Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3896/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübaiz qızının katibliyi ilə, İddiaçı vəkili ***nun, cavabdeh “***” QSC-nin vəkili ***nun və üçüncü şəxs X1 vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-443/2019 nömrəli qətnaməsindən cavabdeh “***” QSC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyev a) 07 avqust 2018-ci il tarixli, 2(006)-3844/2018 saylı qətnaməsi ilə iddiaçının və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 16.01.2019-cu il tarixli, 2(103)-443/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(006)-3844/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilmiş, “***” QSC ilə İddiaçı arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış, 24273/04 saylı zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilmişdir. C avabdeh “***” QSC və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı cavabdeh “***” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı “iddianın dəyişdirilməsinə dair” ərizə vermiş və 26 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “xxxx” QSC arasında 26 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə “ xxxx” MMC-nin öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə cavabdeh qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Halbuki, kredit müqaviləsi, əslində, müqavilə deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 385.1-ci maddəsinə görə isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüq uqu vardır. Lakin Kredit müqaviləsində deyilir: “Bu Müqavilə borcverənin kredit vermək vədini ifadə etmir”. Başqa sözlə, Kredit limiti müqaviləsi üzrə cavabdehin borc alan qarşısında hər hansı öhdəliyi o cümlədən kredit vermək öhdəliyi mövcud deyil, o, istədiyi vaxt kreditin verilməsindən imtina edə bilər. Buna görə də, Kredit müqaviləsi konsensual müqavilə deyil, yəni cavabdehin Borc alana gələcəkdə kredit vermək vədi mövcud deyil. Kredit müqaviləsi ilkin müqavilə də deyil. Çünki MM-in 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit müqaviləsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit müqaviləsi üzrə Borc alan cavabdehə kredit üçün müraciət edə bilər. Cavabdeh isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur və bu, bir daha təsdiq olunur. Buna görə də Kredit müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Belə ki, MM-in 402.6-cı maddəsinə müvafiq olaraq niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(102)-2547/l 7 saylı Qərarında da təsdiq edilmişdir. Qərarda deyilir: “24.07.2009-cu il tarixli, 15L********** saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinin sonuncu cümləsində “bu müqavilə Bank ın kredit vermək vədini ifadə etmir” göstərilməsi “xxxx” QSC-nin X6 qarşısında hər hansı öhdəliyi, o cümlədən, kredit vermək öhdəliyinə dəlalət etmir. Buna görə də, kredit xətti müqaviləsi konsesual müqavilə deyil, yəni “xxxx” QSC-nin X4 gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün kredit xətti müqaviləsinə ümumiyyətlə, müqavilə kimi baxmaq olmaz”. Beləliklə, bu tip münasibətlər Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən heç bir mülki hüquqi nəticə doğurmayan niyyət razılaşması kimi qiymətləndirilmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X5 cavabdeh “***” QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə “***” QSC arasında 26 iyul 2013-cü il tarixində bağlanmış 24273/03 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, müstəqil tələb irəli sürən 3-cü şəxs X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və X5 ilə “***” QSC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış 24273/03 saylı zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsi 26 iyul 2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklərin pozulmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı olaraq bağlanılmışdır və həmin zamin müqaviləsində öhdəliyin məbləği, öhdəliyin müddəti və s. öz əksini tapmışdır. Verilmiş kreditə hesablanmış illik faiz dərəcəsi Kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) ayrılmaz tərkib hissə olan kredit sazişləridə öz əksini tapır ki, “Zamin” həmin sazişlər üzrə icra olunmayan öhdəliklərə (kredit məbləği, ona hesablanmış faiz və cərimələr) görədə “Borc alan”la birgə məsuliyyət daşımasını zaminlik müqaviləsinə imza ataraq qəbul etmişdir. Başqa sözlə, kredit sazişləri kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla vahid müqavilə kimi çıxış edir. Zaminlik İpoteka müqaviləsində də təminat verilən əsas öhdəlik kimi həmin müqavilələr və sazişlər çıxış edir və qeyd edilən hal zaminlik müqaviləsində də aydın ifadə olunmuşdur. Göründüyü kimi, təminat verilən əsas öhdəlikdə (vahid müqavilə kimi çıxış edən kredit xətti müqaviləsində və kredit sazişində) faiz məbləği dəqiq müəyyən e dilmişdir. Zamin isə təminat verdiyi öhdəliyin yalnız əsas borcdan deyil, həmçinin adi faizlərdən və cərimə faizlərindən də ibarət olacağını bilmiş və zaminlik müqaviləsində bu şərtlə razı olduğuna dair sərbəst iradə ifadəsini bildirmişdir. Bu baxımdan, məhkəmənin “Kredit xətt müqaviləsində faiz göstərilməyibsə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir” kimi gəldiyi nəticənin Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyi ilə eynilik təşkil etmədiyi aydındır, belə ki, həminqərardakı hüquqi mövqe zaminin xəbəri və razılığı olmadan mühüm şərtlərin (o cümlədən faiz dərəcəsinin) dəyişdirilməsi ilə bağlıdır. Halbuki, hazırkı halda, kreditin faizlə verildiyinə dair müddəalar vahid müqavilə kimi çıxış edən kredit xətti və kredit sazişlərində göstərilməklə, zaminlərə məlum olmuş, sonradan isə faiz dərəcəsinin hər hansı dəyişməsi baş verməmişdir. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı “xxxx” MMC-nin təsisçisi olaraq 1.200.000 ABŞ dolları məbləğində kredit vəsaitinin bankdan alınmasına dair 20.07.2013-cü il tarixdə “xxxx” MMC təsisçilərinin (səhmdarların, payçıların) ümumi yığıncağının qərarının qəbul edilməsində də birbaşa iştirak edərək səs də vermişdir, (surəti əlavə edilir). Bu onu sübut edir ki, “Zamin” “xxxx” MMC-nin təsisçisi olaraq İddiaçı alınmış kredit və onun bütün şərtləri barədə tam şəkildə təsəvvürü olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştira k edən İddiaçı vəkili *** kassasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “***” QSC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.01.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsini İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edib həmin hissədə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “***” QSC-nin 28 May filialı ilə “xxxx” MMC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış kredit xəttinin açılması barədə 24273/1 saylı kredit müqaviləsinə əsasən borcverən bu müqavilə ilə müəyyən edilmi ş şərtlərlə verilən kredit(lər) üçün borcalana bərpa edilən kredit xətti açır. Kredit xəttinin məbləği 941160 Azərbaycan manat təşkil edir. Kredit xətti üzrə borcalana kredit(lər) 27 iyul 2015-ci il tarixinədək (24 ay müddətinə) verilir. Kredit xətti üzrə kredit(lər) kredit (kredit sazişləri) (nağd) və/və ya qarantiya, akkreditiv (qarantiya, akkreditiv sazişləri) (qeyri nağd) formasında verilə bilər. Tərəflər arasında qarantiya, akkreditiv üzrə münasibətlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq sazişlərlə tənzimlənəcək. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kredit (lərin) müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kred it saziş(ləri) ilə müəyyən edilir. İddiaçı ilə “***” QSC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-yə ayrılmış 941160 manat kredit xətti üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilənədək zamin kimi məsuliyyət daşımağı barədə öz üzərinə öhdəliuk götürmüşdür. “***” QSC-nin 28 May filialı ilə “xxxx” MMC arasında 01 may 2014-cü il tarixdə bağlanmış 5 saylı kredit sazişinə əsasən 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə borcverən tərəfindən borcalan “xxxx” MMC-yə 1.153.873,25 ABŞ dolları məbləğində 8 ay müddətinə, illik 16,98 %-lə kredit verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. “Azər baycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarınında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına 1) kreditin ümumi məbləğinin artırılması; 2) kreditin faizinin artırılması; 3) kreditin valyutasının dəyişdirilməsi; 4) kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Qə rarda həmçinin qeyd olunmuşdur ki, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Qərara almışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə ay dın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Apellyasiya instansiyasi məhkəməsi hesab etmişdir ki, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi üzrə müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, 01 may 2014-cü il tarixli 5 saylı kre dit sazişində isə faiz dərəcəsi ilə bağlı zaminin razılığı alınmadığından, bundan əlavə 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsində kreditin Azərbaycan manatı ilə verilməsi qeyd olunduğu halda, 01 may 2014-cü il tarixli 5 saylı kredit sazişində kreditin ABŞ dolları ilə verilməsi zaminin məsuliyyətinin artmasına səbəb olduğundan (MM 477.0.1 maddəsi), bununla da, zaminliyə xitam verildiyindən, iddia tələbi zamin X2 münasibətdə təmin edilməlidir. Kassasiya kollegiyası iddianın İddiaçı aid təmin edilmiş hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətini maddi və prosessual hüquq normasının pozuntusu ilə qəbul edildiyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqınd a” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsul iyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İstinad edilən qərarda əks olunmuş hüquqi mövqedən görünür ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan əlavə kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Alınmadığı halda isə bu hal məsuliyyətin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hal kimi qiymətləndirilməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə xitamın verilməsi əsası kimi nəzərə alınmalıdır. Göründüyü kimi, iddianın təmin e dilməsindən öncə zaminin verilmiş kreditin mühüm şərtlərindən xəbərinin olub-olmamasının ibarət halların araşdırılması zərurəti olsa da, apellyasiya instansiyası məhkəməsi bu hallarla bağlı hərtərəfli araşdırma aparmamaqla maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yalnız zaminlik müqaviləsini tədqiq etməklə kifayətlənmişdir. Halbuki, zamin İddiaçı eyni zamanda kredit müqaviləsi üzrə borcu götürən “xxxx” MMC-nin təsisçisidir və kreditin götürülməsi barədə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı olmuşdur. Kassasiya kollegiyası hesab edir ki, belə olan halda zaminin məsuliyyət məsələsinə qiymət verilərkən həmin şərtlər barədə onun məlumatının olmasının yalnız zaminlik müqaviləsinin şərtləri baxımından deyil, həmçi nin işin digər faktiki hallarının araşdırılması baxımından qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (*** və ***un şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, ***un şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, ***un şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətl i olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanun vericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “***” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)443/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3896/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3896/2019
03.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver