Məhkəmə qərarları › İş №2(102)-388/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-388/2020

22.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-388/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2018 saylı işi üzrə 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Şirkətinin iddiası təmin edilmiş, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları və 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150051, 150119, 151057 saylı neft quyularının, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa etdiyi özbaşına tikili cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2019-cu il tarixli, 2(103)1044/2019 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən və məruzəçi, Z.Əliyev və R.Eyvazov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-24/2018 saylı işi üzrə 27 fevral 2018-ci il tarixli qətn aməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Şirkətin Saziş ərazisi hüdudları və 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150051, 150119, 151057 saylı neft quyularının, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Cavabdeh torpaq sahəsi Binəqədi (keçmiş Kirov) rayon XDS 17/438 saylı 27 sentyabr 1991-ci il tarixli qərarı ilə ayrılmış, torpaq sahəsi ayıran orqan öz səlahiyyətləri daxilində qərar qəbul etmiş, o vaxtı qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi ayırmışdır. Cavabdehin hüquqları saziş imzalana qədər yaranmışdır və faktiki olaraq mövcud olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1044/2019 nömrəli mülki iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-ni n 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1044/2019 nömrəli 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfi ndən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında tədqiqat obyektinə baxış keçirilmiş və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyi əsasında müəyyən edil mişdir ki, elektron baza məlumatlarında "İddiaçı" Şirkətin Saziş ərazisi hüdudlarının və 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150051, 150119, 151057 saylı neft quyularının, neft xəttinin xəttinin təhlükəsizlik zolağı barəsində elektron bazada məlumat aşkar edilməmişdir. Cavabdeh məxsus olan tikiliyə aid heç bir hüquqmüəyyənedici və yaxııd texniki sənəd məhkəmənin müraciətinə əlavə edilməmişdir. Elektron baza məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən tikililər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ("Binəqədi Oyl Ə.Ş-aid) ərazinin hüdudları daxilində yerləşir, aparılmış tədqiqatın smetası 108.79 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1044/2019 saylı, 27.08.2018-ci il tarixli qər ardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 27.03.2019-cu il tarixli, 33845 saylı ekspert rəyi ilə 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respubiikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, islənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan OYL kompani Bi.Vİ. və ARDNŞ-in ortaq şirkəti olmuş və 29 aprel 2005-ci il tarixində Azərbaycan 901 saylı Qanuna əsasən Saziş qanun statusu məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ("Binəqədi OYL ƏŞ-aid) ərazinin hüdudları daxilində yerləşdiyi üçün, həmin ərazidə inşa edilən ti kiiiiər üçün lazımi icazə sənədləri alınmalıdır. Belə ki, həmin ərazidə inşa olunan tikililər Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneçilik törədə bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə Cavabdeh məxsus olan tikiliyə aid heç bir hüquqmüəyyən edici və yaxud texniki sənəd məhkəmənin müraciətinə elavə edilməmişdir. Elektron baza məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən tikililər Azərbaycan Respubiikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ("Binəqədi OYL ƏŞ-aid) ərazinin hüdudları daxilində yerləşir, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mənzil Məcəlləsi 15, 29.1; MM-in 1 39, 146, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 180; MPM-nin 14.2, 76.1, 77.1, 80, 82, 88, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən hissədə yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, mənzil tikintisi, təhlükəsizliyi və arxitekturası üzrə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində nəzarət vəzifələrini mütəmadi keçirilməli və vətəndaşların müvafi q olaraq onlara müraciət hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci Cavabdeh aid edilməli, ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosess ual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə keçirilmiş ekspertizanın nəticələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək gəldiyi nəticəsi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci i l tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar