Məhkəmə qərarları › İş №2(102)-3908/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3908/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3908/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X5 cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin mövcud olmaması, kassasiya şikayəti verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 28 mart 2023-cü il tarixli, 2(104)642/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(125)-1278/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 tərəfindən 5000 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmala rı, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun tutularaq, iddiaçılara ödənilməsi qət edilmişdir

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)642/2023 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(125)-1278/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(102)-3337/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməməsi əsası ilə qeyri-mümkün hesab edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2023-cü il tarixli, 2(104)-642/2023 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır.

6. Bundan sonra, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, 15 manat dövlət rüsumunu ödədiyini qeyd etməklə, kassasiya şikayəti əsasında mülki işin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və iş materialları apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanun la müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosess ual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları apellyasiya məhkəməsinə qaytarılmalıdır.

9. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh əvvəllər kassasiya şikayəti vermiş, həmin şikayət kassasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş və sonradan apellyasiya məhkəməsinin qərardadı ilə geri qaytarılmışdır.

10. Cavabdeh isə məhkəmələrin göstərişinə əsasən dövlət rüsumunu ödəyərək müvafiq qəbzi təqdim etsə də, yeni kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir.

11. Halbuki, əvvəlki kassasiya şikayəti geri qaytarılmaqla, hüquqi cəhətdən mövcud deyildir.

12. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinin məzmunu da buna yönəldilmişdir. Belə ki, həmin maddəyə görə şikayət verən şəxs məhkəmənin göstərdiyi n öqsanları aradan qaldırdıqdan sonra, ümumi qaydada kassasiya şikayəti verməlidir.

13. Lakin, hazırki iş üzrə cavabdehin yeni kassasiya şikayəti işə əlavə olunmamışdır.

14. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə 15 aprel 2023-cü il tarixdə qəbzə imza edilməklə, rəsmi təqdim edilmişdir.

15. Cavabdeh işin kassasiya məhkəməsinə göndərilməsinə dair ərizə ilə isə 11 avqust 2023-cü il tarixdə müraciət etmişdir.

16. Bununla da, o, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddəti ötürmüş və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir.

17. Məhkəmə kollegiyası izah edir ki, cavabdehin əvvəllər verdiyi kassasiya şikayəti qanunvericiliyə uyğun olmadığı üçün qeyri-mümkün hesab edildiyindən və geri qaytarıld ığından, Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddətin axımını dayandırmır.

18. Qeyd olunanlara əsasən, iş materiallarına mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş kassasiya şikayəti əlavə edilmədiyinə görə iş icraata qəbul edilə bilməz. Odur ki, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(104)-642/2023 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti mövcud olmadığı üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar