Məhkəmə qərarları › İş №2(102)-3887/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3887/2020

28.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3887/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxx/2020 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(004)-xxx/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-n in Cavabdeh qarşı “magistral su və kanalizasiya xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-xxx/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “magistral su və kanalizasiya xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanından küçən İddiaçı ASC-yə məxsus diametri 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili Bağırzadə No fəl İsax oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı» Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri üzrə rayonların, o cümlədən Yasamal rayonu ərazisindən keçən müxtəlif diametrli su və kanalizasiya kəmərlərinə, mərkəzi su anbarlarına və nasos stansiyalarına xidmət göstərir. Cavabdeh tərəfindən "İddiaçı" ASC -nin balansında olan ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin üzərində qanunvericiliyinin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərilmişdir. Lakin cavabdeh qanun pozuntusunu aradan qaldırmamış və bununla da qüvvədə olan Azərbaycan Respublikasının Su Məcəlləsinin, 723-İQ nömrəli xx xxxxxxx 1999-cu il tarixli «Su təchiz atı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununun, «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, 723-İQ nömrəli xx xxxxxxx 1999-cu il tarixli «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin «a» bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğularda n 5 (beş) metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edilir. Adı çəkilən özbaşına tikintinin inşası nəticəsində 500 mm olan magistral su xəttinə və diametri 300 mm olan kanalizasiya xəttinə vaxtlı-vaxtında -texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, anların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Digər tərəfdən işə tikilinin su təchizatı və kanalizasiya xəttinin mühafizə zonasında yerl əşməsini təsdiq edən akt, cizgi və fotoşəkillər əlavə edilmişdir. Təqdim edilmiş sənədlərlə tikilinin həqiqətən də xətlərin mühafizə zonasında yerləşdiyi sübut olunur. Lakin məhkəmə qətnamə çıxararkən təqdim edilmiş bu sübutlara hüquqi qiymət verməmişdir. Bundan əlavə Məhkəmə Ekspertiza Mərkəzinin 25970 saylı, xx xxxxxx 2019-cu il tarixli "məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında" məlumatı ilə razılaşmırlar. Belə ki, mübahisəli əraziyə ekspertlə birlikdə baxış keçirərkən baxış quyuları ekspertə göstərilmişdir. Ekspert həmin baxış quyuları əsasında xəttin traektoriyasını müəyyən edə bilərdi. Lakin ekspert buna münasibət bildirməyərək rəy verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103) -xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edlməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin vəkili Bağırzadə Nofəl İsax oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan onların iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasi ya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instan siya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Hazırki işin müəyyən edilmiş hallarından görünür ki. iddiaçı su və kanalizasiya xəttinin mühafizə zonasında özbaşına tikilinin inşa edildiyini iddia edir. İşə baxan həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin asası kimi istinad etdiyi halın mövcud olub-olmadığını müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunsa da, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məlumatlar əsasında qarşıya qoyulmuş məsələ üzrə tədqiqat aparılıb rəy verilməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin birinci instansiya məhkəməsinə verdi yi rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, İddiaçı ASCnin nümayəndələri, tədqiq olunan ərazidə, qeyri-yaşayış sahəsinə yaxın olan məsafədə qazıntı işlərinin aparılmasının qeyri-mümkün olduğunu göstərərək, obyektin yaxınlığında qazıntı işlərini aparmamışlar və bu səbəbdən də, iddiaçının iddia etdiyi yeraltı su və kanalizasiya boru kəmərlərinin mübahisəli qeyri-yaşayış sahəsinə nisbətdə hansı məsafədə keçməsini və digər texniki göstəricilərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda apelyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25970 saylı xx.xx.2019-cu il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatında ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə ünvana baxış keçirilməsi təşkil olunsa da, iddiaçının su kəmərini təqdim edə bilməməsi səbəbindən baxışın keçirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, istər işə birinci, istərsə də apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı iddia tələbini əsaslandıra bilməmiş, bu barədə hər hansı sübutu nəinki təqdim etməmiş, həmçinin belə sübutların məhkəmə qaydasında toplanmasına belə təşəbbüs göstərməmişdir. Bu fakt Məhkəmə Ekspertiza Mərkəzinin yuxarıda göstərilən rəy və ekspertizanın aparılmasından imtina haqqında məlumatı ilə də təsdiq olunur. Kasasiya kollegiyası apelyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya kollegiyası iddiaçının iddia tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməməsini qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə mühafizə zonasının pozulması barədə akt, plan sxem və fotoşəkil əlavə edilmiş, məhkəmə həmin sübutlara qiymət verməmişdir. Digər tərəfdən apelyasiya kollegiyası əldə edilmiş ekspert rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25970 saylı xx.xx.2019-cu il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatına istinadən, iddiaçının sübutların məhkəmə qaydasında torplanmasına təşəbbüs göstərmədiyini qeyd etsə də, işdən görünür ki, iddiaçı tərəfindən iş materiallarına mühafizə zonası ilə əlaqəli sxem əlavə edilmiş, lakin həmin ekspert həmin sxem üzrə hər hansı tədqiqat aparıb rəy verilməsinə nail olmamışdır. İşə baxan apelyasiya məhkəməsi bu hala əhəmiyyət verməmiş, həqiqətə nail olunması üçün məhkəmə araşdırmasını tam həyata keçirməmişdir. Qeyd olunanlarla yanaşı, apelyasiya kollegiyası prosessual pozuntuya yol verərək, işə birinci instansiya məhkəməsində baxılan zaman təyin edilmiş ekspertiza tədqiqatı üzrə müəyyən edilmiş ekspertiza xərcinin birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bölüşdürülməməsinə münasibətdə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş materiallarından göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, təqdim edilmiş sübutların əldə edilmiş sübutlarla müqayisəli tədqiqatını həyata keçirməmiş, mübahisənin həllinə formal yanaşar aq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həm in iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kssasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasas iya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi “qızılzinət əşyaları” hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməs i ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar