Məhkəmə qərarları › İş №2(102)-3875/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3875/2020

18.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3875/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Rzayev Əlibaba Ağaşirin oğlu, cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx x xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) İddiaçı cavabdeh LPO "Cavabdeh" ASCyə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), A.Hüseynov və V.Sadıqov, 2(103)-889/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4592/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında bağlanmış xx.xx.2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi və İddiaçı məxsus Göyçay şəhəri, X ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə bağlanmış ipoteka müqaviləsinə səbəb olan öhdəlik xx xxxx 2015-ci il tarixində bağlanmışdırsa, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsinə də xitam verilmişdir. Cavabdehin ipoteka müqaviləsinə əlavə ipoteka sazişini də bağlanması bir daha sübut edir ki, 2011-ci il tarixində bağlanmış ipoteka müqaviləsinə əslində xitam verilmişdir. Əlavə saziş yalnız qüvvədə olan müqaviləyə əsasən bağlana bilər. Həmçinin çıxarışda 3 otaqlı sahəsi 90 kv.metr olan ev yazılıb, köhnə çıxarışla müqaviləni bağlayıblar, evin təqdim edilən şəkillərində ev heç də çıxarışda qeyd olunan ölçüdə deyil. Yəni olmayan bir predmet barəsində ipoteka müqaviləsi bağlanılıb. Köhnə ipoteka müqaviləsinə istinadən razılaşma bağlanması ipoteka müqaviləsinə xitam verilməsi üçün əsasdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətləri iddia ərizəsində qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili Rzayev Əlibaba Ağaşirin oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyas ının iclasında cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən faktiki halları belədir ki, "Cavabdeh" ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, GY-1307 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, "Cavabdeh" ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.201 1-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Göyçay şəhəri, X ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə onlara məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur ninəlivaqüm) 1.1-ci bəndi). İpotekanın predmeti Göyçay şəhəri X ünvanda mülkiyyətdə olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə cavabdehə məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evidir. (3.1-ci bənd). İpoteka predmetinin qiyməti 67400 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). xx xxxx 2 015-ci il tarixli razılaşmaya əsasən, xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin 2.1, 2.2 və 3.2-ci bəndlərinə dəyişiklik edilmişdir. İpoteka predmetinin qiyməti 103700 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390.1, 427.3, 442, 445.2, 448.1, 527.1, 527.2, 739.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsassızdır və təmin olunmamalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, ipotekaya xitam verilməsi əsaslarından biri əsas öhdəliyə xitam verilməsidir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, əsas öhdəlik əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəlik lərdir. İşə baxan apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı tərəfindən “Cavabdeh ASC” qarşısında ipoteka ilə təmin olunmuş kredit öhdəliyi tam icra edilmədiyindən ipotekaya xitam verilə bilməz. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. MM-nin 324.2-ci maddəsinə əsasən ipoteka əqdin bir növü olduğuna görə onun bağlanmış hesab olunması üçün əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Beləliklə, iddiaçı kredit və ipoteka müqaviləsini, eyni zamanda ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanı bağlayarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamışdır. Hazırda iddiaçı ipotekanın əlavə qeydiyyatı haqqında xx xxxx 2015-ci il tarixli razılaşmanın və fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyünə xitam verilməsini tələb etsə də, tələbin əsasını təşkil edən halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətna mə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar