Məhkəmə qərarları › İş №2(102)-3910/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3910/2023

01.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3910/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı Cavabdeh, Naftalan şəhər Dövlət Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlikdə növbəlilik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı Cavabdeh və Naftalan şəhər Dövlət Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(104)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X4 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən X9 mülkiyyətində olmuşdur.

2. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 25 fevral 2022-ci il tarixdə ikincili bədxassəli yeni törəmə səbəbindən ölmüşdür.

3. X13 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra onun birinci növbədə vərəsəsi olan X5 anası İddiaçı (bundan sonra “iddiaçı”) mərhumdan miras qalmış əmlakda qızının payının müəyyən edilməsi üçün 1 7 iyun 2022-ci il tarixdə Goranboy rayon notariat ofisinə, mərhumun bacısı Cavabdeh isə (bundan sonra “cavabdeh”) 20 iyul 2022-ci il tarixdə Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, həmin müraciətlər əsasında vərəsəlik işləri açılmışdır.

4. Daha sonra isə ilk olaraq Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

5. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 20 aprel 2010-cu ildə doğulmuşdur. X2, anası İddiaçıdır.

6. Doğum haqqında arayışa əsasən X13 26 oktyabr 1966-cı ildə doğulmuşdur. X3, anası X7r.

7. Doğum haqqında şəhadətnaməyə əsasən X11 11 iyul 1964-cü ildə doğulmuşdur. X26Məmməd oğlu, anası X7r. 8. “Elektron notariat” X1 Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə ölmüş şəxs X9 qanun üzrə vərəsəsi X10 münasibətdə vərəsəlik işi açılmışdır.

9. Vərəsəlik işində olan xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 25 fevral 2022-ci ildə vəfat etmiş X9 vərəsəsi Muradova X17 şəhəri, İ.Həsənzadə küçəsi ev 8, mənzil 37 ünvanda yerləşən mənzildən ibarət miras əmlakdan pay hüququ almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat

10. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizə) ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin adına verilmiş 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Naftalan şəh ər Dövlət Notariat ofisi (bunda sonra “Notariat ofisi”) iddia ərizəsi üzrə əvvəlcə üçüncü şəxs qismində qoyulmuş, sonradan iddiaçının vəsatəti əsasında cavabdeh kimi işə cəlb edilmişdir.

12. İddia tələbi belə əsaslandırılıb ki, mərhum X13 iddiaçının əri olmuş, nikahlarından X15 adlı bir uşaqları var. X13 ilə ayrıldıqdan sonra X iddiaçının yanında yaşamışdır. Hazırda X-in 12 yaşı vardır. 13. ünvan 2 ünvanında yerləşən ev mərhum əri X9 mülkiyyətində olmuşdur. X13 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra hazırda iddiaçının yanında yaşayan X adlı qızı atasının birinci növbədə vərəsəsidir. Buna görə də iddiaçı Goranboy rayon notariat ofisinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında vərəslik işi açılmışdır. Daha sonra iddiaçıya bildirilmişdir ki, uşağın atasından miras qalmış əmlakı n qəbul edilməsi üçün 6 ay müddət gözlənilməlidir. Həmin müddət keçdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə notariat ofisinə yaxınlaşmış, bu zaman məlum olmuşdur ki, X8 qalmış miras ev barəsində Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mərhumun bacısı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh isə şəhadətnamə əsasında evi mülkiyyətinə keçirmişdir. Halbuki Naftalan şəhər dövlət notariat ofisi mərhumun birinci növbədən vərəsələrinin olmasını nəzərə almamışdır. Belə ki, X9 X ilə yanaşı, digər evliliyindən başqa bir övladı da vardır. Qeyd edilən əsaslara görə Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

14. İddiaçı tələbinin hüquqi əsası kimi Mül ki Məcllənin 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1243.1 və 1243.2-ci maddələrinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, mərhum qardaşı X13 onunla birlikdə yaşamış, xəstə olarkən ona qulluq etmişdir. İddiaçı isə mərhum qardaşı ilə ayrıldıqdan sonra azyaşlı uşağını belə qardaşına göstərməmişdir. Həmçinin qardaşı mübahisəli mənzili ona bağışlamaq istəmiş, hətta bu məqsəd ilə notariat ofisinə müraciət etmişlər.Lakin bəzi problemlər yarandığı üçün bağışlamanın həyata keçirilməsi yubanmış və qardaşı öldüyü üçün proseduru başa çatdıra bilməmişlər. Əslində isə qardaşının əsl məqsədi həmin evi ona bağışlamaq olmuşdur. Bundan başqa qardaşına baxdığı və xəstə vaxtı onun qayğısına qaldığı üçün hesab edir ki, ev onun haqqıdır. Bu səbəbdən iddianı n rədd edilməsini xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsində cavabdeh Notariat ofisinin notariusu X16 bildirmişdir ki, Cavabdeh mərhum qardaşı X13 öldükdən sonra vərəsəsi kimi Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, müraciət əsasında vərəsəlik işi başlanmışdır. 22 sentyabr 2022-ci il tarixdə isə ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh ikinci dərəcədən vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu zaman Cavabdeh qardaşı ilə uzun illər birlikdə yaşadığını, onun qayğısına qaldığını və qardaşının ölümündən sonra ondan miras qalmış mənzili idarə etdiyini bildirmişdir. Daha sonra məlum olmuşdur ki, İddiaçı da övladı X5 mərhum X9 birinci növbədə vərəsəsi olduğu üçün Goranboy rayon notariat ofisinə müraciət etmiş və eyni vaxtda həmin ofisdə də vərəsəlik işi açılmışdır. Lakin elektron sistemdə bu barədə heç bir məlumata rast gəlinməmişdir. Bu səbəbdən tərəfindən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən buna hər hansı bir maneənin olduğunu düşünməmişdir.

17. Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2023-ci il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi ilə, iddia təmin edilmişdir və Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. (hakim Ayaz Səlimov)

18. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, 20 aprel 2010-cu il təvəllüdlü X12 mərhum X9 uşağı olmaqla onun birinci növbədə, Cavabdeh isə bacısı olmaqla ikinci növbədə vərəsəsidir. X5 qanuni n ümayəndəsi (anası) notariat ofisinə müraciət etmiş olsa da, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə birinci növbədə vərəsə X5 adına deyil, ikinci növbədə vərəsə Cavabdeh adına verilmişdir. Halbuki Mülki Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının uşağı X12 mirasdan pay almaq hüququndan məhrum olmuşdur. Odur ki, iddia əsaslı hesab edilməlidir.

19. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 3, 29cu, Mülki Məcəllənin 19, 1133, 1151.1, 1159.1.1 1159.2, 1160-cı, “Notariat haqqında” Qanunun 59-cu maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri əsasən ondan ibarət olub ki, iddiaçı mirası qəbul etməmişdir. Miras qoyanın dəfnini cavabdeh həyata keçirib, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edib.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellasiya şikayyəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)

23. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil mərhum X9 mülkiyyətində olmuş, X13 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra onun birinci növbədə vərəsəsi olan X5 anası İddiaçı mərhumdan miras qalmış əmlakda qızının payının müəyyən edilməsi üçün 17 iyun 2022-ci il tarixdə Goranboy rayon notariat ofisinə, mərhumun bacısı Cavabdeh isə 20 iyul 2022-ci il tarixdə Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, həmin müraciətlər əsasında vərəsəlik işləri açılmışdır. Daha sonra isə ilk olaraq Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, 20 aprel 2010-cu il təvəllüdlü X12 mərhum X9 uşağı olmaqla onun birinci növbədə, Cavabdeh isə bacısı olmaqla ikinci növbədə vərəsəsidir. X5 qanuni nümayəndəsi (anası) notariat ofisinə müraciət etmiş olsa da, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə birinci növbədə vərəsə X5 adına deyil, ikinci növbədə vərəsə Cavabdeh adına verilmişdir. Halbuki qanunvericiliyin tələbinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu isə onu deməyə əsas verir ki, Naftalan şəhər dövlət notariat ofisi tərəfindən hazırkı miras əmlakla bağlı 22 sentyabr 2022-ci il t arixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur ki, bununla da iddiaçının uşağı X12 mirasdan pay almaq hüququndan məhrum olmuşdur.

25. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin adına Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbində haqlıdır.

26. Apellyasiya instasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1151.1, 1159.1.1, 1159.2 və 1160-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şik ayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassator şikayəti belə əsaslandırılıb: - Mülki Məcəllənin 1147-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. İşin mübahisəsiz halıdır kı, miras qoyanın yaşayış yeri və miras açıldığı yer Naftalan şəhəridir. Lakin işə baxan məhkəmələr bu faktı nəzərə almamış, vərəsəlik işinin Goranboy Notariat ofisində açılmasının səbəblərini araşdırmamışdır; - v ərsəlik haqqında şəhadətnamə vermiş notarius tərəfindən vərəsəlik işinin açılıbaçılmaması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatlar yoxlanılmış, lakin aşkarlanmamışdır. Buna görə cavabdehə vərəsəlik şəhadətnaməsi verilmişdir. İşə baxan apellyasiya məhkəməsi Goranboy notariat ofisində açılmış vərəsəlik işinin sistemdə niyə görülməməsi səbəblərinə və ya Naftalan notariat ofisinin Notariusu tərəfindən səhlənkarlığa yol verilib-verilməməsinə heç bir hüquqi qiymət verməmişdir; - mirasın açıldığı yer iddiaçıya bəlli olsa da, vərəsəliklə bağlı olaraq nədənsə, Goranboy notariat ofisinə müraciət etmiş, 6 aylıq müddəti ötürmüşdür. Goranboy notariat ofisində açılmış vərəsəlik işi isə özlüyündə şübhə doğrur. Məhkəmə tərəfindən həmin vərəsəlik işi tələb edilib ətraflı öyrənilməmişdir; - Goranboy notariat ofisi tərəfindən vərəsəliklə bağlı iş açılarkən mirasın açılma yeri ilə bağlı sübutlar tələb edilib edilməməsi, əgər mirasın açıldığı yer bəlli olmuşdursa, nəyə görə mirasın açıldığı yer üzə müvafiq notariat ofisinə aidiyyatı üzrə göndərilməməsi səbəbləri məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, Naftalan notariat ofisində vərəsəlik şəhadətnaməsi verilərkən sistemdə heç bir vərəslik işinin olmaması, Goranboy notariat ofisində vərəsəlik işinin açılması barədə çıxarışın məhkəmə baxışı zamanı müəyyən edilməsi həmin çıxarışıın mötəbərliyini sual altına qoyur. Əgər həmin çıxarış mötəbər sayılmazsa, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması üçün heç bir dəlil olmayacaqdır. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud q ərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiy a qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədədir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə ünvan 2 ünvanında yerləşən mənzil mərhum X9 mülkiyyətində olmuş, X13 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra onun birinci növbədə vərəsəsi olan X5 anası İddiaçı mərhumdan miras qalmış əmlakda qızının payının müəyyən edilməsi üçün 17 iyun 2022-ci il tarixdə Goranboy rayon notariat ofisinə, mərhumun bacısı Cavabdeh isə 20 iyul 2022-ci il tarixdə Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, həmin müraciətlər əsasında vərəsəlik işləri açılmışdır. Daha sonra isə ilk olaraq Naftalan şəhər dövlət notariat ofisi tərəfin dən mübahisəli mənzilə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 20 aprel 2010-cu il təvəllüdlü X12 mərhum X9 uşağı olmaqla onun birinci növbədə, Cavabdeh isə bacısı olmaqla ikinci növbədə vərəsəsidir.

37. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 23-26-cı bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı və qanuni sayır.

38. Nəzərə alınsa ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir, belə olan halda, Mülki Məcəllənin 1160-cı maddəsinə görə iddianın təmin edilməsi düzgün olmuşdur.

39. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.

40. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır.

41. Belə ki, mirasın qəbulu ilə bağlı iddiaçının öz övladının adından hər hansı notariat ofisinə müraciət etməsi, onun mirasın qəbulu ilə bağlı iradə ifadəsinin olduğun göstərir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar