Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3883/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)954/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli, iş № 2(009)-187/2019) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən 0,26 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağı şlama müqaviləsinin, AN saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Üzeyir qızı arasında N saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında aparılmış qeydlərin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev, iş № 2(103)4569/19) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbayca n Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)7852/19) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən-cavabdehlər Cavabdeh2 və Cavabdeh2 arasında N saylı ünvanda yerləşən 0,26 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydlərin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 0,26 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydlərin dövlət reyestrindən çıxarılması tələbinin rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə X1 və Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 1.213.128,32 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmiş, həmin qətnamə Azərbaycan Resp ublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 ona məxsus olan Bilgəh qəsəbəsində yerləşən 0,26 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. 2018-ci ilin iyul ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 icra sənədinin icrasından yayınmaq məqsədi ilə mülkiyyətində olan Bilgəh qəsəbəsində yerləşən 0,26 ha torpaq sahəsini qardaşına bağışlamasını və eləcə də həmin qəsəbədə yerləşən fərdi yaşayış evini başqasına satmasını əsas göstərməklə həmin müqavilələrin etibarsız hesab edilməsi və onların əsasında aparılmış qeydlərin dövlət reyestrindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul ed ilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli icra sənədinin icra edildiyi ərəfədə borcun ödənilməsindən yayınmaq məqsədi ilə özünə məxsus daşınmaz əmlakı özgəninkiləşdirməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını və s. əsas göstərməkıə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Cavabdeh F.Cavabdeh1baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri nə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş material larından görünür ki, hazırkı mübahisənin yaranmasına gətirib çıxaran kredit müqaviləsi bankla X1 arasında bağlanmış və hazırkı iş üzrə cavabdeh həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi zamin olmuşdur. Cavabdeh1 izahatına görə onun icra sənədi üzrə borcun ödənilməsindən yayınmaq niyyəti olsaydı həmin torpaq sahəsini xx xxxx 2017-ci il tarixdə dövlət Reyestrində öz mülkiyyəti kimi dövlət qeydiyyatına aldırmazdı və sonradan həmin məqsədlə uydurma əqd bağlamazdı. İşdən görünür ki, həqiqətən də mübahisəli torpaq sahəsi xx xxxx 2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və həmin əmlakı xx xxxxxx 2017-ci ildə qardaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 izahatına görə onun qardaşına borcu olduğu üçün torpaq sahəsini ona bağışlamış və bu zaman borcun ödənilməsindən yayınmaq niyyətində olmamış və həmin məqsədlə uydurma əqd bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mübahisəli torpaq sahəsi, işdən göründüyü kimi, cavabdehin mülkiyyətində olmuş və o, həmin əmlak üzərində Mülki Məcəllənin 152-ci maddəsinin tələbinə uyğun olaraq istədiyi kimi sərəncam vermək hüququna malik olmuşdur. Bundan başqa cavabdehi n həmin əmlak üzərində sərəncam verməsinə mane ola bilən qanunda nəzərdə tutulmuş heç bir hal və qadağa olmamışdır. Bağışlama müqaviləsinin uydurma əqd olması barədə bankın göstərdiyi dəlillər ehtimal xarakteri daşımaqla heç bir sübutla təsdiq olunmadığından iddia əsaslı sayıla bilməz. Müqavilə tərəflərindən heç birinin təsdiq etmədiyi halda üçüncü tərəfin əqdin uydurma olmasını iddia etməsi Mülki Məcəllənin 340.1-ci maddəsinin qüvvəsinin tətbiqi üçün əsas verməmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3883/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3883/2020
19.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver