Məhkəmə qərarları › İş №2(102)-390/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-390/2025

21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-390/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X22, Cavabdeh5, Cavabdeh4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə işlər üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin yaranma əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Həsənli Azərin Mürvət qızının katibliyi, İddiaçı və onun Və kil1 iştirakı ilə, İddiaçı cavabdehlər X22, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi, payların əlavə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024cü il tarixli 2(103)-3998/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X31 ilə Tükəzban Fətulla qızının faktiki nikahl arından Məmməd, Gülmirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur.

2. X31 xx.xx.1938-ci il tarixdə ölmüş və ondan qalan miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (bundan sonra - mübahisəli fərdi yaşayış evi) ibarət olmuşdur.

3. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evi vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, X10, X4, X11 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi verilmişdir.

4. Tükəzban Fətulla qızı xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə öləcəyi gün ona məxsus əmlakı bərabər şəkildə nəvələri X12 və X20 vəsiyyət etmişdir.

5. Tükəzban Fətulla qızı xx.xx.1997-ci il tarixdə ölmüşdür.

6. X14 xx.xx.1998-ci ildə ölmüşdür.

7. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyət hesab edilən mübahisəli fərdi yaşayış evində olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 kv.m olan 1 nömrəli otağın və 10,4 kv.m olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 kv.m olan 2 saylı otağın və 8,8 kv.m olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X17 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.1998-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) X13 Fətulla qızından qalan miras əmlaka dair xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)2878/2009 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, mübahisəli fərdi yaşayış evinə dair Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X15 adına verilmiş 2-B/İ-241 nömrəli, 6 avqust 1998-ci il tarixli və 8 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin və mübahisəli fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına daşinmaz əmlakin dövlə t reyestrində aparılmış 4 fevral 1999-cu il tarixli qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

10. Daşınmaz əmlakın dövlət reyestrində mübahisəli fərdi yaşayış evi Tükəzban Fətulla qızının (9/45 hissə) adına xx.xx.2012-ci il tarixdə, X10 (9/45 hissə) adına xx.xx.2012-ci il tarixdə, Cavabdeh4 (9\45 hissə, 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X21 (9\45 hissə, 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X4 (9/45 hissə) adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 11. 31.10.2017-ci il tarixdə X18 xx.xx.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızına məxsus mübahisəli fərdi yaşayış evinin 9/45 hissəsindən 18/540 hissəsinə 2V-187 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə ve rilmişdir. Miras əmlakın qalan 36/540 hissəsindən ibarət iki məcburi payına (X8 veriləcək 18/540 hissə və X9 veriləcək 18/540 hissə) və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir. 12. 31.10.2017-ci il tarixli 2V-188 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - bacısı X19r və o, miras əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: mübahisəli fərdi yaşayış evindən mərhuma məxsus 9/45 hissədən ibarətdir. Miras əmlakın 6/45 hissəsi açıq saxlanılmışdır. 13. 31.10.2017-ci il tarixli 2V-189 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - bacısı X19r və o, miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhumun xx.xx.1997-ci ildə vəfat etmiş anası – Tükəzban Fətulla qızına məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanılmışdır. 14. xx.xx.2017-ci il tarixli, 2V-200 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X7 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X29 övladları Cavabdeh4 və Cavabdeh5 müəyyən edilmiş və onlar bu miras əmlakın 3/45 hissəsinə bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəli k hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X6, xx.xx.1997-ci ildə vəfat etmiş anasıTükəzban Fətulla qızına məxsus olmuş fərdi yaşayış evinin mərhum X8 məxsus 9/45 hissəsindən ibarət olmuşdur. 15. 31.10.2017-ci il tarixdə Cavabdeh4 və Cavabdeh5 xx.xx.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızına məxsus mübahisəli fərdi yaşayış evinin 9/45 hissəsindən 18/540 hissəsinə 2V-201 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın qalan 18/540 hissədən ibarət bir məcburi payına və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir. 16. xx.xx.2017-ci il tarixli, 2V-202 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi xx.xx.2016-cı ildə vəfat e tmiş bacısı - X7 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X29 övladları Cavabdeh4 və Cavabdeh5 müəyyən edilmiş və onlar bu miras əmlakın 6/540 hissəsindən bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X6, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 18/540 hissəsindən ibarət olmuşdur. Miras əmlakın qalan 6/540 hissəsi açıq saxlanılmışdır. 17. xx.xx.2017-ci il tarixli, 3M-445 nömrəli vərəsəlik payının bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2017-ci il tarixdə 2V-201 nömrəli reyestrlə rəsmiləşdirilmiş mərhum Tükəzban Fətulla qızının əmlakına dair və xx.xx.2017-ci il tarixdə 2V-200, 2V-202 nömrəli reyestrlə rəsmiləşdirilmiş mərh um X6 əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş vərəsəlik paylarını bacısı Cavabdeh5 bağışlamışdır.

18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi Cavabdeh4 (9/45 hissə, 1 otaq, y/s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X21 (9/45 hissə, 1 otaq, y/s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X16 (60/540 hissə) xx.xx.2017-ci il tarixdə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci il tarixdə, İddiaçı (17/45 hissə) adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1220/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X15 adına 31 oktyabr 2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

20. Cavabdeh1 MMC (bundan sonra – MMC) Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq Nəsimi RİHB-nın sərəncamlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin sökülərək, yerində müasir tələblərə cavab verən binaların tikintisini həyata keçirmişdir.

21. Mübahisəli fərdi yaşayış evinə dair MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 97 və 98 nömrəli müqavilələr bağlanmış, MMC tərəfindən İddiaçı 12000 manat birdəfəlik kirayə haqqı və 12000 manat kompensasiya ödənilmişdir.

22. MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC mübahisəli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar İddiaçı mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin dövlət reyestrindən çixarişda göstərilmiş ümumi sahəsi 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.m-dən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93 nömrəli mənzilini İddiaçı sərəncamına verməyi, mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə yeni mənzil təhvil verilənə qədər 500 manat məbləğində vəsait ödəməyi, kirayə haqqı mənzil təhvil veriləndə 24 aylıq bir dəfəyə 12000 manat, 12 aydan sonra kompensasiya olaraq 10500 manat ödəməyi öhdəsinə götürmüşdür.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)1695/2020 nömrəli qətnaməsinə əsasən MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 nömrəli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

24. Bundan sonra MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə yenidən iki müqavilə bağlanıb: MMC ilə İddiaçı arasında bağlanmış 344/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. MMC ilə İddiaçı arasında bağlanmış 345/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdehlər X22, Cavabdeh5, Cavabdeh4, MMC, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş Re yestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr mübahisələndirilmədiyindən hazırda həmin şəhadətnamələrin mübahisələndirilməsi zərurəti ortaya çıxmışdır. 18 ildən çox vaxt keçdikdən sonra notarius təkrar şəhadətnamə verməklə qanunvericiliyin tələblərini (“Notariat haqqında” Qanunun 59-cu maddəsini) pozmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sonuncu dəfə m übahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilmiş, çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və onun 17/45 hissədə müəyyən edilmişdir ki, paylar düzgün hesablanmamışdır. Sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da etibarsız hesab edilməlidir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixl i qətnaməsi ilə məhz X16 və Cavabdeh5 qanunsuz verilmiş çıxarış əsasında onun mübahisəli əmlaka olan hüquqları pozulmuşdur. Belə ki, məhz məhkəmə tərəfindən sonuncu çıxarışa istinad edilməklə onun əvvəlki şərtlərlə MMC ilə bağladığı müqavilə sonuncunun iddiası əsasında etibarsız hesab edilmiş və daha sonra onunla həmin şirkət daha əlverişsiz şərtlərlə yeni müqavilə bağlanmışdır. Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmişlər və onlar etibarsız olduğundan ondan onların paylarına nisbətdə MMC tərəfindən onun payı azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m, yaxud hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul ona geri qaytarılmalıdır.

27. MMC-nin nümayəndəsi iddia tələbinə dair etiraz təqdim edərək, iddia ərizəsinə əs asən iddiaçı digər vərəsələrlə artıq mövcud olmayan əmlaka dair vərəsəlik payını mübahisələndirməklə Şirkətdən əlavə sahə tələb etmişdir. Mənzilin cəmi ümumi sahəsi 113,30 kv.m təşkil etdiyi halda, mənzilin tam olaraq ümumi tikinti sahəsinin 140.74 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı notarial qaydada təqdim etdiyi ərizədə mənzilin ona məxsus olduğunu bildirmiş, bu səbəbdən həmin mənzilə dair iddiaçı ilə müqavilələr bağlanmış, fərdi yaşayış evi sökülərək yerində bina inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən müqavilələr etibarsız edildikdən sonra iddiaçı ilə özünün seçimi, istəyi, razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə iddiaçının mü lkiyyətinə 2 mənzil verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqavilələrdə öz əksini tapmış və iddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir. İddiaçıya 15%-dən daha artıq sahəli 2 mənzil verilmiş və əlavə olaraq külli miqdarda pul ödənilmişdir.

28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1515/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim N. Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2V/200 reyestr nömrə si ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin etibarsız sayılması, Reyestr xidməti tərəfindən verilmiş **********77410301 reyestr nömrəli çıxarışının İddiaçı, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 hissələrində ləğv edilməsi, MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m-in hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

29. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

30. Məhkəmə hesab etmişdir ki, qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri verilərkən notariat tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də tanınmı şdır. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə hazırkı işdə mübahisələndirilən şəhadətnamələrin etibarsızlığı barədə məsələlərə faktiki olaraq hüquqi qiymət verilmiş və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri də etibarsız sayılmalıdır.

31. Məhkəmə həmin şəhadətnamələr əsasında Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğvi ilə bağlı tələbi üzrə qeyd etmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 s aylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və iddiaçının payının 17/45 hissədə müəyyən edilməsi düzgün olmamışdır.

32. Məhkəmə hesab etmişdir ki, sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki (məcburi pay və qanun üzrə) vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da yalnız şəhadətnamələrdə adları qeyd edilmiş şəxslərə və iddiaçıya münasibətdə olan hissələrdə ləğv edilməlidir (sö zügedən çıxarışda qeyd edilən Həmidə Abasovanın payına qarşı tələb irəli sürülməmiş, o iş üzrə tərəf olmamışdır).

33. Məhkəmə iddia tələbinin MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırda mübahisələndirilən sözügedən çıxarış əsasında iddiaçının müqaviləsi etibarsız hesab edilərkən digər şəxslərin, yəni konkret olaraq Sara Abbasova və Cavabdeh5 pay hüquqlarının iddiaçı tərəfindən cavabdeh şirkətlə müqavilə bağlanarkən nəzərə alınmadığı və onların paylarına olan nisbətdə hüquqlarının pozulması əsas götürülmüşdür ki, sonuncuların paylarına nəzərə alındıqda nəticə etibarı ilə bu iddiaçının həmin çıxarışda olan payının azalmasına və cavabde h şirkətlə bağladığı sonrakı müqavilədə olan pay hüququnun azalmasına gətirib çıxarmışdır. Belə ki, S.Abbasova və F.Abbasovanın sözügedən payının mübahisələndirilən çıxarışa əsasən müəyyən edilmişdir ki, hər birinə münasibətdə, bu pay 113,30 kv.m–in 60/540 kv.m hissəsi 12,5 kv.m təşkil etmişdir. Sara Abbasova və Cavabdeh5 hərəsinin ayrılıqda 12,5 kv.m-in cəmi 25 kv.m etmişdir ki, cavabdeh şirkətin 20% ilə verdiyi sahə də nəzərə alındıqda bu 30 kv.m təşkil etmişdir. Bu baxımdan iddianın həqiqətən S.Abbasova və F.Abbasovanın payının ümumilikdə 30 kv.m təşkil etdiyi nəzərə alındıqda həmin payın iddiaçının hesabından çıxıldığı tam təsdiqini tapmışdır. Bu mənada məhkəmə qeyd etmişdir ki, əks halda qanuni qüvvəsini almış cavabdeh şirkətin və üçüncü şəxslərin iddialarını təmin edən Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsinin heç bir hüququ mənası və əhəmiyyəti olmazdı. Sözügedən qətnamənin əsasını məhz S.Abbasova və F.Abbasovanın ümumilikdə mübahisəli çıxarışa əsasən müəyyən edilən 30 kv.m payının nəzərə alınmalı olması və onların pozulmuş pay hüququnun bərpa edilməli olması təşkil etmişdir.

34. Həmçinin işin faktiki halları və o cümlədən tərəflər arasında bağlanmış ilkin və sonrakı müqavilələr qarşılıqlı əlaqədə araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə MMC arasında olan sonuncu xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr daha əlverişsiz şərtlərlə bağlanmış, bu da S.Abbasova və F.Abbasovanın yuxarıda göstərilən 30 kv.m payının iddiaçı ilə bağlanan hazırkı müqavilədə iddiaçının payından çıxılmas ı hesabına həyata keçirildiyini göstərmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən həmin hissədə bildirilmişdir ki, o, yeni müqavilə bağlayarkən məhz onun payından MMC tərəfindən çıxılan 30 kv.m payın əvəzində təqdim edilən mənzillərdən birinin təmirsiz olması (hansı ki, ilkin müqavilədə hər iki mənzil təmirli təklif edilmiş), digər halda isə müvafiq şirkət tərəfindən ona ödənilməli olan kompensasiyadan imtinası hesabına razılaşmışdır. Məhkəmə həmçinin onu da nəzərə almışdır ki, qeyd edilən hala MMC tərəfindən etirazda heç bir münasibət bildirilməmişdir.

35. Məhkəmə iddiaçının tələb etdiyi 30.0 k.m payını geri qaytarılmasını mümkün hesab etmədiyindən onun hazırkı bazar dəyərinin qaytarılmasını əsaslı hesab etmişdir. Belə ki, mübahisəli ünvanın yerləşdiyi ərazi üzrə hər bir kv.m-ni n bazar dəyəri hesabı ilə (2000 manat götürüldükdə isə bu məbləğ 30.0 kv.m x 2000= 60000 manat) təşkil etmişdir.

36. Məhkəmə hesab etmişdir ki, Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmələrinə və onların etibarsız olduğundan, hazırda cavabdeh MTK ilə iddiaçı arasında artıq həmin çıxarışlarda göstərilən sahələr üzrə müqavilələr bağlanması nəzərə alınmaqla iddiaçı onların paylarına nisbətdə MMC tərəfindən onun payının azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m qaytarılması real olmadığından sözügedən sahənin hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul MTK-dan geri tələb etməkdə haqlı olmuşdur.

37. Məhkəmə mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin (bundan sonra - MPM) 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

38. Cavabdehlər X22, Cavabdeh5 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını əvvəlki məhkəmə mübahisələrinin halları ilə səhv salmış, digər məhkəmə mübahisələrinin mahiyyətinə uyğun və orada olan mübahisələrin tədqiqi zamanı tətbiq edilməli olan qanunvericiliyə uyğun qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

40. MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və X.Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

44. Cavabdehlər Cavabde h4, Cavabdeh6 və Cavabdeh5 birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

45. Cavabdeh1 MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. İddiaçı kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edərək, şikayətlərin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-1202/2024 nömrəli qərarı ilə (hakimlər - A.Hüseynov (məruzəçi), Ə.Nurməmmədov və Z.Babayev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

48. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında 2017-ci ildə verilmiş 4 şəhadətnamə mübahisələndirilmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda verilmiş həmin şəhadətnamələrdən ikisi (2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli) xx.xx.1998-ci ildə ölmüş X8 xx.xx.1997-ci il tarixdə ölmüş anası Tükəzbandan keçən paya dair, digər ikisi isə (2-V/202 reyestr nömrə si ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli) X8 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuşdur.

49. Nəzərə alınmalıdır ki, X5, həm də anası Tükəzban Fətulla qızı xx.xx.2000-ci ildən əvvəl öldüklərindən iddia tələbinə həmin hissədə tətbiq edilməli olan maddi hüquq normaları mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəaları, o cümlədən, 528, 530, 532, 537 və 538-ci maddələri olmuşdur. Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün ümumiyyətlə nə qüvvədən düşmüş, nə də hazırkı Mülki Məcəllənin heç bir normasına istinad etməmişdir. Məhkəmə akt larının məzmunundan görünür ki, məhkəmələr eyni miras əmlaklara barədə daha əvvəl verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsinə dair məhkəmə aktlarında (Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsində) ifadə edilmiş hüquqi mövqeləri MPM-in 82.3-cü maddəsinə əsasən preyudisial hesab etmişlər.

50. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, MPM-in 82.3-cü maddəsinin məzmunundan göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.

51. Digər tərəfdən daha əvvəl qəbul edilmiş məhkəmə aktları ilə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı onunla əsaslandırılmışdır ki, Tükəzban Fətulla qızı sağlığında özünə məxsus əmlakı vəsiyyət etdiyi üçün və mirasın açıldığı dövrdə onun vərəsələri sırasında miras əmlakda məcburi pay almaq hüququna malik şəxslər olmadığı üçün vəsiyyətnamədə adı olmayan vərəsələrin ondan qalan miras əmlakda payları olmamışdır.

52. Hazırkı iş üzrə mübahisələndirilən 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələr X8 anasından keçən paya dair olduğundan həmin sənədlərin etibarsızlığı tələbi üçün eyni hüquqi dəyərləndirmə keçərli olmuşdur. Lakin belə bir hüquqi yanaşmanın 2-V/202 re yestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli şəhadətnamələrə tətbiqi mümkün deyildir. Çünki həmin şəhadətnamələr X8 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuş və sonuncu sağlığında öz əmlakına dair vəsiyyətnamə qoymamışdır. Vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, MPM-in 82.3-cü maddəsi səhv tətbiq edilmişdir.

53. Eyni zamanda, iddiaçı tələbinin qalan hissəsini - cavabdeh MMC-yə qarşı əmlak və ya pul tələbini şəhadətnamələrin etibarsız olduğu ilə əsaslandırdığından həmin hissədə iddiaya mahiyyəti üzrə qiymət v erilməsi də tələbin birinci hissəsi üzrə gəlinən nəticənin qanuniliyindən asılıdır.

54. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh MMC-yə qarşı əmlak və ya pul tələbi hissəsinə münasibətdə qeyd edib ki, mülki prosessual qanunvericiliyin ümumi sübutetmə qaydasına əsasən (MPM-in 77.1-ci maddəsi) hər bir tərəf öz tələbini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. Baxılan iş üzrə iddiaçı digər paylı mülkiyyətçilərə əsassız (qanunsuz) paylar verildiyi üçün onunla MMC arasında bağlanmış müqavilələrin etibarsız hesab edildiyini və sonradan daha əlverişsiz şərtlərlə müqavilələr bağlanaraq, payından 30 kv.m çıxıldığını bildirmişdir. Mübahisənin düzgün həlli baxımından iddia tələbinin bu hissəsinə qiymət verilərkən mübahisəli evin paylı mülkiyyətçilərinin əmlak paylarının dəyişməsinin hə qiqətən də iddiaçının paylı mülkiyyətçilərdən biri kimi evin sökülməsi nəticəsində haqqı çatan kompensasiyanın azalıb-azalmadığına qiymət verilməlidir.

55. Belə ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli evin ümumi sahəsi 113,3 kv.metr göstərilmişdir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir. xx.xx.2018-ci ildə MMC ilə müqavilələr bağlayarkən iddiaçıya mənzil sahəsi və kompensasiya 113,3 kv.m evin onun payına mütənasib hissəsinə görə deyil, mənzilin faktiki bütün sahəsinə (140,74 kv.m) görə verilmişdir. xx.xx.2018-ci ildə iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunduqdan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə yeni müqavilələr bağlanmışdır. Yeni müqavilələr də bağlanarkən iddiaçıya mənzil sahəsi və kompensasiya mənzilin bütün faktiki sahəsinə (140,74 kv.m) görə verilmişdir. Yeni müqavilələrə əsasən MMC iddiaçıya 83,84 kv.m 2 otaqlı təmirli mənzil və 8500 manat kompensasiya; 120,37 kv.m 3 otaqlı təmirsiz mənzil və 8500 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Həmçinin birinci müqavilələrin etibarsız hesab olunmasına baxmayaraq, iddiaçıya həmin müqavilələr üzrə ödənilmiş kompensasiyaların da MMC tərəfindən geri alınmadığı işin mübahisəsiz halıdır.

56. Bu baxımdan iddiaçının MMC-yə qarşı tələbinə qiymət verilərkən, yalnız birinci müqavilələr və ikinci müqavilələr üzrə iddiaçıya verilən əmlak və pul kompensasiyalarının fərqi deyil, mübahisəli ev üzərində iddiaçının və digər mülkiyyətçilərin payları, xx.xx.2018ci il və xx.xx.2021-ci il tarixli müqavilələ rin şərtləri və iş üzrə müəyyən edilmiş digər bütün diqqətəlayiq hallara məcmu şəkildə qiymət verilməlidir.

57. Məhkəmə kollegiyası mövgeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 530, 532, 537, 538-ci maddələrinə, Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

58. İşə apelyasiya məhkəməsində yenidən baxılarkın Cavabdeh1 MMC-nin nümayəndəsi MMC-nin apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirib ki, təmirli və təmirsiz evlə bağlı qiymətlər müqavilədə öz əksini tapmışdır. 30 kv.m. sahə çıxılmayıb, iddiaçıya artıqlaması ilə verilib. Kassasiya şikayətində də hesablanma qaydası əks olunmuş dur.

59. İddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş ediblər.

60. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirib ki, MMC ilə birinci müqavilə bağlananda 10.500 manat iki dəfə olmaqla pul verilməsi nəzərdə tutulurdu. Çünki evin sahəsi çox idi və onlardan iki ədəd 120 kv.m. ev istəmişdi. Onlar isə 120 kv.m və 83 kv.m ev verə biləcəklərini bildiriblər. Bu səbəblə ona 21.000 manat kompensasiya pul verilməsi müqavilədə qeyd olundu. Hər evə görə isə 500 manat olmaqla kirayə haqqı müəyyən olundu. Bir ildən sonra bibiləri MMC-yə çıxarışı təqdim edib və bundan sonra şirkətdən ona sahəsindən 30 kv.m çıxmalı olduqlarına dair bildiriş gəlib. O isə etiraz edib və şirkət də kirayə haqqını verməyəcəyini bildirib. İkinci müqavilənin bağlanm ası ilə bağlı ona görə razılaşıb ki, öz vəsaiti hesabına kirayə haqqı ödəyirdi. Onlar iki şərt qoyub bildiriblər ki, 83 kv.m əvəzinə 50 kv.m versinlər. O isə razılaşmadığından 120 kv.m sahənin bölünməsini istəyib. Şirkət 90 kv.m sahəli ev olmadığını bildirib. Kirayə pulu verilmədiyi üçün məcbur qalıb razılaşıb. MMC iki ilə təhvil verməli olduğu halda mənzili 6 ilə təhvil verib və kirayə haqqları yığılıb. Həmin 17.000 manat yığılan kirayə haqqıdır. Bildirib ki, təmirsiz olaraq 30 kv.m üçün hər kv.m-nə 1.500 manatdan onlara ödəsin və onun evlərinin sahəsi qalsın, nə üçün əmisinin payını ondan çıxırlar? Orada nənəsinin payı 12.5 kv.m deyil, çoxdur, əmisinin payı cüzidir. Müqavilə etibarsız sayılıb və bu səbəblə ona ödənilən kirayə haqqı dayandırılıb və bildirilib ki, 30 kv.m-ə imza etməsə, on a kirayə pulu verilməyəcək. 2021-ci ilədək kirayə haqqını özü ödəyirdi və artıq maddi imkanı çatmırdı. Şirkət bildirib ki, 84 kv.m-dən 30 kv.m. çıxaraq 50 kv.m versinlər. O isə bildirib ki, oranı oğluna verib, 50 kv.mdə necə yaşasın? Sonda onlara təklif ediblər ki, 30 kv.m ondan pul əvəzi çıxsınlar. Onlar razılaşıblar. Pulun hansı puldan çıxılmasını soruşduqda bildiriblər ki, 24.000 manat təmir pulundan, 21.000 manat da kompensasiya pulundan çıxsınlar. Ümumilikdə 45.000 manat olmaqla kv.m-i 30 kv.m pulunu çıxıblar. Müqaviləni bağlayanda paylı mülkiyyətçi idi, mənzili sökməyə gələndə onların ayrı evi var idi, iddiaçının isə ayrı evi var idi. Onun evi həyət evi olub. Bacılar orada yaşamırdı, onların öz evləri var idi. O, Cavabdeh1 MMC-yə ərizəsində bildirib ki, qohumlarla arasında mübahisə o larsa özü cavabdehdir. Ərizəni yazanda cavabdehlər çıxarış almamışdılar. Ancaq qohumlar arasında söhbət gedirdi. Mənzil 2022-ci ilin may ayında təhvil verilib və bununla bağlı heç bir sənədə qol çəkməyib.

61. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirib ki, xx.xx.2018-ci ildə iddiaçı ilə ilk iki müqavilə bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçıya hər biri 500 manat olmaqla ümumilikdə 1.000 manat hər ay pul ödənilməli idi. Yeni müqaviləyədək olan müddəti hesabladıqda 41 ay edir. Həmin ödənilən 41.000 manat pul kirayə haqqıdır. İkinci müqavilə bağlanan zaman tərəflər arasında razılaşma olub. İddiaçıya bildirilib ki, ikinci müqavilədə 8.500 və 8.500 manatı kirayə haqqı kimi versinlər, yerdə qalan 10.500 manat kompensasiyanın əvəzi olaraq bir evi təmirsiz versinlər. Nəticədə iddi açıya bildiriblər ki, onun 30 kv.m payını çıxmayacaqlar. Əks halda nə üçün iddiaçı təmirli evi üçün təmirsiz evə razılaşsın? 12.500-12.500 manat 60/540 paylardır. Bu pay şəhadətnamələr əsasında yaranıb. 6 şəhadətnamənin 4-ü etibarsızdır. 1938-ci ildə ölmüş atasından keçən əmlakla bağlı 1948-ci ildə qərar olub. Orada 5 nəfərin adı var. Orada vərəsələrdən biri də Gülmirzə olub. Gülmirzənin nə vaxt ölməsi bilinmir, 1998-ci ildə məhkəmə qərarı ilə ölmüş elan edilib. Həmin dövrdə iddiaçının nənəsi, Fərid və Fəridənin anası Anaxanım sağ olub. 2000-ci ildə notarius Anaxanımı, Saraya və Aydına münasibətdə vərəsəlik verib. Açıq qalan 6 pay Aydının payıdır. Müqaviləyə 113 kv.m. kimi qol çəkib, çünki razılaşma faktiki sahələrə uyğun aparılıb. Aydının yaşadığı sahə faktiki 140 kv.m olub. Faktiki həyət yanı sahəsi isə 61 kv.m. götürülüb. Cavabdeh MMC iddiaçıya məxsus 15 kv.m sahəni X18 60/540-ın əvəzi olaraq verib. Hesab edir ki, iddiaçıya çatacaq payı MMC onun əlindən alıb.

62. Cavabdeh1 MMC-nin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirib ki, əvvəlki müqavilənin etibarsız hesab edilməsi iddiaçının mülkiyyət hüququnun olmaması ilə bağlıdır. Ləğv ediləndən sonra da yenə onun sahəsini 140 kv.m. kimi götürüblər və 20% faiz olmaqla yenə də eyni kv.m-ə mənzil təklif ediblər. Qarşı tərəf bildirir ki, yenidən müqavilə əlverişsiz şərtlərlə bağlanıb. Lakin bu belə deyil. Mənzilin biri təmirsiz olub. Bu isə iddiaçının öz istəyi ilə olmuşdur. Belə ki, təmirsiz olduğu üçün əvəzində iddiaçıya 17.000 manat pul və əlavə olaraq da əvvəlki kompensasiyalar verilib. Orada hər hansı bir sahə aza ldılmasından söhbət gedə bilməz. Bu mübahisə vərəsələr arasında olan mübahisədir. Onlar əmlakın bütün sahəsi üzrə müqavilə bağlamışlar. Digər şəxslərlə olan müqavilədə də şərtlər biraz fərqli olsa da, heç kimin sahəsini azaltmamışlar. Məhkəmə müqaviləni ona görə etibarsız hesab edib ki, həmin vaxt iddiaçının mülkiyyət hüququ olmamışdır. Müqavilə əvvəlki şərtlərlə bağlanmışdır. 2018-ci il tarixli müqavilədə iddiaçının 120 kv.m evi təmirli idi. 2020ci il tarixli müqavilədə iddiaçının 120 kv.m evi təmirsizdir. 2018-ci il müaviləsində iddiaçıya hər iki mənzilə görə hər birinə 10.000 manat kompensasiya verilməsi nəzərdə tutulmuşdu. Əvvəlki müqaviləyə görə 24.000 manat ödənilib. Yeni müqavilə bağlanılanda həmin məbləğin ödənilməsi yeni müqavilədə qeyd olunub və bununla bağlı mübahisə yoxdur. 2 4.000 manat iddiaçıdan geri alınmayıb. Təmirsiz evin verilməsi iddiaçının öz istəyi ilə olmuşdur. İlk dəfə 120 və 84 kv.m mənzillər verilib və müqavilə üzrə kirayə haqqı olmaqla cəmi 24.000 manat iddiaçıya pul ödənilib. Hər evə görə 12.000 manat ödənilib. Sonra etibarsız sayıldıqdan sonra həmin pul qayıtmadı. Müqaviləsiz olaraq 24.000 manat iddiaçıda qaldı. Ondan sonra iddiaçıya öz istəyi ilə hər mənzilə görə 8.500 olmaqla, cəmi 17.000 manat pul kompensasiya kimi ödənildi. Onlar 17.000 manatı kompensasiya olaraq vermişlər. Kirayə haqqı ilə bağlı iddiaçının ayrıca icraatda məhkəmə mübahisəsi olmuşdur. Sarayla Anaxanıma səhv etmirsə 12,5 kv.m sahəyə görə mənzil verilib. Onu nəzərə almışlar, lakin onlar başqa yerdə digər əmlak da əvəzləşdirməyə veriblər. Hazırki iş icraatda olduğu dövrdə iddi açı tərəf 60 kv.m həyətyanı sahə barədə heç bir şey bildirməyib. Müqavilədə yalnız evdən söhbət gedib.

63. Cavabdehlər S.A.Abbasovanın, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili onların apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edib və bildirib ki, Gülmirzəyə və Sara xanıma verilən məcburi payla bağlı hissəni mübahisələndirmirlər. Mübahisələndirilən 1949-cu ildən Gülmirzəyə şəxsən qanun üzrə atasından keçən pay hissəsidir. İddianın şəhadətnamənin cavabdehlərə qanunsuz verilməsi hissəsini qəbul etmir. 2022-ci ildə qətnamə qəbul edilib və qanuni qüvvəsini alıb. Qəbul edir ki, Gülmirzəyə məcburi pay kimi anasından qalan hissədə qanun üzrə və ya məcburi pay kimi vərəsəlik şəhadətnaməsi verilməsi doğru deyil. Mübahisələri Gülmirzənin vəfatından sonra əmələ gələn mirasa mün asibətdədir. Gülmirzənin birinci dərəcəli vərəsələri olmadığı üçün miras ikinci dərəcəli vərəslərinə bacı və qardaşlarına keçib. Şikayətləri Gülmirzədən, yəni onun birinci dərəcəli vərəsələri olmadan onun qanun üzrə vərəsəlik əsasında bacılara keçən hissəsindəndir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi vərəsələrin mirasdan məhrum edilməsi mənasına gəlmir. Ola bilər ki, notarius qanunvericiliyi bilmədiyi üçün doğru tətbiq edə bilməyib, bu onun notarial hərəkətlərinin səhv olmasıdır. Lakin bu vərəsələrin mirasdan məhrum olması demək deyil.

64. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3998/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İsgəndəro v) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1515/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******** **774-10301 reyestr nömrəli çıxarışın X22 və Cavabdeh5 aid hissələrdə ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

65. Apellyasiya instansiyası məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, birinci insansiya məhkəməsi tərəfindən vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi isə səhv tətbiq edilmişdir. X5, həm də anası Tükəzban Fətulla qızı xx.xx.2000-ci ilədək vəfat etdiklərindən iddia tələbinə həmin hissədə onların öldüyü vaxt qüvvədə olan mülki qanunvericiliyin yuxarıda istinad olunan normaları tətbiq edilməlidir.

66. Kollegiya hesab edib ki, hazırkı iş üzrə mübahisələndirilən 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il ta rixli və 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələr X8 anasından keçən paya dair olduğundan həmin şəhadətnamələrin etibarsızlığı ilə bağlı iddia tələbi əsaslıdır. Belə ki, mərhum Tükəzban Fətulla qızı xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə öləcəyi gün ona məxsus əmlakı bərabər şəkildə nəvələri X12 və X20 vəsiyyət etdiyindən, vəsiyyətnamə sonradan dəyişdirilmədiyindən və ya ləğv edilmədiyindən miras əmlaka (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Tükəzban Fətulla qızının payına) dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilərdi.

67. Həmin şəhadətnamələr əsasında verilmiş **********774-10301 reyestr nömrəli çıxarış X22 və Cavabdeh5 aid hissələrdə ləğv edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli “Vərəsəlik payının bağışlama müqaviləsi”nə əsasən Cavabdeh4 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış şəhadətnamə əsasında ona düşən payını bacısı Cavabdeh5 bağışlamışdır.

68. Lakin belə hüquqi yanaşmanın iddiaçı tərəfindən mübahisələndirilən 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli şəhadətnamələrə tətbiqi mümkün deyildir. Çünki həmin şəhadətnamələr X8 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuş və sonuncu sağlığında öz əmlakına dair vəsiyyətnamə qoymamışdır. Həmin şəhadətnamələrdən görünür ki, notarius X3 qalan miras əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 9/45 hissəni üç hissəyə bölə rək miras əmlakdan iddiaçının payına düşən 3/45 hissəni açıq saxlamışdır.

69. Kollegiya iddia tələbinin Cavabdeh1 MMC-yə qarşı hissəsinə münasibətdə qeyd edib ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 113,3 kv.metr göstərilmişdir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir. 70. xx.xx.2018-ci ildə MMC ilə müqavilələr bağlayarkən iddiaçıya mənzil sahəsi və kompensasiya 113,3 kv.m evin onun payına mütənasib hissəsinə görə deyil, mənzilin faktiki bütün sahəsinə (140,74 kv.m) görə verilmişdir. xx.xx.2018-ci ildə iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunduqdan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə yeni müqavilələr bağlanmışdır. Yeni müqaviləl ər də bağlanarkən iddiaçıya mənzil sahəsi və kompensasiya mənzilin bütün faktiki sahəsinə (140,74 kv.m) görə verilmişdir. Yeni müqavilələrə əsasən MMC iddiaçıya 83,84 kv.m 2 otaqlı təmirli mənzil və 8.500 manat kompensasiya; 120,37 kv.m 3 otaqlı təmirsiz mənzil və 8.500 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür.

71. İddiaçı qeyd olunan məbləğlərin kirayə haqqı olduğunu bildirsə də, xx.xx.2021ci il tarixli müqavilələrdə tərəflər belə razılığa gəliblər ki, müqavilələr üzrə kirayə haqqının ödənilməsi nəzərdə tutulmur.

72. Bundan başqa o da qeyd edilməlidir ki, həmin müqavilələr bağlanmamışdan öncə iddiaçı yuxarıda qeyd olunan 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli və 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələrdən məlumatlı idi.

73. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 nömrəli qətnamədən və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4550/2020 nömrəli qərarlarından müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının da tərəf olduğu həmin mülki işdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Cavabdeh5 və Cavabdeh6 tələblərində hər birinin 06 və 29 noyabr 2017-ci il tarixlərində dövlət qeydiyyatına alınmış mübahisəli fərdi yaşayış evinə dair 60/540 hissəsinə istinad etmişlər və həmin sənədlər iş materiallarında mövcud olmuşdur.

74. Lakin buna baxmayaraq, iddiaçı həmin mübahisə yekunlaşdıqdan sonra xx.xx.2021-ci il tarixli müqavilələri MMC ilə yuxarıda qeyd olunan şərtlərlə bağlamış və hər hansı tələb irəli sürməmişdir.

75. Məhkəmə kollegiyası qeyd edib ki, yuxarıda göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir.

76. Məhkəmə kollegiyası mövgeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 530, 532, 537, 538-ci maddələrinə, hazırda qüvvədə olan Mülki Məcəllə 6.2., 390.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-ci maddələrinə, Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i

77. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-3998/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin 30 kv.m pay və ya onun dəyəri olan 60.000 manat pul hissəsinin rədd olunması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar çıxarılmasını və ya işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

78. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə hər iki müqavilənin evin faktiki sahəsi nəzərə alınmaqla verdildiyini qeyd etdiyi halda nəzərə almamışdır ki, qanunu qüvvəsini almış məhkəmə qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsinə əsas, məhz qeyd edilən qanunsuz şəhadətnamələr əsasında verilmiş çıxarış təşkil etmişdir. Başqa sözlə, q eyd edilən çıxarış olmasa idi iddiaçının xx.xx.2018-ci il tarixli müqaviləsi etibarsız sayılmayacaq, dolayısı ilə təkrar xx.xx.2021-ci il tarixli müqavilə bağlanmaqla payı azalmayacaqdı. Məhkəmənin nəzərə almadığı məqam ondan ibarətdir ki, iddiaçının qeyd edilən mənzilə münasibətdə payının kökündə 113,3 kv. metr çıxarışda göstərilən payı əsasında yaranmış və faktiki ölçü olaraq göstərilmiş 140 kv.m sahə əsas götürülmüşdür. Cavabdeh şirkət hələ məhkəmə mübahisəsi baş verməmiş bir tərəfli qaydada iddiaçının müqaviləsini xx.xx.2019-ci il tarixli bildirşlə etibarsız hesab edərək, iddiaçının payını çıxaraq digər payçılara ümumuilikə 30 kv.m sahə vermişdir. Məhkəmə isə iş üçün çox həyati əhəmiyyət kəsb edən və əslində elə iddianın əsasını birbaşa təşkil edən bu mühüm faktı görməzdən gəlmişdir. M əhz sözügedən payların hansı əmlak hesabına bağlanmasını aydınlaşdırmamış və nəzər almamışdır ki iddiaçının 30 kv.m payının azalması hesabına həmin çıxarış əsasında sonunculara həmin payın verilməsinə dair müqavilə bağlanmışdır. Bu zaman iddiaçı ilə xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən həmin pay iddiaçıdan çıxılaraq ona təmirsiz mənzil verilməsi və ilkin müqavilədə verilməsi nəzərdə tutulan 10.500+10500 kompensasiyanın verilməməsi ilə həmin əvəzləşməni həyata keçirmişdir. Ali Məhkəmənin qərarının 91-ci bəndinə apelyasiya məhkəməsi tərəfindən əməl edilməmiş və bu istiqamətdə heç bir araşdırma aparmadan uydurma qətnamə qəbul etmişdir. Ali Məhkəmənin qərarının 95-ci bəndində də qeyd edilmişdir ki, iddiaçının MMC-yə qarşı tələbinə qiymət verilərkən, yalnız birinci müqavilələr və ikinc i müqavilələr üzrə iddiaçıya verilən əmlak və pul kompensasiyalarının fərqi deyil, mübahisəli ev üzərində iddiaçının və digər mülkiyyətçilərin payları, xx.xx.2018ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin şərtləri və iş üzrə müəyyən edilmiş digər bütün diqqətəlayiq hallara məcmu şəkildə qiymət verilməlidir. Lakin işə baxan məkəmə mübahisəli ev üzərində iddiaçının və digər mülkiyyətçilərin paylarını, xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin şərtlərini nəzərə almamış, işdə olan sübutlara, işin faktiki halları da daxil olmaqla düzgün qiymət verməmiş və mülahizəyə əsaslanan qətnamə çıxarmışdır.

79. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası 21.1, 21.2, 29, 157.2, 1091.1, 1091.2-cu maddəl ərinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 8, 9, 420-cu maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

80. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

81. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər X22, Cavabdeh5, Cavabdeh4, “Bakı şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

82. İddiaçı və onun Vəkil1 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi.

83. İddiaçı A.Məmmədov əlavə olaraq qeyd etdi ki, onunla bağlanmış xx.xx.2021-ci il tarixli müqavilləlr üzrə yaşayış sahləri MMC tərəfindən ona təhvil verilib.

84. İddiaçının vəkili əlavə olaraq bildirib ki, MMC-nin iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilələri ilə iddiaçı evdən onun payına düşən 25 kv.m sahənin əvəzinə 20 % əlavə ilə birlikdə 30 kv.m hissədən məhrum olub. MMC iddiaçıya düşən hissənin hesabına əsassız olaraq varlanıb.

85. Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Vəkil4 əvvəlki məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 nömrəli qətnaməsi ilə etibarsız sayılan, MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 nömrəli müqavilələr, əslində mülki işdə olan (1-ci cild səh. 209-214) və indi təqdim etdiyi müqavilələrdir. İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr üzrə öhdəliklər MMC tərəfindən tam icra edilmiş və mənzillər iddiaçıya 2022-ci ilin may ayında təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr bağlananda iddiaçıya təhvil verilməli olan sahə onun çıxarışında göstərilən evin sahəsi ilə deyil, ümumi sahə olaraq 140.74 kv.m sahə kimi götürülmüş və həmin sahəyə 45 % əlavə hesablanmaqla verilmişdir. X2 və Cavabdeh5 ilə bağlanmış müqavilələr üz rə MMC öhdəliyini icra etmişdir. Hazırda MMC tərəfindən bina tam inşa edilib mülkiyyətçilərə təhvil verilmişdir. Mülki işə tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə

86. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

87. Maddə

530. Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; - vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.

88. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa g ötürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

89. Maddə

537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.

90. Maddə

538. Miras qoyanın həddi-buluğa çatmam ış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

91. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

92. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçiri rlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

93. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

94. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;... 14.2.7. Əsassız varlanma.

95. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 96. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

97. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

98. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmada n başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 99. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

100. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 101. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəy əri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

102. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

103. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

104. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

105. Maddə 217.4 Mə hkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

106. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

107. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

108. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

109. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

110. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə qismən, “id dia tələbinin 30 kv.m pay və ya onun dəyəri olan 60.000 manat pul tələbinin rədd olunması” hissəsində mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

111. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

112. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı t əqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

113. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı həmin hissədə təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhk əməsinin qətnaməsini həmin hissədə ləğv edib iddianı rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

114. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

115. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi MMCnin iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrdə iddiaçıya 140,74 kv.m sahədən ibarət 4 otaqlı mənzilin dövlət reyestrindən çıxarışda göstərlmiş ümumi sahəsinə 45 % əlavə etməklə B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.m-dən ibarət, təmirli 3 otaqlı 93 nömrəli, 83,84 kv.m-dən ibarət, təmirli 2 otaqlı 95 nömrəli mənzillərin verilməsi, kirayə götürdüyü mənzilə görə yeni mənzil təhvil verilənə qədər 500 manat məbləğində vəsait ödənilməsi, kirayə haqqı mənzil təhvil veriləndə 24 aylıq bir dəfəyə 12000 manat, 12 aydan sonra kompensasiya olaraq 10500 manat ödənilməsi şərtləşdirilmişdir.

116. Həmin müqavilələr üzrə 41000 manat iddiaçıya ödənilmişdir.

117. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)1695/2020 nömrəli qətnaməsi ilə MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 nömrəli müqavilələr etibarsız hesab edilmiş, qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

118. Bundan sonra MMC ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixl i 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr bağlanmış, iddiaçıya ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında B2 binada, 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz 3 otaqlı, 86 nömrəli mənzilin, 83.84 kv.m təşkil edən, təmirli 2 otaqlı, 88 nömrəli mənzilin verilməsi, hər bir müqavilə ilə 8500 manat kompensasiya ödənilməsi şərtləşdirilib. Eyni zamanda bu müqavilələrdə, tərəflər arasında əvvəl bağlanmış xx.xx.2018-ci il tarixli 97 və 98 saylı müqavilələrin etibarsız hesab edildiyi və sökülən evə dair indiki müqavilələrin bağlandığı əksini tapmışdır.

119. Bu müqavilələr bağlandıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 nömrəli qətnaməsi i lə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X15 adına 31 oktyabr 2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

120. İddiaçı məhz bu hüquqi fakta - Abbasova Saraya 60/540 hissədə, Cavabdeh5 60/540 hissədə payların verilməsinə əsas olmuş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılmasına istinad etməklə, onun mülkiyyərinə keçmiş 25 kv.m sahəyə görə kompensasiyanın verilməsini tələb edir.

121. Ancaq qeyd olunan şəhadətnamələr əsasında MMC ilə X23 və Cavabdeh5 arasında müvafiq olaraq bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019 tarixli müqavilələr ləğv olunmamış, etibarsız sayılmamış dır. (Həmçinin qeyd olunan müqavilələrdə əlavə ödəniş edilməsi barədə şərt də nəzərdə tutulmuşdur.)

122. İddiaçı 30 kv.m sahənin verilməsi və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən tutulması tələbinin maddi-hüquqi əsasını iddia ərizəsində göstərməyib. Həmin iddianın əsasları zərər vurma və əsassız varlanma normaları əsasında təhlil edilə bilər. (İddiaçı da sonradan kassasiya şikayətində Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091-ci maddəsinə istinad edib.) Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, deliktə əsasən zərərin tutulması üçün dispozisiya şərtləri mövcud deyil.

123. Çünki iddiaçı ilə xx.xx.2021-ci il tarixli 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr bağlanan zaman evdən Abbasova Saranın 60/540 hissədə, Cavabdeh5 60/540 hissədə mülkiyyət hüququ mövcud olmuşdur. Həmin müqavilələr bağlanan anda, iddiaçının istinad etdiyi hallar yox idi.

124. Sara Abbasova və Cavabdeh5 evdən mülkiyyət hüququnun sonradan itirilməsi səbəbindən iddiaçının MMC-yə qarşı indiki iddiası, əsassız varlanmanı tənzimləyən normalar əsasında təhlil edildikdə görünür ki, əsassız varlanan MMC deyil, sonradan aradan qalxmış əsaslarla faydalanmış (varlanmış) Sara Abbasova və Cavabdeh5dır. Ancaq onlara qarşı iddia tələbi irəli sürülməmişdir. Buna görə də onlara qarşı tələbin araşdırlması mümkün deyil.

125. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıda kı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

126. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

127. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

128. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 4 sentyabr 2024-cü il tarixli 2(103)-3998/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar