Məhkəmə qərarları › İş №2(102)-3933/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3933/2019

04.06.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3933/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh vəkili Tağıyev Azər Məmmədtağı oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(008)618/2018 saylı qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı Cavabdeh qarşı inşa edilmiş tikilinin qanunsuz hesab edilərək sökülməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair id diaçının təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9912/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Mərdanova və X.Sarıyev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(008)618/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu İddiaçı aid edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9912/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülkiyyətində olan Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 nömrəli bağ sahəsi ilə qonşuluqda olan 5 167 nömrəli bağ sahəsinin sərhədində yerləşən ortaq divara-daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa edilmiş və uzunluğu 17,5 metr olan tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 nömrəli bağ sahəsi ilə qonşuluqda olan 5167 nömrəli bağ sahəsinin sərhədində yerləşən ortaq divara-daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa edilmiş və uzunluğu 17,5 metr olan tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona öd ənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5166 nömrəli bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən bağ sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq, razılaşdırılmış və bu barədə ona 12.05.2017-ci il tarixli, 6-451 №-li məktub göndərilmişdir. Lakin qonşuluğunda yerləşən 5167 nömrəli bağ sahəsinin sahibi olan cavabdeh onun razılığı olmadan özbaşına olaraq torpaq sahələrinin sərhədində inşa olunan ortaq divara - daş hasara bitişik şəkildə, təxminən 17,5 metr uzunluğunda tikili inşa etmiş və tikilinin dam örtüyünü də iddiaçının həyətinə tərəf uzatmışdır. Qeyd olunan tikilinin inşası zamanı iddiaçı cavabdehə öz iradını bildirməklə, həmin tikilini n ortaq sərhəd hasarının üzərində inşa olunmasının qanunla qorunan mənafeyinə toxunduğunu nəzərinə çatdırsa da, cavabdeh onun iradına məhəl qoymayaraq, qanunsuz hərəkətini davam etdirmiş və həmin tikilini inşa edib başa çatdırmışdır. Belə olan halda, iddiaçı, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini cavabdehə bildirdikdən sonra sonuncu əsassız olaraq ona qarşı böhtan xarakterli şikayət ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, guya iddiaçı tərəfindən qeyd olunan tikilinin sökülməsi ilə bağlı ona təzyiq olunmuşdur. Cavabdehin ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsində onun barəsində səsləndirdiyi əsassız fikirlər öz təsdiqini tapmamış və 11.07.2017-ci il tarixdə cinayət işinin başlanması rəd d edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmuş, iddiaçı mənəvi zərərə düçar olmuşdur. Belə ki, neçə aydır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində istədiyi dizaynla təsdiq olunmuş layihə əsasında fərdi yaşayış evinin inşasına başlaya bilmir. Cavabdehin qanunsuz hərəkətləri və böhtan xarakterli şikayətləri əsasında əsassız olaraq hüquqmühafizə orqanlarına və məhkəmə çəkişməsinə cəlb olunmaq məcburiyyətində qalmışdır ki, bu da dərin mənəvi iztirablar keçirməyinə və əsəb-stressə düçar olmağına səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9912/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülkiyyətində olan Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 nömrəli bağ sahəsi ilə qonşuluqda olan 5167 nömrəli bağ sahəsinin sərhədində yerləşən ortaq divara-daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa edilmiş və uzunluğu 17,5 metr olan tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərə görə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Tağıyev Azər Məmmədtağı oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsinin qonşuluğunda yaşayan 5167 saylı bağın mülkiyyətçisi Cavabdeh onun razılığı olmadan özbaşına olaraq torpaq s ahələrinin sərhədində inşa olunmuş ortaq divara – daş hasara bitişik, ortaq divarın üzərində təxminən 17,5 metr uzunluğunda tikili inşa etmiş və tikilinin dam örtüyünü 30-40 sm ölçüdə ortaq divardan onun tərəfinə istiqamətləndirmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 72.1, 72.2, 73.1-ci maddələrinə, eləcə də Mülki Məcəllənin 152.1, 157.4, 170.2, 180.1, 180.3, 180.4-cü maddələrinə istinad etmişdir. İddianın rədd edilməsinə dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi ona əsaslanmışdır ki, cavabdeh tərəfindən ortaq divar üzərində inşa olunmuş tikili iddiaçının 5166 saylı bağ sahəsini alqı-satqı ilə əldə etməmişdən əvvəl inşa olunmuşdur. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə k i, cavabdeh ortaq divar üzərində dam tikintisi ilə əlaqədar inşaat işlərinin iddiaçıdan əvvəlki mülkiyyətçinin vaxtında icra etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də cavabdeh ortaq divar üzərində tikinti işlərinin aparılmasına əvvəlki mülkiyyətçinin notarial qaydada razılığının olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında ortaq divar üzərində tikinti işlərinin aparılmasına dair iddiaçının bağ sahəsinin mülkiyyətçisi olduqdan sonra başlanmasına dair məsələni müzakirə edən məhkəmə kollegiyası bu məsələni araşdırmaq üçün 11 iyul 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ətraflı tədqiq etməmiş, toplanmış materialların tədqiqinə təşəbbüs göstərməmişdir. Belə ki, qeyd olunan normadan da göründüyü kimi, qonşulardan biri tərəfi ndən sərhəddə inşa olunmuş yanası divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Aparılmış ekspertiza tədqiqatının nəticəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsini ayıran daş hasar həmin bağ sahələrinin sərhədində olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmələrin vəzifəsi Cavabdeh sözügedən tikililəri inşa edərkən bu barədə qonşunun notariat qaydasında təsdiq olunmuş razılığını alıb-almamasını müəyyən etmək idi ki, bunu da etməmişlər. Bundan başqa, aparılmış ekspertiza tədqiqatının nəticəsindən də göründüyü kimi, Cavabdeh tərəfindən ortaq hasara bitişik şəkildə inşa o lunmuş tikililər sahəsi 31 kv.m. (4,5x6,8), sahəsi 11 kv.m. (3,7x2,8) və sahəsi 4 kv.m. (1,6x2,6) üç tikilidən ibarətdir. Belə olan halda, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan inşa olunmuş tikililərə görə lazımi icazənin alınıb-alınmaması halını da araşdırmmışdır. Apellyasiva instansiyası məhkəməsi qətnaməsində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 06.02.2016-cı il tarixli məktubuna istinad edərək, 5767 nömrəli bağ sahəsində bağ evinin tikintisi ilə əlaqədar təqdim olunmuş layihənin İcra Hakimiyyətində baxılaraq razılaşdığını qeyd etsə də, həmin layihənin məhz bağ evinin tikintisi üçün razılaşdırıldığını, cavabdeh tərəfindən faktiki olaraq ortaq daş hasara bitişik inşa edilmiş yardımçı tikililər üçün nəzərdə tutulmadığını diqqətindən qaçırmışdır. Apellyasiya məhkəməsi iddia tələbinin rədd olunma əsaslarından biri kimi də ona istinad etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 09.04.2018-ci il tarixli, 32662 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı şəhər LTİ-nin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, iddiaçının mübahisələndirdiyi 5166 nömrəli bağ sahəsi ilə qonşuluqda olan 5167 nömrəli bağ sahəsini ayıran daş hasarın həmin sahələrin sərhədində olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarını və cavabdehə məxsus torpaq sahəsinin parametrlərinin onun bağ sahəsinə verilmiş plan və ölçü sənədinə uyğun olduğunu nəzərə alaraq cavabdeh tərəf indən inşa edilmiş tikililərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmin tikililər sahəsi 31 kv.metr (4,5 m. X 6,8m.), sahəsi 11 kv.metr (3,7 m. X 2,8 m.) və sahəsi 4 kv.metr (1,6 m. X 2,6 m.) olan üç tikilidən ibarətdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarını və eləcə də həm iddiaçının, həm də cavabdehin bağ sahələrinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, mövcud olan tikililərin iddiaçının 5166 nömrəli bağ sahəsindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də göründüyü kimi Cavabdeh tərəfindən torpaq sahələrinin sərhədində ortaq divara – daş hasara bitişik şəkildə inşa olunmuş, təxminən 17,5 metr uzunluğunda tikilinin dam örtüyü təxminən 30-40 sm çıxıntı ilə İddiaçı həyətinə uzadılmış və yağış sularının axıntısı onun həyətinə yönəldilmişdir. Belə halda həmin tikililərin iddiaçının hüquqlarını məhdudlaşdırmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək i qtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. R.Ə.Aslanovun şikayəti üzrə 26 iyul 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş təminatın mahiyyətinə toxunaraq göstərmişdir ki, bu təminatın əsas mahiyyəti həm də işə baxan məhkəmənin yalnız qanunla nəzərdə tutulan səlahiyyətlər çərçivəsində hərəkət etməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa gö rə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edi lməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Qeyd olunan Məcəllənin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, cavabdehin ortaq divara bitişik inşa etdiyi tikilinin “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun inşa edilib-edilməməsi ətraflı araşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 20 18-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar