Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3902/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sahədən çıxarılma 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1928/2024 nömrəli, 8 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ( bundan sonra- iddiaçı) il ə X2 (Cavabdeh etibarnaməsi əsasında bundan sonra- cavabdeh) arasında Bakı şəhəri, 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20.000 manat məbləğində müəyyən edilərək satılmışdır.
2. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı tərəfindən müqavilədə müəyyən olunmuş məbləğin 14000 manatını cavabdehə notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödənilmiş. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür.
3. Müqavilənin 3.1.-ci bəndinə əsasən cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan iddiaçıya 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. 4. "xxxx" ASC tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli ödəniş qəbzin əsasən iddiaçı müqavilədə göstərilmiş qaydada 14000 (on dörd min) manat və 6000 (altı min) manat olmaqla notariusun bankda açılan depozit hesabla ödəniş etmişdir.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, iddiaçı, ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını boşaldılaraq təhvil verilməsini cavabdehdən tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci insta nsiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “köməkçi sahədən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən qanunsuz istifadəyə son qoyulması və həmin sahədən məcburi çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsilə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasəngələcəkdə alğı-satqı müqaviləsinin bağlanması haqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdiril məsinə yol verilmir. Satıcı istifadəsində olan Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.mahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan alıcıya 3 ay müddətində təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. Alıcı isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu həmçinin bütünsənədləşdirmə işlərini, çıxarışın alınmasını və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv/m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağı cavabdeh tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməyinə ba xmayaraq cavabdeh heç bir məhəl qoymamışdır.
8. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, o, əlildir, ona pul verilməmişdir. Ümumiyyətlə bu alğı-satqı müqaviləsindən xəbəri olmamışdır. Xəstə olanda həyat yoldaşına işlərini görməsi üçün Yasamalda yerləşən ASAN Xidmətdə ona etibarnamə vermişdir. Yoldaşı xərçəng xəstəsidir, ona pul lazım olduğu üçün 14.000 manat pulu bir götürüb, qalan 6.000 manat da bir götürüb. Şəxsiyyət vəsiqəsi deaktiv olunmuş, hal-hazırda Polis İdarəsində qeydiyyatdadır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 12 dekabr 2023cü il tarixli, e-2(009)-2051/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin ünvan 1 ünvanda yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən çıxar ılması, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyindən, iddiaçı, ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən cavabdehin qanunsuz istifadəsinə son qoyulması və həmin sahədən məcburi çıxarılmasını tələb etməkdə haqlıdır.
11. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2. 2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını cavabdehə notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.-ci bəndinə əsasən cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan iddiaçıya 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür.
12. Cavabdeh həmin müqavilənin görünüş üçün bağlandığını bildirsə də həmin müqavilənin bağlanması üçün X1 v erilmiş etibarnaməni və müqaviləni mübahisələndirdiyinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
13. Cavabdehin göstərilən müqavilə əsasında müqavilədə nəzərdə tutulmuş sahəni müqavilədə müəyyən edilmiş müddət ərzində iddiaçıya təhvil verməli olmasını, müqavilədə müəyyən edilmiş vaxtdan 6 aydan artıq vaxt keçməsinə baxmayaraq ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını iddiaçıya təhvil verilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
14. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.2, 427.3, 442-ci: Mülki Prosessual Məcəlləsinin 119.1, 220.5, 14.2, 77.1, 88 və 217.4cü: maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sələmlə pul dağıdandır. X2 iddiaçıdan cavabdehə məxsus evi qoyaraq faizə pul götürmüşdür. Aylıq ödəniş gecikdiyinə görə iddiaçı evi mənimsəmək sevdasına düşmüşdür. Onu da bildirmişdir ki, bütün bu olanlardan cavabadehin xəbəri olmamışdır. Mədinə İsrafilova cavabdehin ona verdiyi etibarnamə əsasında iddiaçı ilə müqavilə bağlamışdır. Əlavə olaraq cavabdeh qeyd etmişdir ki, iddiaçının faizə pul verməsi ilə insanların evlərini mənimsəməsi kimi halları məhkəmə nəzərə almalıdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımovdan ibarət tərkibdə) 8 avqust 2024cü il tarixli, 2(103)-1928/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd olunması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, id diaçının tələbi iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsindən irəli gələn münasibətlə əlaqədar olmuşdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər müqavilədə qeyd olunan köməkçi sahə ilə bağlı Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cı il tarixli, 127 nömrəli sərəncamına istinad etmişlər.
21. Məhkəmə kollegiyası tərəfindən bu məsələ ilə bağlı Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş və Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 06 avqust 2024-cü il tarixli, 5-19/2-1062/2024 saylı məktubuna əsasən sözügedən sənədlər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hü quqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbinin qanuni əsasının şərtləri ilə, yəni dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən cavabdehin həmin müqavilədə nəzərdə tutulmuş köməkçi otağını müqavilənin bağlandığı andan 3 ay müddətinə iddiaçıya təhvil verməyi barədə öhdəlik, gələcəkdə bağlanılacaq alğı-satqı müqaviləsinin şərtidir. Çünki qa nunvericiliyin istinad olunan normalarından göründüyü kimi əmlakın verilməsi üzrə müqavilə öhdəliyi əsas müqavilə üzrə müəyyən edilə bilərdi. İlkin müqavilədə isə yalnız belə öhdəliyin müəyyən edildiyi əsas müqavilənin hansı müddətə, hansı şərtlərlə bağlanmalı olması və müqavilənin digər mühüm şərtləri (tərəflər, öhdəliklər və vəzifələr və s) barədə tərəflərin razılığı əks olunur. Hazırki halda tərəflər arasında əsas müqavilə olan alğı-satqı müqaviləsi bağlanmamış, əsas müqavilənin bağlanılması müddəti bitməmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə cavabdehin müqavilə üzrə öhdəliyi icra etmədiyinə və cavabdehin bağlanmış müaviləni əhəmiyyətli dərəcədə pozmasına əsasən iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin qətnamədə göstərilmiş nətic ələri işin hallarına uyğun gəlməmişdir. Buna görə də qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin görünüş üçün bağlandığını bildirsə də, həmin müqavilənin etibarsızlığı ilə bağlı birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 389.1, 390.1, 390.5, 402.1-402.5-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.2, 385.1.1, 385.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin istinad etdiyi Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamı qüvvədə olduğu halda müfəssəl araşdırma aparılmadan heç bir əsaslı sübuta istinad edilmədən qətnamə ləğv edilmişdir. Xüsusilə qeyd edilmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə vəkil sorğusu göndərilmişdir. Həmin sərənacamın qüvvədə olmasına dair sorğuya cavab məktubu mülki iş materiallarına əlavə olunacağını bildirmişdir. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də mara qlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəlləd ə göstərildiyi hallar istisna təşkil edir.
36. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
37. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
38. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
39. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətindəbağlanmalıdır.
40. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasi ya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, hazırkı iddia tələbi tərəflər arasında Bakı şəhəri, 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlıdır.
54. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddianın qanuni əsasının tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırkı halda iddianın faktiki əsası (faktiki halları) tələbin qanuni əsasının şərtləri ilə, yəni dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz.
55. Belə ki, 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, cavabdehin həmin müqavilədə nəzərdə tutulmuş köməkçi otağını müqavilənin bağlandığı andan 3 ay müddətinə iddiaçıya təhvil verməsi barədə öhdəlik, gələcəkdə bağlanılacaq alğı-satqı müqaviləsinin şərtidir. Yəni, mülki qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi əmlakın verilməsi üzrə müqavilə öhdəliyi əsas müqavilə üzrə müəyyən edilə bilərdi. İlkin müqavilədə isə yalnız belə öhdəliyin müəyyən edildiyi əsas müqavilənin hansı müddətə, hansı ş ərtlərlə bağlanmalı olması və müqavilənin digər mühüm şərtləri (tərəflər, öhdəliklər və vəzifələr və s) barədə tərəflərin razılığı əks olunmalı idi.
56. Ona görə də hazırkı halda tərəflər arasında əsas müqavilə, yəni alğı-satqı müqaviləsi bağlanmadığından və əsas müqavilənin bağlanılması müddəti bitmədiyindən, iddia təmin oluna bilməz.
57. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin müqavilə üzrə öhdəliyi icra etmədiyinə və müqaviləni əhəmiyyətli dərəcədə pozmasına əsaslanaraq iddianı təmin edərkən, maddi hüquq normalarının tələblərini pozmuş və normanı düzgün təfsir etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rə dd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
58. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən, həmçinin mübahisəli təsərrüfat otağının Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2019-cı il tarixli, 127 saylı sərəncamına görə cavabdehin mülkiyyətində deyil, müvafiq ic ra hakimiyyəti orqanının balansında olmasını da nəzərə alır.
60. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2(103)-1928/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.