Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-388/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracların, hərracın keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7995/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli 06/125 nömrəli məktubun surətindən görünür ki, 26.10.2020-ci il tarixdə icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin açıq hərracda satışının təşkil olunması məqsədi ilə "xxxx" MMC-yə sifariş göndərilmişdir. 15.01.2021-ci il tarixdə icra idarəsinə daxil olmuş ərizədə iş üzrə Ali Məhkəməyə kassasiya şikayəti verildiyindən hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən ərizə əsaslı hesab olunmuş və 18.01.2021-ci il tarixdə hərracın dayandırılması ilə bağlı "xxxx" MMC-yə məktub göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış 18.01.2021-ci il tarixli 599/41 nömrəli məktubun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla hərracın təşkili barədə 26.10.2020-ci il tarixdə 46/41 saylı məktubla müraciət olunmuşdur. Hazırda iş üzrə kassasiya şikayəti verildiyi üçün Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin hərracının dayandırılması xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsin in 11.08.2020-ci il tarixli 2(105)-35/2019 saylı qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(105)-35/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(105)-35/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli 2(102)-5453/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 26.10.2020-ci il tarixli 46/41 nömrəli "xxxx" MMC-nə ünvanlanmış hərracın keçrilməsi haqqında sifarişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmuşdur. 2(105)-35/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)14582/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulma sı və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilərək cavabdeh İddiaçı 13.03.2015-ci il tarixli, **********99415 saylı kredit müqaviləsi üzrə 24504,31 ABŞ dolları məbləğində əsas borc (manat məzənnəsi ilə) tutularaq ASC “Xalq” Bankına verilməsi və ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilin açıq hərracdakı ilkin satış qiyməti 45.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli 01/2136 nömrəli hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubu və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020- ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinə dair 27.11.2020-ci il tarixdə saat 11:00-dan 17:00dək hərracın keçrilməsi vaxtı müəyyən edilmiş və ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilmişdir. Bildirişlə bağlı “FM express” kuryer xidmətləri üçün 169161 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 11.11.2020-ci il tarixdə saat 18:55-də poçt qəbzini imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 02.12.2020-ci il tarixli 01/2452 nömrəli hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubu və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/20 20 saylı, 26.02.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinə dair 14.12.2020-ci il tarixdə saat 11:00-dan 17:00dək hərracın keçrilməsi vaxtı müəyyən edilmiş və ilkin satış qiyməti 45.000-15%=38.250 (otuz səkkiz min iki yüz əlli) manat müəyyən edilmişdir. Bildirişlə bağlı “FM express” kuryer xidmətləri üçün 169971 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 08.12.2020-ci il tarixdə saat 18:52-də poçt qəbzini imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 16.12.2020-ci il tarixli 01/2606 nömrəli "xxxx" ASC-nə və digərlərinə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin № 46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16.12.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 28.687,50 (iyirmi səkkiz min altı yüz səksən yeddi man 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 01-07 dekabr 2020-ci il tarixli birja yenilikləri qəzetinin 225 nömrəli sayından və 16 dekabr 2020-ci il tarixli birja yenilikləri qəzetinin 227 sayından görünür ki, hərracın keçirilməsi barədə elan dərc edilmişdir. "xxxx" Sumqayıt filalının X2, İddia çı, X3 və X4 ünvanlanmış 17.03.2021-ci il tarixli 33 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-35/2019 saylı, 22.08.2019-cu il tarixli qətnaməsi ilə ASC “Xalq” Bankı (“Bank”) və İddiaçı arasında bağlanmış 13 mart 2015-ci il tarixli **********99415 saylı kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün 13 mart 2015-ci il tarixli **********99415 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mülkiyyət hüququ üzrə X1 məxsus Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 1-ci mərtəbəsində 41.1 kv.m ümumi, 23.1 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzilə tutma yönəldilməsi və həmin mənzilin dəyərindən bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. Bank tərəfindən qeyd edilən mənzil q anunverciliyə uyğun olaraq 10.02.2021-ci il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində bankın mülkiyyət hüququnu təsdiq edən elektron çıxarış alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(105)-35/2019 saylı, 22.08.2019-cu il tarixli qətnaməsi və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə istinad edərək yaşayış evini 30 (otuz) gün müddətindən gec olmayaraq tərk edilməsi tələb edilmişdir. Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş 22.12.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Ağdam şəhərində anadan olmuş və Sumqayıt şəhəri, məh.5, ev.1/28, m.21 ünvanında qeydi yyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzil ilə əlaqədar keçirilmiş hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(105)-35/2019 saylı Qətnaməsi (“Qətnamə”) ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-14582/2019 sayl ı, 06.10.2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması (24,504.31 ABŞ dolları) və ipoteka predmetinin ilkin satış qiymətinin (45,000.00 manat) müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (“İddiaçı”) Qətnamənin alınması ilə bağlı ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş və Qətnaməni rəsmi olaraq 22.05.2020-ci il tarixdə alaraq, 21.07.2020-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(105)-35/2019 saylı qərardadı ilə qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2020-ci i l tarixli, 2(102)-5453/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Qətnaməsi qüvvəyə minməmişdən əvvəl, 26.02.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla hərracın təşkili barədə 2(105)-35/2020 saylı icra sənədini hazırlayıb Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi 02.03.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. 26.10.2020-ci il tarixdə icra sənədi üzrə ipoteka predmetinin açıq hərracda satışının təşkil olunması məqsədi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsi Respublika Xamma l və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (“Cavabdeh”) sifariş göndərmişdir. İddiaçı 11.12.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, məhkəmə qərarının qüvvəyə minməməsi səbəbindən hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq, 27.11.2020 və 14.12.2020-ci il tarixlərində Cavabdeh tərəfindən qanunsuz olaraq iki hərrac keçirilmişdir. Cavabdeh 16.12.2020-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklifi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" ASC-nə göndərmişdir. İddiaçı 30.12.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli hərracın təşkili barədə 2(105)-35/2020 saylı icra sənədinin ləğv edilməsini xahiş etmişdir. Məhkə mə isə, öz növbəsində, 15.01.2021-ci il tarixdə bildirmişdir ki, “qətnamədən verilmiş apellyasiya və kassasiya şikayəti ilə bağlı icra hərəkətlərinin dayandırılması icra qurumuna aid edilmişdir”. Bununla da, Sumqayıt Apellyasiya Məhkəməsinin iddiaçının məktubunu belə bir formada əsaslandırması daha əvvəl qəbul etmiş olduğu qərar ilə ziddiyyət təşkil edir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(105)-35/2019 saylı qərardadı ilə qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilmiş və şikayət aidiyyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı 15.01.2021-ci il tarixdə təkrar olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(105)-35/2019 saylı qətnaməsindən kassasiya şikayəti verdiyini və həmin qətnamənin qüvvəyə minməməsi səbəbindən hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi 599/41 saylı, 18.01.2021-ci il tarixli hərracın dayandırılması haqqında bildiriş ilə cavabdehə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdir. İddiaçı 12.01.2021-ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt şəhəri Regional Ədliyyə İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin qanunsuz icra hərəkətlərinin dayandırılması və barələrində tədbir görülməsini tələb etmişdir. Bu ərizəyə cavab olaraq Sumqayıt şəhəri Regional Ədliyyə İdarəsi 06/125 saylı, 26.02.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tə rəfindən iddiaçının ərizəsi əsaslı hesab olunmuş və 18.01.2021-ci il tarixdə hərracın dayandırılması ilə bağlı cavabdehə məktub göndərilmişdir. İddiaçı 18.03.2021-ci il tarixdə cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh Hərracın yekunları barədə 04/02 saylı protokolu iddiaçıya təqdim etmişdir. Həmin Protokolda tarix olaraq 14.01.2021-ci il qeyd edilmişdir. Maraqlısı odur ki, cavabdeh tərəfindən təqdim edilmiş protokol nə Sumqayıt şəhəri üzrə İcra İdarəsi, nə cavabdeh, nə də ki "xxxx" ASC tərəfindən imzalanmamışdır. Qanunsuz olaraq təşkil edilmiş hərracın nəticəsində iddiaçı həmin hərracda iştirak edə bilməmişdir. Halbuki, iddiaçı hərracda iştirak edib həmin əmlakı özü də əldə edə bilərdi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-2312/2021) İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin bildirişləri imzalayaraq almış və hərracla bağlı bildirişlərin ünvan 5 ünvanına göndərilməsində hərrac təşkilatı haqlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, həmin ünvan üzrə bildirişlərin qəbul edilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, iddiaçı keçirilmiş hərracın etibarsız hesab edilməsini mübahisələndirsə də, “ipoteka predmeti nin əldə edilməsinə dair” "xxxx" MMC-nin direktoru Nərgiz Əliyeva tərəfindən tərəflərə ünvanlanmış məktubdan görünür ki, hərrac baş tutmamış və bu səbəbdən tərəflərə təklif olunmuşdur. Bundan başqa iddiaçının icranın dayandırılmalı olduğu halda keçirilməsinə münasibətdə qeyd edilməlidir ki, ipoteka haqqında qanunverilciyin və mülki qanunvericliyin tələbləri baxımından hərracın etibarıszlığı ilə bağlı sadalanan hallar sırasında hərracın dayandırılmadan keçirilməsi halı nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-7995/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2312/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl e tmək baxımından da ədalətli və qanunidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)7995/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdi r. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi iddiaçının şikayəti əsasında tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərr acı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-c i maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəfləri n notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış ve rilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzə rdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci mad dəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə y anaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7995/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-388/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-388/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver