Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-390/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5124/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 332.1-cü maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
2. PXA seriyalı 88126 saylı sığorta aktından müəyyən olunur ki, X2 “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 55000 manata sığortalanmışdır. 3. xx.xx.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomaşın “X5” markalı, 90-MV-60C dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. 4. "xxxx" MMC 4579 saylı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən ümumilikdə 5600.00 manat məbləğində ziyan dəymişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş 4579 saylı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobilə 5600.00 manat məbləğində ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı idd ia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərər və 70 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh2 ünvanladığı bildirişdə qeyd etmişdir ki, ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 7 iş günü ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır.
8. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt o, ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olmuş və hadisə yerindən yayınmamışdır. İş materiallarında cavabdehlərə münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 25 və 63-cü maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin olması barədə sübut yoxdur. O, avto qəza hadisəsinin baş verməsində qətiyyən günahkar deyil və bu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan da aydın görünür. Yəni onun təqsiri sübuta yetirilməmiş, əksinə, avto qəza hadisəsi X5 markalı **-MV-*** dövlət nömrə nişanlı avtomobilin səhvi ilə törədilmişdir. Belə ki, o, baş yolda hərəkət edərkən, X5 2-ci dərəcəli yoldan çıxaraq onunla toqquşmuşdur. Bundan başqa, "xxxx" ASC iddia tələbini həm ona, həm də X1 qarşı irəli sürsə də, sonuncunun məsuliyyətini sübut edəcək heç bir dəlil ortaya qoymamış, sadəcə öz fikrini “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etməklə bildirmiş, bununla da m addi hüquq normasını düzgün tətbiq etməmişdir. Yəni, Ə.Bayramovun ona məxsus avtomobilindən istifadə etməsindən xəbəri olduğunu sübut edən heç bir dəlil ortaya qoymamışdır. İddia tələbində vurulmuş zərərə görə məsuliyyəti bilavasitə zərər vuranın daşıdığı barədə qənaətə gəlmiş iddiaçı hansı maddi hüquq normasına əsasən subroqasiya tələbi üzrə pulun hər iki cavabdehdən, yəni sığortalı avtomobilin mülkiyyətçisindən, habelə avtomobili idarə edən şəxs olaraq ondan birgə qaydada tutulduğunu, ümumiyyətlə, əsaslandırmamış, “İcbari Sığortalar haqqında” Qanunun həmin münasibəti tənzimləyən 25.2-ci maddəsinə, ümumiyyətlə, istinad etməmişdir. Ona görə də məhkəmə iddianın əsasını təşkil etməyən halları (hüquqi faktları) nəzərə alıb iddia tələbini rədd etməlidir. Bundan başqa, İXM-nin 332.1 maddəsinə g örə 40 manat məbləğində cərimə olunmağı subroqasiya hüququnun yaranması üçün əsas vermir. Çünki yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs o, deyil, belə ki, o, baş yolda hərəkət edərkən, X5 2-c dərəcəli yoldan çıxaraq onunla toqquşmuşdur. Vurulmuş zərərə görə Xalq Sığorta Şirkətindən pul almış tərəfdir. ’’İcbari Sığortalar haqqında” Qanunun 58.3-1 maddəsinin tələblərinə görə “Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.” Yəni maddədən göründüyü kimi, bu avto qəza hadisəsində cavabdeh olaraq nə onun, nə də avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi üçün subroqasiya hüququ ödənilmiş kompensasiya hə cmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı yaranır. Bu avto qəza hadisəsində təqsirli tərəf X5 maşınını idarə edən şəxs olduğundan, subroqasiya tələbi həmin şəxsə və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya yönəldilməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
9. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsində bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt o, maşında olmuşdur. Maşını Cavabdeh2 idarə edirdi, o, maşının sahibidir. Onlar birlikdə şəxsi işi ilə yol gedirdi və maşında oturmuşdur. O və Cavabdeh2 avto qəza hadisəsinin baş verməsində qətiyyən günahkar deyil. Onların maşınının təqsiri sübuta yetirilməmişdir. Əksinə, avto qəza hadisəsi X5 markalı **-MV-*** dövlət nömrə nişanlı avtomobilin səhvi nəticəsind ə törədilmişdir. Çünki o, baş yolda hərəkət edərkən, X5 2-ci dərəcəli yoldan çıxaraq bonların maşını ilə toqquşmuşdur. Bundan başqa, "xxxx" ASC iddia tələbini həm ona, həm də Cavabdeh2 qarşı irəli sürsə də, sonuncunun məsuliyyətini sübut edəcək heç bir dəlil ortaya qoya bilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № e-2(010)-1203/2023) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 sözügedən avtomobili digər Cavabdeh1 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliy yəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332- ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii x assələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qa nununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 avtomobili Cavabdeh1 razılığı və iradəsinə uyğun olaraq idarə edib. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobili idarə edən Cavabdeh2 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin 13.4, 25.1.3, Azərbaycan Respublikası Pro sessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı "xxxx" ASC (vəkil Nümayəndə2) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli, 2(103)-5124/2023 nömrəli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yol nəqliyyat hadisəsinin “Ford Transit” markalı avtomobilin sürücü sünün - Cavabdeh2 təqsiri üzündən baş verdiyini sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin hadisənin Cavabdeh2 təqsiri üzündən baş verdiyi təsdiq edən sübutlar işdə yoxdur. “İcbari sığortalar haqqında” Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Göründüyü kimi, “mülki məsuliyyətin yaranması faktı” ifadəsindən istifadə olunub, mülki məsuliyyətin yaranması üçün yol hərəkəti qaydasının təqsirli pozuntusu və bu pozuntu ilə zərərin arasında səbəbli əlaqə müəyyən edilməlidir.
17. Cavabdeh2 barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 332.1-ci madd əsi ilə tərtib olunub. Həmin maddədə etibarnamə olmadan avtomobilin idarə edilməsinə görə məsuliyyət müəyyən olunub. Etibarnamə olmadan avtomobil idarə edilməsi ilə yolnəqliyyat hadisəsinin (toqquşmanın) arasında səbəbli əlaqə ola bilməz. Elə inzibati xətalar (yol ayrıcını keçmə qaydasının pozulması, ötmə qaydasının pozulması və s.) var ki, onlar öz xarakterinə görə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilir. Lakin elə inzibati xətalar (etibarnamə olmadan avtomobilin idarə edilməsi, təhlükəsizlik kəməri bağlamadan avtomobilin idarə edilməsi və s.) var ki, onlar öz xarakterinə görə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilməz. Əgər sığortaçı mülki məsuliyyətin yaranmasını müəyyən etmədən mülki məsuliyyətin icbari sığortası üzrə sığorta ödənişi verirsə, belə halda on un əks tərəfə qarşı subroqasiya hüququ yaranmır.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası belə göstərilib: “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi”. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsind ən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Bu maddədə “qanuni əsaslar” deyiləndə yalnız etibarnamə və ya digər yazlı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. Odur ki, avtomobilin istismar edilməsinin mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülkiyyətçi - cavabdeh Qılıncxan Bayramov bildirib ki, avtomobilin Cavabdeh2 tərəfindən idarə edilməsi onun iradəsinə uyğun olub. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin sığorta münasibəti inzibati münasi bət deyil, mülki münasibətidir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu, onu təsdiq edir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında şifahi istifadə müqaviləsi mövcuddur. Avtomobilə dair istifadə müqaviləsi üçün yazılı forma məcburi forma kimi müəyyən edilməyib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı "xxxx" ASC (vəkil Nümayəndə2) kassasiya şikayətini verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini x ahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, qanunun hal-hazırda qüvvədə olan norması (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi) məhkəmə tərəfindən sanki qüvvədən düşmüş kimi qəbul edilmişdir. Ali Məhkəmənin etibarnaməsiz avtomobilin idarə edilməsinin mülki məsuliyyət yarartmaması haqqında gəldiyi nəticə, qanununun 25.1.3-cü maddəsinin qüvvədən düşmüş hesab edilməsi demək deyildir. Bu norma isə, sığorta şirkətinin subroqasiya hüququnu nəzərdə tutur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki h üquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. Əgər “FORD TRANSİT” markalı, 10–TJ–927 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olsay dı, heç bir zaman “FORD TRANSİT” markalı, 10–TJ–927 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi tətbiq edilə bilməzdi. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqsəini, etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Qeyd olunan maddədə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülü r. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da, yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərç əkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1108-ci mad dəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə də, icbari qaydada sığortalanmış “FORD TRANSİT” markalı, 10–TJ–927 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətala r Məcəlləsinin 332.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Qanunun
21. Maddə 3.4 Mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
22. Maddə 25.1.3. Subroqasiya hüququnun yaranma əsası “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və di gər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsidir”.
23. Maddə 52.1 Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
34. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməs inin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
24. Məhkəmə tərkibi kassasiya şikayətinin hüquqi dəlillərinə təkrar olaraq münasibət bildirərək qeyd e dir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası, yəni “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi” ilə bağlıdır. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. 25. “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərək əti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Bu maddədə “qanuni əsaslar” deyiləndə yalnız etibarnamə və ya digər yazlı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da kifayətdir.
26. Baxılan iş üzrə avtomobilin Cavabdeh2 tərəfindən idarə edilməsi zamanı mülkiyyətçi olan cavabdeh Qılıncxan Bayramovun razılığın olması aşkardır.
27. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin sığorta münasibəti inzibati münasibətlə eynilik təşkil etmir, sığorta münasibəti mülki münasibətdir.
28. Mülki Məcəllənin 732-ci maddəsinə istinadən qeyd edilə bilər ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi b ağlanır, avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu tərəflər arasında şifahi istifadə müqaviləsinin bağlanmasını təsdiq edir. Belə müqavilənin isə yazılı bağlanması kimi məcburi şərt yoxdur. Belə olan halda iddiaçının subraqasiya ilə bağlı tələb etmə hüququnun yaranması istisnadır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5124/2023 nömrəli mülki iş üzrə 08 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.