Məhkəmə qərarları › İş №2(102)-3906/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3906/2021

15.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3906/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaz kəmərinin mühafizə zonasından inşa olunmuş tikilinin sökülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı İddiaçı vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, Cavabdeh tərəfindən Yevlax rayonu Ərəbbəsrə kəndində 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 45 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Ona görə də həmin ev cavabdehin vəsaiti hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Yevlax rayonu Ərəbbəsrə kəndi ərazisində qaz kəmərin mühafizə zonasınında, qaz kəmərindən 45 metr məsafədə inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qaz kəmərinin mühafizə zonasından çıxarılmasına dair qətnamə qəbul olunmasını xa hiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Yevlax rayonu Ərəbbəsrə kəndi ərazisində Cavabdeh tərəfindən “qaz təchizatında mühafizə zonaları və təhlükəsizliyi tədbirləri qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarın tələbləri pozularaq İddiaçı Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan, diametri 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qolu qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 45 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ər izəsinə qarşı etiraz təqdim etməmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2020-ci il tarixli, 26118 saylı rəyinə əsasən, X kəndində yerləşən Cavabdeh fərdi yaşayış evi Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan, diametri 530 mmlik Yevlax-Şəki yüksək təzyiqli qaz kəmərindən 45 m kənarda yerləşdiyinindən, həmin 9,0 m enində 14,0 m uzunluğunda olan yaşayış evinin 25 m2 hissəsinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndində göstərilən 50,0 m-lik mühafizə zonasına daxilinə düşdüyü müəyyən edilir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cav adova) 22 iyul 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 0,1806 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 103,6 m2olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yaşayış evinin 25 m2 hissəsi qaz kəmərinin mühafizə zonasının daxilinə düşsə də, yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) 09 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya ş ikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, X nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iş üzrə 300 manatın iddiaçı Qaz İxrac İdarəsi alınaraq "xxxx" MMC-nin hesаbınа ödənilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Eyni zamanda kobud prosessual pozuntulara yo l verilib ki, bu da nəticə də düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Qeyd edilənlər isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Çünki, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan cavabdehin mövqeyini dəstəkləyən qərar qəbul edib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral b oru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Həmin qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi müh afizə zonası üçün ayrılmalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonası daxilindədir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2020-ci il tarixli 26118 saylı rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Ərəbbəsrə kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili ilə həmin ərazidən keçən diametri 530 mm-lik yüksək təzyiqli “Yevlax-Şəki” magistral qaz boru kəmərinin arasındakı məsafə 45 metrdir. Bu hal, həmin tikilidən istifadə edən şəxslərin həyatına ciddi təhlükə yaradır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin təhlükəni nəzərə almır. Eyni zamanda, apellyasiya məhkəməsi qərarında bizə məlum olmayan səbəblərdən, qeyd edilən ekspert rəyinə münasibət bildirməyib. Bundan başqa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

23. Qaz ixrac İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 25 iyul 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Yevlax rayonu Ərəbbəsrə kəndində 530 mm-lik yük sək təzyiqli YevlaxŞəki qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 45 metr məsafədə yaşayış evi inşa olunmuşdur.

24. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Qaz İxrac İdarəsinə ünvanlanmış 29 iyul 2019-cu il tarixli məktubdan görünür ki, 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qolu qaz kəmərinin mühafizə zonasında inşa olunmuş yaşayış evi Ərəbbəsrə kənd sakini Cavabdeh tərəfindən tikilmişdir. Həmin yaşayış evinin rəsmi sənəd olub-olmaması barədə nümayəndəlikdə hər hansı sənəd yoxdur. Lakin yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi barədə kod: 90100048 nömrəli şəhadətnamə mövcuddur.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli məktubdan görünür ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 0.1806 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh və ailə üzvlərinin ümumibirgə (5 nəfər) mülkiyyət hüququ 02.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li, 02.10.2019-cu il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 103.6 m2 sahəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,1806 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh və onun ailə üzvl ərinin xüsusi mülkiyyətindədir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2020-ci il tarixli 26118 saylı rəyindən müəyyən edilir ki, X kəndində yerləşən Cavabdeh fərdi yaşayış evi Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan, diametri 530 mmlik Yevlax-Şəki yüksək təzyiqli qaz kəmərindən 45 m kənarda yerləşdiyinindən, həmin 9,0 m enində 14,0 m uzunluğunda olan yaşayış evinin 25 m2 hissəsi qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndində göstərilən 50,0 m-lik mühafizə zonasına daxilinə düşdüyü müəyyən edilir.

28. Şəki Apellyasiya Məhkəməsində aparı lan icraat zamanı təyin edilmiş və müvafiq olaraq Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli 61 nömrəli rəydə göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlər üzrə ərazinin ümumi xəritəsində dəqiqləşdirilən koordinatlara əsasən iddiaçının mübahisələndirdiyi, Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi JN-0Q8İF saylı “Torpağın mülkiyyətə verilməsi dair” şəhadətnamə ilə cavabdehin mülkiyyətində olan 0.18 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi plan-cizgi sxeminin hüdudları daxilində yerləşir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 0,1806 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,6 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və onun ailə üzvləri nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yaşayış evinin 25 m2 hissəsi qaz kəmərinin mühafizə zonasının daxilinə düşsə də, yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

30. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir.

31. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifa də etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

32. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin müddəalarını rəhbər tutmaqla apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlər inin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə almışdır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sökülməsi tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

33. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün t əyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

34. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Jidov və başqaları Rusiya Federasiyasına” qarşı 16 oktyabr 2018-ci il tarixli (№54490/10, 1153/14, 2680/14 və 31636/14) qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndinə uyğun olması üçün həmin müdaxi lə nəinki qanunla nəzərdə tutulmuş olmalı və cəmiyyətin maraqlarına xidmət etməlidir, həm də müdaxilə zamanı cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasına “ədalətli balans gözlənilməlidir. Başqa sözlə, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun iddia edildiyi işlərdə məhkəmə dövlətin hərəkəti və ya hərəkətsizliyi səbəbindən müvafiq şəxsin qeyrimütənasib və həddən artıq ağır yükə məruz qalıb-qalmadığını müəyyənləşdirməlidir. Ədalətli balansın gözlənilib-gözlənilmədiyi məsələsi yalnız sözügedən müdaxilənin ictimai maraqlara xidmət etdiyi, qanunilik tələbinə cavab verdiyi və əsassız olmadığı müəyyənləşdirildiyi təqdirdə aktuallıq kəsb edir.

35. Apellyasiya məhkəməsi iddiaçı Qaz İxrac İdarəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Ona görə də kollegiya vurğulamışdır ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq o lunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar