Məhkəmə qərarları › İş №2(102)-3910/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3910/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3910/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12030/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Məzahir Sadıqov) 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 131000 ABŞ dolları və 313210 ABŞ dolları olmaqla, cəmi 444210 ABŞ dollarının qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ”-yə verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ”-nin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi, yəni “131000 ABŞ dolları və 313210 ABŞ dolları olmaqla, cəmi 444210 ABŞ dollarının qətnamənin icra olunduğu günə man at məzənnəsi ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ”-yə verilməsi” hissədə ləğv olunmuş, iddia tələbləri həmin hissədə də rədd edilmişdir. İşin halları: “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə görülmüş işlərin dəyəri qismində ******* ABŞ dollarının, dəymiş zərərin əvəzi qismində 425190 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), habelə 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, şirkətlə cavabdehlər arasında 23 iyun 2013cü ildə imzalanmış razılaşma protokoluna əsasən Rusiya Federasiyasının Yekate rinburq şəhərində inşa olunacaq 4 mərtəbəli ticarət mərkəzinin qranitlə üzlənməsi (dəmir beton qəlib və fasad üzlük) işlərinin icra edilməsi nəzərdə tutulmuş, işin sifarişçisi və sərmayə qoyanı Cavabdeh2, sifarişçinin öhdəliyinin yerinə yetirilməsinə təminatçı (zamin) Cavabdeh1, işləri icra edən podratçı tərəf isə “X1” şirkəti (şirkətin adından Nümayəndə şəxsində) müəyyənləşdirilmiş, razılaşmaya və razılaşmanın ayrılmaz hissəsi olan görüləcək işlər barədə smeta təsnifatına görə podratçı ümumilikdə 3454,13 kvadrat metr sahədə mövcud layihəyə əsasən razılaşmadakı işləri 4 ay müddətində görməyi, sifarişçi həmin işlərin görülməsinə görə bütün vergi və ƏDV xərcləri xaric (həmin xərclər sifarişçiyə aid olmaqla) hər kvadrat metr üçün 420 ABŞ dolları olmaqla 1473750 ABŞ dolları məbləğini podratç ıya ödəməyi öhdəsinə götürmüşdür. Podratçı 9 nəfərdən ibarət işçi heyəti ilə Rusiya Federasiyasının Yekaterinburq şəhərində işə başlamış, lakin müvafiq dövlət qurumları ilə yaranmış problemlərlə əlaqədar işlərin gedişatı onlardan asılı olmayan səbəblərdən yubanmış, 11 ay müddətində sözügedən müqavilədə nəzərdə tutulmuş işlərin 50 faizi icra edilsə də (bu fakt iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdə öz əksini tapmışdır), sifarişçi öhdəliyini yerinə yetirməmiş, podratçıya nə müqavilə üzrə 500000 ABŞ dolları məbləğdə avansı, nə də görülmüş işlərin sonradan tam dəyərini ödəməmiş, 2014-cü ilin yaz aylarında işçi heyəti görülmüş işləri yarımçıq qoyaraq geriyə dönməyə məcbur olmuşlar. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən Cavabdeh2, bu müddət ərzində işçi heyətinə sərf olunan məsrəfl əri (əmək haqqı, gediş-gəliş haqqı, viza haqqı, kirayə haqqı, yemək təminatı), yəni 191000 ABŞ dollarını razılaşma məbləğindən əlavə olaraq Şirkətin qanuni təmsilçisi G.Eminə ödəməyi öhdəsinə götürmüş, həmin məbləğin cüzi hissəsini ödəmiş, təxminən 131000 ABŞ dolları ödənilməmiş məbləğ qalmışdır. Həmçinin, həmin vaxtdan hazıra kimi Şirkətə məxsus 313210 ABŞ dolları dəyərində tikinti-inşaat materialları Cavabdeh2 məxsus anbarda qalmış, tərəflər arasında imzalanmış müvafiq aktla bu hal təsdiq edilmişdir. Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində Şirkətə külli miqdarda zərər dəymiş, onun təqsiri ucbatından Şirkət həm əmlakından, həm də gəlirindən məhrum olmuşdur. Cavabdeh1 isə zamin kimi sifarişçinin öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qər arları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən obyektiv olmamış, işin faktiki hallarına və tərəflər arasında imzalanmış sənədlərə əhəmiyyət verməmiş, iş üzrə mübahisəni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə şirkətin hüquqları pozulmuş və vurulmuş maddi ziyanın və öhdəliklərin icrası zamanı sərf edilmiş vəsaitin iddiaçıya qaytarılması açıq qalmışdır. Mübahisəli iş üzrə tərəflər arasında müqavilə münasibəti mövcud olm uşdur. Ona görə iş üzrə mübahisənin həll edilməsi zamanı müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Tərəflər arasında müqavilə həm şifahi, həm də yazılı formada ola bilər. Tərəflər arasında razılaşmaya baxmayaraq cavabdehlər öz üzrlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və buna görə də Şirkət böyük məbləğdə zərərə düşmüşdür. Sonradan dəfələrlə cavabdehlərdən öz üzərlərinə götürdükləri öhdəlikləri icra edilməsi tələb edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Bakı Apellyasiya Məhkəməsi iddia ərizəsini təmin etməməklə kobud qanun pozuntusuna yol verməklə iddiaçının hüquqlarını pozmuşdur. Tərəflərin izahatları: İddiaçı Şirkətin vəkili Vəkil məhkəməyə teleqram göndərərək xəstə olduğunu, bu səb əbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin qeyd etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh2, Nümayəndə və Cavabdeh1 arasında 23 iyun 2013-cü il tarixdə imzalanmış razılaşma protokolu adlı sənədə əsasən Rusiya Federasiyasının Yekaterinburq şəhərində inşa olunacaq 4 mərtəbəli ticarət mərkəzinin qranitlə üzlənməsi (dəmir-beton qəlib və fasad üzlük) işlərinin icra edilməsi nəzərdə tutulmuş, gərəkli icazələrin alınmasının, tikinti ərazisinin elektrik və su ilə təmin edilməsinin sifarişçinin, layihəni təməlindən başlayaraq tikməyin, fasad işlərinin, damın örtülməsinin, bütün material və işçilərlə təmin edilməsinin isə podratçının vəzifələri olduğu, işin müddətinin avans ödənildiyi gündən 4 ay və 120 gün, razılaşma dəyərinin hər kvadrat metr üçün 420 ABŞ d olları, rəsmi/qeyri rəsmi vergilərin sifarişçiyə aid olduğu göstərilmişdir. Yuxarıda adları çəkilən eyni şəxslər tərəfindən imzalanmış, “Yekaterinburq ticarət mərkəzində görüləcək işlər” adlanan sənədin surətindən görünür ki, görülməsi nəzərdə tutulan işlərin ümumi dəyəri ƏDV istisna olmaqla ******* ABŞ dolları təşkil edir, işə başlamaq üçün işin ümumi dəyərinin 33%-nin avans olaraq sifarişçi tərəfindən podratçıya ödənilməsi tələb olunur. Nümayəndələ Cavabdeh1 imzaladıqları “materialların təhvil-təslim aktı”nda, Cavabdeh1 xahişi və tələbi ilə Nümayəndə, Rusiya Federasiyasının Soçi şəhərindən Cavabdeh2 Yekaterinburq Sulimova-Sovetski qovşağında yerləşən “Baku Plaza” adlı tikilisinə ümumi dəyəri 313210 ABŞ dolları dəyərində mal təhvil vermiş olduğu göstərilmişdir. Cavabdeh1 tərəfindən yazıla raq 01.07.2013-ci il tarixdə onun və Nümayəndə imzaladıqları “zaminlik müqaviləsi” adlanan sənəddən görünür ki, Cavabdeh1, müqavilə ilə “X1” və Cavabdeh2 arasında 23.06.2013-cü il tarixdə bağlanmış podrat müqaviləsi-razılaşma protokolu üzrə görüləcək işlər barədə öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca ödənişlərin həyata keçirilməməsi, gələcəkdə tərəflər arasında podrat müqaviləsi ilə yaranacaq öhdəliyin təmin edilməsi, Cavabdeh2 öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi hallarında Cavabdeh2 ilə birgə “X1” qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Baku-Plaza” adlı ticarət mərkəzinin tikintisinə başlamaq üçün Nümayəndə verdiyi 100000 ABŞ dolları və 914000 rus rublu məbləğində pulun sonuncudan alınaraq qay tarılmasında köməklik göstərilməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizəsi Nərimanov RPİ-nin 18 PB-də araşdırılaraq 23 iyul 2016-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş və iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu Cavabdeh2 izah edilmişdir. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Cavabdeh2 daha sonra Nümayəndə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmiş, həmin iddiasında Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Baku-Plaza” adlı ticarət mərkəzinin tikintisinə başlamaq üçün Nümayəndə vermiş olduğu pulun və bank uçot dərəcəsi ilə hesablanmış faizlərin, habelə Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesablanmış faizlərin özünə ödənilməsini istəmiş, məhkəmənin 23 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək Nümayəndə 100000 ABŞ dolları və 914000 rus rublu əsas borcun, habelə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 13650 ABŞ dollarının və 124761 rus rublunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 30 manat dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə isə Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, sözügedən qətnamə – “Nümayəndə 100000 ABŞ dolları pulun tutulması” hissəsində dəyişdirilərək Nümayəndə Cavabdeh2 xeyrinə 75000 ABŞ dolları pulun ödəniş günü manatın məzənnəsinə uyğun olaraq tutulması qət edilmiş, apellyasiya instansiyasının qətnaməsi kassasiya in stansiyası tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2017-ci il tarixli 2(102)-3565/2017 tarixli qərarına əsasən). Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, sözügedən məhkəmə qərarlarından göründüyü kimi, həmin işdə iddiaçı Şirkətin nümayəndəsi qismində çıxış edən Nümayəndə iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə iddia ərizəsinin dəlilləri ilə eyni olmuş, irəli sürdüyü dəlilləri sübut edə bilməmiş və qarşılıqlı iddia ilə də çıxış etməmiş, məhkəmələr isə sözügedən arqumentlərə münasibət birdirməklə onları əsassız hesab etmişlər; həmin qərarlarla həmçinin, Nümayəndə Cavabdeh2 qarşısında götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyi müəyyən edilmiş və bun a görə də onun Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Baku-Plaza” adlı ticarət mərkəzinin tikintisinə başlamaq üçün Cavabdeh2 aldığı pul vəsaitlərini qaytarmalı olduğu qənaətinə gəlinmişdir. Hazırkı iddia tələbləri mübahisə tərəfləri arasındakı bütün proseslərdə bilavasitə iştirak edən Nümayəndə təmsilçisi olduğu hüququ şəxs adından qaldırılsa da, iddianın əsasları yuxarıda qeyd edilən məhkəmə qərarlarının aid olduğu mülki işdə cavabdeh qismində çıxış edən Nümayəndə iddiaya etirazının və apellyasiya şikayətinin əsasları ilə tamamilə eynilik təşkil etməkdədir. Hazırkı mübahisəyə baxıldığı zaman da iddiaçı şirkətin təmsilçisi qismində çıxış edən Nümayəndə iddia tələbinin əsaslandığı faktiki hallara dair hər hansı sübut təqdim etməmiş, “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” şirkəti ilə C avabdeh2 arasında öhdəlik münasibətlərinin mövcudluğu isə ümumiyyətlə öz təsdiqini tapmamışdır. Əksinə qanuni qüvvədə olan məhkəmə qərarları ilə, Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Baku-Plaza” adlı ticarət mərkəzinin tikintisi ilə əlaqədar müqavilə münasibətlərinin Cavabdeh2 ilə Nümayəndə arasında qurulduğu, onlar arasında bağlanan müqaviləyə əsasən inşaat işlərinin OOO “Stroykom” şirkətinin adı ilə həyata keçiləcəyinin nəzərdə tutulduğu, ticarət mərkəzinin tikintisinin sifarişçisi qismində isə Cavabdeh2 deyil, OOO “İnessa” şirkətinin çıxış etdiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisə ləndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “pre yudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Sadalanan normaya və Plenumun qərarına istinad edərək götürərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nümayəndə təmsilçisi olduğu iddiaçı Şirkət tərəfindən irəli sürülən dəlillərin əlavə olaraq araşdırılmasına ümumiyyətlə zərurət yoxdur; çünki yuxarıda göstərilən məhkəmə aktları ilə Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Baku-Plaza” adlı ticarət mərkəzinin ti kintisi ilə əlaqədar müqavilə münasibətlərinin “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” şirkəti ilə Cavabdeh2 arasında deyil, sonuncu ilə Nümayəndə arasında qurulduğu, həmçinin Nümayəndə bu münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi müəyyən edilmiş, məhz bu səbəblə də onun inşaat işləri üçün Cavabdeh2 aldığı pul vəsaitlərini (həmçinin həmin pula hesablanmış faizləri) qaytarması qət edilmişdir. Qeyd edilənlər isə hazırkı iddianın Cavabdeh2 münasibətdə təmin edilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 məhkəməyə 25.06.2018-ci il tarixdə ərizə təqdim edərək, Cavabdeh2 Nümayəndə borclu olduğu, yəni işçi heyətinin əmək haqqı, müvəqqəti qalma, gediş-gəliş, viza və ərzaq la bağlı xərclərə görə cəmi 131000 ABŞ dollarının və şirkətə məxsus inşaat texnikasına görə 313210 ABŞ dollarının 3 ay müddətində tam ödəniləcəyini öz öhdəsinə götürdüyünü göstərmiş, birinci instansiya məhkəməsi isə həmin ərizəni iddianın qismən etirafı kimi qəbul edərək iddianı Cavabdeh1 münasibətdə və etiraf edilən hissədə təmin etmişdir. Sözügedən etirafı qanuna zidd hesab edən apellyasiya instansiyası məhkəməsi (həmin etirafla bağlı müvafiq qərardad qəbul edilmişdir), bu hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, zaminin məsuliyyətinin yaranma əsasını tənzimləyən Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqavi ləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə qeyd olunan “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə” ifadəsi hüquq normasının hipotezasıdır, yəni hüquq normasının elə hissəsidir ki, normanın tətbiqini şərtləndirir; bu hissə mövcud olmadan norma tətbiq edilə bilməz. Odur ki, zaminin kreditor qarşısında məsuliyyətinin yaranması üçün göstərilən hal mütləq mövcud olmalıdır: borclu kreditorun qarşısında öhdəliyini icra etməməli və ya lazımi qaydada icra etməməlidir. Yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə, “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” şirkəti ilə Cavabdeh2 arasında heç bir müqavilə bağlanmadığı, Cavabdeh2 iddiaçı qarşısın da heç bir öhdəliyinin olmadığı, hazırkı işdə şirkətin təmsilçisi kimi iştirak edən Nümayəndə isə Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Baku-Plaza” adlı ticarət mərkəzinin tikintisi ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək pozduğu, məhz bu səbəblə də onun inşaat işləri üçün Cavabdeh2 aldığı pul vəsaitlərini (həmçinin həmin pula hesablanmış faizləri) qaytarmasının qət edildiyi müəyyən edilmişdir. Başqa sözlə, əsas borclu olduğu irəli sürülən Cavabdeh2 ilə iddiaçı Şirkət arasında heç bir müqavilə bağlanmamış və onun, əsas borclu kimi iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmamışdır. Beləliklə, Mülki Məcəllənin 472.1-ci maddəsində qeyd olunan “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə” məzmunlu hipoteza mövcud o lmadığından həmin maddədəki hüquq normasının tətbiq edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, zamin olduğu bildirilən Cavabdeh1 iddiaçı qarşısında məsuliyyəti yaranmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiy ac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zamin olduğu bildirilən Cavabdeh1 qarşı irəli sürdüyü tələblər yuxarıda qeyd olunan səbəbdən, yəni zaminin məsuliyyətinin yaranması üçün qanunda nəzərdə tutulmuş əsas mövcud olmadığına görə rədd olunmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyasl bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “X1 Sanayi ve Dış Ticaret LTD.ŞTİ” nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12030/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar