Məhkəmə qərarları › İş №2(102)-392/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-392/2022

02.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-392/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin vəkili Rəsulova Aysel Ələddin qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6032/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında 16.12.2009cu il tarixli, 01 saylı; 19.07.2010-cu il tarixli, 03 saylı və 30.12.2014-cü il tarixli, 04 saylı kredit müqavilələri bağlanmışdır.

2. İddiaçı həmin əqdlərin etibarsız sayılmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsinin, 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsinin və 30.12.2014-cü il tarixli İKM 04 saylı kredit müqaviləsinin etibarsız sayılması və həmin müqavilələrin Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 yaxın dostluq münasibətləri olmuş, onunla bir neçə dəfə şərikli iş görmüş, ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Müəyyən müddətdən sonra onunla ortaqlıqları sona çatmış və o, pambıqçılıq, taxılçılıq, maldarlıq təsərrüfatı ilə məşğul olmağa başlamışdır. Bir gün cavabdeh ona təsərrüfatını genişləndirmək üçün maddi dəstəyə ehtiyacı olduğunu, özünün bankda vaxtilə prinsipdən gecikməsi olması səbəbindən kredit götürə bilmədiyini, iddiaçıdan adına kredit götürüb ona verməyini, heç bir problem olmayacağını, lazım gələrsə, təsərrüfatının köməkliyi ilə kre dit borcunu bağlayacağını söyləmişdir. İddiaçı aralarındakı münasibətə və onun göz qabağında olan təsərrüfatına etibar edib ona kredit götürməyə razılıq vermişdir. Bilirmiş ki, onun Beyləqan rayonunda 100 hektardan artıq ərazisi, maldarlığı, qoyunçuluğu, taxılçılığı var idi. O, Cavabdeh1 ASCdə tanışlarının olduğunu, onlarla razılaşdığını, bütün işləri özü görəcəyini, sadəcə müqavilənin formal şəkildə iddiaçının adına olacağını söylədi. Onunla bir neçə dəfə Cavabdeh1 ASC-də olmuş, cavabdeh orada kredit şöbəsindəki tanıdığı əməkdaşlarla danışıqlar aparmışdır. Nəticədə cavabdeh bankla razılıq əldə etmiş, cavabdehin Cavabdeh1 ASC-də işləyən xalası oğlu ona çox dəstək olmuşdur. Nəticədə ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında 16.12.2009-cu il tarixli 01 saylı kredit müqaviləsi bağlan mış, müqaviləyə əsasən, 24 ay müddətinə illik 22 faizlə 150000 manat kredit məbləği ayrılmışdır. İddiaçı müqavilənin mahiyyətindən, ayrılan kreditin məbləğindən və faiz dərəcəsindən ümumiyyətlə məlumatsız olmuşdur. İddiaçı onların səmimiyyətinə tamamilə inanmış, müqavilə bağlandıqdan sonra Turan vaxtında ödənişləri edirmiş, iddiaçı da ona arxayın olub bankla maraqlanmamışdır. Daha sonra 2010-cu ildə Turan iddiaçıya demişdir ki, ev almaq istəyir, bunun üçün bankdan yenə kredit götürmək lazımdır. Evi aldıqdan sonra girov qoyub atasının adına kredit götürüb həm əvvəlki krediti, həm də ikinci kreditin borcunu bağlayacaqdır. İddiaçı da kredit məsələsinin öz həllini tapacağına inanıb razılıq vermişdir. Bankla aralarında 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsi bağlanmış və iddiaçıya 24 ay müddətinə illik 15 faizlə 40000 manat məbləğində kredit ayrılmışdır. Sonradan bankla aralarında 30.12.2014-cü il tarixli İKM04 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtləri ümumiyyətlə iddiaçıya aydın deyildi. Cavabdeh Turan iddiaçını aldatmış, kredit müqavilələrini iddiaçının adına rəsmiləşdirməklə külli miqdarda pulları mənimsəmişdir. İddiaçının hüquqi savadı olmadığından bunları anlamamış, onlara etibar edib inanmışdır. Sözügedən kredit müqavilələri vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlərdir, həmin müqavilələr etibarsız sayılmalıdır.

5. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 29 mart 2021-ci il tarixli, 2(008)-1029/2021 n ömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC ilə bağladığı 16.12.2009-cu il tarixli, 19.07.2010-cu il tarixli və 30.12.2014-cü il tarixli kredit müqavilələrini imza etdiyini bildirsə də, müqavilənin formal olaraq onun adına bağlandığını, əslində kredit müqaviləsi üzrə öhdəliyi Cavabdeh2 tərəfindən yerinə yetiriləcəyinə inandığını, cavabdehlər tərəfindən aldadıldığını bildirsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kredit müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı şüurlu səviyyədə qeyd edilən müqavilələri imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbb üskar olmuşdur. Mübahisələndirilən müqavilələr yazılı şəkildə tərtib olunmuşdur. Müqavilələrinin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 23 iyun 2021-ci il tarixli, 2(103)-6032/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1029/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmələr qeyd etmişlər ki, İddiaçı "xxxx" ASC ilə bağladığı 16.12.2009-cu il tarixli, 19.07.2010-cu il tarixli və 30.12.2014-cü il tarixli kredit müqavi lələrinə imza etdiyini bildirsə də, müqavilənin formal olaraq onun adına bağlandığını, əslində kredit müqaviləsi üzrə öhdəliyi Cavabdeh2 tərəfindən yerinə yetiriləcəyinə inandığını, cavabdehlər tərəfindən aldadıldığını bildirsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kredit müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İddiaçı şüurlu şəkildə qeyd edilən müqavilələri imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskar olmuşdur. Mübahisələndirilən müqavilələr yazılı şəkildə tərtib olunmuşdur. Müqavilələrinin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz i mzaları ilə təsdiq etmişlər.

23. Apellyasiya məhkəməsi vurğulamışdır ki, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricdən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab ed ilir. Hazırkı işdə iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

25. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların d əlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6032/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar