Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3922/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): uydurma əqd, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi və Dadaşbəyov Nazim Tofiq oğlu cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin tətbiqi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(103)-4358/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə “03” dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Dadaşbəyova (Süleymanlı) Nigar Tofiq qızı xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar və hazırda ər-arvaddırlar.
2. İşdəki sənədlərdən görünür ki, mübahisəli **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobil xx.xx.2017-ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmış, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə atası Dadaşbəyov Tofiq İsmayıloviç arasında həmin avtomobilin alqı-satqısı barədə müqavilə bağlanmışdır.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, xx.xx.2018-ci il tarixdə Dadaşbəyov Tofiq İsmayıloviç tərəfindən Cavabdeh **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobilə sərəncam vermək hüququ verən etibarnamə, xx.xx.2019-cu il tarixdə isə idarə etmək hüququ verən etibarnamə verilmişdir.
4. Dadaşbəyov Tofiq İsmayıloviç xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mübahisəli avtomobil Dadaşbəyov Tofiq İsmayıloviçin miras kütləsinə daxil olmaqla, miras onun qanun üzrə vərəsələri, iş üzrə üçüncü şəxs qismində cəlb edimiş Dadaşbəyov Nazim Tofiq oğlu (oğlu) və Cavabdeh tərəfindən notariat qaydasında ərizə verilməklə qəbul edilmişdir.
5. İşdəki mediasiya mərhələsində bağlanmış barışıq sazişindən görünür ki, cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş “Seat İbiza” minik markalı avtomobili iddiaçının xəbəri, razılığı və iradə ifadəsi olmadan formal xarakter daşıyan alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirdiyini, bu əqdin etibarsız olduğunu etiraf və təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə Dadaşbəyov Tofiq İsmayıloviç arasında xx.xx.2018-ci il tarixdə “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakın qaytarılması və məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel-may aylarında aralarında narazılıq olmuş və onlar nikahın məhkəmə qaydasında pozulması həddinə çatmışlar. Bu zaman iddiaçı cavabdehə bildirmişdir ki, əldə olunan əmlakları yarı böldürəcək. Bu zaman cavabdeh bildirmişdir ki, iddiaçının ona aldığı, yəni birgə nikah dövründə əldə edilmiş maşını xx.xx.2018-ci il tarixdə Dadaşbəyov Tofiq İsmayıloviçə satdığından o heç nə edə bilməz. İddiaçı maşının satılmasından yuxarıda qeyd etdiyi tarixdə xəbər tutmuş və həmin zamana qədər bununla bağlı heç bir məlumatı olmamışdır. Hesab edir ki, qeyd edilən müqavilə etibarsızdır.
8. Cavabdeh iddiaya etiraz etməmişdir.
9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadaşbəyov Nazim Tofiq oğlu iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli avtomobil Nazim Dadaşbəyov və atasının maddi vəsaiti hesabına alınmışdır. Tofiq Dadaşbəyov yaşlı insan olduğ undan və Nazim Dadaşbəyov xaricdə yaşadığı üçün onu daima həkimə və digər yerlərə aparıb-gətirmək zərurəti yaranmışdır. Buna görə də, razılaşmışlar ki, avtomobil alınsın. İddia tələbində göstərilənlər reallığı əks etdirmir. Hazırkı iddia tələbi formal olaraq 6 saylı notariat ofisində açılmış vərəsəlik üzrə avtomobilin bölünməsinin qarşısını almaq məqsədi ilə verilmişdir. İddia tələbində qeyd olunur ki, iddiaçının 2023-cü ilin aprel-may aylarında məlumatı olmuşdur. Nikahda olan şəxslər bir yerdə yaşayaraq birgə avtomobili idarə edirlərsə, iddiaçının bundan məlumatsız və xəbərsiz olması real deyil. Əgər doğrudan da bağlanmış müqavilə əhəmiyyətsiz əqd idisə, bu, iddiaçı tərəfindən yalnız 1 il müddətində mübahisələndirilə bilərdi. İş materiallarından da göründüyü kimi hazırkı iddia tələbi ilə iddiaçı 5 il sonra məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və minik avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən o, iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia rədd edilmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli avtomobilə münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan iddiaçının razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübut etmək vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. İş mater iallarından görünür ki, iddiaçı və cavabdeh qarşılıqlı şəkildə razıdırlar ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi zamanı İddiaçı buna razılığı olmamışdır. Buna görə də İddiaçı əmlakın özgəninkiləşdirilməsinə dair razılığının olmaması işin mübahisəsiz halı olmuşdur. Buna baxmayaraq, qeyd olunan hal mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün yetərli deyildir. Belə ki, iddiaçının əqdin bağlanılmasına razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən Tofiq Dadaşbəyov iddiaçının razılığının olmaması barədə məlumatlı olaraq əqdin bağlanılması zamanı vicdanlı olmasın. Mərhum Tofiq Dadaşbəyovun iddiaçının razılığının olmadığını bildiyini və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və Tofiq Dadaşbəyovun vicdanlı olmamas ı barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, müqavilənin sözügedən əsaslarla etibarsız olması barədə iddia dəlilləri əsassız olmuşdurr. Əksi iddiaçı tərəfindən sübuta yetirilənədək mərhum Tofiq Dadaşbəyovun vicdanlılığı qorunur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 347, 354, 377-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mərhum Tofiq Dadaşbəyovun onun alqı-satqı müqaviləsinə dair razılığının olmamasından xəbəri olmuşdur.
15. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4358/24 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası ilk öncə əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı iddia müddətinin tətbiqinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadaşbəyov Nazim Tofiq oğlunun vəsatətinin təmin edilməməsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməməsinə dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş müddətlər və şərtlər nəzərə alınmaqla iddiaçıya mülkiyyətindən çıxmış əmlak predmetin in dəyərini cavabdehdən tələb etmək hüququ izah edilməlidir.
17. Məhkəmə kollegiyası mərhum Tofiq Dadaşbəyov avtomobil onun adına özgəninkiləşdirilərkən iddiaçının razılığının olmadığı barədə vicdanlı olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Tofiq Dadaşbəyovun iddiaçının razılığının olmadığını bildiyini və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşmüş, iddiaçı isə bu barədə sübutlar təqdim etməmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində mərhum Tofiq Dadaşbəyovun alqı-satqı müqaviləsinə dair iddiaçının razılığının olmamasından xəbərdar olmasını bildirsə də, onun apellyasiya şikayətinin bu dəlili hər hansı bir sübuta söykənməməklə, mülahizə xarakteri daşımışdır.
18. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübah isələndirilən əqdin tərəfi olan Tofiq Dadaşbəyovun miras əmlakı açıldığından, onun vərəsəsi olan şəxslər əmlakın mülkiyyətçisi hesab edilirlər. Odur ki, mübahisəli əmlak (onun hissələri) mərhum Tofiq Dadaşbəyovun miras əmlakına daxil olduğundan və mirası qəbul etmiş vərəsələrinin mülkiyyəti hesab olunduğundan, “ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 saylı qərarının 7.9-cu maddəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qeyd olunur ki, sözügedən əmlakı sonradan əldə etmiş vərəsələrin vicdanlılığının qorunması səbəbi ilə də mübahisələndirilən əqd etibarsız hesab edilə bilməz.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2, 377.1, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 7.22-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,maddi hüquq normaları (MM-nin 225.6-cı maddəsi, MPM-nin 76-cı maddəsi düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol veri lmişdir. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilməsi, bunun, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aid olmasını müəyyən etsə də, məhkəmə kollegiyası qanunun bu tələbini yalnız əldə edənin vicdansız alıcı olması halına şamil etmişdir. Məhkəmə kollegiyası qanunun bu tələbini səhv təfsir edərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair razılığın olmamasını mübahisəsiz hal kimi müəyyən etsə də yalnız bu halı əqddin etibarsız hesab edilməsi üçün yetərli hesab etməmişdir. Məhkəmə kollegiyasının mövq eyinə görə əqdin iştirakçısı kimi alıcının vicdanlılığı iddiaçı tərəfindən sübuta yetirilənədək alıcı T.Dadaşbəyov vicdanlılığı qorunur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinin, həmçinin Ailə Məcəlləsinin 33-cü maddəsinin tələblərini səhv təvsir etməklə yanaşı eyni zamanda istinad etdiyi Ali Məhkəmə Plenumunun 7,9.,7.18, 7.22. bəndlərində edilən tövsiyyələrinə əməl etməmişdir. Bu qanun pozuntuların görə də iş üzrə çıxarılmış qətnamə əsassız və qanunsuzdur. Belə ki, iş üzrə qətnamə çıxararkən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi kimi mübahisəli müqavilə üzrə alıcının vicdanlılığı ilə əlaqədar işin hallarına istinad edərək alıcı T.Dadaşbəyov vicdanlı alıcı olması nəticəsinə gəlmişdir. Məhkəmə kolegiyasının müqavilə üzrə alıcının vicdanlı olması ilə əlaqədar qeyd edilən mövqeyi iş üzrə heç bir hala söykənmir, iş üzrə onun vicdanlı alıcı olması barədə hər hansı bir hal müəyyən edilməmişdir, alıcı T.Dadaşbəyov vəfatetdiyindən bu haqda məhkəməyə izahat verə bilməmişdir, əmlakın satıcısı olan Nugar Süleymanlı isə məhkəmələrəverdiyi izahatında aralarında bağlanmış əqd üzrə Nigarın əri olaraq buna iddiaçının razılığının olması barədə hər hansı məlumatı məhkəmələrə verməmişdir, əksinə izahatlarında əqdin hansı məqsədlə bağlanması barədə məlumatları vermişdir, bu baxımdan məhkəmə mövqeyinin təməlində iş üzrə hansı halların durduğu məlum deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs Dadaşbəyov Nazim Tofiq oğlu kassasiya şikayətinə etiraz təqdim etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
24. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
29. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddə ti şamil edilmir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarı
30. Maddə 7.22. Müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Həmin Qərarın 7.24-cü maddəsinə görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağ lı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarı
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illi k müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 32.Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiy a şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti təmin edilərək mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyi üçün ləğv edilməli, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
43. Mülki prosessual qanunvericilikdə iddiaçının üzərinə iddia ərizəsində tələbin qanuni əsasını göstərmək vəzifəsi qoyulmamış, iddiaçının istinad etdiyi əsaslara və faktiki hallara müvafiq olaraq iddia tələbinin qanuni əsasını tapmaq, yəni mübahisənin hansı maddi hüquq normaları əsasında həll edilməli olduğunu müəyyənləşdirmək məhkəmənin xidməti vəzifəsinə aid edilmişdir.
44. Hazırkı halda iddiaçı iddia etmişdir ki, xx.xx.2018-ci il tarixdə onun arvadı Cavabdeh ilə atası Dadaşbəyov Tofiq İsmayıloviç arasında “Seat İ biza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilin alqı-satqısı barədə müqavilə formal xarakter daşımış, yəni görünüş üçün bağlanmış, əslində alqı-satqı olmamış, avtomobil həm alqı-satqıdan əvvəl, həm də alqı-satqıdan sonra Cavabdeh istifadəsində və sahibliyində olmuş, bu müqaviləni bağlamaqda Cavabdeh məqsədi əgər boşanarlarsa birgə nikah dövründə əldə edilmiş əmlak kimi avtomobilin bölünməsinin qarşısını almaq olmuşdur. İddiaçı mübahisələndirilən əqdin görünüş üçün bağlanmış əqd olduğunu iddia etdiyindən məhkəmələr tərəfindən iddiaçının dəlilləri MM-nin 340.1-ci maddəsinin tələbləri baxımından yoxlanılmalı idi. Həmin normaya əsasən ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqd olmaqla əhəmiyyətsiz, yəni bağlandığı andan etib arsızdır.
45. Prosessual qanunvericilikdə sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsip əks etdirilsə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən mübahisələndirilmədikdə iddiaçı sübut etmə yükündən azad olunur. Cavabdeh məhkəmə iclaslarında iddiaya etiraz etməyərək mübahisələndirilən əqdin iddiaçının razılığı və məlumatı olmadan görünüş üçün bağlandığını, əslində onun niyyətinin avtomobili atasına satmaq deyil, sadəcə boşandıqları təqdirdə birgə mülkiyyət kimi ər-arvad arasında bölünməməsi üçün atasının təklifi ilə onun adına formal rəsmiləşdirmək olduğunu təsdiq etmiş, müqavilə görünüş üçün bağlandığından atası tərəfindən ona avtomobilin dəyərinin ödənilmədiyini bildirmişdir. (Birinci instansiya məhkəməsinin qətnaməsində cav abdehin iddiaya etiraz etmədiyi qeyd edilsə də xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasının protokolunda düzgün olmayaraq cavabdehin iddianın rədd edilməsini xahiş etdiyi qeyd edilmişdir.)
46. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən tələbin əsaslı olduğunun sübut edilmədiyinə istinad edərkən MPM-nin 106.3-cü maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-nin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etirafını yalnız həmin normada nəzərdə tutulmuş hallar olduqda qəbul etməyə bilər. Hazırkı halda apellyasiya instansiya məhkəməsinin qətnaməsində cavabdehin iddia edilən halları etiraf etməsinin hansı səbəbdən qə bul edilmədiyinə dair əsaslandırma mövcud deyil.
47. Üçüncü şəxs Dadaşbəyov Nazim Tofiq oğlu da izahatında alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh pul ödənilmədiyini, həmin müqavilənin həqiqi alqı-satqı olmadığını və formal bağlandığını dolayısı ilə təsdiq etmiş və göstərmişdir ki, əslində avtomobil 2017-ci ildə onun vəsaiti hesabına atası üçün alınmış və formal alaraq bacısının adına rəsmiləşdirilmişdir. 2018-ci ildə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmaqla avtomobil bacısı tərəfindən əsl mülkiyyətçinin adına keçirilmişdir.
48. Məhkəmə tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən alıcı tərəfindən ödəniş edildiyi müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını (mübahisələndirilən a lqı-satqı müqaviləsinin predmeti olmuş avtomobilin cavabdehin öz atasına satılması, Baş X3 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən alqı-satqıdan sonra da Cavabdeh sahibliyində və istifadəsində qalmasını), o cümlədən cavabdeh tərəfindən iddiaçının iddia etdiyi halların əsaslı olduğunun etiraf edildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə Dadaşbəyov Tofiq İsmayıloviç arasında xx.xx.2018-ci il tarixdə “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) əqd hesab edilməsi barədə iddiaçının tələbi təmin edilməlidir.
50. Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında qeyd edilir ki, “fərdimüəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan d aşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassızdır.”
51. Məhkəmə kollegiyası qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edir ki, əhəmiyyətsiz (uydurma) alqı-satqı müqaviləsinin predmeti fərdi müəyyən əşya (avtomobil) olduğu üçün əldə edənin əmlakına qarışmadığ ından Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən hazırkı halda iddiaçının əhəmiyyətsiz əqdin hüquqi nəticələrinin tətbiqi barədə tələbinə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə eyni zamanda avtomobilin alqı-satqıdan sonra da əvvəlki mülkiyyətçi Cavabdeh sahibliyindən çıxmadığını nəzərə alaraq hesab edir ki, əmlakın qaytarılması barədə iddiaçının tələbi “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobil üzərində əvvəlki mülkiyyətçi Cavabdeh mülkiyyət hüququnun qeydiyyatının bərpa edilməsi qaydasında təmin edilməlidir.
52. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4358/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.
53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4358/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilərək Cavabdeh ilə Dadaşbəyov Tofiq İsmayıloviç arasında xx.xx.2018-ci il tarixdə “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız (əhəmiyyətsiz) əqd hesab edilsin. Rəsmi reyestrdə “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobil üzərində əvvəlki mülkiyyətçi Cavabdeh mülkiyyət hüququnun qey diyyatı bərpa edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.