Məhkəmə qərarları › İş №2(102)-3915/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3915/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3915/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-163/20234 nömrəli, 31 iyul 20 24-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında 5 dekabr 2004-cü il tarixdə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS-500” minik markalı avtomobil X1 məxsusdur. 2. **-BE-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” yük markalı avtomobil Cavabdeh2 məxsusdur. 3. "xxxx" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 4. 28.09.2020-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 **-BE-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” yük markalı avtomobili 30 il müddətinə idarə etməyi Cavabdeh1 etibar etmişdir. İş üzrə qəbul edilmiş m əhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı və ya ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 136.556,73 manat məbləğində vəsaitin, 426,56 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus-LS-500” markalı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan **-BE-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsi ilə ASC tərəfindən “Avtonəqliyy at vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Lexus-LS-500” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. TP-3731002 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən **-BE-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı ASC-yə müraciət edilmişdir. "xxxx" markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 141.653,20 manat məbləğində müəyyən edilmişdir. ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azad olma çıxılmaqla 19.015,60 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına, 122.637,60 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC-də mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, 4996,47 manat sığorta ödənişi ASC-yə ödənilmişdir. xx.xx.2021-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Beləliklə "xxxx" markalı avtonəqliyyat vasitəsinin təmiri üçün ASC tərəfindən ödənilmiş 136.556,73 manat məbləğində vəsait cavabdehlər tərəfindən geri qaytarılmalıdır.

3. Cavabdeh1 vəkili Nümayəndə2 iddia tələbinə qarşı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, polis orqanı tərəfindən verilmiş arayışa əsasən "xxxx" markalı avtonəqliyyat vasitəsinin qabaq kapot, qabaq panel, qabaq buffer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı, qabaq işıqlar əzilmişdir. Polis tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci ildə verdiyi arayışda da həmin avtomobilin qabaq kapot, qabaq panel, qabaq buffer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı, qabaq işıqlarının əzilməsi qeyd olunmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerinə gələrək, yol nəqliyyat hadisəsi törətmiş sürücülərin iştirakı ilə Qəbələ RPŞ DYPB YPX-nin əməkdaşları tərəfindən tərtib edilmiş, hər iki tərəfin imzaladığı sənədlərdə (hadisə yerinin müayinəsi, sxemi və s.) də arayışlarda göstərilən faktlar öz əksini tapmışdır. Lakin həmin avtomobilə vurulan ziyan müəyyənləşdirilərkən ilkin sənədlərə istinad olunmamışdır. Yalnız "xxxx" MMC-nin və "xxxx" MMC-nin t ərtib etdiyi sənədlərə istinad edilmişdir. Hansı ki, həmin sənədlərin tərtib olunmasında tərəflər, Cavabdeh1 iştirak etməmişlər. İddiaçı tərəf iddia ərizəsində göstərir ki, “Lexus LS-500” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 141.653,20 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, həmin avtomobilə vurulmuş ziyan yolnəqliyyat hadisəsindən 9 ay sonra tərtib edilmiş hesabatla müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli rəylərində Qəbələ rayon X3 Patrul Xidməti tərəfindən tərtib edilmiş 2020-ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzə rə alınmaqla 2018-ci il buraxılışlı "xxxx" markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti-15.206 manat; təmir-bərpa işlərinin qiyməti-1700 manat olması müəyyən edilmişdir. İddia tələbinin həmin hissədə təmin edilməsi, qalan hissədə isə rədd edilməsini xahiş olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, № 9/1377 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Qəbələ RPŞ-İ DYPB-si YPX-İ tərəfindən tərtib edilmiş 2020-ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Lexus LS-500” markalı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 18200 manat müəyyən edilir.

5. Təkrar təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, № 9/5510-8/2098 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, 2020-ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Lexus LS-500” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18200,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/1377 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi təsdiq olunub. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -- 16500,0 manat; Təmir- bərpa işlərinin qiyməti 1700,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə f aizi tətbiq edilməklə: Dəyişilməli hissələrin qiyməti - 15206,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1700,0 manat.

2. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "xxxx" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 119650,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/1377 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi təsdiq olunur. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 103540,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 16110,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə: Dəyişilməli hissələrin qiyməti - 95422,0 manat; Təmirbərpa işlərinin qiyməti - 16110,0 manat.

6. Qəbələ Rayon Məhkəməsinin 2(025)-118/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 111.532 manat sığorta ödənişi məbləği və 401,53 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur.

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində “Lexus LS-500” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 141.553,20 manat həcmində iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı Azərba ycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq məhkəmə əmtəəşünaslıq ekspertizası və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş hər iki ekspert rəyləri ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Lexus LS-500” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti-95.422 manat; təmir-bərpa işlərinin qiyməti- 16.110 manat müəyyən edilmi şdir. Buna əsasən məhkəmə, ekspetiza rəyi ilə müəyyən edilmiş məbləğin tam, yəni 111.532 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edib.

8. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissədə qeyd etmişdir ki, Cavabdeh2 "xxxx" yük markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmış, avtomobili satarkən avtomobillə bağlı bütün səlahiyyətləri Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 "xxxx" yük markalı avtomobili öz adına keçirməmişdir. Göründüyü kimi, "xxxx" yük markalı avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl faktiki olaraq Cavabdeh2 sahibliyindən çıxmış və Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur ki, onun qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, Cavabdeh1 vurduğu zərər üçün Cava bdeh2 məsuliyyət daşımalı deyil.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1097.1, 1108.1, 1108.2-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə qanunvericiliyin tələbinə əsasən dəymiş zərər məbləği müəyyən edilərək zərərçəkənə tərtib olunmuş zərər aktında qeyd olunan zərər məbləğinin ödənilməsi təklif edilmiş, lakin zərərçəkən təqdim olu nan zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmiş və təmir olunmuşdur. Təmir mərkəzi tərəfindən təqdim olunmuş elektron qaimədə göstərilmiş təmir xərcləri köçürülmə vasitəsi ilə ödənilmişdir. Cavabdeh tərəfindən vurulmuş zərər iddiaçı tərəfindən tam həcmdə qarşılanmış və nəqliyyat vasitəsi hadisədən öncəki vəziyyətinə qaytarılmışdır. Zərərçəkmiş nəqliyyat vasitəsinin tam həcmdə hadisədən əvvəlki vəziyyətə qaytarılması üçün ümumilikdə iddiaçı tərəfindən 141.653,20 manat xərc çəkilmişdir. Bununla da qanunvericiliklə iddiaçının üzərinə qoyulmuş öhdəliyin icrası tam həcmdə həyata keçirilmişdir. Ekspertizanın verdiyi rəydə dəyişdirilmiş ehtiyat hissələrinin ƏDV-li dəyərinə münasibət bildirilməmişdir. Rəydə yalnız dəyişdirilmiş ehtiyyat hissələrinin ƏDV-si z dəyərinə köhnəlmə tətbiq edilmişdir. Tətbiq olunmuş köhnəlmə isə tamamilə qanuna ziddir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 35-ci maddəsinə əsasən, aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: avtomobilin tam məhvi; avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Göründüyü kimi, qaydalara əsasən nəqliyyat vasitəsinin istismar müddəti 2 ildən az olduqda nəqliyyat vasitəsinə köhnəlmə tətbiq oluna bilməz. Ekspertin qiymət verdiyi və köhnəlmə tətbiq olunan hissə yalnız dəyişdirilmiş ehtiyyat hissələrinin ƏDV-siz dəyəridir. Rəydə ƏDV-li dəyə r heç bir yerdə göstərilməmiş, məhkəmə isə buna nəzər yetirməmiş və yekun məhkəmə aktı çıxardıqda bu halları nəzərə almamışdır. Bununla da yalnız ƏDV hissəsində ödənilmiş, ümumilikdə 21.608 manat məbləğ nəzərə alınmamaqla iddiaçının hüquqları kobud surətdə pozmuşdur. Ekspertiza rəyi həmçinin natamam, dəqiq olmayan, yalnız mülahizələrdən ibarətdir. Belə ki, Məhkəmə ekspertizasının rəyinin "tədqiqatın nəticələri hissəsi"ndə qeyd olunmuşdur ki, "Nəzəri hesablama yolu ilə iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən" köhnəlmə tətbiq edilməklə qiymət çıxarmışdır. Beləliklə, ekspert rəyində rəyin dəqiq olmadığını, nəzəri hesablama ilə, təxmini bir qiymət çıxardığını qeyd etmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Cavabdeh a pellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ödənilmiş 141.653,20 manat sığorta ödənişinin 4996,47 manat hissəsi təqsirli tərəfin icbari sığortası əsasında iddiaçı tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı onun tərəfindən ödənilmiş 135.556,73 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh həmin məbləğlə razılaşmır və bildirir ki, sığorta hadisəsi baş verən zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən sığortalı avtomobilə vurulmuş ziyan barədə arayış tərtib edilmiş və müəyyən olunmuşdur ki, avtomobilin qabaq kapot, qabaq panel, qabaq bufer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı və qabaq işıqları zədələnmişdir. Həmin arayış əsasında aparılmış tədqiqat nəticəsində ekspert rəyinə əsasən müəyyən olunub ki, avtomobilə ümümilikdə 18.200 manat ziyan vurulub və o, bu ziyanı ödəməyə etiraz etmir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cavadova (sədrlik edən və məruzəçi), Ə.Kərimov və T.Həsənov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 134.361 (yüz otuz dörd min üç yüz almış bir) manat məbləğində pul tutularaq ASC-yə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin dəlili müzakirə olunan hissədə əsassızdır. Belə ki, sığorta hadisəsi zamanı avtomobildə gözlə görülə və ya yol patrul x idmətinin əməkdaşları tərəfindən müəyyən edilə bilməyən zədələrin olması istisna edilmir. Birinci instansiya məhkəməsində işə baxılarkən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında qoyulan suallardan biri bu olmuşdur: DYP orqanı tərəfindən təqdim edilmiş arayışda göstərilən zərər dəymiş ehtiyyat hissələrinə münasibətdə gözlə görülməyən, sonradan müəyyən edilə bilən zərərlərin olması mümkündürmü? Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd olunan suala cavab olaraq qeyd edilmişdir ki, xarici deformasiya nəticəsində nəqliyyat vasitələrinin daxili detallarında zədələrin yaranması mümkündür. Foto görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin d əyişilməli və yaxud təmirə ehtiyacı olması haqqında ekspert tərfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, nəqliyyat vasitəsinin foto görüntülərindən kənarda olan sahələrində də zədə ola bilər.

16. Cavabdehin digər dəlili olan “ekspertiza tədqiqatları xarici dildə hazırlanmış hesabatlar əsasında aparılmış və zədələnmiş ehtiyyat hissələrinin adı ona aydın deyil” münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu dəlilinin araşdırılması üçün apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertə azərbaycan dilində tərtib edilmiş hesabat təqdim edilmişdir.

17. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd olunmuş “avtoehtiyyat hissələrinə köhnəlmə faizini tətbiq etməklə rayon məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir” dəl ilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının bu dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35-ci maddəsinə əsasən, avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi sığorta ödənişi verilərkən köhnəlmə əmsalının tətbiq olunmamasına əsas verir.

18. Kollegiya iddiaçının digər “birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ƏDV kimi ödədiyi məbləğləri nəzərə almamışdır” dəlilinə münasibətdə qeyd etmişdir ki, sığortalı avtomobilə vurulmuş ziyanın məbləğini müəyyən edən, azərbaycan dilində tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabatda avtomobilə vurulmuş ziyanın məbləğinin ƏDV-siz 141.653,20 manat olduğu müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir, həmin hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Cavabdeh2 “KAMAZ 5511” yük markalı avtomobilini 30 il müddətinə idarə etməyi Cavabdeh1 etibar etmiş və avtomobil onun sahibliyindən qanunsuz şəkildə çıxmamışdır.

20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1108.2-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:

21. Cavabdeh1 (vəkili Nümayəndə2) qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, MPM-in 11-ci maddəsinin tələblərinə görə, müki işlər üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində- Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparıla bilər. Həmin Məcəllənin 11.3-cü maddəsinə görə, məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Lakin məhkəmə cavabdeh tərəf olaraq onlara məhkəmə sənədlərini, sübutları Azərbaycan dilində verməmişdir. Həmçinin, məhkəmə əmtəəşunaslıq ekspertizasının verdiyi rəydə ekspertin tədqiq etdiyi sənədlər Azərbaycan dilində yazılm amışdır. Bu da onun sübutlarla bağlı obyektiv fikirləri bildirməyə imkan verməmişdir.

23. Cavabdeh həmçinin qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə törədilmiş yolnəqliyyat hadisəsinə görə Cavabdeh1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq, o 60 manat cərimə edilmişdir. İnzibati işə baxılan zaman heç bir mülki iddia olmamış, vurulmuş zərərlə bağlı məsələ qaldırılmamış və bu məsələyə baxılmamışdır. Həmçinin, ekspert terefinden məhkəmə qərardadında göstərilən suallara tam cavab verilməmişdir. Məhkəmənin sübut kimi istinad etdiyi xx.xx.2024-cü il tarixli, 9/1513 nömrəli ekspert rəyi iş materiallarına uyğun deyildir. Belə ki, ekspert tərəfindən məhkəmə qərardadı ilə ona qoyulan suallara tam cavab verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Maddə 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığ ortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

28. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək t əhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öh dəsinə qoyulur.

31. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlilləri ətrafında araşdırma aparmış, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş və toplanmış sübutlara müfəssəl hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

44. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sığorta hadisəsi zamanı avtomobildə gözlə görülə və ya yol patrul xidmətinin əməkdaşları tərəfindən müəyyən edilə bilməyən zədələrin olması istisna edilmir. Birinci instansiya məhkəməsində işə baxılarkən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında qoyulan suallardan biri bu olmuşdur: DYP orqanı tərəfindən təqdim edilmiş arayışda göstərilən zərər dəymiş ehtiyyat hissələrinə münasibətdə gözlə görülməyən, sonradan müəyyən edilə bilən zərərlərin olması mümkündürmü? Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd olunan suala cavab olaraq qeyd edilmişdir ki, xarici deformasiya nəticəsində nəqliyyat vasitələrinin daxili detallarında zədələrin yaranması mümkündür. Foto görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyacı olması haqqında ekspert tərfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, nəqliyyat vasitəsinin foto görüntülərindən kənarda olan sahələrində də zədə ola bilər. Cavabdehin digər dəlili olan “ekspe rtiza tədqiqatları xarici dildə hazırlanmış hesabatlar əsasında aparılmış və zədələnmiş ehtiyyat hissələrinin adı ona aydın deyil” münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu dəlilinin araşdırılması üçün apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertə azərbaycan dilində tərtib edilmiş hesabat təqdim edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd olunmuş “avtoehtiyyat hissələrinə köhnəlmə faizini tətbiq etməklə rayon məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir” dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının bu dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitə lərinin tam sığortası üzrə sığorta qaydaları”nın 35-ci maddəsinə əsasən, avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi sığorta ödənişi verilərkən köhnəlmə əmsalının tətbiq olunmamasına əsas verir.

45. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddia tələbinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, toplanmış və tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir.

46. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və iş üzrə verilən ekspert rəylərini əsas götürülməklə apellyasiya şikayətləri qismən təmin edilmişdir. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı iş materialları əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlə dən cavabdeh iddiaçıya vurulmuş ziyanın daha aşağı olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyi və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində sübutları qiymətləndirib, iddianı qismən təmin etməklə prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını ta m, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(107)163/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar