Məhkəmə qərarları › İş №2(102)-3889/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3889/2023

18.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3889/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə iş № 2(102)-3889/2023 Açar sözlər: müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1060/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Quba şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən cavabdeh Quba RİH-in mülkiyyətində olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 09.072020-ci il qeydiyyat tarixli çıxarışla digər Cavabdeh2 icarə müqaviləsinə əsasən istifadəsində olan Quba şəhəri 28-ci məhəllə ünvanda yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğdə birdəfəlik əvəzi ödənilməklə zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 2(027)-171/2023 nömrəli iş üzə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia cavabdeh Quba RİH-ə münasibətdə qismən təmin edilmiş, torpaq sahəsindən ictimai yola 300 manat məbləğində birdəfəlik əvəzi ödənilməklə zəruri keçidi (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması qət edilmişdir.

3. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, A.Mahmudov və S.Qafari) xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

5. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. TƏT BİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu tutulmalıdır; Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

9. İşdən məlum olur ki, iddiaçı kassasiya şikayətinin verilməsinə görə 15 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

10. Halbuki, iddia tələbi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılması və bu məqsədlə qonşu torpaq sahəsindən ictimai yola zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması ilə bağlıdır, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.6-cı maddəsi ilə bu növ iddia ərizələrinə məhk əmədə baxılması üçün dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir, adıçəkilən Qanunun 8.6cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi, yəni 50 manat məbləğdə dövlət rüsumu tutulur.

11. Göründüyü kimi, iddiaçı dövlət rüsumları haqqında qanunvericiliyin istinad olunan tələblərinə müvafiq qaydada 50 manat ödəməli olduğu halda, 15 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi də dövlət rüsumları ilə bağlı qanunvericiliyin imperativ göstərişlərini nəzərə almayaraq, qanunla qətnamədən kassasiya şikayətinin ver ilməsi üçün müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməyən şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

13. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 404-1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1060/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya qaytarılması üçün mülki iş həmin apellyasiy a instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar