Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3878/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Əmanətlərin Sığortalanması Fondu İddia tələbi: əmanətin geri qaytarılması tələbinə dair Açar sözlər: əmanətin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 fevral 2015-ci il tarixli iki müqaviləyə əsasən, hər biri 25000 avro məbləğində illik 6% olmaqla, 12 ay müddətinə ümumilikdə 50000 avro məbləğində əmanət qoyulmuşdur. 02 fevral 2016-cı il tarixdə “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş və ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Hər iki əmanət müqaviləsi üzrə cəmi 17062 avro məbləğində pul ödənilmiş, 32956 avro məbləğində kredit tələbi qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat 19 iyun 2020-ci il tarixdə Ələskərova X1 Sığortalanması Fonduna qarşı hazırki iddia tələbi ilə müraciət edərək 32956 avro məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3701/2020 saylı iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən sığortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank ləğv edilmiş və bank ləğv edilməsə idi, iddiaçının müqavilə münasibətləri davam edəcək və yeni qanunun (“Əmanətlərin tam sığortalanması haqqında”) təsir dairəsinə düşəcəkdi. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)-2424/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırda tələb etdiyi məbləğ “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun təsiri altına düşmədiyindən iddia əsassızdır. Qətnamə onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 18.02.2015-cı il tarixli, 210FM**********5 saylı Standart əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən Bank əmanətçidən daxil olmuş cəmi 25 000 Avro əmanəti, 18.02.2015-cı il tarixli, 210FM**********4 saylı Standart əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən cəmi 25 000 Avro əmanəti qəbul etmişdir. Müqavilələrin 1.5-ci maddəsinə əsasən müqavilələrin müddəti 12 ay (19.02.2016-ci il tarixinədək) müəyyən edilmiş və Bank əmanətçiyə hər müqavilə üzrə illik 6 % ödəməyi öhdəsinə götürmüşdür.Hər iki müqavilələr üzrə əmanətlər «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə, 8.1.20-ci maddəsinə uyğun olaraq qorunan əmanətlərə aid edilir.Müqavilələr üzrə əmanətlər Qorunan əmanətlər olduğu üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə (yəni iddiaçıya) «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən hər iki əmanət müqaviləsi üzrə cəmi 17 062 avro (30.000,0 manat) məbləğində pul ödənilmişdir. 02 mart 2016-cı il tarixd ən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir.Həmçinin, 01 mart 2016-cı il tarixindən (“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi vaxt) etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunduğu kimi əmanətin sözüged ən qanunun tələbləri altına düşməsi üçün Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi (xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz) əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq əşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin, göründüyü kimi iddiaçının qorunan əmanətinin tam sığortalanmış əmanət hesab edilməsi üçün (“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunlaşdırılması üçün) həmin hallardan heç biri mövcud deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, sığorta hadisəsi üzrə cavabdeh tərəfindən iddiaçıya 50000 avro ödəmək əvəzinə 17062 avro ödəmişdir. Cavabdeh iddiaçıya 32956 avro ödəməkdən boyun qaçırmış lakin, tələbi kreditor kimi qeydə almışdır. Hazırki işdə sığorta hadisəsi baş verdiyinə görə iddiaçı depozit müqavilələrinin şərtlərinə əsasən cavabdehdən həmin müqavilələr üzrə banka qoyulmuş əmanətin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iclasının yeri və va xtı barədə məlumatlandırılmış kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edər ək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığorta lanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3878/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3878/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver