Məhkəmə qərarları › İş №2(102)-3887/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3887/2022

04.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3887/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh1, Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu(məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tər kibdə, İddiaçının cavabdehlər Cavabdeh1, Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə X3 şəhadətnamənin və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(105)-1210/2022 nömrəli qərardadından maraqlı şəxs kimi ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(027)-2230/2021 saylı qətnaməsi İddiaçı iddi ası təmin edilmiş, Quba Regional Cavabdeh2tarat Ofisi tərəfindən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X1 miras əmlakından tam hissədə pay almalı olması barədə xx.xx.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X3 Şəhadətnamə və onun əsasında Cavabdeh3 tərəfindən 14 aprel 2021-ci il tarixdə 0,5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Тorpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qət olunmuşdur.

2. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir.

3. Quba Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadı ilə (R.T.Həsənov) Quba Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tari xli 2(027)-2230/2021 saylı qətnaməsindən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(105)-1210/2022 nömrəli qərardadı ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M. Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) Quba Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(027)-2230/2021 nömrəli qərardadından ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət elektron məhkəmə icraatı qaydasında verilmədiyinə görə qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

5. Cavabdeh Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi olan vəkili Vəkil2 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(105)-1210/2022 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər.

6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 23 fevral 2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti deyil, şikayət verilmişdir. MPM-nin 363.1.5-ci maddəsi düzgün tətbiq edilməmişdir. MPM-nin 267.3.-cü maddəsinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Gör ündüyü kimi, şikayət elektron qaydada deyil, yazılı şəkildə verilir. Eyni zamanda apellyasiya şikayəti apelyasiya apelyasiya məhkəməsinə, şikayət isə qərardadı qəbul edən məhkəməyə, hazırkı halda isə Quba rayon məhkəməsinə ünvanlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

8. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhk əmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

9. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

10. Maddə 363.1.1-1 Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;

11. Maddə 363.1.5 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə

12. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

13. Maddi 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

14. Maddə 417.1.3 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.

18. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

19. Qərardaddan apellyasiya şikayəti deyil, şikayət verildiyinə və şikayət qərardadı qəbul etmiş birinci instansiya məhkəməsinə ünvanlandığına görə MPM-nin 10-1.3 və 363.1.5-ci maddələrinin tələblərinə, yəni elektron məhkəmə icraatı qaydalarına riayət olunmasının məcburi olmamasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qərardadlardan verilmiş şikayətlərə fərqli qaydada, yəni ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsində baxılması və “şikayət” adlandırılması onun elektron qaydada verilməsinin məcburi liyini aradan qaldırmır, mahiyyətcə hər ikisi məhkəmə aktından verilmiş şikayətdir. Mülki Prosessual Məcəllənin göstərilən normalarının tələblərinə uyğun verilməlidir. Məhkəmələr şikayəti qaytarmaqda haqlı olmuşdur.

20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(105)-1210/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar