürücüsünü arxasınca göndərir ki, onu notariat kontoruna aparsın. Bildirmişdir ki, adlı şəxslə görüşüb, ona etibarnamə verməlidir. O, taksi sürücüsü X5 adlı şəxslə Bakı şəhəri Nizami rayonu ərazisində X5 yaxınlığında yerləşən notariat kontoruna getmişdir. Həmin notariat kontorunda ilk dəfə sonradan adının olduğunu bildiyi şəxsi görmüşdür. Orada tərtib olunan sənədə imza çəkmişdir. Sənəd latın qrafikası ilə tərtib olunduğundan mahiyyətini də bilməmişdir. Sənədə imza çəkdikdən sonra, adlı şəxs onda olan sənədin nüsxəsinə öz xətti ilə yazdırmışdır ki, guya onun tərəfindən təqdim olunmuş 100000 manat məbləğində pul vəsaitini nəğd şəkildə almışdır. O, həmin yazını yazıb, imza çəkməmişdən X5a zəng vuraraq bildirmişdir ki, bu şəxs ona 100000 manat pula dair imza çəkdirir. Məlumatı olub-olmamasını soruşmuş və bundan narahatçılığını bildirmişdir. X5 ona bildirmişdir ki, həmin sənəd formalda başqa bir iş üçün lazımdır, imza çək vəssalam. X5 ona bir az əsəbi formada bildirmişdirki, nə deyir imza çək. Problem yoxdur. O da, imza çəkmişdir. O, hətta bu məsələ ilə bağlı X5un qardaşıX5a zəng vurmuşdur ki, Şirvan elə bil nə etdiyini bilmir. Lakin bunun da heç bir nəticəsi olmamışdır. Daha sonra Cavabdeh1la ayrılmışlar. Ona heç bir sənəd təqdim edilməmişdir. Sonra o, adlı şəxsi görməmiş və ondan tərəfindən nəsə tələb olunmamışdır. Təxminən 2017-ci ilin may ayında xəbər tutmuşdur ki, Cavabdeh1 adlı şəxs ona qarşı iddia ərizə si ilə müraciət edərək, 02 sentyabr 2016cı il tarixdə aralarında bağlanmış müqavilənin ləğvi, müqavilə üzrə ödənilmiş pulun, əldən çıxmış faydanın və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. O, bu məsələni X3 bildirdikdə, o, bildirmişdir ki, Cavabdeh1 2 ilə yaxındır tanıyır. Tanışlıqları Qanboy adlı şəxsin vasitəsilə olmuşdur. Cavabdeh1 Hacıqabul rayonu ərazisində, Abşeron rayonuna məxsus torpaqda yerləşən Udullu kəndi yaxınlığında köhnə SSRİ dövründən qalmış, işləməyən karyerin sənədləşdirilməsi və oraya işıq çəkilməsi işlərini həyata keçirəcəkdi və həmin yerə şərik olacaqdılar. Cavabdeh1 X5a bildirib ki, Udulluda yerləşən ərazidən keyfiyyətli daş çıxacağı inandırıcı deyil. Şirvan da ona təklif edib ki, onu sənədləşdirmə işlə rini görəcəyi təqdirdə Abşeron rayonu ərazisində yerləşən daş karxanasına şərik edəcək. də həmin şərtlərlə razılaşmışdır. Bu söhbətdən bir müddət sonra Cavabdeh1 qəfildən X5a zəng vuraraq bildirib ki, təcili surətdə Qaradağ ərazisində yerləşən daş karxanasına dair etibarnamə verilməlidir. X5 da bundan sonra ona zəng vuraraq, notariat kontoruna getməyini bildirmişdir. Daha sonra X15 Hüseynovun heç bir iş görmədiyini görüb ona bildirmişdir ki, aralarında nə haqqhesab varsa etsinlər. Bunu görən Cavabdeh1 ona qarşı iddia tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Onun reallıqda Cavabdeh1 heç bir məbləğdə borcu yoxdur. Ömründə birinci dəfə gördüyü, tanımadığı, bu vaxtadək heç bir iş birlikləri olmayan şəxsdən 100000 manatı necə ala bilərdi, yaxud o şəxs tanımadığı birisinə 100000 m anat pulu necə verə bilərdi. Cavabdeh1 onunla bağladığı saxta müqavilədə qeyd etmişdir ki, guya tərəf 2 olaraq (yəni o) 100000 manat pul məbləği təqdim edir. Nə üçün müqaviləni rəsmi şəkildə etdiyi kimi, pul məbləğini də rəsmi şəkildə, yəni bank vasitəsilə təqdim etməyib? O, notariat kontorunda olarkən ona əslində nəyə imza çəkməyi, sənədin mahiyyəti, hüquq və vəzifələri izah olunmamışdır. X9 Cavabdeh1 gələcəkdə görəcəkləri işi və ya bağlayacaqları hansısa müqaviləni pərdələmək məqsədilə onunla yalan əqd bağlanmış və əqdə reallıqda verilməyən pul məbləğinin guya tərəfindən alınması yazdırılmışdır. Həmçinin sözügedən müqavilə görünüş üçün, formal olaraq bağlanmış bir müqavilədir. X1 tələbini kobud surətdə pozaraq, 02 sentyabr 2016-cı il tarixdə aparılan notariat hərəkəti ilə bağlı ona hüquq və vəzifələrini izah etməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə onu xəbərdar etməmişdir. Müqavilə iradə ifadəsidir. Lakin o, notariat kontorunda iradəsini ifadə etməmişdir. X13 dediyini yerinə yetirmişdir. Niyyəti Cavabdeh1 etibarnamə vermək olub. Tamamilə başqa bir sənəd imzalamaq niyyətində olduqları halda aldadılaraq, müqaviləyə imza çəkmişdir. Ona görə hesab edir ki, 02 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş, qanuna zidd və kobud pozuntularla bağlanmış birgə sahibkarlıq haqqında müqavilə və həmin müqavilədə daha sonra 100000 manat pul məbləğinin guya tərəfindən alınmasına dair qeyd etibarsız hesab edilməlidir. 02 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış və reyestrdə 3M598 nömrəsi ilə qeyd olunmuş birgə sahibkarlıq haqqında müqavilənin və həmin müqavilədə daha sonra 100000 manat pul məbləğinin guya tərəfindən alınmasına dair qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Məzahir Sadıqov) X5 saylı 14 avqust 2018ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 02 sentyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında X5 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş birgə sahibkarlıq haqqında müqavilə və həmin müqavilədə daha sonra 100.000 manat pul məbləğinin İddiaçı tərəfindən alınmasına dair qeydin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin Cavabdeh1 aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İkram Şirinov-sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) 22 fevral 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əli Rüstəmovsədrlik edən və məruzəçi, Gündüz Quliyev və Əsəd Mirzəliyev) 19 sentyabr 2019-cu il tarixli X5 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Azad İmanov-sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Vahid Sadıqov) 27.11. 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin X5 saylı 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər X5 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mübahisələndirilən əqdin tərəflər arasında bağlanmış rea l əqd olmaması və tərəflərin həqiqi iradə ifadəsini əks etdirməməsi, yalnız görünüş üçün formal olaraq bağlanması barədə iddiaçının arqumentləri ilə bilavasitə olmasa da, dolayısı ilə razılaşmışdır. Belə ki, iddia müddətini tətbiq edən məhkəmə iddia müddətini tətbiq edərkən həmin əqdin yalan və ya uydurma əqd olması, yaxud da vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmış əqd olmasını dəqiq və açıq-aydın əsaslandıra bilməmiş, ümumi normanı sadalamaqla kifayətlənmişdir. Başqa sözlə, məhkəmə kollegiyası öz qətnaməsində hazırki iş üzrə iddia müddətinin nə vaxt başlaması, nə vaxt bitməsi, iddiaçının öz hüququnun pozulduğu vaxtı bilməsi və ya bilməli olmasını nəinki kifayət qədər əsaslandırmamış, ümumiyyətlə, heç əsaslandırmamışdır. Halbuki, iddiaçı iddia tələbində həmin əqdi vacib əhəmiyyətli yanılma nəticəsində bağladığına iddia etməmiş, əqdi uydurma əqd hesab edərək iddia vermişdir. Hər hansı əqdin etibarsız, xüsusən də uydurma əqd olması kifayət qədər güclü və bir biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Hazırki halda iddiaçı cavabdehlə aralarında bağlanmış 02.09.2016-cı il tarixli müqavilənin və qeydin görünüş üçün bağlanmış uydurma əqd olduğunu iddia edir. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, müqavilədə nəzərdə tutulan sahə iddiaçının adına olsa da, həmin sahə faktiki olaraq müqavilə tərəfi olmayan X5un istifadə və sahibliyindədir, həmin sahəni o işlədir, həmin sahəyə dair iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti 01.06.2010cu ildə bitmişdir, həmin sahəyə dair birgə əməkdaşlıqla bağlı danışıqlar və münasibətlər cavabdehlə yalnız Ş.Qazakov arasında o lmuş, iddiaçı ilə cavabdeh bir-birilərini tanımırlar, onların nə müqaviləyə qədər, nə də ondan sonrakı dövrdə hər hansı münasibəti və əlaqəsi olmamış, cavabdeh iddiaçının telefon nömrəsini belə bilmədiyini təsdiq etmişdir. Məhkəmə baxışı zamanı barışıqla bağlı danışıqları da cavabdeh tərəf iddiaçı ilə deyil, məhz X5la aparmışdır. Bir-birini tanımayan və heç vaxt hər hansı münasibəti və ünsiyyəti olmayan şəxslərin bir an içində bağladığı hazırki müqavilənin onların həqiqi niyyətinə uyğun olması da ağlabatan və inandırıcı görünmür. Cavabdeh tərəf iddiaya qarşı etirazında yalnız müqavilənin notariat qaydasında bağlanmasına və tərəfin müqaviləni hər hansı təqsir və təzyiq olmadan şəxsən imzalanması halına istinad etmişdir. Cavabdehin istinad etdiyi hər iki hal mübahisəsizdir, lakin bu halların mövcudluğu həmin əqdin uydurma əqd olmasını istisna etmir. Cavabdeh tərəfin hazırki iddiaya qarşı etirazının bir əslində əsas dəlili də iddia müddəti ilə bağlı olmuşdur. İddiaçı birinci instansiya məhkəməsində ərizə verərək hazırkı mübahisəyə Mülki Məcəllənin 354.2-ci və 375.2-ci maddələrinə əsasən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmiş, apelyasiya şikayətində də işə baxan məhkəmə tərəfindən bununla bağlı gəlinən nəticənin səhv olduğunu göstərmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsiylə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür, çünki qanun əhəmiyyətsiz əqdlərlə bağlı nəzərdə tutulan bir illik müddətin axımını onun icrasına başlandığı günlə əlaqələndirilmişdir. Başqa sözlə, iddiaçı əhəmiyyətsi z əqdlə bağlı iddianın, onun icrasına başlandığı gündən hesablanmaqla bir il ərzində irəli sürə bilər. Həm də bu müddət kəsici müddətdir, yəni qarşı tərəfin bununla bağlı ərizə verməsi tələb olunmur. Mülki işdə olan Qaradağ rayon Məhkəməsinin iş №2(002)-3039/2017 saylı qərardadının surətindən məlum olur ki, hazırki iş üzrə cavabdeh F. Hüseynovun İddiaçı qarşı “müqavilənin ləğvi və s.” bağlı iddiası 11 may 2017-ci il tarixində məhkəmənin icraatına qəbul olunmuş, iddiaçı isə həmin mülki işdən bundan xeyli sonra məlumatlı olmuşdur. Demək ki, əhəmiyyətsiz əqdin icrasına məhz həmin tarixdən başlanmışdır. İddiaçının da hazırki iddiası 01 may 2018-ci ildə isə məhkəmənin icraatına qəbul olunmuşdur. Demək ki, qanunun tələb etdiyi bir illik müddət ötürülməmişdir. İddiaçının istinad etdiyi xəbərnaməy ə gəldikdə isə; a)- o, rəsmi icraya başlama kimi qəbul oluna bilməz; b)- onun iddiaçıya çatdırılması sübut olunmur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki: Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-8220, Kod 30700001 nömrəli şəhadətnamənin (bundan sonra şəhadətnamə) surətindən görünür ki, Abşeron rayon İHB-nın 01.06.2005-ci il tarixli, 197 nömrəli sərəncamı və 01.06.2005-ci il tarixli 197 nömrəli icarə müqaviləsi ilə X5 adlanan hissəsində DF-dan 1 mişar daşı istehsal etmək şərti ilə 5 il müddətinə, 2,50 hektar torpaq sahəsi İddiaçı verilib. İddiaçı (Birinci tərəf) ilə Cavabdeh1 (İkinci tərəf) arasında 02 sentyabr 2016-cı il tarixdə X5 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-598 nömrə ilə qeyd edilmiş “Birgə sahibkarlıq haqqında müqavilə”nin surətindən görünür ki, 1.1. Bu müqaviləyə əsasən tərəflər birləşərək icarə müqaviləsi əsasında “Tərəf-1” - İddia çı istifadəsində olan Abşeron rayonunun Qobustan otluq əraz. “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50%-in (“Tərəf - 1”) 50%-ə (“Tərəf-2” - Cavabdeh1) nisbətində bölüşdürmələri barədə razılığa gəldilər. 1.2. Bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məqsədi həyata keçirmək üçün “Tərəf -1” icarə müqaviləsi əsasında istifadəsində olan Abşeron rayonunun Qobustan otluq əraz. “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanası sahəsini, eyni zamanda həmin ərazidə yerləşən 3 ədəd daş-kəsən mişardan və digər zəruri avadanlıqlardan ibarət olan daş karxanası avadanlığını, “Tərəf-2” isə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaiti təqdim edir. Həmin müqavilənin digər surətinə əlyazısı ilə edilmiş qeyddə göstərilmişdir ki: “Bu müqavilə üzrə X5 tərəfindən təqdim olunan 100000 (bir yüz min) manat məbləğində pul vəsaitini nağd şəkildə aldım. (İmza var) İddiaçı.M İmza: 02.09.2016”. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakılara istinad etmişdir. Hazırkı halda müəyyən edildi ki, mübahisələndirilən 02 sentyabr 2016-cı il tarixli müqavilə İddiaçı iradə ifadəsini əks etdirməmiş, pul vəsaitinin verilməsi barədə müqaviləyə edilmiş qeyd isə notarius tərəfindən təsdiqləyici qeydlə təsdiq edilməmişdir. Göstərilənlər, o cümlədən müqavilənin X5un təlimatı və tapşırığı ilə İddiaçı tərəfindən imzalanması və pulun alınması barədə qeyd yazılması, lakin reallıqda Cavabdeh1 İddiaçı hər hansı məbləğdə pul vəsaiti verməməsi şahidlərin ifadələri ilə də öz təs diqini tapdı. Birinci instansiya məhkəmə qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 389.1, 390.1, 399.1, 337.1-337.4 və 340.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin X5 saylı 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli İddiaçı cavabdehlər X5 saylı notariat kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında qeyd olunmuşdur ki, iş üçün düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası İddiaçı Cavabdeh1 100000 manat pulu almadan, həmin məbləğdə pulu alması barədə 02.09.2016-cı il tarixli yazdığı qeydini və həmin etibarnamə hesab etdiyi mahiyyətini bilmədiyi, notarius tərəfindən hüquq və vəzifələri izah edilmədən tamamiylə başqa bir sənədə imza etməsini X5a dediyi halda, onların İddiaçı imzaladığı sənədlə maraqlanmamalarının səbəbini aydınlaşdırmamışdır. Eləcə də iddiaçının notarius tərəfindən hüquq və vəzifələrinin ona izah edilməməsi, müqavilənin bir nüsxəsinin ona verilməməsi, hansı sənədə imza etdiyini bilməməsi ilə bağlı irəli sürdüyü dəlillərin həqiqətə uyğun olub-olmamasını müəyyən etmək üçün tərəflər arasındakı bağlanmış mübahisəli 02.09.2016-cı il tarixli müqavilə üzrə notariat işini tələb etməklə həmin müqaviləni təsdiq etmiş cavabdeh X5 saylı notariat kontorunun notariusu X6 dindirməmiş, nəticədə işin həqiqi halları müəyyən edilməmiş qalmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq X5 saylı notariat kontorunun notariusu X6 dindirmək üçün dəvət etmişdir. X5 saylı notariat kontorunun notariusu X7 məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, tərəflər İddiaçı və Cavabdeh1 02.09.2016-cı il tarixdə X5 saylı Notariat Ofisinə müraciət edərək aralarında “Birgə sahibkarlıq haqqında müqaviləyə”-nin rəsmiləşdirilməsini xahiş etmiş, müqavilənin layihəsi “Elektron notariat” informasiya sistemində tərtib edildikdən sonra tərəflər həmin müqavilənin məzmunu ilə tanış olaraq imzalamışlar. Eyni zamanda müqavilən in 1.2ci bəndində göstərilən, Cavabdeh1 tərəfindən təqdim olunan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin verilməsi müqavilə tərəfinin öhdəliyi kimi qeyd edilmiş və müqavilə rəsmiləşdirilərkən həmin pul vəsaitinin notariusun iştirakı ilə təqdim edilməsi nəzərdə tutulmamışdır. (məktuba “Birgə sahibkarlıq haqqında müqavilə”yə dair notariat işində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir.) İddiaçı Cavabdeh1 100000 manat pulu almadan həmin yazdığı 02.09.2016-cı il tarixli qeydinə və həmçinin imza etdiyini göstərdiyi müqaviləni yalnız hazırki iş üzrə Cavabdeh1 ona qarşı aralarında 02.09.2016-cı il tarixli “birgə sahibkarlıq haqqında müqavilə”nin ləğv edilməsi, İddiaçı həmin müqavilə üzrə əldə edilmiş gəlirin yarısı, yəni 120000 manat məbləğində pul vəsaitinin və müqavilə bağlanarkən tərəfindən İddiaçı ödənilən 100000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət etdiyindən və iddia ərizəsi məhkəmənin icraatına 1 may 2017-ci il tarixdə qəbul edildikdən sonra, yəni 27.04.2018-ci ildə Cavabdeh1 qarşı hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı izahatından və şahid qismində dindirilmiş X2 ifadəsindən müəyyən etmişdir ki, onların iş birliyi olmaqla həm dost, həm də qohumdurlar. Yuxarıda göstərilən sahəsi 2.50 ha olan daş karxananın ərazisi isə İddiaçı istifadəsində olduğuna görə Cavabdeh1la qeyd olunan mübahisəli müqaviləni bağlamaq hüququ da ona məxsus olmuşdur. Həmçinin apellyasiya məhkəməsi iş materiallarında olan Cavabdeh1 adından İddiaçı müqavilədə və iddia ərizəsində göstərilən, qeydiyyatda olduğu (ünvan 1 ünvana göndərilmiş, 18.04.2017-ci il tarixli xəbərdarlığa və xəbərdarlığın çatdırılmasına dair poçt bildirişinə istinad edərək, iddiaçının müvafiq əqdlə bağlı mübahisədən məlumatlı olduğunu müəyyən etmişdir. Həmin bildiriş isə xəbərdarlıqla göstərilən ünvana 22.04.2017-ci il tarixdə çatdırılaraq şəxsən “Əliyevə” verilmişdir. Həmçinin iddiaçının özünün izahatından da görünür ki, xəbərnaməni şəxsən qəbul etmiş, lakin müqaviləyə çəkmiş olduğu imza formal olmuşdur. Buna görə də, apellyasiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş müddətlərin ötürüldüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nin iş üzrə tərəflər arasında bağlanmış və hazırda etibarlılığı mübahisələndirilən müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanması və həmin əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətlərin buraxılması barədə qənaəti əsaslıdır. Belə ki,iddiaçı hazır ki iş üzrə tələbində bağlanmış müqaviləsinin etibarsız hesab olunmasını bu müqavilənin onun iradə ifadəsinə uyğun olmadığını və əslində həmin əqdin X11 Hüseynovun gələcəkdə görəcəkləri işi və ya bağlayacaqları hansısa müqaviləni pərdələmək məqsədilə onunla yalan əqd bağlandığını və əqdə reallıqda verilməyən pul məbləğinin guya tərəfindən alınmasının yazdırıldığını, sözügedən müqavilə görünüş üçün, formal olaraq bağlanmış bir müqavilə olduğunu iddia etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndir mə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsas ən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlə r ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqdir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mö vcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Notariat qaydasında təsdiq edilmiş 02.09.2016-cı il tarixli “birgə sahibkarlıq haqqında müqavilə”dən görünür ki, Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-8220, Kod 30700001 nömrəli şəhadətnaməyə əsasən müqavilə predmeti olan sahənin qanuni sahibi olan iddiaçı öz iradəsini ifadə edərək könüllü olaraq cavabdehlə həmin sahənin birlikdə işlədilməsinə dair müqavilə bağlamış, bunun üçün notariusa müraciət etmiş, müqavilədə bu müqavilə üzrə X5 tərəfindən təqdim olunan 100000 (bir yüz min) manat məbləğində pul vəsaitini nağd şəkildə alması barədə qeyd edərək imzalamış, həmin vaxtdan Cavabdeh1 ona qarşı məhkəmədə qeyd edilən müqavilə üzrə öhdəliklərin pozulması əsası ilə iddia qaldırılana qədər bu əqdin eti barsızlığını mübahisələndirməmişdir. İddiaçı qeyd edilən əqdin həm uydurma əqd olduğunu, həm də başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olduğunu iddia etməsi ziddiyyətli fikir olmaqla, iddiaçının qaldırdığı iddianın əsassız olduğunu bir daha təsdiq edir. Hazırki iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbində göstərdiklərini heç bir sübutla təsdiq edə bilməmişdir. İddiaçı öz sərbəst iradəsi ilə onun üçün öhdəliklər yaradan əqdi notariusun iştirakı ilı imzalamış, həmin əqddə qeyd edilən məbləği aldığını öz qeydi ilə təsdiq etmişdir. İddiaçının dostu və qohumu Ş.Qazakovun sözləri ilə hərəkət etməsi barədə dedikləri isə, həqiqət olsa belə, bu əqdin etibarsızlığı üçün əsas yaratmır. Çünki əqdin qeyd edilən əsaslarla uydurma və ya yalan əqd hesab olunması üçün hər iki tərəfin əqdi bağlayarkən niyyəti və iradəsi əqdin görünüş üçün bağlanmasına və ya başqa əqdi pərdələmək üçün bağlanmasına yönəlmiş olmalıdır. Hazırki iş üzrə isə cavabdehin belə bir niyyətdə olması müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldı ğı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin tərəfindən tətbiq olunur. Hazırki iş üzrə apellyasiya məhkəməsinin müəyyən etdiyi faktiki hallardan görünür ki, iddiaçı həmin əqdlə bağlı mübahisənin mövcudluğundan ən azı Cavabdeh1 ona göndəriyi 18.04.2017-ci il tarixli xəbərdarlığı 22.04.2017-ci il tarixdə poçt vasitəsilə aldığı gündən məlumatlı olmuş və hazırki iddia ilə 27.04.2018 il tarixdə məhkəmə müraciət edərkən Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səla hiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəmə si kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar