Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3907/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və X6 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Bağırov Abdul Madar oğlu tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-242/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-693/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə və “xxxx” ASC-nə qarşı "vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi" barədə iddia tələbi rədd edilmişdir. Şivran Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Fehruz Abbasov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022)693/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil təl əblər irəli sürməyən üçüncü şəxslər, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə və “xxxx” ASC-nə qarşı "vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2013-cü ildə vəfat etmiş mərhum X1ndan miras qalmış ünvan 1 ünvanında 0,12079 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 142,1 kvadrat metr yardımçı, 109,9 kvadrat metr yaşayış, 250 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair cavabdehin adına verilmiş xx xxxx 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, onun əsasında verilmiş RX seriyalı * ****** saylı çıxarışın və hüquqi nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 0,12079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 142,1 kvadrat metr yardımçı, 109,9 kvadrat metr yaşayış, 250 kvadrat metr ümumi sahədən ibarət olan yaşayış evi mərhum X1na məxsus olmuş və DƏDRXda onun adına xx xxxx 2004-cü il tarixdə qeydiyyata alınmışdır. X1 xx xxxxxx 2013-cü ildə vəfat etdikdən sonra o və Cavabdeh onun qanun üzrə vərəsələri olmuşlar. Atasının vəfatından sonra Cavabdeh barəsində Biləsuvar rayon Notariat kontoru tərəfindən xx xxxx 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə qanunsuz və əsassız olaraq mərhum atasının yeganə vərəsə sinin Cavabdeh olduğu qeyd edilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 2 cavabdehin mülkiyyətinə keçmiş və bu barədə cavabdehin adına “Hüquqların dövlət qeydiyyatı haqqında” DƏDRX-dən RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli xx xxxx 2014-cü il tarixli Çıxarış alınmışdır. xx xxxx 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə qanunvericiliyin tələblərinə zidd olaraq X3 bütün vərəsələri müəyyən edilmədiyindən və bu hal onun hüquq və qanuni mənafeylərini kobud şəkildə pozduğundan, həmin şəhadətnamə və onun hüquqi nəticələri məhkəmə tərəfindən etibarsız hesab olunmalıdır. O, atası vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən evdə uzun müddətdir ki, yaşayır və ondan qalan miras əmlakına birinci dərəcəli vərəsə olmaqla, faktiki sahiblik et məkdədir. Cavabdeh miras evə adına çıxarış almasını İftixarın “xxxx” ASC-yə borcu olması və bunula bağlı sözügedən miras evi ipoteka ilə “xxxx” ASC-nin xeyrinə yüklü edilməsi barədə məhkəmə bildirişi gəldikdə xəbəri olmuşdur. Belə ki, o, X1nun qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan, habelə həmin əmlaka faktiki sahiblik etdiyindən, adı çəkilən miras əmlaka onun da vərəsəlik hüququ tanınmaqla, adı vərəsəlik sırasına daxil edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı nümayəndəsi və vəkili Baölrov Abdul Madar oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelya siya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Onlar miras qoyan vəfat edənədək, yəni xəstə olduğu müddətdə mübahisəli yaşayış evində onunla birlikdə yaşayıb, ona qulluq etmişlər. Atasının vəfatı ilə onlar evə dair ondan miras qalmış paya vərəsəlik hüququna malik olmaqla, qardaşı iıə birlikdə evin birgə mülkiyyətçisi sayılırdı, ona görə də, onun həmin fərdi yaşayış evinin onların razılığı olmadan bağışlanmasına dair əqd etibarsızdır. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını düzgün araşdırmamış, eyni zamanda öz qətnaməsi ilə işin həqiqi hallarını ümumiyyətlə nəzərə almamışdır. Həmçinin işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlmə məsi ilə bərabər, prosessual hüquq normalarına da riayət etməyərək ciddi hüquq pozuntularına yol vermişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı vəkili Bağırov Abdul Madar oğlu məhkəməyə vəsatət təqdim edərək iddiaçının xx.xx.2020-ci il tarixdə öldüyünü, bu səbəbdən də onun prosessual hüquq varisinin müəyyən edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayon notariat kontoru tərəfindən xx xxxx 2014-cü il tarixdə 2V-138 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsinə dair notariat işindən aşağıdakılar müəyyən olunur: Mübahisəli ünvan 1 ünvanında 0,12079 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 142,1 kvadrat metr yardımçı, 109,9 kvadrat metr yaşayış, 250 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən tam pay hüququ üzrə xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətində olmuşdur. Biləsuvar rayon qeydiyyat şöbə sinin xx xxxx 2014-cü il tarixli arayışından görünür ki, X9 ilə X11 arasında nikah xx xxxxxxxx 1960-cı ildə bağlanmışdır. Biləsuvar rayon qeydiyyat şöbəsinin xx xxxx 2014-cü il tarixli arayışından görünür ki, xx xxxxxx 1974-cü il təvəllüdlü Cavabdeh X1, anası isə X10r. Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxxxxx 2010-cu ildə ölmüşdür, Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 2013-cü ildə ölmüşdür. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2014-cü ildə verilmiş arayışdan görünü r ki, X11 və X9 vəfat etdikləri günədək Biləsuvar şəhəri, M.İbrahimov (keçmiş M.F.Axundov) küçəsi 267 saylı evdə qeydiyyatda olaraq, yaşamışlar. Mərhumlar vəfat etdikdən sonra oğulları Cavabdeh qalmış və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Biləsuvar bələdiyyəsinin xx xxxx 2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh X1ndan miras qalmış əmlaka dair torpaq və əmlak vergisini ödəyir, onun bələdiyyəyə vergi borcu yoxdur. Cavabdeh notariat kontoruna xx xxxx 2014-cü il tarixdə verdiyi ərizəsinin surətindən görünür ki, sonuncu miras əmlaka vərəsəlik hüququnu bəyan etməklə, başqa vərəsələrin olması barədə məlumat verməmişdir. xx xxxx 2014-cü il tarixdə Biləsuvar rayon dövlət notariat kontorunun notariusu F.Əliyev tərəfindən xx xxxxxx 2013-cü ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında 0.12079 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 142,1 kvadrat metr yardımçı, 109,9 kvadrat metr yaşayış, 250 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1-138 reyestr nömrəli şəhadətnamə verilmişdir. İddiaçı tələbində atasından miras qalmış əmlaka onun da birinci növbəli vərəsə olduğunu, mirası qəbul etmək üçün notariata vaxtında ərizə verməsə də, mirası həmin ünvanda atası öləndən əvvəl və sonradan hal-hazırki vaxtadək yaşadığını, mirası faktiki olaraq qəbul etdiyini bildirərək, qardaşı olan cavabdehin adına xx xxxx 2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunmasını xahiş etmişdir. Mülki işin apelyasiya baxışı zamanı Biləsuvar rayon notariat kontoruna verilmiş sorğu nəticəsində xx xxxxxx 2013-cü ildə vəfat etmiş X3 vəfatından sonra ondan miras qalmış əmlakla bağlı, mirasın açıldığı vaxtdan hazırki vaxta kimi onun vərəsəsi İddiaçı tərəfindən notariat kontoruna mirasın qəbul edilməsi ilə bağlı müraciətinin olmadığı müəyyən edilmişdir. Mülki işin apelyasiya baxışı zamanı Biləsuvar rayon İcra Hakimiyyətinə verilmiş sorğu nəticəsində xx xxxxxx 2013-cü ildə vəfat etmiş X3 ölümünədək və ölümündən sonra hal-hazırki vaxtadək miras qalmış Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 267 ünvanında Cavabdeh, X12, X7, X5 və X8 yaşadıqları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mirası faktiki olaraq qəbul etməsindən ibarət arqumentləri aparılmış məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etməsi üçün notariat kontoruna müraciət etməli olduğu halda, hal-hazırki vaxtadək müraciət etməmişdir. Mülki Məcəllənin 1246 maddəsində qeyd olunan "miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir" norması imperativ xarakterlidir. Dolayısı ilə iddiaçı mirasın açıldığı gündən 6 ay ərzində notariat kontoruna müraciət etmədiyindən, mirası faktiki olaraq qəbul etməsinə dair dəliləlləri isə öz təsdiqini tapmadığından iddia tələbi rədd olunmalıdır. Apelyasiya məhkəməsi birinci instansmiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş ma teriallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş notariat işinin surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinə dair vərəsəlik işi aparılarkən miras qoyan mərhum X3 vərəsəsi kimi yalnız iş üzrə cavabdeh oğlu İxtixar Əzizov göstərilmiş, mərhumun digər vərəsələrinin olmaması qənaətinə gəlinmişdir. Lakin miras qoyanın digər vərəsələrinin olmamasına dair notariat işində sənəd olmamış, cavabbeh Cavabdeh belə bir sənəd təqdim etməmiş, ərizəsində yeganə vərəsə olduğunu qeyd etməkl ə miras qoyanın digər vərəsələrinin olduğunu notariusdan gizlətmişdir. Notariat əməliyyatının aparılmasında istifadə olunmuş Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2014-cü ildə verilmiş arayışın məzmunundan da görünür ki, arayışda X11 və X9 vəfat etdikləri günədək Biləsuvar şəhəri, M.İbrahimov (keçmiş M.F.Axundov) küçəsi 267 saylı evdə qeydiyyatda olaraq yaşamaları, mərhumlar vəfat etdikdən sonra oğulları Cavabdeh qalması və onun miras əmlakı faktiki olaraq qəbul etməsi qeyd edilmiş, arayışda xsa və X3un digər vərəsələrinin olmaması göstərilməmişdir. Göründüyü kimi, miras əmlakın qəbulu ilə bağlı cavabdeh notariat orqanına müraciət edərəkən notariat orqanına yanlış məlumat verərək özündən başqa vərəsələrin olmadığını bildirmiş, notarius isə onun bu məlumatına əsasən Mülki Məcəllənin 1159-cu maddəsində göstərilmiş başqa vərəsələrin olmaması qənaətinə gələrək mirasın qəbulu ilə bağlı nəzərdə tutulumş 6 aylıq müddətin keçməsinə baxmayaraq miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi barədə Vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Birinci instansiya məhkəməsi qətnaməsində "miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir" norması imperativ xarakterli olmasını qeyd etmiş, lakin Cavabdeh miras əmlakla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən sonuncunun qanunla müəyyən edilmiş müddət daxilində müraciət etməməsinə əhəmiyyət verməmiş, Cavabdeh hərəkətlərinin mirasın qəbuluna dair qanunla müəyyən edilmiş müddəti ötürməsinə baxmayraq Vərəsəlik hüququ haqqında şəhadətnamə almağa görə və miras əmlakın hamısına yiyələnməyə yönəldiyni nəzərdən qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. “N otariat Haqqında” Azərbaycan Respublikası Qanunun 58-ci maddəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göstərilənlər dən başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili kimi çıxış etmiş şəxs tərəfindən imzalanmaqla Ali Məhkəməyə daxil olmuş vəsatətdən və vəsatətə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx xxx 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Proesessual Məcəlləsinin 261.0 və 261.0.7-ci madələrinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraat xitam verir. Hazırki işdə mübahisə edilən hüquq münasibət hüquq varisliyinə yol verdiyindən işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının prosessual hüquqi varisini müəyyən etməklə mülki işə baxmalıdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktlar ı normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə g örə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nümayəndəsi və vəkili Bağırov Abdul Madar oğlunun kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-242/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3907/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3907/2020
27.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver