Məhkəmə qərarları › İş №2(102)-3885/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3885/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3885/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(103)3454/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 14 iyul 2008-ci il tarixli 74/08 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh Xanbala oğluna nəqliyyat vasitəsinin alınması üçün 18 ay müddətinə, illik 22% ödəməsi şərtilə 4300 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhədliklərinin icrasının təminatı olaraq 14 iyul 2008-ci il tarixli Girov müqaviləsi ilə Cavabdeh Xanbala oğlu mülkiyyətində olan “VAZ-21074” markalı, 10SG721 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC Cavabdeh Xanbala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehdən 12 aprel 2010-cu il tarixə 4090 manat məbləğində əsas, hesablanmış 1175 manat məbləğində faiz, 5687,45 manat dəbbə pulu olmaqla, cəmi 10952,45 manat pulun tutulması, tutmanın cavabdehə məxsus olan “VAZ21074” markalı, 10SG721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı minik avtomobilinə yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış avtomobil hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli, 2(002)-988/2010 nömrəli qiyabi qətnaməsi ilə (hakim İ. K.Xəlilov) iddia təmin edilmişdir.

6. Cavabdeh Xanbala oğlu 29 dekabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(002)-988/2010 nömrəli qərardadı ilə ərizə təmin edilməklə, qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı "xxxx" ASC əsl İddiaçı BOKT QSC ilə əvəz edilmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(002)2/2023 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia qismən təmin edilmiş, məhkəməyə təqdim olunmuş maliyyə arayışındakı tarixə mövcud olan 4090 manat məbləğində əsas borc, 1175 manat məbləğində faiz borcu, 500 manat dəbbə pulu olmaq la, cəmi 5765 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh Xanbala oğlundan İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh Xanbala oğluna məxsus olan “VAZ-21074” markalı, 10SG721 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, açıq hərracdan satışdan əldə olunmuş vəsait hesabına ümumi borc məbləğinin ödənilməsi, borc ödənildikdən sonra vəsait artıq qalarsa cavabdehə qaytarılması, açıq hərracdan avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun tutulmasının adi qaydada icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci, Mülki Prosessual Məcəllənin 14.2,77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh Xanbala oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(002)-2/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(103)-3454/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovun və E.C.Kazımovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(002)2/2023 nömrəli qətnaməsi a pellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 04 iyun 2010-cu il tarixdə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli, 2(002)988/2010 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bu səbəbdən iddia müddətinin ötürülməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır.

13. Məhkəmə, apellyasiya şikayətinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturiz asiya olunması barədə dəlilinə münasibətdə bildirərək qeyd etmişdir ki, həmin Fərmanda fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin ödənilməsi nəzərdə tutulub, hazırkı kredit müqaviləsində cavabdehə kredit manatla verilmişdir. Bu səbəbdən də həmin dəlil əsassızdır.

14. Apellyasiya şikayətinin 500 manat dəbbə pulunun əsassız hesablanması barədə dəlilinə əsasən apellyasiya məhkəməsi Mülki Məcəllənin 462.1-ci maddəsinə istinadən göstərmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində borc məbləğinin gecikdirilməsi ilə əlaqədar dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehdən dəbbə pulu kimi 5687,45 manat tələb olunmuş, rayon məhkəməsi i sə tələb olunan dəbbə pulunu əhəmiyyətli dərəcədə azaltmışdır. Demək ki, apellyasiya şikayətinin həmin dəlili də əsasızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdeh Xanbala oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(103)-3454/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 372.1, 372.2, 373.3, 375.2, 376-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88.1, 217.1, 217.3, 217.4, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur.

17. Belə k i, apellyasiya instansiyası məhkəməsi iddiaya iddia müddətini tətbiq etməli olduğu halda, bunu etməmiş, borcun 14 yanvar 2010-cu ildə bağlanmalı olduğunu, habelə borcun “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünü nəzərə almamış, dəbbə pulu məbləği isə əsassız olmuşdur. Məhkəmə işin hallarını araşdırmamış, avtomobilin 16 iyul 2008-ci il tarixdə etibarnamə ilə X2 istifadəsinə verildiyini nəzərə almamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mü lki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Kassator apell yasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfində n iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlid ir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə iş in hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1 -ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin haz ırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qər arı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilmə klə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apell yasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

27. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində qiyabi qətnamənin ləğvini və işin təkrarən mahiyyəti üzrə baxılaraq iddianın rədd olunmasını xahiş etsə də, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Odur ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə və həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə görə mübahisəyə iddia müddəti tətbiq oluna bilməz. Bu səbəbdən, prosessual qənaət prinsipinə uyğun olaraq iddiaçı tərəfindən iddia müddətinin buraxılıb-buraxılmamasına dair kassasiya şikayətinin dəlillərinə əlavə hüquqi qiymət verilməsinə lüzum yoxdur.

28. Kassasiya şikayətinin digər dəlili üzrə qeyd olunmalıdır ki, “Azərbaycan Resp ublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 7.1-ci bəndi ilə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır.

29. Lakin, qeyd olunan Fərma n hazırda qüvvədən düşmüş və cavabdeh onun qüvvədə olduğu müddətdə kredit borcuna tətbiq olunması ilə bağlı kreditora və ya digər səlahiyyətli orqanlara müraciət etməsini təsdiq edən sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

30. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində iddiaçı tərəfindən tələb edilən dəbbə pulu borcunu azaltmışdır. Qeyd olunan məbləğin müəyyən olunması ilə əlaqədar maddi və ya prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

31. Nəhayət, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquq i mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xanbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(103)-3454/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar