Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3927/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-843/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Yasamal rayon X17 icraiyyə Komitəsinin 003985 nömrəli, xx.xx.1992-ci il tarixli orderinə, Cavabdeh (bundan sonra-cavabdeh) razılıq ərizəsinə, 19 saylı MKİS-ın xx.xx.2006-cı il tarixli forma-2 arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzil ilkin olaraq xx.xx.2006-cı il tarixdə İddiaçı (bundan sonra iddiaçı) adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırda mübahisəli mənzildə İddiaçı, X10, X2, X8, X9, X11 və Cavabdeh qeydiyyatdadır. İddiaçının oğlu X12 ilə cavabdeh xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş, tərəflər arasında olan nikah Yasamal Rayon Məhkəməsini n 2-1160 saylı qətnaməsi ilə xx.xx.1998-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1641 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzilə köçürülməsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdehlər X5, X6, X3, X1, İddiaçı və 3-cü şəxslər qismində cəlb etdiyi daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhər 19 saylı Notariat Ofisinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4297/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi i lə təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək iddia tələbi rədd edilmişdir. Cavabdeh hazırda sözü gedən mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı 9000 manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini, mənzildən çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14-də yerləşən 4 saylı ev müvafiq icra hakimiyyəti tərəfindən həyat yoldaşının adına verilmiş sərəncamla onların istifadəsinə verilmişdir. Lakin yaşadıqları həmin ev qəzalı vəziyyətdə olduğundan, 05 iyun 1992-ci ildə həmin evin əvəzinə onlara ünvan 1 ünvanında yerləşən 35 və 36 saylı mənzillər verilmişdir. O hazırda ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh xx.xx.1989-cu ildə onun oğlu X13 ilə ailə həyatı qurmuş və toydan sonra oğlu ilə birlikdə onların əvvəlki Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14-də yerləşən 4 saylı evində yaşamağa başlamışlar. Sonradan yuxarıda qeyd etdiyi səbəbdən onlar həmin evdən keçmiş gəlini və oğlu, həmçinin digər ailə üz vləri ilə birlikdə hazırda mülkiyyətində olan evə köçmüşlər. Cavabdeh ilə nikahda olan zaman onların birgə nikahından övladları olmamışdır. Cavabdeh uşaqlıqdan lal-kar xəstəsi olmuşdur. Oğlu isə uşaqlıqdan 1 -ci qrup əlil, həm ağır formada şəkər, kor, iflic, həm də vərəm xəstəsi olduğu üçün yataq xəstəsi idi və daimi olaraq kənar şəxslərin köməyinə ehtiyacı var idi. Lakin cavabdeh ailə qurduqdan sonra oğluna baxmamış və oğluna hər hansı bir qulluq göstərməmişdir. Tez-tez evdə dava-dalaş salmış, oğlunu, hətta onu və qızını əsassız şikaytələrlə polis idarələrinə və müxtəlif orqanlara çağırtdırmış, onu döydüklərini iddia etmişdir. Oğlu ilə növbəti mübahisələrinin birində cavabdeh xəstə ərinə baxmaqdan imtina edərək, onu xəstə yatağında qoyaraq çıxıb getmişdir. Bir neçə müddətdən sonra məhkəmə bildrişlərindən onlar cavabdehin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini öyrənmişlər. Cavabdehin onlara qarşı qaldırdığı “mənzilə köçürülmə” barədə iddia tələbinə qarşı onun tərəfindən “mənzildən istifadə hüququnun itirilməsi” barədə qarşılıqlı iddia ərizəsi verilmişdir. Yasamal rayon Məhkəməsinin 2-1641/1998 saylı, 11 noyabr 1998-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiasının təmin edilməsi və onun onun mükiyyətində olan mənzilə köçürülməsi, onun Cavabdeh qarşı qaldırdığı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən verdiyi kassasiya şikayəti keçmiş Bakı şəhər Məhkəməsi 14 yanvar 1999-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmçinin həmin vaxt oğlu Elşən D osiyev cavabdehə qarşı aralarında olan “nikahın ləğvi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2-1160/1998 saylı, 11 noyabr 1998-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasında olan nikahları məhkəmə qaydasında pozulmuşdur. Lakin oğlu ilə olan nikahı ləğv edildikdən sonra da cavabdeh onlardan əl çəkməmiş və onlarla birlikdə yaşamağa davam etmişdir. 06 mart 2006-cı il tarixdə isə oğlu Elşən Dosiyev şəkərli diabet xəstəliyindən yaşadığı evdə vəfat etmişdir. Hazrki vaxtadək onun mülkiyyətində olan mənzildə yaşayan cavabdeh daimi olaraq onları münaqişələrə cəlb edir, onlardan şikayət etmək üçün özünü ora-bura vuraraq xəsarət alır və bundan sonra polis bölmələrinə şikayət edir. Bir evdə yaşamalarını mümkünsüz edir. Yaşadığı mənzilin sahəsi 81,09 kv metrdir, onun özü, cavabdeh, qızı, qızının iki qızı, qızının oğlu öz həyat yoldaşı və övladı ilə birgə həmin mənzildə olduqca sıx şəraitdə yaşayırlar. Bu vəziyyətdə cavabdehin mənzildən istifadə hüququnun olması, mənzildə yaşaması, onun mülkiyyətçi kimi mənzil hüquqlarını pozur. Cavabdehdən bir neçə dəfə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, cavabdeh bununla qətiyyən razılaşmamış, ondan öz adına olan və şəhərin mərkəzində yerləşən mənzil verilməsini tələb etmişdir. Sonradan cavabdehə hətta Xırdalan və ya Masazırda yerləşən ərazilərində ev almağını təklif etsə də, cavabdeh həmin təkliflə də razılaşmamışdır. Cavabdehə mənzilə istifadə hüququna xitam verilməsi üçün 6000 manat məbləğində kompensasiya vermək istəyir. Bu səbəbdən hüquqlarının müdafi əsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 6000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən onun istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir.
4. İşə məhkəmədə baxılan dövrdə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, Cavabdeh 9000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, iddiaçının ona ödəmək istədiyi kompensasiya məbləğ i çox azdır. Həmin məbləğlə hər hansı bir əmlak almaq mümkün deyildir. Bundan başqa sözü gedən mənzil onun iş yerinə yaxındır və bu səbəbdən də onun üçün işə gedib-gəlmək çox rahatdı. Mübahisəli evdə onunla birlikdə digər şəxslərdə yaşayır. Baldızı və digər şəxslər ona təzyiqlər edərək evdən çıxamasını tələb edirlər. Mübahisə predmeti olan mənzilin şəraiti yoxdur və belə vəziyyətdə olan evin kirayə haqqı təxminən 150-200 manat civarındadır. İddiaçı bilərəkdən mənzili təmir etdirmir. O həftə sonları, cümə günündən bazar ertəsinə kimi iş yerində qalır. Ona atasından hər hansı bir əmlak qalmamışdır. Sadəcə qardaşının yaşadığı ev vardır ki, ora da qonaq kimi bir neçə günlüyünə gedə bilir. İddiaçıdan tələbi ona 1 otaqlı evin pulunun verilməsidir ki, o da təqribi 25000 manat edir. Qeyd edilənlər ə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-53/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən yaşayış evinə kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 35 saylı mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində cavabdehə 9000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Be lə ki, iş materiallarında olan mütəxəssis rəyləri ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 35 saylı mənzilin aylıq kirayə haqqının 200-250 manat civarında olduğu müəyyən edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadə hüququna xitam verildikdən sonra onun mübahisəli mənzildən çıxarılması hissəsində də iddia təmin edilməlidir. Belə ki, cavabdehin istifadə hüququna xitam verildikdən sonra onun mübahisəli mənzildə yaşaması qanunsuz olaraq mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddiaçı Mülki Məcəllənin 157-ci maddəsinə əsasən cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir.
10. Məhkəmə gəldiyi nəticəni 1.10.2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsinin 60, Mülki Məcəllənin 152.1, 152.5 v ə 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin dəyişdirilməsini, mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə 1 otaqlı mənzilin dəyəri həcmində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, fiziki qüsurlu olaraq lalkardır, məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ədalətli deyil, o, həmin məbləğlə müəyyən müddət özü üçün yaşayış şəraiti qura bilməyəcəkdir. Ona görə də ona həmin ərazidə bir otaqlı mənzilin dəyərini təşkil edən 25000-30000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilə bilər.
13. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-843/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş. iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən, maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin qərarında göstərilənlərə düzgün istina etsə də, həmin normalara uyğun işin hallarına verdiyi qiymət əsaslı olmamışdır.
15. Apellyasiya icraatında məhkəmə kompensasiyanın məbləğini tərəflər arasında razılaşdırılıb ağlabatan məbləğin müəyyənləşdirilməsi üçün m əhkəmə iclasını dəfələrlə (3 dəfə) təxirə alaraq iddiaçını məhkəməyə dəvət etmiş və bu barədə iddiaçıya həm rəsmi məhkəmə bildirişi, həm də elektron qaydada “sms” bildiriş göndərilməklə məlumat versə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, cavabdehin apelyasiya şikayətinə hər hansı bir münasibət bildirməmişdir. Cavabdeh isə apellyasiya icraatında birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi kompensasiya məbləği ilə razı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası kompensasiya məbləğini müəyyənləşdirə bilməmişdir.
16. Məhkəmə kollegiyası işin hallarını, cavabdehin 1989-cu ildən mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla, hazırki vaxta kimi (33 il müddətində) yaşaması, həmçinin fiziki qüsurlu olaraq lal-ka r olması, habelə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərdə əks etdirilmiş göstərişlərə əsaslanaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği mübahisəli mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi üçün ədalətli hesab edilə bilməz. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilib, iddia tələbi rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 178.1, 228.2 və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, id diaçı tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən göründüyü kimi mübahisəli mənzilə oxşar mənzillərdə aylıq kirayə haqqı 200-250 manat civarindadır. Baxmayaraq ki, cavabdeh yaşadığı mənzilin təmirsiz olduğu üçün aylıq kirayə haqqının 150-200 manat civarında olduğunu göstərmişdir, yenə də məhkəmə bunları nəzərə almayaraq özündən belə bir təkliflə çıxış edərək göstərir ki, 9000 manat kompensasiya məbləği cavabdehin müəyyən müddət başqa yerdə yaşamasını təmin etmir. Hansı ki, bunun sübut edilməsini qanun cavabdehin üzərinə qoyur.
20. Apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməni çıxarmaqla məhkəmə təcrübəsinin vahidliyini açıq aşkar pozmuşdur. məhkəmədə qaldırılmış iddialar üzrə müvafiq növ məhkəmə icraatının qaydalarını nəzərdə tutan mövcud qanunvericiliyin tələblər inə əsasən-zəruri hərəkətlər edilməli və ədalətli, obyektiv qərarlar çıxarılmalıdır. Bu zaman ilk növbədə Azərbaycan Respublikası ərazisində ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın müddəaları, o cümlədən insan hüquq və azadlıqlarının konstitusiya təminatları diqqət mərkəzində saxlanılmalıdır. Açıq-aşkardır ki, məhkəmə öz hüquqi mövqeyindən sui-istifadə etməklə, işdə olan sübutlara deyil, cavabdehə müəyyən mənada köməklik göstərmək məqsədi ilə formal mülahizələrə əsaslanmış, guya cavabdehə təklif olunan 9000 manat kompensasiya məbləğinin azlıq təşkil etdiyi qənaətinə gəlmişdir. İş üzrə qəbul edilmiş qətnamə qanunvericiliyin tələblərinə uyğun gəlmir. b)
21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razıla şma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən ed ilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəl illər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Məhkəmə haqlı olaraq cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 9000 manat kompensasiyanı kifayət hesab etməmiş, cavabdehin uzun müddət, yəni 1989-cu ildən (33 il müddətində) mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla yaşaması, özünün fiziki qüsurlu (anadan gəlmə lal-kar) olmasını nəzərə almışdır.
39. Dəfələrlə məhkəmə bildirişləri və SMS xəbərdarlıqları vasitəsilə dəvət olunmasına baxmyaraq iddiaçının apellyasiya məhkəməsinin iclaslarına gəlməməsi məhkəmə tərəfindən kompensasiyanın yeni məbləğinin müəyyən olunmasını və iddiaçının bu məbləği ödəməklə razılaşıb-razılaşmadığının aydınlaşdırılmasını mümkünsüz etməsi ba rədə də apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-843/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.