Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3917/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “15 mart 2023-cü il tarixli alğısatqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 8 aprel tarixli 2 (106)-424/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 ilə İddiaçı nikahda olduğu müddətdə Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi əldə olunmuş və həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixdə qeydiyyata alınaraq, reyestrdən RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
2. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı nikahı pozulmuşdur.
3. Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ona məxsus torpaq sahəsini Masallı rayon regional “ASAN Xidmət” n otariat ofisində təsdiqlənmiş AN-İ ******* nömrəli, xx.xx.2023-cü il alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 2000 (iki min) manata satmışdır. Müqaviləni İddiaçı əvəzinə nümayəndəsi X1 imza etmişdir. Qeyd olunan torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayon regional “ASAN Xidmət” notariat ofisində 15 mart 2023-cü il tarixdə cavabdehlər arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
5. Masallı Rayon Məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli 2(050)-2782/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi təmin edilməmişdir.
6. İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2024-cü il 8 aprel tarixli 2(106)-424/2024 nömrəli qətnaməsi ilə (hakimlər - Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə daha dolğun, tam, hərtərəfli və düzgün araşdırma aparılması baxımından işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2(102)-3917/2024 nömrəli qərardadı ilə kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayətli mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasə n, 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və qərardadlardan mülki iş üzrə tərəflər, tələblərinin təmin olunmadığı hallarda şikayət verə bilərlər. Lakin baxılan mülki işdən görünür ki, iddianın təmin olunmadığı halda, cavabdeh kassasiya şikayəti vermişdir. Halbuki, cavabdehin maraqlarına və mənafeyinə toxunan tələblərinin təmin olunmadığı bir hal yoxdur. Odur ki, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.
11. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 1
2. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli Qərardadına müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir. 13.MPM-ə uyğun olaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2). 14.Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). 15.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2(102)-3917/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın və Şirvan Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 8 aprel tarixli 2(106)-424/2024 nömrəli qətnaməsindən verilən kassasiya şikayətinin geri qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.