Məhkəmə qərarları › İş №2(102)-3914/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3914/2019

11.06.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3914/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili X2 və cavabdeh “xxxx” ASC vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)1600/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(006)-3976/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh “xxxx” ASC qarşı “aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 8.023,95 manat borcun silinməsi” barədə iddiası təmin edilərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 13 oktyabr 2016-cı il və 02 fevral 2018-ci il tarixli aktların ləğv edilməsi, iddiaçının abunə hesabından 13 oktyabr 2016-cı il və 02 fevral 2018-ci il tarixli aktlara əsasən hesablanmış 8.023,95 manat borcun silinməsinin cavabdeh təşkilata həvalə edilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)1600/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və T.S.Səmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 8.023,95 manat borcun silinməsi” barədə iddia qaldıraraq, cavabdeh təşkilatın əməkdaşları tərəfindən Bakı şəhəri, xxx qəsəbəsi, xxx küçəsi 18 “A” saylı evə dair tərtib edilmiş 13 oktyabr 2016-cı il və 02 fevral 2018-ci il tarixli aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 8.023,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Cəfər Cəfərli kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh “xxxx” ASC vəkili Cavid Alıyev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul e dərkən, abonent kodu mərhum atası Alim Əzizovun qeydiyyatdan keçdiyinə görə iddiaçının hazırki iddia tələblərini qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına, cavabdeh təşkilat tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüququnun pozulmamasına, cavabdeh təşkilatın bu pozuntunu edib-etməməsinin mülki iş materialları ilə təsdiq edilməməsinə, müvafiq subyektiv hüquqa malik olmadığı üçün iddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac qalmamasına, belə yanaşmanın prosessual qənaət prinsipinin tələblərinə uyğun olmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, iddiaçı Bakı şəhəri, xxx, xxx küçəsi, 18 “A” saylı evdə yaşayır, 16 dekabr 2008-ci ildən həmin evdə daimi qeydiyyatdadır. Evə xidmət göstərən sayğacın **********A0001 saylı abonent kodu iddiaçının atası Alim Əzizovun adına qeydiyyatdan keçib və sonuncu 26 oktyabr 2013-cü ildə ölüb. 13 oktyabr 2016-cı il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən evdə elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq sayğaca baxış keçirilərkən müəyyən olunub ki, elektron sayğac işləmir və sayğacın elektron tablosu oxunmur və b u barədə cavabdeh təşkilatın əməkdaşları Rəfail Mirzəliyev, Rauf İsrafilov və məişət abonenti A.Əzizovun iştirakları ilə 044496 saylı aktı tərtib edilib. Eləcə də 02 fevral 2018-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən evdə elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq sayğaca baxış keçirilərkən müəyyən olunub ki, sayğacın elektron tablosuna məqsədyönlü müdaxilə edilib və bu barədə cavabdeh təşkilatın əməkdaşları D.Əliyev, İ.Dadaşov, E.Əliyev və məişət abonenti İddiaçı iştirakları ilə 079187 saylı aktı tərtib edilib. Daha sonra işə əlavə edilmiş cavabdeh təşkilatın arayışına görə 15 yanvar 2018-ci il tarixə məişət abonentinin elektrik enerjinin sərfiyyatı üzrə cavabdeh təşkilata 8023.95 manat borcu vardır. Belə ki, məişət abonentinə sayğac oxunması üzrə 5.641,74 m anat, aktlar üzrə 2.814,21 manat borc hesablanmışdır. Bundan da 507 manat ödənilib, qalıq borcu isə 7.948,95 manat təşkil edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bir sıra prosessual pozuntulara yol verib. Belə ki, 28 yanvar 2019-cu il tarixdə keçirilən məhkəmə iclasının protokolu məhkəmə iclasına sədrlik edən hakim Etibar Nəbiyev tərəfindən imzalanmayıb. Halbuki, MPM-nin 272.7-ci maddəsinin tələbinə görə, protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. Həmin Məcəllənin 272.8-ci maddəsində göstərilir ki, protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya i şə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 418.4.4-cü maddəsində göstərilir ki, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddiaçının 16 dekabr 2008-ci il tarixdən daimi qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, xxx, xxx küçəsi, 18 “A” saylı evin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, iddiaçının, məişət abonenti olmuş, 26 oktyabr 2013-cü ildə ölmüş Alim Əzizovun ailə üzvü sayılmasını, sonuncunun ölümündən sonrada onun fasiləsiz və etirazsız olaraq həmin evdə yaşamasını, cavabdeh t əşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 02 fevral 2018-ci il tarixli aktda məhz iddiaçının məişət abonenti kimi göstərilməsini və aktın onun iştirakı ilə tərtib edilməsini və beləliklə də iddiaçının özünün də elektrik enerjisindən istifadə edən istehlakçı sayılmasını nəzərə almadan, yalnız işin formal tərəfinə, yəni evə xidmət göstərən sayğacın **********A0001 saylı abonent kodunun iddiaçının deyil, atası Alim Əzizovun adına qeydiyyatdan keçməsinə əsaslanaraq, onun hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinin 7-ci hissəsinə görə, xüsusi yaşayış evlərində məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı da məişət ab onenti (əhali) sayılır. Həmin “Qaydalar”ın 1.1-ci bəndinin 4-cü hissəsində göstərilir ki, elektrik enerjisi istehlakçısı- müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və fiziki şəxslərdir. Həmin “Qaydalar”ın 1.1-ci bəndinin 5-ci hissəsinə görə, abonent (əsas istehlakçı)elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizat müəssisəsi ilə bağlayan istehlakçı hesab olunur. Həmin “Qaydalar”ın 8.15-ci bəndinə görə, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Eələcə də Mülki Məcəllənin 1159.1, 1159.1.1- ci maddələrinin mənasına görə, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, abonentlə (əsas istehlakçı) yanaşı, onun ailə üzvləri sayılan məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıların da ödəmə sənədindəki səhvlə və ya sayğacların göstərişlərində aşkar edilmiş anlaşılmazlıqlarla bağlı enerji təchizatı müəssisəsinə yazılı müraciət etmək və ya bu barədə məhkəmədə mübahisə qaldırmaq hüququnun olmasına, qəbul edilmiş mirasın onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılmasına diqqət yetirmədən, bu barədə heç bir araşdırma aparmadan, iddiaçının yaşadığı evə verilən elektrik enerjisinə görə alqı-satqı müqaviləsinin bilavasitə kiminlə bağlanmasını araşdırmadan, zərurət yarandığı halda bu barədə olan sənədləri məhkəməyə təqdim etməyi cavabdeh təşkilata təklif etmədən, həmin müqavilənin surətini əldə edib onun şərtlərini işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, cavabdeh təşkilat tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüququnun pozulmaması və həmin təşkilatın bu pozuntunu edib-etməməsinin mülki iş materialları ilə təsdiq edilməməsi barədə səhv nəticəyə gəlmiş və bununla da MPM-nin 77.3, 88, 218.1-ci maddələrinin tələblərini pozmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhk əməsi cavabdeh təşkilatın əməkdaşları tərəfindən 13 oktyabr 2016-cı il tarixli aktın 26 oktyabr 2013-cü il tarixdə ölmüş məişət abonenti A.Əzizovun, eləcə də 02 fevral 2018-ci il tarixli aktın bilavasitə iddiaçının iştirakı ilə tərtib edilməsinə diqqət yetirməmiş və hər iki akiın tərtibi zamanı “Qaydalar”ın 8.33-cü bəndinin tələblərinin pozulmasına və həmin aktların “Qaydalar”ın tələblərinə cavab verməməsinə əhəmiyyət verməmişdir. Qeyd olunan bəndin mənasına görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər h al şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa apellyasiya instansiyası məhkəməsi yalnız işdə maraqlı olan cavabdeh təşkilatın arayışına əsaslanaraq məişət abonentinin 15 yanvar 2018-ci il tarixə elektrik enerjinin sərfiyyatına görə cavabdeh təşkilata 8023.95 manat borcunun olduğunu, ondan da 5.641,74 manatının sayğacın oxunmasının, 2.814,21 manatnın aktlar üzrə hesablanmasını, borcun 507 manatının ödənildiyini, 7.948,95 manatnın isə ödənilməmiş qaldığını göstərsə də, gəldiyi nəticəni mötə bər yazılı sübutlarla əsaslandırmamış, borcun yaranma səbəblərini, hesablanma qaydasını və sair araşıdırmamış, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, cavabdeh təşkilatın bu barədə məhkəməyə təqdim etdiyi sübutlara obyektiv hüquqi qiymət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsi ndə onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Göründüyü kimi elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə iddiaçı barəsində cavabdeh təşkilat yenidən hesablama apardığı halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin borcu mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmamasını qeyd edib iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəm əsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1600/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar