Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3882/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)968/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Z.Ağayev) 11 sentyabr 2018-ci il tarixli, 2(010)-2280/2018 saylı qətnamə si ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda yerləşən tikilidən çıxarılması və tikilinin İddiaçı təhvil verilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı maddi zərərin əvəzi olaraq cəmi 12775 (on iki min yeddi yüz yetmiş beş) manatın alınıb iddiaçı Cavabdeh verilməsi, maddi zərərin əvəzi olaraq 12775 (on iki min yeddi yüz yetmiş beş) manat pulun iddiaçı Cavabdeh ödənilməsi ilə ünvan 1 ünvanda yerləşən tikilidən Cavabdeh çıxarılmasının eyni vaxtda icra edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özünə aid edilməsi, ekspetiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatının İddiaçı, qalan 50 (əlli) manatının isə Cavabdeh alınaraq Məhk əmə Ekspertiza Mərkəsizinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Cavabdeh və N.Ş.Cəfərov) 22 yanvar 2019-cu il tarixli, 2(103)968/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(010)2280/2018 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-968/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq və yaşayış sahəsindən çıxarılma, tikilinin sökülməsi və kirayə haqqı”tələbi barədə i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh *** saylı yaşayış evindən çıxarılması, evin ona təhvil verilməsi, cavabdeh tərəfindən evə bitişik tikilmiş 16 kv.m tikilinin sökülməsi, cavabdehdən 1350 manat kirayə haqqının alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra ***ndə 0,05 ha torpaq sahəsində ailəsinə ev tikərək orada yaşamağa başlamışlar. Torpaq sahəsi və tikdiyi evlər sənədsizdir. Bir neçə il bundan öncə həyətin bir hissəsində kiçik bir yaşayış evi tikmiş, oranı bütün kommunal şəraitlə təmin etmişdir. Banklara borcu olduğundan 2017-ci ilin may ayında həmin evi Cavabdeh kirayə vermişdir. Sonra Cavabdeh ona müraciət edərək kirayədə qald ığı evi almaq istədiyini bildirmişdir. Borclarını nəzərə alıb cavabdehlə evi 20.000 manata ona satmağa razılaşmışlar. Cavabdeh ilkin ödəniş kimi 4.000 manat, sonrakı 6 ay müddətində hər ay 1000 manat verəcəyini, pulun yarısı verilənədək isə hər ay 150 manat kirayə haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. Evin pulunun yarısı isə hər ay 500 manat olmaqla ödənilməli idi. İlkin ödənişdən sonra Cavabdeh aldığı evə bitişik 16 kv.m sahəsi olan bir tikili də tikmişdir. Buna baxmayaraq Cavabdeh öhdəliyini yerinə yetirməmiş ona cəmi 4900 manat məbləğində pul vermişdir. Buna görə o, cavabdehdən evdən çıxmasını tələb etmiş, cavabdeh çıxmaqdan imtina edərək evə və həyətdə tikdiyi tikiliyə çəkdiyi xərci ödəyəcəyi halda çıxacağını bildirmişdir. Bundan sonra o, cavabdehlə razılaşmış və onun 2018-ci ilin ya nvar ayına kimi ödəmədiyi 1200 manat kirayə haqqını nəzərə almaqla cavabdehə 5.500 manat pul qaytarmışdır. Buna baxmayaraq cavabdeh evdən çıxmaqdan imtina etmiş, tikiliyə çəkdiyi xərcə görə ondan 15.000 manat pul tələb etmişdir. Aralarında mübahisə yarandığından məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ilk iddianın təmin edilməsi, Cavabdeh *** saylı yaşayış evindən çıxarılması, evin ona təhvil verilməsi, cavabdeh tərəfindən evə bitişik tikilmiş 16 kv.m tikilinin sökülməsi, cavabdehdən 1350 manat kirayə haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi və s” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamasının, evə su, elektrik, qaz çəkilişinə mane olmamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, sökdüyü divarları bərpa etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, ailə üzvləri ilə birlikdə mübahisəli evə köçürülməsi, evə vurduğu ziyanın əvəzi olaraq cavabdehdən 5.000 manat pulun, ilkin ödəniş kimi verdiyi 4900 manatın və həyətdə evin tikintisinə çəkdiyi 12.500 manat pulun cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, 2017-ci ilin may ayında cavabdeh İddiaçı ev satdığını eşidib onunla bu barədə danışmışdır. Qarşılıqlı razılaşmaya əsasən evin satış qiymətini 20.000 manat olaraq müəyyən etmişlər. Aralarında bağlanmış şifahi razılaşman ın şərtlərinə əsasən o, ilkin olaraq cavabdehə 4.000 manat verməli, sonra hər ay 300 manat ödəməli idi. Ödədiyi məbləğ 10.000 manata çatdıqda cavabdeh İddiaçı onu həmin evə pasport qeydiyyatına saldırmalı, məbləği tam ödəyib qurtardıqda isə evi sənədləşdirib notarial qaydada alqı-satqı etməli idi. İlkin olaraq cavabdeh İddiaçı 4.000 manat, sonrakı üç ayın hər birində isə 300 manat olmaqla cəmi 4900 manat pul vermişdir. Cavabdehin ona satdığı ev tam yararsız olduğundan oranı təmir etdirmiş, razılığa uyğun olaraq həyətdə əlavə bir otaq da tikmişdir. Bu işlərə onun 17.500 manat xərci çıxmışdır. Bir neçə ay ərzində evlər tam hazır olduqdan sonra cavabdeh İddiaçı heç bir əsaslı səbəb olmadan evi geri qaytarmasını ondan tələb etmiş, razılaşmadıqda isə evin suyunu, işığını və qazını kəsmişdir. Ar alarında baş vermiş uzunmüddətli mühahisələrdən sonra razılaşmışlar ki, cavabdeh İddiaçı ona evdən çıxması müqabilində 15.000 manat pul verir və yalnız bundan sonra o evdən çıxır. Bir neçə gün sonra qonşuluqda yaşayan Tahir adlı şəxs atasına yaxınlaşaraq bildilmişdir ki, mübahisəli evi o, qardaşı üçün alır və evin Təbiblə razılaşdıqları 15.000 manat pulunu o, ödəyəcəkdir. Bu əsasla Tahir atasına əvvəlcə 9400 manat pul vermiş, qalan 5600 manatı isə üç gün ərzində ödəyəcəyini bildirmişdir. Hətta bundan sonra o, özü üçün yeni ev axtarmağa da başlamışdır. Sonra məlum olmuşdur ki, həmin Tahir adlı şəxs pulun qalan 5.600 manatını verməkdən imtina edir. Beləcə onların arasındakı razılaşma pozulmuşdur. Bundan sonra cavabdeh İddiaçı ona qarşı daha da aqressivləşmiş, dəfələrlə ailə üzvləri ilə bir likdə evə hücum çəkərək evin giriş qapısını, pəncərələrini sındırmışlar. Həyatları üçün real təhlükə yarandığını görüb evdən çıxmağa məcbur olmuşdur. Cavabdeh isə qanunsuz hərəkətlərini davam etdirib evin divarlarını uçurmuş ona ümumilikdə 5.000 manatdan artıq əlavə maddi ziyan vurmuşdur. İlk iddia ərizəsində cavabdeh evi ilk olaraq kirayə verdiyini bildirsə də, bu həqiqətə uyğun deyil. Оnlar arasında belə bir danışıq olmamışdır. Onun məqsədi kirayədə yaşamaq yox, özünə ev almaq olmuşdur. Bu, cavabdeh tərəfindən məqsədli şəkildə uydurulmuşdur. İddiaçı ona guya 9400 manat qaytarması barədə bildirdikləri də doğru deyil. Belə ki, 4900 manat almış şəxsin 9400 manat qaytarmasına ağlabatan səbəb tapmaq mümkün deyil. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi, ailə üzvləri ilə birl ikdə mübahisəli evdə yaşamasının, evə su, elektrik, qaz çəkilişinə mane olmamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, sökdüyü divarları bərpa etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, ailə üzvləri ilə birlikdə mübahisəli evə köçürülməsi, evə vurduğu ziyanın əvəzi olaraq cavabdehdən 5.000 manat pulun, ilkin ödəniş kimi verdiyi 4900 manatın və həyətdə evin tikintisinə çəkdiyi 12.500 manat pulun cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-968/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya ba xışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 680.2, 778.1, 778.3, 1087, MPM-nin 4.1, 217-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. İddiaçı və Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, 22 yanvar 2019-cu il tarixli, 2(103)-968/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsini qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, fakt lara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iş üzrə tərəflər mübahisəli evin dəyərini 20.000 manata razılaşdırmışlar, İddiaçı rəsmi alqı-satqı müqaviləsi bağlamadan mübahisəli evin dəyərinin 4000 manat hissəsini ilkin olaraq ödənilməsi şərti ilə Cavabdeh satmış, razılıq əsasında evin dəyərinin qalan hissəsi sonrakı 3 ay ərzində hər ay 300 manat olmaqla, cəmi 4900 manat ödənilmiş, qalan məbləğ ödənilməmişdir. Həmin vaxt İddiaçı evin Cavabdeh daimi istifadəsinə verilməsi barədə öhdəlik götürmüş, ev Cavabdeh təhvil verilmiş, onun tərəfindən istifadə edilmiş və həmin ərazidə Cavabdeh tərəfindən əlavə tikinti işləri aparılmışdır. Alınmış ev təmir edilmişdir. Ekspertiza rəyi ilə təmir tikinti işinə cəkilmiş xərcin 7871 manat olması müəyyən edilmişdir. Tikinti işlərinin aparılmasına ilk iddiaçı etiraz etməmiş, tikinti işlərinin başa çatmasından sonra, tərəflər arasında mübahisə yaranmışdır. İşdən göründüyü kimi, iddiaçı tərəf Cavabdeh 9400 manat məbləğində pul verdiyinə görə evdən istifadə etməsinin qanunsuz olduğuna istinad edərək çıxarılmasını tələb etmişdir. İlk İddiaçı birinci instansiya məhkəməsində icraat başlanarkən Cavabdeh ona 4900 manat məbləğində pul verməsini göstərmiş olsa da, işin sonrakı mərhələsində evdən çıxması üçün Cavabdeh 9400 manat məbləğində pulun ödənilməsini qeyd etmişdir. Lakin işin araşdırılmış hər hansı bir halı ilə İddiaçı Cavabdeh 9400 manat məbləğində pulun qaytarılması təsdiq olunmamışdır. Cavabdeh cinayət işinin başlanması barədə qərarında və qarşılıqlı iddia ərizəsində ona 9400 manat pulun verildiyini, lakin həmin məbləği ona İddiaçı deyil, Tahir adlı şəxsin verdiyini göstərir. Cavabdeh İddiaçı həmin pulu iddiaçı Cavabdeh qaytardığını bildirsə də, bununla bağlı sübutlar təqdim edilməmiş, bu hal iddiaçı Cavabdeh özü tərəfindən etiraf edilməmişdir. İddiaçı iddiasında Cavabdeh 4900 manat məbləğində pul aldığını və Cavabdeh tikiliyə çəkildiyi xərcin 3000 manatdan artıq olmamasını göstərir. Onun mövqeyinə inanılsa 7900 manatın əvəzinə, 9400 manat məbləğində pulun hansı səbəbdən ödəməsi anlaşılmazdır. Əksinə işin hallarından görünür ki, həmin ərəfələrdə tərəflərin münasibətləri gərgin olmuş, aralarında ciddi mübahisələr baş vermişdir. Hətta bununla bağlı polis bölməsində araşdırma da aparılmışdır. Belə bir dönəmdə, cavabdeh İddiaçı Cavabdeh 4.900 manat və ondan daha artıq məbləğdə pul qaytardığı halda buna görə ondan ən azından yazılı bir qəbz almaması inandırıcı deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Bundan başqa, müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh artıq mübahisəli evdən bütün əşyalarını götürməklə özündən asılı olmayan səbəbdən oradan çıxmışdır. Mü bahisəli evə sahibliyi ilk iddiaçı həyata keçirir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmaqla belə nəticəyə gəlir ki, iddiaçının evə sahibliyini bərpa etməsi, eyni zamanda evin alınması, təmiri və əlavə tikilmiş tikiliyə çəkilmiş xərc məbləğini ödəməməsi onun əsassız varlanmasına şərait yaratmış olar. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091, 1092.1-ci maddələri). Şərh olunan maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma başqasının hesabına qanunsuz əmlak əldə etdikdə yaranır. Lakin hazırki işdə olduğu kimi, əsassız varlanma başqasının hesabına həm də pul, eləcə də qiymətli kağızlar, əmlak hüquqları və qanunla müdafiə olunan hər cür maddi faydalar əldə edilməsi nəticəsində yarana bilər. Əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir və hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. İlk növbədə, əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun bərpası təmin olunmalıdır. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 6.1.8-ci maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri pozulmuş hüquqların bərpasının təmin edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili statusunda olsa da, bu hal, Cavabdeh həmin tikilinin alınması və təmir-tikinti işlərinin həyata keçirməsinə dair çəkmiş olduğu xərci tələb etməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ö dənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsi). Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)968/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3882/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3882/2019
03.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver