Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3913/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi, öhdəliyin icra edilməməsi, müqavilənin şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(103)4181/2024 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və X2 birgə mülkiyyətlərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində 44,6 kv.m. yaşayış sahəsi olmuş və onlarla Cavabdeh MTK arasında bağlanmış 11 iyul 2018-ci il tarixli 105 nömrəli müqavilə ilə MTK qeyd olunan mənzilin yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçilərə yeni binada ümumi sahəsi 127,6 kv.m. ölçüdə eyni - “E” blokunda 10 və11 mərtəbələrdə yerləşən 2 ikiotaqlı (hər biri 63,8 kv.m olmaqla ) 228 və 232 saylı mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MTK mülkiyyətçini yeni tikilən binanın “E” blokunda ümumi sahəsi 127,6 kv.m (onlardan 92,5 kv.m ödənişsiz, digər hissəsi isə ödənişli qaydada hər kv.m görə 1650 manat 3 il ərzində proporsional olaraq ödəməklə) olan 228 saylı və 232 saylı mənzillərlə (hər biri 63,8 k.m olmaqla) təmin etməyi, habelə yeni bina qanunvericiliklə müəyyən olunmuş qaydada istismara verilənədək mülkiyyətçiyə hər ay 600 manat məbləğində kirayə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Müqavilə şərtlərinə əsasən müqavilənin icra müddəti 3 il təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 iyul 2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X3 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və sözügedən müqaviləyə əsasən, həmi n mənzil İddiaçı təhvil verilənədək 2023-cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, İddiaçı və anası X2 birgə mülkiyyətlərində 44,6 kv.m yaşayış sahəsinə malik mənzil olmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli, 173 saylı sərəncamına əsasən, Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən onlara məxsus üç otaqlı, faktiki sahəsi 70 kv.m olan mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış və İddiaçı və X4 ilə 11 iyul 2018-ci il tarixdə bağladığı 105 nömrəli müqavilə ilə yeni bina inşa edərək, yuxarıda qeyd edilən ölçüdə mənzi lin əvəzinə onlara ümumi sahəsi 127,6 kv.m olan eyni blokda, yəni “E” blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 2 ədəd iki otaqlı (hər biri 63,8 kv.m olmaqla) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə görə cavabdeh təmir üçün həmin yaşayış sahəsinin hər kv.m-ə görə 250 manat, ümumilikdə 23.125,0 manat İddiaçı və X3 ödəməli idi. İddiaçı və X4, yeni binada onlara veriləcək olan mənzillərin ümumi sahəsindən, yəni 127,6 kv.m yaşayış sahəsindən onlara ödənişsiz olaraq verilən 92,5 kv.m sahəni çıxdıqdan sonra qalan 35,1 kv.m sahənin hər kv.m üçün 1650 manat məbləğini 3 il ərzində proporsional olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.7-ci bəndinə əsasən belə bir razılığa gəlinmişdir ki, onların şirkətə 3 il ərzində ödəməli olduqları 57.915,0 manatdan şirkətin onlara təmir üçün ödəməli olduğu 23.125,0 manat çıxılsın və onlar 3 il boyunca proporsional olaraq ümumilikdə 34.790,0 manat, aylıq isə 965,00 manatı şirkətə ödəsinlər. Müqavilənin şərtlərinə sadiq qalaraq müqavilədə də qeyd olunduğu kimi ödənişə binanın bünövrəsi qazıldıqdan sonra 20 aprel 2019-cu il tarixdən başlamışlar. Cavabdeh isə, bunun müqabilində yeni bina qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilənədək onlara hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunan müddətdə binanın tikintisini başa çatdırmamış, buna görə də binanın tikintisi daha sonra “Koroğlu Residence” həvalə edilmişdir. Onların Cavabdeh MMC ilə bağladıqları müqavilə “Koroğlu Residence” münasibətdə də qüvvədə qalmışdır. Şirkət sonuncu dəfə 23 yanvar 2023-cü il tarixdə 600 manat kirayə haqqını iddiaçının bank hesabına ödəmiş, 2023-cü ilin fevral ayından etibarən aylıq kirayə haqqını ödəməyi dayandırmışdır. Cavabdeh qeyd etmişdir ki, müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 kv.m yox, 72,5 kv.m-dir və həmin mənzillərin artıq olan hər kv.m-ə görə 1650 manat vəsait ödənilməlidir. Bu isə müqavilə şərtinin pozulmasıdır. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. Ümumilikdə İddiaçı və X4 şirkətə ödəməli olduqları 34.750 manatın 28.026 manatını ödəmiş, 6.724 manat borcları qalmışdır. Şirkə t isə 18 oktyabr 2023-cü il tarixə kimi 8 aydır ki, aylıq ödəməli olduğu 600 manat ödənişi ödəmir və onlara 5.400 manat kirayə haqqı borcu var. Onların isə şirkətə olan borclarından şirkətin onlara olan borcunu çıxdıqdan sonra qalan 1.324 manat borclarını ödəməyə hazırdırlar. Bunun müqabilində şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək binanın tikintisini başa çatdırıb müqavilədə nəzərdə tutulmuş mənzillərdən birini ona təhvil verməli, mənzil qanunvericiliklə müəyyən olunmuş qaydada istismara verilənə qədər isə aylıq 600 manat kirayə haqqını ödəməyə davam etməlidir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(004)981/2024 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia təmin edilmiş, İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 11 iyul 2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X3 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, 11 iyul 2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən, həmin mənzil İddiaçı təhvil verilənədək 2023-cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 kv.m yox, 72,5 kv.m olduğunu bildirməklə, hesab etmişdir ki, həmin mənzillərin 63,8 kv.m-dən artıq olan hər kv.m-ə görə iddiaçı 1650 manat vəsait ödəməlidir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cavabdeh bunu tələb etməklə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozur. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz.
6. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin 3.1.1-ci bəndinə görə şirkət müqavilə bağlandığı gündən bu müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində binanın söküntüsünü və yerində qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihəyə uyğun olaraq 3 ildən artıq olmayan müddətdə yeni binanın tikintisini başa çatdırmağı öhdəsinə götürmüş və artıq 5 il keçməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirməmişdir. Müqavilədə həmçinin, qeyd edilmişdir ki, binanın tikintisi hər hansı səbəbdən müqavilə ilə müəyyən olunmuş 3 ildən artıq müddətdə tamamlanarsa, mənzillər üçün hər hansı ödəniş tələb edilə bilməz. Bu baxımdan 3 illik müddət keçdiyinə görə İddiaçı və X1 hər hansı ödəniş tələb edilə bilməz.
7. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, ümumilikdə İddiaçı və X2 şirkətə ödəməli olduqları 34.750 manatın 28.026 manatını ödəmiş, 6.724 manat borcları qalmışdır. Şirkət isə 18 oktyabr 2023-cü il tarixə kimi 8 aydır ki, aylıq ödəməli ol duğu 600 manat ödənişi ödəmir, İddiaçı və X3 5.400 manat kirayə haqqı borcu var. İddiaçı şirkətə olan borcdan şirkətin onlara olan borcunu çıxdıqdan sonra qalan 1.324 manat borclarını ödəməyə hazır olduqları qeyd etmişdir.
8. Məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh iddiaçıya mənzilin təhvil verilənədək hər ay 600 manat kirayə haqqının ödənilməsinə üzərinə öhdəlik götürmüşdür. Lakin 2023-cü ilin fevral ayından etibarən üzərinə götürmüş öhdəliyini yerinə yetirməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 1.2, 5.3, 16.1, 178.8, 399. 1, 752.1, 752.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 105 saylı 11 iyul 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçiyə məxsus olan 3 otaqlı 70 kv.m (faktiki) ümumi sahəsi olan mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 127,6 ölçüdə eyni bl okda 10 və 11 mərtəbələrdə yerləşən 2 otaqlı (hər biri 63,8 kv.m) olmaqla 228 və 232 saylı mənzilləri təmir etmək öhdəliyi götürmüşdür. Lakin, binanın tikinti layihəsi təsdiqləndiyi zaman, müqavilədə nəzərdə tutulan mənzillərin ümumi sahəsi 63,8 kv.m deyil, 72,5 kv.m olmaları zərurəti yaranmışdır. Bu səbəbdən, Cavabdeh MTK iddiaçı tərəfindən həmin mənzillərin 63,8 kv.mdən artıq olan hər kv.m-nə görə 1650 manat pul vəsaiti ödəməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh MTK tərəfindən müqavilə üzrə nəzərdə tutulan ümumi sahəsi olan mənzillərin iddiaçıya təhvil verilməsi qeyri-mümkündür. Cavabdeh MTK tərəfindən inşa edilmiş binada tərəflər arasında bağlanmış həmin müqavilə ilə nəzərdə tutulan mənzillərin faktiki sahəsi 72,5 kv.m olmuşdur. Lakin, müqavilə üzrə iddiaçıya təhvil verilməli ol an mənzillərin faktiki sahələri 63,8 kv.m olması nəzərdə tutulmuşdur. Həmin mənzillərin müqavilə üzrə nəzərdə tutulan faktiki sahəyə uyğun olmayacaqlarını Cavabdeh MTK əvvəlcədən bilə bilməzdi. Cavabdeh yalnız təsdiq edilmiş tikinti layihəsi üzrə binanın tikintisinin həyata keçirmiş və sözügedən mənzillər əgər 63,8 kv.m ümumi sahə ilə tikilsə idi, binanın strukturuna xələl gətirərdi. Bu səbəbdən, yaranmış fərq, yəni artıq olan hər kv.m-ə görə cavabdeh tərəfindən 1650 manat ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi, müqavilə şəraiti əhəmiyyətli dərəcədə dəyişmişdir. Birinci instansiya məhkəməsi işin hallarına baxmamış, yalnız iddiaçının izahatlarına əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə tərəfindən iddiaçının hər artıq kv.m-ə görə 1650 manat pul vəsaiti ödənilməsi təmin edilməli və h əmin mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməli idi. Bundan başqa, Cavabdeh MTK tərəfindən 600 manat kirayə haqqının hər ay iddiaçıya ödənilməməsi səbəbi odur ki, iddiaçı mənzilin artıq kv.m-nə görə pul vəsaiti ödəməkdən imtina etmiş, bu səbəbdən MTK-nın müqavilə üzrə öhdəliyini icra etməkdə marağı qalmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(103)-4181/2024 nömrəli qətnaməsi ilə (hakim X.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyev və F.Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, öz öhdəliyini icra etməməsi il ə razılaşan cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, yeni inşa edilmiş mənzillərin ümumi sahələrinin müqavilə üzrə verilməli olan mənzillərin ümumi sahələrindən artıqdır, müqavilə şəraiti əhəmiyyətli dərəcədə dəyişmişdir. İddiaçının iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə müqavilədən kənar öhdəliyin qoyulması ilə nəticələnir.
14. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, müqavilənin 4.3-cü bəndindən göründüyü kimi binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. Bu müqavilə şərti tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanarkən nəzərə alınmışdır. Odur ki, müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hazırkı müqaviləyə şamil oluna bilməz.
15. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, yeni inşa edilmiş mənzillərin ümumi sahələrinin müqavilə üzrə verilməli olan mənzillərin ümumi sahələrindən artıq olması halı müqavilə ilə razılaşdırıldığından, hazırkı iddianın təmin edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 324.1, 399.1, 385.1, 386.1, 390.1, 422.1, 425.1, 442, 448.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
17. Cavabdeh MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(103)-4181/2024 nömrəli qətnaməsinin ləğv edilmə si və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 422-ci, Mülki Prosessual Məcəllənin 9, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, Cavabdeh MTK tərəfindən inşa edilmiş binada tərəflər arasında bağlanmış 105 saylı 11 iyul 2018-ci il tarixli müqavilə ilə nəzərdə tutulan mənzillərin faktiki sahəsi 72,5 kv.m olmuşdur. Lakin, müqavilə üzrə iddiaçıya təhvil verilməli olan mənzillərin faktiki sahələri 63,8 kv.m olması nəzərdə tutulmuşdur. Həmin mənzillərin müqavilə üzrə nəzərdə tutulan faktiki sahəyə uyğun olmayacaqlarını Cavabdeh MTK əvvəlcədən biləbilməzdi. Cavabdeh MTK yalnız təsdiq edilmiş tikinti layihəsi üzrə binanın tikintisini hə yata keçirmiş və sözügedən mənzillər əgər 63,8 kv.m ümumi sahə ilə tikilsə idi, binanın strukturuna xələl gətirərdi. Bu səbəbdən, yaranmış fərq, yəni artıq olan hər kv.m-ə görə iddiaçı tərəfindən 1650 manat ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi, müqavilə şəraitin əhəmiyyətli dərəcədə dəyişmişdir. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi prinsipi qorunaraq, iddiaçının hər artıq kv.m-ə görə cavabdehə 1650 manat pul vəsaiti ödənilməsi təmin edilməli və həmin mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməli idi. Cavabdeh tərəfindən 600 manat kirayə haqqının hər ay iddiaçıya ödənilməməsi səbəbi odur ki, iddiaçı mənzilin artıq kv.m-nə görə pul vəsaiti ödəməkdən imtina etmiş, bu səbəbdən MTK-nın müqavilə üzrə öhdəliyini icra etməkdə marağı qalmamışdır.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Bununla belə iddiaçının vəkili Vəkil1 məhkəməyə ərizə verərək göstərmişdir ki, iddiaçı X2 hazırkı iş üzrə cavabdehə qarşı oxşar məzmunlu iddiası üzrə Ali Məhkəmənin 17 oktyabr 2024-cü il tarixli qərarı qəbul edilmişdir. İddiaçı tərəf həmin qərarın nəzərə alınmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mül ki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcəd ə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
28. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyinin icrasından imtinanı tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, yəni iddiaçıya təhvil verilməli olan mənzilin sahəsinin müqavilədə nəzərdə tutulan sahədən artıq olmaqla, iddiaçı tərəfindən fərqin dəyərinin ödəməkdən imtina etməsi ilə əsaslandırır.
29. Lakin, cavab dehin bu dəlili müqavilənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar ləğv edilməsini tənzimləyən Mülki Məcəllənin 422.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir.
30. Belə ki, həmin maddənin ikinci cümləsinə görə şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.
31. Hazırkı işin hallarından isə müəyyən olunur ki, tərəflər 11 iyul 2018-ci il tarixdə müqavilə bağlayarkən iddiaçıya təhvil verilməli olan mənzilin sahəsinin artmasını əvvəlcədən ehtimal etmiş və bu halda cavabdehin iddiaçıdan əlavə sahəyə görə əlavə ödəniş tələb edilə bilməməsini razılaşmışdar (Müqavilənin 4.3-cü bəndi).
32. Beləliklə, məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(103)-4181/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıls