Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3923/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, Lənkəran rayonu 1 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) iş üzrə QƏRARİ iş № 2(102)-3923/2023 (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(106)-690/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə X4 arasında nikah 8 yanvar 2011-ci ildə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Seyfiyeva soyadı verilmişdir.
3. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Əliyev Zaur Rəfail oğlunun adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış dır.
4. Daşınmaz əmlakın (torpaq sahəsinin) alqı-satqı müqaviləsinə əsasən Əliyev Zaur Rəfail oğlu mülkiyyətindəki Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini xx.xx.2011-ci il tarixdə İddiaçı satmışdır.
5. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Daşınmaz əmlakın bağışlanması haqqında müqaviləyə əsasən hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh Lənkəran rayonu Darquba kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdə bağışlamışdır. Bağışla ma müqaviləsini hədiyyə verən İddiaçı və hədiyyə alan Cavabdeh imzalamışdır.
7. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 8. "xxxx" MMC-nin təsdiq etdiyi eskiz layihəsinə əsasən Lənkəran rayonu, Darquba kəndində yerləşən iki mərtəbəli dörd otaqlı evə dair eskiz layihə təsdiq edilmişdir.
9. AR ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən Lənkəran rayonu, Darquba kəndində yerləşən iki mərtəbəli tikiliyə dair texniki pasport Cavabdeh adına xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.
10. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən ümumi sahəsi 257.2 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən mübahisəli 600 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,2 kv.m-dən ibarət fərdi yaşayış evi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar aidiyyəti hissədə müvafiq araşdırmalar aparılmış və məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin qeydiyyata alınması Cavabdeh müraciəti əsasında aparılmışdır. Belə ki, müraciət sahibi olaraq həmin şəxsin təqdim etdiyi müvafiq sənədlər icraata qəbul edilmiş və yeganə mülkiyyətçi kimi onun adına sözügedən 600 kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq qaydada çıxarış və plan ölçü sənədi verilmişdir.
12. Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 812 saylı arayışına əsasən Lənkəran rayonu Səbir (əvvəlki adı Darquba olmuş) kənddə Cavabdeh məxsus 2 (iki) mərtəbəli evdə, hal-hazırda anası X8 v ə qardaşı İddiaçı yaşamış, onlardan başqa heç kim yaşamamışdır. X3 2020-ci ildən atası X6 evində yaşamışdır.
13. Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 868 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən Lənkəran Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 812 nömrəli arayışda qeyd edilmişdir ki, icra nümayəndəsi X16 ŞİHB-nin əmrinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi əmək məzuniyyətinə çıxmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı adında bir vətəndaş nümayəndəliyə gələrək ona Səbir (köhnə adı Darquba) kəndində yerləşən qardaşı Ceyhunun evində yaşaması ilə bağlı Lənkəran Rayon Məhkəməsinə arayışın verilməsini bildirmişdir. O, vətəndaşı əvvəllər görməmiş və onu tanımadığını ona bildirərək gəli b evə baxandan sonra arayış yazıb verəcəyini demişdir. Nümayəndə əvəzi həmin adamla o evə getmişdir. Həmin ev Lənkəran-Lerik şosse yolunun sol tərəfində yerləşmiş, həmin evin altı cürbəcür meyvələrlə dolu olmuş və bir arvad orada meyvə satmışdır. İddiaçı cibindən açar çıxararaq həmin evin giriş qapısını açmış və o, Şahinlə evə daxil olmuş, evə baxış keçirmişdir. Şahin demişdir ki, o, anası ilə bu evə yaşayır. Nümayəndə əvəzi evdən çıxandan sonra meyvə satan qadına yaxınlaşaraq adı və soyadını soruşmuşdur. Qadın ona X15 – Ceyhunun anası olduğunu bildirmişdir. Qadın ona oğlu Şahinlə bu evdə, oğlu Ceyhunun evində yaşadığını demişdir. O, nümayəndəliyə gələrək gördüklərinə və onların dediklərinə inanaraq Lənkəran Rayon Məhkəməsinə təqdim etmək barədə arayış yazıb Şahinə vermişdir. xx.xx.2022-ci il tarixində İddiaçı təkrar nümayəndəliyə gələrək arayış istəmiş, o verməmişdir.
14. Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 869 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən hazırda Cavabdeh mülkiyyətində olan ev 2018-2020-ci illərdə Lənkəran rayonu, Darquba kəndində tikilmiş, evdə 2020-ci ilin oktyabr ayından X3 və onun həyatı yoldaşı birlikdə yaşamışlar. 2022-ci ilin iyun ayında Cavabdeh polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra X3 atasına məxsus evə köçmüş və orada yaşamışdır. Hal-hazırda orda olan şəxslərin həmin təsərrüfata və evə heç bir aidiyyəti olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında cavabdehin adına xx.xx.2018-ci il tarixli 0.06 ha torpaq sahəsinə verilmiş ******* nömrəli Çıxarışın və cavabdehin adına xx.xx.2021-ci il tarixdə verilmiş Lənkəran rayonu, Darquba kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257.2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsi üzərində 2013-cü il tarix də iki mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tikmişdir. Həmin vaxt evin tikintisinə heç bir sənəd (icazə) lazım olmadığı üçün evi tikib qurtarandan sonra evin həmin torpaq sahənin üzərində olması üçün yenidən Reyestr idarəsinə gedib evə dair çıxarışı almamışdır. Cavabdeh, yəni qardaşı ailə qurandan sonra bir müddət valideynləri ilə yaşasa da sonradan ailəsi ilə valideynlərinin arasında mübahisə yarandığı üçün ailəsi ilə ata evində yaşaya bilmədiyindən o, xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi, lakin sənədləşdirmədiyi evə onu və ailəsini gətirmiş və onlar 2019-cu ilin axırlarından həmin evdə yaşamağa başlamışlar. Bundan bir il əvvəl təxminən 2018-ci ilin iyul-avqust aylarında cavabdeh ilə söhbət edərkən həmin torpaq sahəsini ona bağışlamaq istədiyini, torpağı bağışlayandan sonra özü üçün həmin həyətdə ev tikib yaşamağına razılıq bildirdiyini qeyd etdikdən sonra cavabdeh də həmin torpağı ona hədiyyə etməsinə etiraz etməmişdir. Cavabdeh ilə razılaşmışdır ki, özünə yeni ev tikənə kimi həmin həyətdə tikdiyi evdə yaşasın və öz evini tikib köçəndən sonra onun evini ona qaytaracaqdır. Bu şifahi razılaşmadan sonra cavabdeh ilə Lənkəran rayon notariat kontoruna müraciət edərək, mülkiyyətində olan 2011-ci il tarixdə alqı-satqı əsasında aldığı 0.06 ha torpaq sahəsini cavabdehə bağışlamışdır və bu barədə notariusda daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlamışlar. Həmin müqavilə bağlanandan sonra cavabdeh öz adına xx.xx.2018-ci il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Cavabdehin ailəsi onun tikdiyi evdə cəmi 3 ay yaşadıqdan sonra cavabdehdən ayrıla raq atası evinə getmiş, cavabdeh özü isə həbs olunanadək, 2022-ci ilin iyul ayına kimi həmin evdə tək yaşamışdır. Cavabdeh həbs olunandan sonra həmin evdə özü yaşamaqla ora gedib-gəlməyə başlamışdır. 2022-ci ilin avqust ayının 20-25 aralığında Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru Tural İsmayılov onu icra və probasiya şöbəsinə dəvət edərək Lənkəran Rayon Məhkəməsinin qərardadının olmasını və həmin evə girişin qadağan olduğunu bildirərək evdən çıxmasını və növbəti məhkəmə qərarına kimi evə daxil olmamağını bildirmişdir. Bundan sonra həmin evin sənədlərini yoxlayaraq onun xəbəri olmadan onun tikdiyi evə necə həbs qoyulması ilə maraqlanmış və məlum olmuşdur ki, iş üzrə cavabdeh onun məlumatı olmadan onun 2013-cü ildə tikdiyi evə 2020-ci ildə tikinti layihəsi alaraq onu öz adı na rəsmiləşdirmiş və onun iradə ifadəsinə zidd olaraq aralarında olan bağışlama müqaviləsindən sui-istifadə etməklə onun evini əlindən almışdır. Bunu biləndən sonra cavabdeh ilə əlaqə saxlamış və ona bildirmişdir ki, ev tikməyə imkanı olmadığı üçün reyestr idarəsindən bir nəfərlə danışdığını, o şəxsin də ona həyət onun mülkiyyətində olduğu üçün hazır evi sənədləşdirə biləcəyini demiş, o da həmin evi öz adına sənədləşdirdiyini etiraf etmişdir. Ona məlumat verməməsinin səbəbini onunla izah eləmişdir ki, aralarındakı razılaşmada evin ona verilməsi olmadığı üçün ona deyəcəyi təqdirdə onu, həmin evdən çıxaracağından qorxduğu üçün olduğunu bildirmişdir. Həmin bağışlamanın evə aidiyyəti olmadığından bağışlama müqaviləsinin ləğv edilməsini istəsə də o hazırda həbsdə olduğu üçün onun bunu etməyə im kanının olmadığını bildirməklə “get ver məhkəməyə ləğv elətdir mən özüm edə bilmərəm demişdir”. Ona görə də həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdehin adına verilmiş çıxarışlar etibarsız hesab edilməlidir.
17. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o cinayət törətdiyindən hazırda cəza çəkir. Belə ki, o iddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün ona müraciət etmişdir. İddiaçı da ona həmin torpaq sahəsinin bir hissəsində ev tikməyə razılıq vermişdir. O qardaşına tikinti aparacağından onun əlində sənəd olması üçün, torpaq sahəsinin bir hissəsini, yaxud torpağa dair etibarnamə verilməsini xahiş etmişdir. Onlar birgə notariat orqanına getmiş, notariusda onlara bildirmişlər ki, torpaq sahəsini n bir hissəsinin verilməsi üçün alqı-satqı müqaviləsi bağlanılmalı, rüsum ödənilməlidir. Az rüsum ödənilməsi üçün ən yaxşısı bağışlama müqaviləsinin bağlanılmasıdır ki, sonradan tikinti başa çatdıqdan sonra yenidən torpağı eyni adda müqavilə ilə qardaşına geri qaytara bilsin. Müqavilə bağlanan zaman orada qardaşının tikdiyi tikili olmuşdur. Tikili qardaşının olduğu üçün o kənarda tikinti aparmalı idi. Lakin o tikilinin olduğundan istifadə edərək həmin tikiliyə dair özəl təşkilatda layihə çəkdirmiş, bunun əsasında da tikiliyə dair çıxarış almışdır. Lakin tikinti ilə bağlı işlər və xərclər onun qardaşı tərəfindən aparılmışdır. Qardaşına qarşı yol verdiyi hərəkətdən peşman olmuşdur. İddia tələbini qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə baxışında üçüncü şəxs X1 vəki li Vəkil1 iddia tələbini qəbul etməyərək məhkəməyə etiraz təqdim etmiş və etirazında bildirmişdir ki, iddiaçı qaldırdığı tələb üzrə məhkəməyə mötəbər sübutlar təqdim etməlidir. 3-cü şəxs X14 rayonu, Darquba kənd sakini, iş üzrə cavabdeh ilə nikahını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirməklə ailə qurub evlənmişdir. Həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh 2022-ci ilin iyun ayında polis orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə edildiyinə görə saxlanılmış və məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan sonra cavabdehlə birgə nikahda olduğu dövrdə Lənkəran rayonu Darquba kəndində 0,06 ha həyətyanı torpaq sahəsində 2018-2020-ci illərdə tikdirdikləri 257.20 kv.m sahəsi olan 2 mərtəbəli 5 otaqlı evdə təkbaşına yaşamağı çət in olduğundan məcbur olub yaxınlıqda yerləşən atasının evində yaşamağa başlamışdır. Zülfiyyə Seyfiyeva ev tikilib istifadəyə verildikdən sonra həmin evdə həyat yoldaşı ilə yaşamış, onlardan başqa heç kim (qayınana və qayınları) heç vaxt yaşamamışdır. Çünki, o, faktiki olaraq cavabdehlərin ata evinə gəlin getmiş və hazırki evləri hazır olanda o, sözü gedən evə köçmüşdür. Cavabdehin anası və qardaşları isə Lənkəran şəhərində yerləşən evlərində yaşamaqda davam etmişlər və hal-hazırda da orada yaşayırlar. Zülfiyyə Seyfiyeva cavabdeh ilə birgə nikahda olduğu dövrdə Lənkəran rayonunun Darquba kəndində 0,06 ha həyətyanı torpaq sahəsində 2018-2020-ci illər ərzində tikdirdikləri 257.20 kv.m sahəsi olan 2 mərtəbəli 5 otaqlı ev Dövlət reyestrindən Çıxarışa (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021, reyestr nömrəsi: **********93-10301) əsasən tam payla cavabdehin mülkiyyətinə verilmişdir. Həmin əmlakda Zülfiyyə Seyfiyevanın ikidə bir hissə payı, eləcə də şəxsi cehiz əşyaları olmuşdur. İddiaçının tələbi ilk növbədə ona görə əsassızdır ki, iddiaçı öz tələbinin hüquqi əsası üzrə heç bir maddi hüquq normasına istinad etməmişdir. İddia ərizəsindən görünmüşdür ki, iddiaçı yalnız Mülki Məcəllənin ümumi norma kimi 19cu, xüsusi norma kimi isə əqdlərlə bağlı olan 337-ci maddələrinə istinad etmişdir. Halbuki, iddiaçının tələbinin ən vacib hissəsi bağışlama müqaviləsinin etibarsızlığı məsələsi olmuşdur. Lakin, iddiaçı məhz bağışlama müqaviləsinin etibarsızlığına tətbiq olunmalı olan hüquq normalarına istinad etməyərək, şablon fikirlərlə tərtib etdiyi iddia ərizəsi ilə nədənsə 8 ildən sonra, həm də qardaşının həbsə alınmasından sonra meydana çıxan öz düzgün olmayan niyyətini həyata keçirməkdir. Yəni, iddiaçının əsas məqsədi həbsdə olan qardaşı ilə əlbir olub Zülfiyyə Seyfiyevanın adında olan və ona çata biləcək əmlak paylarından onu məhrum etməkdir. Zülfiyyə Seyfiyeva cavabdehə qarşı nikahın pozulması barədə iddia verdiyinə görə hər iki qardaş bu cür oyuna əl atmağa qərar vermişlər. İddiaçının tələbi ikinci növbədə ona görə əsassızdır ki, iddiaçı öz tələbində cavabdehin adına olan 2 çıxarışın (xx.xx.2018 və xx.xx.2021-ci il tarixli) etibarsızlığını tələb etmişdir. Birinci çıxarış (xx.xx.2018-ci il tarixli) hansı ki, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsində göstərilən 0,06 ha torpaq sahəsinə dair verilmiş olan, 2-ci Çıxarış isə xx.xx.2021-ci ildə evə müna sibətdə verilmiş olan. Məhz evin dövlət qeydiyyatına alınmasına dair çıxarışın etibarsızlığını tələb etmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Çünki, bu evin ona heç bir aidiyyəti olmamış və ev 2018-2022-ci illərdə, yəni iddiaçının cavabdehə bağışlama etdiyi torpaq sahəsinə dair çıxarışın əldə olunmasından bir neçə il sonra tikilmişdir. Odur ki, iddiaçı özünə aidiyyəti olmayan məsələ ilə bağlı tələb irəli sürmüşdür ki, bu da qanunvericiliyin tələbinə tamamilə zidd olmuşdur. Üçüncü növbədə tələb ona görə əsassızdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə öz könüllü fikri və sərbəst iradəsi ilə, heç bir qeyd şərt müəyyənləşdirmədən, hətta ard-arda qalıb şəkil çəkdirib imza etməklə özünə məxsus olan 0,06 ha torpaq sahəsini qardaşına bağışlamışdır. Hazırda isə bu müqavilənin etibarsızlığ ı üçün hansı hüquqi əsasın olduğunu iddiaçı heç özü də bilməmiş və iddia ərizəsində göstərməmişdir. Halbuki, bağışlama müqaviləsi bu mülki qanunvericiliyin tələbi pozulmadan bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə imzalanmış və notariat qaydasında təsdiqlənmiş bağışlama müqaviləsi zamanı heç bir şərt (öhdəlik) müəyyən edilməmiş və bütün hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmaqla heç bir pozuntuya yol verilməmişdir. Dördüncü növbədə tələb ona görə əsassızdır ki, iddiaçı etibarsızlığın tələb oluna bilməsi üçün zəruri olan müddəti (kəsici) ötürmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Şahid qismində izahat vermiş X15 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehin anasıdır. Cavabdeh qardaşına ev tikmək üçün ona icazə verilməsini xahiş etmişdir. Oğlu da cavabdehə icazə vermişdir. Lakin cavabdeh istifadə edib evi öz adına keçirmiş, bunu hamıdan, ondan və qardaşından da gizlətmişdir. Çünki oğlu orada özü köçmək üçün ev tikdirmişdi. Evin bütün xərclərini iddiaçı ödəmişdir. 2012-2018-ci illərdə orada tikinti gedmişdir.
20. Şahid qismində izahat vermiş X17 izahatında bildirmişdir ki, o iddiaçının iş yoldaşıdır. 2012-ci ildə iddiaçı torpaq alaraq ev tikməyə başlamışdır. Səhv etmirsə 2017-ci ildə artıq o evin tikintisini bitirmişdir.
21. Şahid qismində izahat vermiş X9 izahatında bildirmişdir ki, o iddiaçının sinif yoldaşının qardaşıdır. Həmdə iddiaçının kəndçisidir. Şahin evin tikintisini 2017-ci ildə bitirmişdir.
22. Şahid qismin də izahat vermiş X10 izahatında bildirmişdir ki, o iddiaçının qaynanasıdır. 2012-ci ildə o Şahinə evin tikilməsi üçün 25000 manat pul vermişdir. 20122018-ci illərdə də iddiaçı orada ev tikmişdir.
23. Şahid qismində izahat vermiş X18 izahatında bildirmişdir ki, evin tikintisində usta kimi işləmişdir. O, işə başlayarkən orada yarımçıq tikili olmuşdur.
24. Şahid qismində izahat vermiş X11 izahatında bildirmişdir ki, o tikintidə fəhlə işləmişdir. 1-2 aya işi bitimişdir. O cavabdehi tanımış, tikinti cavabdeh tərəfindən aparılmışdır.
25. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 noyabr 2022-ci il tarixli **********74 saylı məktubuna əsasən Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair dövlət r eyestrində qeydiyyat aparılarkən yalnız torpaq sahəsinə dair müvafiq sənədlər təqdim olunduğundan (üzərində yerləşən tikiliyə dair tələb sənədlər təqdim olunmadığı səbəbindən) aidiyyəti üzrə müvafiq Çıxarış verilmişdir.
26. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-3158/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia təmin edilmişdir.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 14 sentyabr 2011-ci il tarixdə Lənkəran rayonu Darquba kənd sakini Əliyev Zaur Rəfail oğlu ilə daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlayaraq Zaur Əliyevin xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Darquba kəndində yerləşən 0.06 ha torpaq sahəsini 2500 manata almış və həmin müqavilə Lənkə ran rayon notariat kontorunda 4Ə-01-412 nömrə ilə qeydə alınmaqla təsdiq edilmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı həmin torpaq sahəsi üzərində 2013-cü il tarixdə iki mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tikdirmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsini qardaşı olan cavabdehə bağışlamışdır. Faktiki olaraq iddiaçının həmin torpaq sahəsini bütövlükdə qardaşı olan cavabdehə bağışlamaq niyyəti olmamış, birtərəfli əqdi pərdələmək məqsədilə, müqavilə görünüş üçün bağlanılmışdır. Cavabdeh torpaq sahəsində mövcud ola n tikilidə tikinti işini yekunlaşdırmış, xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 4Ə1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında cavabdeh xx.xx.2018-ci il tarixli 0.06 ha torpaq sahəsinə ******* nömrəli çıxarış almış, həmin çıxarışa əsasən cavabdeh xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Darquba kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257.2 kv.m olan fərdi yaşayış evinə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdeh iddianı etiraf etmiş, müqaviləni digər əqdi pərdələmək məqsədilə görünüş bağladıqlarını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilən hallar onu təsdiq etmişdir ki, bağışlama müqaviləsi yalnız görünüş üçün bağlanıb, ona görə də uydurma hesab olunur.
28. Məhkəmə he sab etmişdir ki, üçüncü şəxs X3 cavabdehin iddianı etirafının onun hüquqlarını və qanunla qorunan mənafeyini pozduğunu iddia etsə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. Göründüyü kimi, iddia tələbi əvəzsiz əqdin etibarsızlığı ilə bağlı olduğundan cavabdehin iddianı etiraf etməsi, nikahda olduğu üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Belə ki, cavabdeh əmlakı əvəzsiz əqd üzrə əldə etdiyindən əmlak ərin, yəni cavabdehin ayrıca mülkiyyətində olmuşdur.
29. Məhkəmə hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat kont orunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında cavabdehin adına xx.xx.2018-ci il tarixli 0.06 ha torpaq sahəsinə verilmiş ******* nömrəli Çıxarışın və cavabdehin adına xx.xx.2021-ci il tarixdə verilmiş Lənkəran rayonu, Darquba kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257.2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməlidir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, bunu tamamlayan şahid ifadəsi və iş materiallarında olan rəsmi sənədlərlə tam təsdiq olunmuşdur.
30. Məhkəmə hesab etmişdir ki, Lənkəran rayonu 1 saylı notariat kontorunda 4Ə1279 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edildiyindən onun əsasında cavabdehin adına xx.xx.2018-ci il tarixli 0.06 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarış və cavabdehin adına xx.xx.2021-ci il tarixdə verilmiş Lənkəran rayonu, Darquba kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257.2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab edilməlidir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 125ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 339, 340, 666-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz tələbi ilə bağlı istinad etdiyi halları təsdiq edən, yəni bağışlama müqaviləsinin, eləcə də, onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsinə əsas verən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Lakin bu halla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində hakim yalnız evin tikilməsi ilə bağlı halları araşdırmış və buna münasibətdə şahidləri dindirmişdir. Məhkəmə tələb üzrə araşdırma aparmayaraq verilmiş tələbin mahiyyətindən tamamilə kənar məsəl ə (evin tikilməsi faktı ilə bağlı) üzrə araşdırma aparmışdır. Halbuki, evin tikilməsi faktının təsdiq olunması müvafiq məhkəmə qərarına (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi) əsasən təsdiq olunmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə guya iddiaçının faktiki olaraq həmin torpaq sahəsini bütövlükdə qardaşı olan cavabdehə bağışlamaq niyyəti olmamış, birtərəfli əqdi pərdələmək məqsədilə müqavilə görünüş üçün bağlanılmışdır. Bu fikir isə tamamilə absurd olmuşdur. Məhkəmə işə baxarkən çəkişmə prinsipinə əməl etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə onun lazımi və əsaslı vəsatətini təmin etməyərək işin obyektiv həllinə çalışmamışdır. MPM-in 52.5-ci və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiy a məhkəməsi işə baxarkən Zülfiyyə Seyfiyevanın qanunla qorunan hüquqlarına toxunan və eyni zamanda hüquqlarının pozula biləcəyi ilə bağlı nəticələnən iddia tələbində cavabdehin etirafına dair ərizəsini əsas götürmüş və onun bu etirafının Zülfiyyə Seyfiyevanın hüquqlarını və qanunla qorunan mənafeyini pozmaması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən MPM-in 388-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlinərkən bu nəticə üçün mühüm əhəmiyyət kəsb edən hal, yəni mövcud tələbin ən önəmli hissəsi olan bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmaması və hazırkı qətnamə ilə etibarsız hesab edilən bağışlama müqaviləsinin etibarsızlığına dair qanuni əsasların nədən ibarət olması aydınlaşdırılmamışdır. Məhkəmə MPM-in 389-cu maddəsinin tələbini pozmuşdur. Belə ki, qətnamədə iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin qanunla müəyyən edilmiş əsaslar üzrə etibarsızlığına dəlalət edə biləcək heç bir sübut iş materiallarında olmadığı halda məhkəmə bu halı sübut edilmiş kimi qiymətləndirmiş və həmin əqdi əhəmiyyətsiz əqd hesab etməklə yanaşı, etibarsızlıqla bağlı zəruri olan müddəti nəzərə almayaraq etibarsız saymışdır. MPM-in 390-cı maddəsinin tələbi məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən sözügedən bağışlama müqaviləsinin öz sərbəst iradə ifadəsini əks etdirməklə imzalaması və həmin bağışlama müqaviləsinin də hədiyyəni qəbul edən şəxsə, yəni cavabdehə münasibətdə hər hansı bir şərtlə şərtlən dirilməməsi, eləcə də cavabdehin həmin bağışlama müqaviləsində göstərilən hədiyyəni qəbul edərkən bağışlamanın etibarsızlığına səbəb ola biləcək hansısa öhdəlik götürməsi və sonradan onu yerinə yetirməməsi kimi halların hazırkı işdə olmamasının müəyyən edildiyi halda, məhkəmənin bu halları əksi kimi qiymətləndirməsi işin hallarına qətiyyən uyğun olmamışdır.
34. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-690/2023 nömrəli mülki iş üzrə 24 may 2023cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İlham Əsədov) üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia təl əbinin təmin olunmaması qət edilmişdir.
35. Məhkəmə kollegiyası ilk öncə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilənin etibarlılığı ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əqdin etibarsız olması qənaətinə gələrkən eyni anda həm yalan əqdlə, həm də uydurma əqdlə bağlı normalara istinad etməklə, iddiaçının torpaq sahəsini bütövlükdə cavabdehə bağışlamaq niyyətində olmadığını, bağışlama müqaviləsinin digər birtərəfli əqdi pərdələmək məqsədilə yalnız görünüş üçün bağlandığını bildirsə də, iddiaçının mövqeyindən göründüyü kimi, iddiaçı öz torpaq sahəsini cavabdehə bağışladığını etiraf etmiş, bunun hər hansı başqa əqdin pərdələn məsi məqsədilə həyata keçirilməsinə dair hər hansı bir mülahizə irəli sürməmişdir. Məhkəmə isə işin qeyd edilən halını yanlış müəyyən etməklə yanaşı, qeyri-müəyyən mövqe sərgiləmiş, bağışlama müqaviləsinin məhz hansı birtərəfli əqdi pərdələdiyini də göstərməmişdir. Bundan başqa, məhkəmə müqavilə tərəflərinin bağışlama müqaviləsi bağlamaqla bilərəkdən məqsədli şəkildə hansısa hüquqa zidd hərəkəti etməyi hədəfləmələrini də müəyyən edə bilməmişdir.
36. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı torpaq sahəsini qardaşına bağışladığını özü də qəbul etdiyindən, bu barədə tərəflər arasında razılaşmanın olması təsdiq olunduğundan, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin yalnız görünüş üçün bağlanması və ya hər hansı digər əqdi pərdələməsi halları iş materialları ilə istisna edilmişdir.
37. Sadalananlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən bağışlama müqaviləsinin qeyd edilən əsasla etibarsız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmamış, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bağışlama müqaviləsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və bildirmişdir ki, həmin hissədə qətnamə ləğv edilməlidir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həm iddia ərizəsində, həm də birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, o, torpaq sahəsini cavabdehə bağışlamışdır, o şərtlə ki, cavabdeh iddiaçının tikdiyi evdə yaşaya-yaşaya həmin həyətdə özünə ev tiksin və özünə ev tikdikdən sonra iddiaçının evini ona qaytarsın. İddiaçı qeyd etmişdir ki, bağışlama müqaviləsində ev ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Hazırkı işin hallarından görünmüşdür ki, iddiaçı öz mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsini təmənnasız şəkildə cavabdehə bağışlamış, cavabdehin əmlakı artmış, cavabdehin əmlakının artımı iddiaçının əmlakının azalması nəticəsində əmələ gəlmiş, iddiaçının həmin torpaq sahəsini bağışlamaq niyyəti olmuş, cavabdeh torpaq sahəsini qəbul etməyə razı olmuşdur.
39. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müq avilə Mülki Məcəllədə bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən torpaq sahəsinin iddiaçıya məxsus olması yoxlanılmışdır. Həmin bağışlama müqaviləsinə əsasən iddiaçı Lənkəran rayonunun Darquba kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini cavabdehə bağışlamışdır.
40. İddiaçı iddia ərizəsində bağışlama müqaviləsində ev ilə bağlı hər hansı razılaşma olmadığını qeyd etsə də, məhkəmə kollegiyası bildirmişdir ki, bağ ışlama müqaviləsi torpaq sahəsi ilə əlaqədar bağlanılmış, bağışlama predmeti olaraq həmin torpaq sahəsi müəyyən edilmişdir. Bağışlama müqaviləsində ev ilə bağlı hər hansı müddəanın nəzərdə tutulmamış olması MM-də nəzərdə tutulmuş tələblərə uyğun şəkildə bağlanmış və təsdiqlənmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
41. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, iddiaçı bağışlama müqaviləsinin cavabdehin iddiaçının tikdiyi evdə yaşaya-yaşaya həmin həyətdə özünə ev tikməsi və özünə ev tikdikdən sonra iddiaçının evini ona qaytarması şərti ilə bağlanmış olduğunu bildirsə də, müqavilədə hər hansı şərt və ya öhdəlik nəzərdə tutulmamışdır.
42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il ta rixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, müqavilə Mülki Məcəllədə müəyyən edilmiş şərtlərə uyğun olduğundan, notariat qaydasında təsdiq edildiyindən, əqdin etibarlılığı üçün nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, iddiaçı məhz həmin bağışlama müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsinə dair hər hansı dəlil təqdim etməmişdir.
43. Məhkəmə kollegiyası iddia tələbinin sözügedən bağışlama müqaviləsi əsasında cavabdehin adına xx.xx.2018-ci il tarixli, 0,06 ha torpaq sahəsinə verilmiş RX ******* seriya nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə dair qeyd etmişdir ki, RX ******* seri ya nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2018-ci ildə xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq etməklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilə əsasında verilmişdir.
44. Məhkəmə kollegiyası bildirmişdir ki, RX ******* seriya nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş b ağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından və həmin hissədə iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin Çıxarışın etibarsız hesab edilməsi hissəsində də ləğv edilməli, həmin hissədə də iddia tələbi rədd edilməlidir.
45. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin adına xx.xx.2021-ci il tarixdə verilən Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə dair qeyd etmişdir ki, iddiaçı həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının məlumatı olmadan onun 2013-cü ildə tikdiyi evə 2020-ci ildə tikinti layihəsi alaraq onu öz adına rəsmiləşdirmiş və iddiaçının iradə ifadəsinə zidd olaraq aralarında olan bağışlama müqaviləsindən suiistifadə etməklə iddiaçının evini əlindən almışdır. Məhkəmə kollegiyası ilk öncə bildirmişdir ki, iddiaçının bildirdiyi bağışlama müqaviləsi üzrə bağışlamanın predmetinə ev daxil olmamış, bağışlama müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən olunmamışdır. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq etmişdir.
46. Məh kəmə kollegiyası bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi və həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX ******* seriya nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilmədiklərindən, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı hissədə onlarla eyni məzmunda olduğundan etibarsız hesab edilə bilməz.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ******** ** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Lənkəran rayonunun Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının etibarsız olduğunu irəli sürərkən iddiaçı bildirmişdir ki, həmin torpaq sahəsində yerləşən ev 2013-cü ildə onun tərəfindən tikilmiş, o, bağışlama müqaviləsi üzrə yalnız torpaq sahəsini bağışlamış, həmin torpaq sahəsində yerləşən özünün tikdiyi fərdi yaşayış evini cavabdehə bağışlamamış, cavabdeh ondan xəbərsiz şəkildə həmin evi öz adına qeydiyyata aldırmışdır. İddiaçı öz tələbinin əsasını təşkil edən həmin halı sübut etmək üçün bir sıra şahidlərin ifadələrinə ist inad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 28 noyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X15, X17, X9 2012-2017-ci illərdə, X12 20122018-ci illərdə iddiaçının özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdiyini bildirmişlər. Lakin iş materiallarında olan DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi, Lənkəran rayonunun Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evi üzrə hüququn subyekti cavabdeh olmuş və ev 2018-ci ildə, həyətyanı tikililərdən hasar 2018-ci ildə, ayaqyolu 2019-cu ildə, talvar 2020-ci ildə tikilmişdir. Qeyd edilən texniki pasport la müəyyən edilmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi 2018-ci ildə, həyətyanı tikililərdən hasar 2018-ci ildə, ayaqyolu 2019-cu ildə, talvar 2020-ci ildə tikilmiş, fərdi yaşayış evinin texniki pasportunda həmin ev üzrə hüququn subyekti kimi cavabdeh göstərilmişdir. Məhz həmin sənəd əsasında mübahisəli ev üzrə cavabdehin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, "xxxx" MMC tərəfindən mübahisəli ev ilə bağlı eskiz-layihə tərtib edilmiş, həmin layihə tərtib edilərkən daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa istinad edilmişdir. Bu isə onu göstərmişdir ki, mübahisəli evə dair layihə də torpaq sahəsi cavabdehə bağışlanıldıqdan və onun mülkiyyətinə keçdikdən sonra tərtib olunmuşdur. Bundan baş qa, Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 869 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan da göründüyü kimi, hazırda cavabdehin mülkiyyətində olan ev 2018-2020-ci illərdə Lənkəran rayonu, Darquba kəndində tikilmiş, evdə 2020-ci ilin oktyabr ayından X3 və onun həyatı yoldaşı olan cavabdeh birlikdə yaşamışlar. Göründüyü kimi, iddiaçının mübahisəli evin 2013-cü ildə onun tərəfindən inşa edilməsi ilə bağlı bildirdikləri və cavabdehin ondan xəbərsiz evi öz adına rəsmiləşdirməsi iş materialları ilə təkzib edilmişdir.
48. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehin iddiaçının bildirdiklərini təsdiq etməsi ilə bağlı isə məhkəmə kollegiyası onu qeyd etmişdir ki, cavabdehin həmin halları etiraf etməsi işin həqiqi h allarının gizlədilməsi məqsədi daşıdığından qəbul edilməməli və həmin hallar ümumi qaydada sübut olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlə üçüncü şəxs Zülfiyyə Seyfiyeva xx.xx.2011-ci ildə nikahlarını bağlamışlar. Belə olan halda mübahisəli evin üçüncü şəxs Zülfiyyə Seyfiyeva ilə cavabdehin birgə nikahı dövründə inşa edildiyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi isə bildirmişdir ki, hazırda onlar boşanma ərəfəsindədirlər və Lənkəran Rayon Məhkəməsinin hakimi Murad Aslanovun icraatında onların nikahının pozulması ilə bağlı 2(049)-1105/2023 saylı mülki iş var. Lənkəran Rayon Məhkəməsi həmin iş üzrə əmlak bölgüsü məsələsinə ayrıca icraat çərçivəsində baxılmasını zəruri hesab edərək, həmin hissədə işi ayırmış və bundan sonra dayandırmışdır.
49. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehin iddia ərizəsində qeyd edilən faktları etiraf etməsi üçüncü şəxs Zülfiyyə Seyfiyevanın cavabdehlə nikahı pozulduqdan sonra birgə nikah dövründə əldə etmiş olduqları ümumi birgə mülkiyyətdə olan əmlaklar üzərində hüquqlarının pozulmasına və üçüncü şəxsin əmlak hüquqlarından məhrum olmasına yönəldiyindən, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir. Odur ki, cavabdehin etirafı qəbul edilməməli və onun etiraf etdiyi hallar ümumi qaydada sübut edilməlidir. Lakin iddiaçı həmin halları təsdiq edən hər hansı başqa mötəbər sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin izahatlarında bildirdikləri isə DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəs i tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportu, "xxxx" MMC tərəfindən mübahisəli ev ilə bağlı tərtib edilmiş eskizlayihə və Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 869 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışla öz təsdiqini tapmamışdır.
50. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini öz adına rəsmiləşdirən vaxt evin tikintisinə heç bir sənəd (icazə) lazım olmadığı üçün evi tikib qurtarandan sonra evin həmin torpaq sahəsinin üzərində olması üçün yenidən reyestr orqanına gedib evə dair çıxarışı almamışdır. Məhkəmə kollegiyası iddia ərizəsinin qeyd edilən dəlilini inandırıcı hesab etməmiş və qeyd et mişdir ki, həmin vaxt evin tikilmiş olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 may 2022-ci il tarixli məktubundan da göründüyü kimi, cavabdeh isə iddiaçı tərəfindən ona bağışlanmış 600 kv.m-lik torpaq sahəsində ümumi sahəsi 257,2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evini tikdikdən, ona dair müvafiq texniki pasport və eskiz-layihəni əldə etdikdən sonra daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət edərək, həmin ev üzərində öz xüsusi mülkiyyət hüququnu qeydə aldırmış, bu hal ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla öz təsdiqini tapmışdır.
51. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın da etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, məhkəmənin qətnaməsi həmin hissədə də ləğv edilməli, həmin hissədə də iddia tələbi rədd edilməlidir.
52. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı mübahisələndirsə də, DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportunu mübahisələndirməmişdir.
53. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337, 340, 666, 668, 670-ci maddələrinə, “Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2021-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
54. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
55. Şikay ət onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia ərizəsində qeyd etdiyi halları onunla bağışlama müqaviləsi bağlayan qardaşı olan cavabdeh etiraf etsə də, məhkəmə bütün bunlara düzgün hüquqi qiymət verməmiş və qətnamədə qeyd etmişdir ki, bağışlama müqaviləsində hər hansı bir şərt və öhdəlik nəzərdə tutulmamışdır. Həmin bağışlama müqaviləsi onunla qardaşı olan cavabdeh arasında bağlanmış və aralarında hansı şərtlərin olmasını və kimin üzərinə hansı öhdəlik götürməsini onunla ancaq qardaşı olan cavabdeh bilməli idi və bu belə də olmuşdur. Həmin bağışlanma müqaviləsi bağlanarkən nə işə baxan məhkəmə kollegiyasının üzvləri və nə də müstəqil tələb irəli sürməyən 3-cü şəxs iştirak etməmişdir. Qeyd olunan bağışlama müqaviləsində hər hansı bir şərt və öhdəlik qeyd edilməsə də, həmin müqavilənin hansı şərtlə və kimin hansı öhdəlik götürməklə bağlandığını həm iddiaçı, həm də cavabdeh birinci instansiya məhkəməsinin nəzərinə çatdırmış və məhkəmə bütün bunlara düzgün hüquqi qiymət verərək iddia tələbini təmin etmişdir. Lakin işə baxan apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin hüquqi qiymət verdiyi halların əsassız olaraq düzgün olmadığı qənaətinə gələrək müstəqil tələb sürməyən 3-cü şəxsin apellyasiya şikayətini təmin edərək, iddia tələbini rədd etmişdir. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə ərizə göndərərək bağışlama müqaviləsi bağlanarkən həmin torpaq sahəsinin üzərində iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin tikilərək hazır vəziyyətdə olduğunu qeyd etsə də, məhkəmə kollegiyası qətnaməsində qe yd etmişdir ki, bağışlama müqaviləsinin obyekti təkcə torpaq sahəsi olduğu üçün burada hər hansı fərdi yaşayış evindən söhbət gedə bilməz.
56. Kassator qeyd etmişdir ki, nə iddiaçı, nə də cavabdeh vəsatət verərək X1 öz tərəfindən müstəqil tələb sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etməmişdir. Birinci instansiya məhkəməsi X1 ərizəsi əsasında onu müstəqil tələb sürməyən 3-cü şəxs qismində işə cəlb etmiş və bundan sonra həmin şəxs qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Hansı ki, iş üzrə cavabdeh özü iddia tələbini etiraf etmiş və həmin qətnamədən narazı olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi yerində müşavirə edərək X2 onun ərizəsi əsasında müstəqil tələb sürməyən 3-cü şəxs qismində işə cəlb edərkən onun iş üzrə kimin tərəfindən işə qoşulduğunu q eyd etməmiş, lakin bu hala apellyasiya məhkəməsi də buna göz yumaraq hüquqi qiymət verməyərək onun apellyasiya şikayətini icraata götürərək mahiyyəti üzrə baxaraq təmin etmişdir. X3 verdiyi apellyasiya şikayətində qeyd etdiyi hallarda özünü müstəqil tələb sürməyən 3-cü şəxs kimi deyil, müstəqil tərəf kimi aparmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallara hüquqi qiymət verilmədən onun apellyasiya şikayətini icraata götürərək təmin etmişdir.
57. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 673, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57, 76-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qər arına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
59. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
60. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrin in mötəbərliyinə qarşı etiraz edilə bilər.
61. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
63. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndir ilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
64. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına olan qeydin əsasında dayanan bağışlama müqaviləsini, habelə həmin sahədə inşa edilmiş evin reyestr qeydiyyatını mübahisələndirsə də, apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir iddianın əsasına qoyulan faktiki hallar sübuta yetirilməmişdir, sözügedən reyestr qeydiyyatlarının ləğv edilməsi üçün əsas yoxdur.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiya sı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-690/2023 nömrəli, 24 may 2 023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.