Məhkəmə qərarları › İş №2(102)-3930/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3930/2024

03.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3930/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiаçı İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı (X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cav abdeh Qusar rayon Notariat Ofisinə qarşı (X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1278/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Seriya RX № ******* saylı xx.xx.2014-cü il tarixli hüquqların Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən **********17-10301 reyestr nömrəli 0,30 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. 2. ünvan 1i icra nümayəndəsi tərəfindən 09 sentyabr 1996-ci il tarixdə təsdiq edilmiş 186 nömrəli vəsiyyətnaməyə əsasən, X11 bütün əmlakını, o cümlədən Urva kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir.

3. X11 16 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. 4. 05 noyabr 2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1i icra nümayəndəsi tərəfindən 9 sentyabr 1996-ci il tarixdə təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamə ilə 16 dekabr 2006-cı ildə v əfat etmiş X3 vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi İddiaçıdur. Şəhadətnamənin verildiyi miras əmlak ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,30 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin 1/2 hissəsidir. Yerdə qalan 1/2 hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır.

5. Qusar Rayon Məhkəməsinin 2(029)-718/2019 nömrəli, 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə, X4 İddiaçı, Qusar rayon Notariat kontoruna (üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə) qarşı vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəy yən edilməsi və buraxılmış iddia müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair iddiası qismən təmin edilmiş, X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X13 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılmış və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-342/2020 nömrəli, 17 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən, Qusar Rayon Məhkəməsinin 2(029)-718/2019 nömrəli, 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3109/2020 nömrəli, 29 iyun 2020-ci il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(105)-342/2020 nömrəli, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(029)-2471/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Qusar Rayon Məhkəməsinin 2(029)718/2019 nömrəli, 15 iyul 2019-cu il tarixli qətnaməsi qismən – “X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi iddiaçı X13 tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair X4 vərəsəlik hüququ tanınsın” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kol legiyasının 2(102)2669/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərarına əsasən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdeh Qusar rayon Notariat Ofisinə (bundan sonra cavabdeh, yaxud Notariat Ofisi) qarşı (X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Qusar rayon notariat kontoru tərəfindən ***-**** olan vərəsəlik işinin materiallarında reyestrdə 2V-210 ilə qeydə alınmış 05 noyabr 2014-cü il tar ixdə iddiaçıya Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli Seriya ******* saylı mülkiyyət hüququ haqqında verilmiş çıxarışa əsas olmuş qeydlərindən 1/2 hissəsi qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə düzəlişləri olunmuş yeni Vərəsəlik haqqında Şəhadətnamənin və mülkiyyət hüququ haqqında Çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, 09 sentyabr 1996-cı il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilm iş 186 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə 1910-cu il təvəllüdlü 86 yaşlı X11 vəfat anında ona məxsus bütün əmlakını Bakıda yaşayan (vəfat etmiş oğlu X5 oğlu olan) nəvəsi İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə 1996-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 1964-cü ilin redaksiyasında olan 537-ci maddənin 2-ci hissəsinə və 538-ci maddəsinə istinadən icra olunmuşdur. xx.xx.2006-ci ildə X1 rayonu Urva kəndində vəfat etmişdir və ölümündən sonra vəsiyyətnaməyə əsasən onun bütün əmlakı onun nəvəsi İddiaçı tərəfindən bütövlüklə (tam) faktiki qəbul etdiyindən Qusar rayon notariat kontoru tərəfindən 05 noyabr 2014-cü il tarixdə həmin əmlakın 0,30 ha torpaq və həmin torpaq sahəsində olan yaşayış evinin 1/2 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadət namə verilmiş, onun əsasında 14 noyabr 2014-cü il tarixli Seriya ******* saylı mülkiyyət hüququ haqqında Çıxarış verilmişdir. X3 miras kütləsinə olan əmlakın yerdə qalan 1/2 hissəsi məcburi payın verilməsi üçün cavabdeh tərəfindən açıq saxlanılmışdır. Miras qalmış əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə İddiaçı qəbul etmiş, yiyəlik etmiş və qəbul edilməsi açıq nümayiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən əsassız olaraq iş üzrə tətbiq olunmayan yeni 2000-ci ildə qəbul olunmuş Mülki Məcəllənin müddəasını tətbiq etdiyindən 1/2 hissəsi məcburi pay kimi açıq saxlandığından İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Cavabdeh hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etmişdir. hesab edir ki, bu səbəbdən cavabdeh tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş mirasa dair mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsas olmuş 1/2 hissənin açıq saxlanmasına dair qeydlərin ləğv edilməsi ilə düzəlişlərin aparılması məhkəmə tərəfindən edilməlidir. X11 xx.xx.1996-ci ildə İddiaçı vəsiyyətnaməni vermişdir və həmin hüquqi sənədinə əsasən vəsiyyət edən şəxs öz iradəsini bildirmiş və öz əmlaklara və gələcəkdə olan əmlaklara və hüquqlara dair İddiaçı xeyrinə sərəncamını vermişdir. Eyni zamanda digər qanun üzrə vərəsələr vərəsəlik hüququndan məhrum olunmuşdur. Həmin məhrum etmə müddəası vəsiyyətnamənin 2-ci bəndində 1964-cü ildə qəbul olunmuş və xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 537-ci maddənin 2-ci hissəsinin əsasında müəyyən olunmuşdur. Qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasi bətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna görə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitysiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən qanunun geriyə qüvvəsi yoxdur. Şəhadətnamə 1996-ci ildə verildiyindən həmin hüquqi münasibətlər 1964-cü ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları ilə tənzimlənir və tətbiq olunur. Lakin, hazırki Şəhadətnamə verildiyi anda tətbiq olunmamalı xx.xx.2000-ci ildə qüvvəyə minmiş və həmin ildən sonraya hüquq münasibətlərinə aid olmuş yeni Mülki Məcəlləni tətbiq etmişdir.

12. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, üçüncü şəxs X12 onun əmisidir. Əmisi Osman onun həyətini və 30 sot torpağını almaq istəyir. Nənəsi evi və torpağı ona vəsiyyət etmişdir. 1965-ci ildə atası orada öz puluna ev tikmişdir. Nənəsi və Osman da orada yaşamışlar. Sonra Osman ev tikib getmişdir. Sonra atası və nənəsi vəfat etmişlər. Nənəsi vəfat etməmişdən əvvəl əmlakları ona vəsiyyət etmişdir. O, orada yazılan 1/2 hissənin nə olduğunu anlamamışdır. Latın qrafikasını oxuya bilmir. Vəsiyyətnaməni nənəsinin sağlığında görmüşdür. Vəsiyyətnamə veriləndə başqa qohumlar və Osman bilirdi ki, vəsiyyətnamə ona verilib. O zaman heç kim buna etiraz etməmiş, tələbləri olmamışdır. Nənəsi vəfat etdikdən sonra o, Osmana demişdir ki, həmin əmlaklar ona verilmişdir. Osman həmin evə yaxın yerdə yaşamır, evin saxlanması ilə bağlı ümumi heç bir şey yoxdur. Odur ki, iddia nın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçı iddiada təsvir olunan halların aradan qaldırılması ilə bağlı Notariat Ofisinə müraciət etmiş, lakin bundan imtina edilmiş, daha sonra isə digər vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi barədə miras qoyanın iradə ifadəsi vəsiyyət edilməsinə baxmayaraq İddiaçı tam vəsiyyət üzrə deyil, yalnız 1/2 hissədə mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Beləliklə 1/2 hissəyə Arifin hüququ pozulmuş və həmin hissədə miras açıq qalmışdır. X4 ona və Qusar rayon Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və mirasın qəbulu üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə isə Qusar rayon məhkəməsi tərəfindən iddia təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Onun verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmədə axırıncı dəfə xx.xx.2020-ci il tarixdə həmin işə baxılmış, müəyyən edilmişdir ki, Osman vərəsəliklə bağlı heç bir hərəkət etməmiş, mirası qəbul etməmiş, birinci instansiya məhkəməsi əsaslı və qanuni olmayaraq onun iddiasını təmin etmişdir. Bun a görə də, kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-342/2020 nömrəli, 17 yanvar 2020ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq Osman Şərifovun tələbini təmin etməmiş və rədd etmişdir. Osman Şərifov həmin qətnamədən kassasiya şikayəti vermiş və onun şikayəti təmin edilməmişdir. Həmin qətnamədə Osman Şərifovun heç bir halda vərəsəliyi qəbul etməməsi müəyyən olunmuşdur. Beləliklə də, Arif vərəsəlik haqqında şəhadətnaməyə əsasən mirası qəbul etmişdir. Notariusun verdiyi şəhadətnamə isə 1/2 hissədə qüvvədədir, 1/2 hissədə açıq qalmışdır. Halbuki, Arifin nənəsi Səlimə onun adına xx.xx.1996-cı ildə tarixdə rus dilində vəsiyyət namə vermişdir. Vəsiyyətnamədə istinad edilmiş Mülki Məcəlləyə əsasən əgər vəsiyyətnamə verilirsə, vəsiyyət etmiş şəxs bəyan edirsə ki, digər vərəsələri vərəsəlik hüququndan məhrum edir, onda digər vərəsələr mirasdan məhrum olur. Belə olan halda Notarius Arifə vəsiyyət üzrə vəsiyyətnamə verdikdə 100% verməli idi. Bu vəziyyətdə vəsiyyətnamə tərtib olunduğu zaman qüvvədə olmuş Mülki Məcəlləsinin müəyyən etdiyi müddəalar qüvvədə olmalıdır. Həmin Məcəllənin 537 və 538-ci maddələrinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya bir hissəsini ev avadanlığı, məişət predmeti istinad edilməməklə qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və ya daxil olamayan bir və ya bir neçə vətəndaşa habelə dövlət, kooperativ və ya digər ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. İkinci hissədə d eyilir ki, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini və ya bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən isə vərəsəliyin əsaslarıdır, yəni – vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 537ci maddənin 2-ci hissəsinə əsasən vəsiyyət edən bütün vərəsələri vərəsəlik hüququndan məhrum edir. 538-ci maddə isə vərəsəlikdə məcburi pay hüququdur. Yeni Qanunvericilikdə bunun çox böyük fərqi var. Belə ki, burada qeyd olunur ki, miras qoyanın həddi buluğa çatmamış və ya əmək qabliyyəti olmayan uşaqları, o cümlədən övladlığa götürülənlər, habelə əmək qabiliyyəti olamayan ərin, arvadın, valideynləri övladlığa götürülənlər və ölənin himayəsind ə olanlar vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onlardan hər biri qanun üzrə vərəsəlik zamanı çatası məcburi payın 2/3 hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edildikdə ev əşyalaraından və məişət avadanlıqlarından ibarət avadanlıqların dəyəri nəzərə alınmır. Yəni, X9 olsa da, onun himayəsində olmamışdır. O, məcburi pay almaq hüququ olan şəxslərin siyahısına aid edilə bilməz. Lakin, xx.xx.2000-ci ildən sonrakı qanun tətbiq olunsa isə qeyd olunur ki, vəsiyyətnamənin məzmunundan aşlı olmayaraq qanun üzrə vərəsələr məcburi paya malikdirlər. Məcburi pay isə qanuni payın yarısını təşkil edir. Əgər onlar qanun üzrə vərəsə olsaydılar payın yarısını götürə bilərdilər. Yəni burada 1/2 hissə qeyd olunur. Lakin, köhnə Məcəllədə qeyd olunur ki, qohumu olmayan, qanu n üzrə vərəsələr olmayan, himayəsində olan xəstə 2/3 hissədən az olmayan paya malikdirlər. Həm yeni, həm də köhnə Məcəllədə əgər qanun üzrə vərəsə vəsiyyətnamə ilə ya məhkəmənin qərarı ilə vərəsəlik hüququndan məhrum olunubsa, o heç bir paya malik deyildir. Şəhadətnamədə 1/2 hissədə pay açıq saxlanılmışdır. Bununla bağlı da notariusa müraciət etmişlər ki, onun tərəfindən şəhadətnamə düzgün verilməmişdir və tam paya Arifin adına şəhadətnamə verilsin. Notarius isə qısaca olaraq cavab vermişdir ki, məhkəməyə müraciət etsinlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Qusar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(029)-1/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin edilməmişdir.

15. Birinci instansiya m əhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda, yəni vərəsəlik şəhadətnaməsində göstərilmiş 1/2 hissə qeydinin çıxarılmasını tələb etməkdə məqsədi ondan ibarətdir ki, miras qoyan Səlmi Şərifovanın miras kütləsinə daxil olan əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında bütövlükdə ona verilsin. Başqa sözlə, mübahisə mahiyyət etibarı ilə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisədir və iddia özlüyündə mirasın bölüşdürülməsini ifadə edir. Belə olan halda, hazırkı iddia notariat orqanına qarşı yönəldilə bilməz, çünki notariat orqanı vərəsəlik hüquq münasibətinin iştirakçısı deyil, mirasın notarial üsulla bölgüsünü həyata keçirən (mübahisə olmadığı təqdirdə) orqandır. Mirasın bölgüsü ilə bağlı mübahisə olduqda isə bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət olunmalı, iddia tələbi isə digər vərəsələrə qarşı yönəlməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, X11 tərəfindən tərtib edilmiş və 09 sentyabr 1996-ci il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamə tərtib olunan zaman qüvvədə olmuş 1964-cü il redaksiyada Mülki Məcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət e dən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

17. Məhkəmə onu da qeyd etmişdir ki, yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi, istər vəsiyyətnamə tərtib edildiyi zaman (1996-cı il) qüvvədə olan Mülki Məcəllənin, eləcə də miras açıldığı zaman (2006-cı il) qüvvədə olan Mülki Məcəllənin müddəalarına görə vəsiyyətnamənin məzmununa bu və ya digər formada düzəlişlərin edilməsi yalnız vəsiyyətnamə verənin ərizəsi əsasında mümkün ola bilərdi. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən n otariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.

18. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, miras açıldıqdan sonra notariat orqanları vəsiyyətnamənin məzmununa uyğun olaraq, eyni zamanda Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinin tənzimləyən hüquq normalarının tələblərinə əsasən vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verirlər. Həmçinin, qeyd olunmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini i fadə etmir.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548, 1220.0.1 - 1220.0.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 47, 48-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 216-220-ci maddələrinin tələbləri ilə əsaslandırmışdırəmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən məcburi paya malik olan şəxslər müəyyən olunmamışdır. Mülki Məcəllənin 528-c i maddəsinə əsasən, (Vərəsəliyin açılması) “Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.” Məcburi paya malik olan şəxslər məhkəmə prosesində müəyyən olunmadığından, məcburi pay açıq saxlanılmamalı idi və açıq saxlanılsa da iddiaçıya heç bir aidiyyəti yoxdur. Çünki, nə maddi nə prosessual hüquq normaları ilə müəyyən olunmuş qayda tərəfindən X6 məcburi payın sahib olmasına yol verilmir. Dəfələrlə məhkəmə iclaslarında apellyasiya instansiya məhkəməsində iddiaçı X14 bildirmişdir ki, miras olan evin və torpağın onun yaşadığı evin və torpağın arasında hasar olmuş, Osman öz evində qonşuluğunda yaşamış, Arifin evinə və torpağına nəzarət etməmiş və orada olmamışdır. Miras olan evdə onun əmlakı olmamışdır. Orada cavabdeh İddiaçı məxsus əmlak olmuşdur. X7 (İddiaçı anası) 1994-cü ildən bu günədək orada yaşamışdır. Bu ev 1963-cü ildə özü və əri X8 torpaq üzərində inşa etdiyi ev olmuşdur. Bu səbəbdən mərhum bu evi və torpağı öz vəfat etmiş oğlu Şərifin oğlu Arifə vəsiyyət etmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan vərəsəliyə dair subyektiv hüququ olmayan şəxs olmuşdur. Onun mövcud olmayan və buna görə də pozulmamış hüququnun və qanunla qorunmayan və müdafiə olunmayan iddiası məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına riayət və tətbiq etməklə müdafiə olunmamışdır. Məhkəmənin əmlak bölgüsü ilə bağlı mübahisənin olması əsassız olmuş, ona görə ki, miras olan əmlak vəfat etmiş Səlmi Şərifova tər əfindən bütövlükdə İddiaçı vəsiyyət olunmuş, bütün vərəsələr həmin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunmuşlar. Eyni zamanda məcburi paya malik olan şəxslər mövcud deyildir. Məhkəmənin xx.xx.2000-ci ilin Mülki Məcəllənin 1200-cü maddəsinə istinad etməsi əsassız olmaqla qeyd olunan maddi hüquq normalarını pozmuşdur. Ona görə ki, əgər yeni qanun geriyə tətbiq olunsa vərəsə İddiaçı miras kütləsinə dair vərəsəlik hüququnun pozulmasına gətirir. Çünki qanun üzrə vərəsələrin məcburi paya hüququ açılır. Qanun isə bu halda yeni qanunun geriyə tətbiq etməsinin Mülki Məcəllənin (2000-ci il) 7.3-cü maddəsinə əsasən qadağan edir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-1278/24 nömrəli, 06 avqust 2024-cü il tarixli qət naməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı digər vərəsələrin pay almaq hüquqlarını itirdiklərini və mirasdan tam pay almaq hüququnun hazırda yalnız ona məxsus olduğunu göstərmişdir. Belə olan halda düzəliş olunması tələb olunan şəhadətnamənin mövcud olması iddiaçının mübahisələndirdiyi hissə üzrə miras payına dair yenidən notariat orqanına müraciət etməsinə mane olan hal deyildir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, notariat kontoru mübahisələndirilən şəhadətnaməni xx.xx.2014-cü il tarixd ə tərtib edərkən, qüvvədə olan mülki qanunvericiliyin tələbi pozulmamışdır. Hətta, şəhadətnamənin verilməsindən sonra miras əmlaka dair məhkəmə mübahisələri olmuşdur.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1146, 1151.1, 1243.2, 1321.1, 1321.2 və 1321.3-cü və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3, 88, 217.3, 217.4, 218.3, 384.0.1 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasınını xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri nə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə məhkəmələr tərəfindən məcburi paya malik olan şəxslər müəyyən olunmamışdır. Azərbaycan SSR-i Mülki Məcəlləsinin 538-ci maddəsində qeyd olunan məcburi paya malik olan şəxslər məhkəmə prosesində müəyyən olunmadığından, məcburi pay açıq saxlanılmamalı idi və açıq saxlanılsa da iddiaçıya heç bir aidiyyəti yoxdur.

28. Nə maddi, nə prosessual hüquq normaları ilə müəyyən olunmuş qayda X6 məcburi payın sahibi olmasına yol vermir. Qeyd etmək lazımdır ki, dəfələrlə məhkəmə iclaslarında apellyasiya instansiya məhkəməsinə X14 bildirmişdir ki, miras olan ev və torpaq ilə onun yaşadığı evin və torpağın arasında hasar var. Osman öz evində qonşuluğunda yaşayır. Arifin evinə və torpağına nəzarət etmir. Orda olmur. Torpağında olmur, becərmir, əkmir. Miras olan evdə onun əmlakı yoxdur. Orada cavabdeh İddiaçı məxsus əmlak var. X7 (İddiaçı anası) 1994-cü ildən bu günədək yaşayır. Bu ev 1963-cü ildə özü və əri X8 torpaq üzərində inşa etdiyi evdir. Bu səbəbdən rəhmətlik X10 bu evi və torpağı öz vəfat etmiş oğlu Şərifin oğlu Arifə vəsiyyət etmişdir.

29. Göründüyü kimi, X13 qeyd olunan vərəsəliyə dair subyektiv hüququ olmayan şəxsdir. Onun mövcud olmayan və buna qörə də pozulmamış hüququnun və qanunla qorunmayan və müdafiə olunmayan iddiası məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına riayət və tətbiq etməklə müdafiə olunmamışdır. Məhkəmənin əmlak bölqüsü ilə bağlı mübahisənin olması əsassızdır. Ona qörə ki, miras olan əmlak vəfat etmiş Səlmi Şərifova tərəfindən bütövlükdə İddiaçı vəsiyyət olunmuşdur və bütün vərəsələr həmin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunmuşlar. Eyni zamanda məcburi paya malik olan şəxslər mövcud deyil.

30. Məhkəmənin xx.xx.2000-ci ilin Mülki Məcəllənin 1200 maddəsinə istinad etməsi əsassızdır və qeyd olunan maddi hüquq norması pozulur. Ona qörə ki, əqər yeni qanun qeriyə tətbiq olunsa onda vərəsə İddiaçı miras kütləsinə dair vərəsəlik hüququnun pozulmasına qətirir. Çünki qanun üzrə vərəsələrin məcburi paya hüququ açılır. Qanun isə bu halda yeni qanunun qeriyə tətbiq edilməsini Mülki Məcəllənin (2000-ci il) 7.3-cü maddəsinə əsasən qadağan edir.

31. Məhkəmə səhvən MPM-nin 4-cü maddəsinə istinadən qeyd etmişdir ki, İddiaçı hüququ pozulmayıb, ona qörə də onun iddiası rədd olunur. Bu məhkəmənin səhvidir. Ona qörə ki, Qusar Notariat Ofisi tərəfindən İddiaçı tam (bütövlüklə ) çatmalı olan və faktiki onun tərəfindən tam qəbul olunmuş miras kütləsindən 1/2 hissəsinin qeydlərin aparılması, onun mülkiyyət və vərəsəlik hüququnun qalan 1/2 hissəsinə pozulmasıdır. Yəni İddiaçı tam kütlə mirasına hüququnun açıq saxlanılması, bu hüququndan əsassız məhrum olunmasıdır.

32. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna qörə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Lakin, işə baxmış məhkəmələr tərəfindən bununla bağlı mülki prosessual hüquq normaları pozulmuşdur. Həmin prosessual hüquq normalarının pozulması, tətbiq olunmalı olan maddi hüquq normaların tətbiq etməməsi ilə nəticələnməklə, məhkəmələrin qanunsuz və əsassız qətnamə lər qəbul etmələrinə qətirib çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

33. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

38. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

41. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

42. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

43. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

44. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

45. Maddə 1202.1. Məcburi pa y almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

46. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

47. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

48. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

49. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirası n açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

50. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

51. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqə li şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat.

52. Bənd

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mir asın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yax ud...2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

53. Bənd

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

54. Bənd

104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş Notariat Ofisində yoxlayır.

55. Bənd

109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 76.1. tər əflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 6

2. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüqu qun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya insta nsiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

74. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 1996-cı il tarixdə nənəsi Səlmi Şərifovanın vəsiyyətnamə ilə vəfatı anında özünə məxsus büt ün əmlakını ona vəsiyyət etməsini, 16 dekabr 2006-ci ildə nənəsinin vəfat etməsini, 05 noyabr 2014-cü il tarixdə Notariat Ofisi tərəfindən ona ünvan 1ində yerləşən həmin əmlakın, 0,30 ha torpaq və həmin torpaq sahəsində olan yaşayış evinin 1/2 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini, əmlaka dair çıxarış almasını, nənəsinin miras kütləsinə daxil olan əmlakın yerdə qalan 1/2 hissəsinin məcburi payın verilməsi üçün cavabdeh tərəfindən açıq saxlanılmasını, miras qalmış əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə qəbul etməsini, lakin cavabdeh Notariat Ofisi tərəfindən mirasın 1/2 hissəsinin məcburi pay kimi açıq saxlandığından vərəsəlik hüququnun pozulmasını, cavabdehin hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etməsini, nənəsi Səlmi Şərifovanın ona vəsiyyətnaməni verməklə öz iradəsini bildirməsini, eyni zamanda digər qanun üzrə vərəsələri vərəsəlik hüququndan məhrum etməsini qeyd edərək, Notariat Ofisi tərəfindən qeydə alınmış 05 noyabr 2014-cü il tarixdə ona Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli mülkiyyət hüququ haqqında verilmiş çıxarışa əsas olmuş qeydlərindən 1/2 hissəsi qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə düzəlişləri olunmuş yeni Vərəsəlik haqqında Şəhadətnamənin və mülkiyyət hüququ haqqında Çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

75. Cavabdeh isə iddia tələbinə qarşı hər hans ı münasibət bildirməmişdir.

76. Birinci instansiya məhkəməsi, mübahisənin mahiyyət etibarı ilə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisə olmasını, iddianın özlüyündə mirasın bölüşdürülməsini ifadə etməsini, belə olan halda, notariat orqanının vərəsəlik hüquq münasibətinin iştirakçısı olmadığına, mirasın notarial üsulla bölgüsünü həyata keçirən (mübahisə olmadığı təqdirdə) orqan olduğuna görə, hazırkı iddianın notariat orqanına qarşı yönəldilə bilməməsini, mirasın bölgüsü ilə bağlı mübahisə olduqda isə bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət edilməli olduğunu, iddia tələbinin isə digər vərəsələrə qarşı yönəlməli olmasını, vərəsəlik şəhadətnaməsinin mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıdığını və şəhadətnamənin olmam asının vərəsənin mirası qəbul etməməsini ifadə etmədiyini qeyd edərək, iddianı təmin etməmişdir.

77. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı digər vərəsələrin pay almaq hüquqlarını itirdiklərini və mirasdan tam pay almaq hüququnun hazırda yalnız ona məxsus olduğunu göstərmişdir. Belə olan halda düzəliş olunması tələb olunan şəhadətnamənin mövcud olması iddiaçının mübahisələndirdiyi hissə üzrə miras payına dair yenidən notariat orqanına müraciət etməsinə mane olan hal deyildir. Həmçinin, notariat kontoru mübahisələndirilən şəhadətnaməni xx.xx.2014-cü il tarixdə tərtib edərkən, qüvvədə olan mülki qanunvericiliyin tələbi pozulmamışdır. Hətta, şəhadətnam ənin verilməsindən sonra miras əmlaka dair məhkəmə mübahisələri olmuşdur.

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

79. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər) inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin əsası ilə bağlı təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz.

81. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı yönəlmiş, X12 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb edilməklə məhkəməyə verdiyi konkret tələbi üzrə, məhkəmələr Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə uyğun olaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməklə, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməklə, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərilməsi i lə bağlı hər hansı tədbir görməmişlər.

82. Həmçinin məhkəmələr hazırkı iddianın notariat orqanına qarşı yönəldilə bilməməsini, mirasın bölgüsü ilə bağlı mübahisə olduqda bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət edilməli olduğunu, düzəliş olunması tələb olunan şəhadətnamənin mövcud olmasının iddiaçının mübahisələndirdiyi hissə üzrə miras payına dair yenidən notariat orqanına müraciət etməsinə mane olan hal olmadığını qeyd etsələr də, iddiaçının iddia tələbində həmin düzəlişin edilməsi ilə bağlı daha əvvəl cavabdehə müraciət etməsi, lakin cavabdehin hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etməsi barədə göstərdiklərinə diqqət yetirməmiş, həmin halı, o cümlədən iddiaçının təqdim etdiyi vəsiyyətnaməyə əsasən miras əmlakın torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin 1/2 hissəsini təşkil etməsi və iddiaçıya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin də qeyd olunan hissədə verilməsini həyata keçirmiş Notariat Ofisinin gəldiyi nəticənin qanuniliyini Mülki Məcəllənin 64-cü fəsilinin, həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun yoxlamamış, iddia tələbinin qanuni əsası kimi qeyd olunan normalara əsaslanmaqla, mübahisənin həlli üçün tələb üzrə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyən edilərək işə cəlb edilməsi, həmin şəxslərin miras əmlakdakı məcburi payının həddinin müəyyən edilməsi, o cümlədən iddiaçının iddia tələbində qeyd etdiyi payının artmasının, yaxud miras kütləsinə tam pay hüququna dair şəhadətnaməni n verilməsinin mümkünlüyünü müəyyənləşdirmədən natamam yekun qərar qəbul etmişdir.

83. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddia tələbi üzrə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyən etməmiş, işdə iştirak edən və etməli olan şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini rədd etmək barədə nəticəyə gəlmişdir.

84. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

85. Eləcə də qeyd olunduğu kimi Mülki Prosessual Məcə llənin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərir.

86. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsin də onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

87. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolveri lməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş in materiallarına uyğun olsun.

89. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

90. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

91. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 20 15ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

92. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında ” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

93. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

94. Məhkəmə kollegiyası həmçinin kassa siya şikayətinin, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil etməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, hazırkı işdə 09 sentyabr 1996-cı il tarixdə verilmiş vəsiyyətnamənin etibarlılığı mübahisələndirilmədiyindən, iddia tələbinin qanuni əsasını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edə bilməz. Odur ki, mirasın açıldığı vaxt, miras qoyan Səlmi Şərifovanın 16 dekabr 2006-cı il tarixdə öldüyü gün hesab edildiyindən, iddia tələbinin qanuni əsasını, həmin vaxt qüvvədə olan maddi hüquq normaları təşkil edir.

95. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qət naməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

96. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

97. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə yenidən baxılarkən iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququ ilə yanaşı mirasdan məcburi pay almaq hüququ olan şəxslərin vərəsəlik hüququna, mirası qəbul edib-etməmələri ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri əsasında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarında qeyd olunmuş hüquqi mövqeyinə uyğun qiymət verilməlidir.

98. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1278/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar